83
-
Necə, yəni neynirəm oğlum, xərclə də pul lazımın
deyil? Cavan deyil
sən? Qorxma, anan bilməyəcək.
Sabutay 100 manatın 10 manatını cibinə qoydu,
qalanını atasına qaytardı. Atası pulu onun cibinə
qoymağa çalışdı. Oğlu onu daha da heyrətləndirdi:
-
Ata, bu pulu mənə vrsən Gəncəyə gələndə anama
deyəcəm.
Sədnik müəllimin oğlunun bu sözünə gülməyi
tutdu. Eyni zamanda Səfurə xanımın, uşağın tər-
biyəsini pozma, söhbəti yadına düşdü. Qadını ona
deyirdi:
-
Səni başa düşürəm, özünün gəncliyində pul
verənin olmayıb, heyfini uşaqlarından çıxmaq istəyir-
sən. Ancaq unutma, onlar artıq pulu xərcləmək üçün
lazımsız işlərə qoşula bilərlər. Nə qədər lazım olsa o
qədər pul ver. Sonralar Sabutay bunu danışanda Səfu-
rə xanım onun üzündən-gözündən öpmüş, mənim
ağıllı balamsan, demişdi.
Sabutay həftədə, on gündə bir anasının istəyi,
atasının göstərişiylə onları Azərbaycanın müxtəlif
rayonlarına, şəhərlərinə gəzməyə aparırdı.
Müqəddəs yerlərə getmək, pirləri, ocaqları ziyarət
eləmək, inanılmış, sınanılmış yerlərdə qurbanlar
kəsmək, nəzir, niyazlar vermək ailədə adət-ənənəyə
dönmüşdü.
Səfurə xanım Üçbulağın sərin suyundan ləzzətlə
içirdi.
Bunu bildiyindən Sabutay onu isti yay axşam-
larında hər gün bulağa aparır, sərin suyla qablarını
doldurur, anası isə doyunca içir, əl-üzünü yuyurdu.
84
Sabutayı dostugil qonaq çağırmışdılar. Sabutay
qonaqlığa lazım olan köməkliyi elədi. Evlərinə gəldi.
Anası soruşdu:
-
Qonaqlığa niyə qalmadın?
Oğlu heç bir söz tapmayıb:
-
Həvəsim yoxdu, dedi, getmək istəyirəm. Burda
sənin yanında oturub danışmaq, söhbət eləmək hər
şeydən yaxşıdı.
Anası onu qonaqlığa güclə göndərdi. Sabutay ac
idi. Fikirləşir ki, həm gedər yeyər, həm də anasının
ürəyincə olar.
Dostugil onu gözləyirdi. Hamı ac olsa da, süfrəyə
əl uzadılmamışdı. Sabutayın yenidən gəlişi onları
sevindirdi. Badələr doldu. İlk sağlıq deyildi. Hamı
içdi.
Sabutay səhərdən dilinə heç nə vrmasa da, elə bil
birdən-birə yağ içmişə döndü. Ürəyi böyüdü, özünü
piss hiss elədi. Bayaqdan onun gəlişini gözləyən
dostları məəttəl qaldılar. Elə bildilər Sabutay özü
qəsdlə belə eləyir. Oğlanın and-amanından sonra
inandılar. O yemək istəyirdi, lakin tikəni uda bilmirdi.
Özü də başa düşmədiyi pis hal keçirirdi.
Qonaqların onu bağışlamasını xahiş eləyən
Sabutay birdən-birə halının dəyişməsinin səbəbini
başa düşmürdü.
Bu vəziyyət azmı-çoxmu çəkdi, qəfil xəbər hamını
sarsıtdı. Sabutaya məlum oldu ki, anasının elə bu
anlarda beyninə qan sızıbmış.
85
Qiymətsiz itki
Falçıyla, qaraçıyla olmayan Sərvanın qəfil
qabağına çıxan qadından keçə bilmədi. Qadın onun
əlini əlinə aldı. Ovcunu açdı. Çox sözlər danışdı.
Keçmişləri çözələdi, gələcəyindən xəbərlər söylədi.
Beynin bir küncündəcə ilişib qalan belə bir cümləni
“Qiymətsiz itkin olacaq” sözlərini unuda bilmədi.
Falçı onu inandırmağa çalışdı. Qoy düyünləri eləyim
xəta-bəladan sovuşdurum səni.
Oğlan ona əhəmiyyət verməyi özünə ayıb saydı,
pul v
erib aralandı.
Qara qorxu dolmuşdu Sərvanın ürəyinə. Bir yerdə
qərar tuta bilmirdi. Tez-tez, lazım oldu, olmadı
Gəncəyə gəlir, ata-anasıyla görüşür, geri qayıdırdı.
Son vaxtlar lap dözümsüz olmuşdu. İstəyirdi elə
gecəli-gündüzlü evdə qalsın, burdan uzaqlaşmasın.
İşlə əlaqəli getməliydi deyə qala bilmirdi.
Bəzən bu gün evdən gedir, sabaha bilet alıb
yenidən qayıdırdı.
Bu gün də evdə idi. Adətinə xas olmadığı halda,
xeyli işlədi, torpaqla əlləşdi. Anasının çox xoşuna
gəldi. Anasının xoşuna gəlməyi ürəyini sevindirdi.
Tər tökə-tökə işləyirdi. Birdən bacısı Sərvanə bərkdən
qışqırdı:
-
Anaa...., Sərvan, tez bura gəl.
Sərvan evə qaçdı. Anası başını tutub qışqırdı:
-
Başım, oy başım...
86
Sərvan onu divana uzandırdı. Qəfil hadisədən elə
sarsılmışdı ki, nə baş verdiyini soruşmağa gücü
çatmırdı. Yuxarı evə telefonla həkim çağırmağa
getmək istəyəndə anası əli ilə “Yox” işarəsini verdi.
O, anasının sözünə əməl etmədi. Lakin telefon
işləmədi. Qonşuya qaçdı, həkim gəldi. İynə vurdu,
dərman verdi. Anası yatdı, tez də oyandı. Başında
dəhşətli ağrı vardı qadının. İkinci dəfə həkim
çağırdılar. O, beyinə qan sızma olduğunu qeyd elədi.
Yenə iynə dərman verildi, xəstə yatdı.
Sərvan bu ağır məqamlarda ancaq falçı qadını
düşünür, onun “Qiymətsiz itkin olacaq” sözlərini
beynində dolandırır, özünü öldürmək istəyirdi.
Anasının başına iş gələcəyini oğlan ağlına sığışdır-
mırdı. Küncə, bucağa çəkilib zülüm-zülüm ağlayardı.
Vətəndən uzaqlardakı atasını arzulayırdı. Ona elə
gəlirdi ki, atası burda olsa anasına heç nə olmaz. O,
anasını sağaldar, lakin atası uzaqlarda idi. Onların
vay-
şüvənini eşitmirdi. “Qiymətsiz itki” məsələsi də
lap ağlını çaşdırmışdı. Anası ondan ötrü qiymətsiz idi.
Qiymətsiz sözünün mənasını indi dərk eləmiş, indi
başa düşmüşdü. Ona elə gəlirdi ki, qiymətsiz, yəni
lazımsız bir itkisi olacaq. Beyninin bir küncündəcə
özünə yurd salmış bu sözün ağırlığına indi tablamırdı.
Anası qiymətsiz idi, qiyməti ölçüsüzdü. O, bunu
duyunca ürəyi parçalanır, necə xilas etmək barəsində
düşünürdü. Yalvarırdı:
Dostları ilə paylaş: |