45
Bir büküm halva
İnanılmış pirləri, müqəddəs ocaqları Səfurə
xanım daim ziyarət eləyər, nəzir-niyazlar verərdi.
Qurbanlar kəsdirərdi. Onun ürəyi Allaha, Tanrıya inam,
bəndələrə sevgiylə dolu idi.
Qonşu gəlinin uşağı olmurdu. Dərdi böyükdü.
Səfurə xanım ona ürək-dirək verir, ana-bacı kimi
qayğısına qalır, min bir dillə ovutmağa çalışırdı.
-
Narahat olma, ay qızım, vallah o qədər uşağın
olacaq ki, yığıb yığışdıra bilməyəcəksən.
İnamla deyilmiş bu sözlərə gəlin elə aludə
olurdu, elə bil yan-yörəsinə əl uzatsa, illərlə gözlədiyi
uşaqlarına çatardı.
Halva bişirib qohum-qonşuya payladırdı Səfurə
xanım. Sədafət yuxaya bükülmüş dolu sinini götürüb
çıxmaq istəyəndə gəlinlə qabaqlaşdı. Səfurə xanım
sevinc
lə dedi:
-
Halva götür, qızım, nəzirdi, ye. Ürəyimə damıb
bu ay uşağın olacaq.
Gəlin körpə qundağına həsrət əlini siniyə uzadıb
bir büküm halva götürdü.
-
Allah qəbul eləsin- dedi.
Səfurə xanım gəlinin halvanı yeməyib saxladığını
gördü.
-A bala, bunu ye, ded
im, evinizin payını qızım
aparıb, o sənin qismətindi. Oğuldan, qızdan nəyin olsa
nəzir elə ki, sən də belə halva bişirib paylayacaqsan.
Böyük ümidlə lap nağıllardakı kimi halvanı yeyən gəlin
utana-
utana dilləndi:
46
-
Niyə bişirmirəm Səfurə bacı, təki evimdən körpə
səsi gəlsin, mən də beləcə qohum-qonşuya paylayaram.
Nə bilim, sənin dilin də, ayağın da yüngüldü, bəlkə
mənə də düşəcək.
Səfurə xanım fərəhləndi:
-
Bunu ki bilirsən ay gəlin, deməli Allah qoysa,
nəzirin qəbul olarsa mənim sözlərimi yaddan
çıxarmazsan.
Səfurə xanım dünyasını dəyişmişdi. Sədafət atası
evinə gəlmişdi. Həmin qonşu gəlin onlara gəlmişdi.
Onlar baş-başa verib xeyli ağlaşdılar. Gəlin bir balaca
sarışın qız uşağını çağırdı.
-
Gəl bura qızım, gəl xalanın yanına.
Sədafət uşağa diqqətlə baxdı. Gəlin gözünün
yaşını sel kimi axıtdı:
-
Sədafət, bax gör bu uşaq kimə oxşayır?
Sədafət uşağı öpdü. Baxıb-baxıb bir də öpdü.
-
Bu ki, mənim gözəl anama oxşayır.
Gəlinin də üzü güldü:
-
Hə, Sədafət, elə bilirəm bu uşağın göydə Allah,
yerdə də Səfurə bacı verib mənə, həmişə ona baxanda
anan yadıma düşür. O, məndən getdi. Mənim dar, ağır
günlərimdə dərdimə şərik olub, rəhmətlik. Dediyi kimi
də o vaxt, o halvadan sonra bu qız dünyaya gəldi. Elə
bil ananı ağzı fal imiş.
Hər ikisi yenidən ağlaşdılar. Qız hıçqırırdı. Gəlin
göz yaşlarını saxlaya bilmirdi.
-
Sədafət, anan təkcə sizin ananız deyildi. O
küçədə hamımızın anası idi.
47
Yevlaxdan bura
Səfurə xanımdan fərqli Sədnik müəllim uşaqları-
na məhəbbətini diliynən, öpüşləriylə, sığal-tumarıynan,
onla
rın hər bir arzusunun mümkün qədər yerinə
yetirilməsi ilə bildirirdi. Hara getsə, hansı şəhərə, hansı
rayona səyahətə çıxsa, ata əli boş gəlmir, uşaqlara,
qadınına pay-püş alırdı. O, qapısından içəri girəndə
uşaqları çağırırdı:
-
Tez olun, soyunun, təzə paltarlarınızı geyinin
görün sizə necə yaraşır deyib, pal-paltarları töküşdürü,
hərəni bir hədiyyə ilə sevindirirdi. Uşaqlar bunu o qədər
adət eləmişdilər, hər dəfə ataları uzaq yerdən gələndə
soyunub əynindəkiləri tökürdülər.
Səfurə xanım buna hirslənirdi:
-
Ay qoca, bir içəri gəl dincəl, arxayın, rahat
olandan sonra, aç göstər görək, kimə nə almısan, kimə
nə gətirmisən ki?
Kişi zarafata salır, qılığa keçirdi:
-
Baş üstə hökmdarım, əmriniz qəbul olundu.
Hələ b koftanı gey görüm, sənə necə yaraşır. Qadının
hirsi soyuyur, gülməyi tuturdu:
-
Ayrı qocasan, ha...... dedi.
Təzə koftanı geyən Səfurə xanım güzgünün
qabağına keçdi.
Sədnik müəllim dilləndi:
-
Sən lap dünya gözəlisən, canım mənim. Səfurə
xanım nazlandı:-Yalnız sənə görə!
48
Sədnik müəllim xaricdən gəlmişdi. Evdə hamıya
pay almışdı. Səfurə xanım yox idi. Çamadanlar açıldı,
paylar paylanıldı. Sevinənlər sevindi. Bir azdan anaları
gəldi, yoldaşının gəlişinə sevindi, öpüşdülər, görüş-
dülər, hal-əhval tutdular. Bir-birlərindən illər ayrısı
kimi xəbərdar oldular. Sədnik müəllim qadını üçün
ayırdığı çamadanı göstərdi:
-
Bunlar sənindi, özün necə istəyirsən, elə elə.
Səfurə xanım bərkdən qəh-qəh çəkdi, uğundu.
Hamı ona baxıb gülür, ancaq nəyə güldüklərini aydın-
laşdıra bilmirdilər. Beləcə xoş gülüşdən sonra anaları
dedi:
-
Ay Sədnik, doğrusu mən sənin hövsələnə heyran
qalmışam. Ə, bu qədər hövsələni hardan almısan belə?
Səbr yiyəsisən, vallah. Sədnik müəllim başa düşmədi.
-
Ay uşaqlar, ananızda iş var, görək nəyi necə
deyəcək.
Qadın yenidən gözü yaşarına qədər güldü.
-
Ay evi tikilmişin oğlu, mən məəttəl qalmışam
ki, Yevlaxdan bəri necə gəlib çıxa bilibsən? Bu qədər
yolu ki, çamadanları açmayıbsan, evə salamat gətirib-
sən, deməli böyük hövsələ sahibisən də.... Düz
demirəm?
Ataları və uşaqlar məsələnin nə yerdə olduğunu
anladılar.
Onlar evin qadınını gözləməyib çamadanları
açmışdılar. Səfurə xanım təklikdə əri ilə danışırdı.
-
Qoca, Allah səni bizə çox görməsin. Sən həm
yaxşı ata, həm yaxşı yoldaşsan, ancaq, hövsələsizsən.
Dostları ilə paylaş: |