57
gəlibmiş. O, flankəslər ki, ona bu evdə qız
verilməyəcəkmiş. Kişi arvadına deyir.
-
Məndən gizlətməyinizə baxmayın, öyrəndim gələn-
lər kimdi, nəyə gəlmişdi. Bunu niyə məndən giz-
lədirdiniz? Elə əvvəldən deyərdiniz bilərdim də. Səfurə
xanım ərinin könlünü almağa çalışır:
-
Lazımsız adamlar olduğu üçün demədim. Bildim
ki, mənasız qonaqlardı. Bunu heç bilməsən yaxşıdı.
Yoxsa, özün uşaq ha deyilsən. Səndən gizli nə sirrimiz
olardı.
-
Sən nə olsa mənimlə danış. Gəlinə o qədər də fikir
vermə. Biz bir olmalıyıq. Ailəcə hamımız bir olmalıyıq.
Səfurə xanım onu arxayınlaşdırdı.
-
Əlbəttə, mən səninləyəm, sən mənimləsən, hamımız
birlikdəyik.
58
Mən bir ağac
Evin kiçiyi Sərvanənin elçiləri çox olurdu. Hələlik
birini seçib qızını nişanlamaq qərarına gəlmişdilər.
Gələn elçilərin hərəsini bir dilnən, biryolnan dala
qaytardılar.
Sədnik müəllimin yaxşı dostlarından biri də qıza
elçi gəldi, oğluna istəyirdi qızı. Yaxşı söhbətdən,
çaydan sonra söhbət açıldı “yox” sözünü eşidən kişi
şikayətləndi:
-
Ə... a Sədnik, bir neçə illərin dostuyuq, məgər bir-
birimizi indimi tanıyırıq? “Yox” nədi ə... Mən bura
qohum olmağa gəlmişəm, də evin kişisinindi, hər şeyi
ailədə kişi həl edər. Sənin sözünün qabağında heç
kəsin sözü olmaz. “Hə”ni ver. Allaha mübarək eləsin
deyək, çıxaq gedək.
Sədnik müəllim arvadına göz vurub əməlli-başdı
rola girdi. Yazıq bir görkəm aldı:
-
A başına dönüm, nə kişi-kişi salıbsan ey... Bax, o
məhlədəki ağacları görürsən, elə təsəvvür et ki, mən
də onlardan biriyəm. Mən kiməmki öz başıma qız
verim?
Elçi eşitdiklərinə inanmaq istəmədi:
-
Necə yəni kimsən, Sədnik müəllim. Sən qız
atasısan, qızının da ixtiyarı səndədir.
Sədnik müəllim daha da fağırlaşdı:
-
A qardaş, mənim payıma düşənləri ərə verib,
evləndirib qurtarmışam, yerdə qalanlar Səfurə
xanımındır. Onunla dil tap danış, mənim sizə veriləsi
59
qızım yoxdu, cavabını qəti alan elçinin əli, gəlini
olmasını arzuladığı qızdan tamam üzüldü. Onlar çıxıb
gedəndən sonra Səfurə xanım ərini gülə-gülə
məzəmmətlədi:
-
A kişi, bir məni başa sal görüm, nə vaxtdan ağac
olubsan?
Heç səndən də ağac olar? Ay, hay ağaca bax,
bunun cavabına bax.
Sədnik müəllim fağırlıqdan çıxmışdı. Gülürdü:
-
Arvad, belə eləməsəm onlar əl çəkəsi deyildilər.
O, kişi mənimlə çörək kəsib, yoldaş olub, mən necə
deyim ki, səndən xoşum gəlmir, qızımı vermirəm.
Hazır belə adamların yanında “ağac olaram” . Sözümü
sən desən dost, yoldaş arasında inciklik olmaz.
Sədnik müəllimin bu sözü evdəkilərin xoşuna gəldi.
60
Daşla döyülən qapı
Səfərə gedəndə Sədnik müəllim cəhd eləyirdi ki,
evə tez qayıtsın. Gecənin hansı vədəsi olur, olsun
adəti idi qapını döysün. İçəri keçəndə Səfurə xanım-
dan bu sözləri eşitsin:
-
Ürəyimə dammışdı bu gecə evə gələcəksən. Ona
görə yatmayıb səni gözlədim.
Kişi bu sözdən fərəhlənir, gec də olsa gəlməyinə
sevinirdi.
Dünya aləm yatmış, qonum-qonşularda səs-səmir
eşidilmirdi. Gecə saat üç idi. Sədnik müəllim qapıya
çatanda əlinə daş götürüb tarak-tarak qapını döyür.
Zəngi basmağı yadına da salmır. Elə tələsir, elə
tələsirdi ki, elə bil ocağın üstdə yağ daşırdı. O, qapını
daşla döyür. Bərkdən də “Sərvanə, Sərvanə” deyə
çağırırdı.
Sərvanə səsə oyandı. Cəld xalatını çiyninə salıb
“gəlirəm ata” dedi atasının səbri tükənmişdi:
-
A qızım, bayaqdan qapını qırmırammı, bu nə
vaxtın yatmağıdı, bə anan hanı? O da yatır? Pilləkənin
başında gözləyən Səfurə xanım yoldaşının hay-
küyünə, qəribə suallarına gülməkdən özünü saxlaya
bilmir, o da qızını danlayır:
-
Ay qızım, gecə saat üçdə yatmaq olar? Bu harda
görünüb axı.
Sədnik müəllim, qadının səsini eşidəndə hirsi
soyuyur, gözləri gülür, hay-həşirini bundan ötrü, yəni
61
xanımının onu qarşılamadığı üçün olduğunu duyurdu.
Tez onunla görüşür, əhvallaşırdı:
-
Necəsən...., yatmamışdın, eləmi? Bilirdim ki,
yatmamısan.
-
Səfurə xanım onun çayını, çörəyini rahatlaya-
rahatlaya danışırdı:
-
A Sədnik, sən mənim canım, xəbərin var ki, indi
saat neçədi? Ə qapının zəngi yoxdu ki, tak-tarak
salırsan? Qonum-qonşu eşidib narahat olur axı?
Sədnik müəllim gecənin hansı vədəsi olduğunu
unudubmuş. Aradan bir az keçmədən o qızını çağırdı:
-
Ay Sərvanə, harda qaldın, cəld dəftər gətir, yaz bu
şeiri, bu dəqiqə yadımdan çıxacaq. Sərvanə qaçıb
yerinə giribmiş. O, elə bilibmiş ki, anası atasının
qulluğunda duracaq, daha ona ehtiyac olmayacaq.
Atası yenidən hirslənir:
-
Bu qız, elə gərək indimi yataydı?
Anası qızını müdafiə eləyir:
-
Bəs nə vaxt yatsın, yatmaq vaxtıdı də...
Kişi qızını yenə çağırır:
-
Ay qızım, Sərvanə, gəl bu şeiricə köçür, sonra
yatarsan.
Anası qızına qıymasa da o, yuxulu əlində dəftər-
qələm gəldi. Atası dedi:
-
Hə başla yaz. Qız bir misra yazdı yenə soruşdu:
-
Ata bir də de, nə dedin?
Atası yenə təkrarladı. Qız əsnədi:
-
Nə, necə?... Səfurə xanım gördü qızı yaza bilmir.
Dedi:
Dostları ilə paylaş: |