37
İki ördək
Evləndikləri gündən Sədnik müəllimlə Səfurə
xanım biri-birilərinə dedikləri sözün, verdikləri vərdin
oyanı-bu yanı olmazdı. Hər birinin istəyi, arzusu o
birinə yazılmamış qanun idi. İnam, güvənc, etibar,
sədaqət, dözüm və qarşılıqlı sevgi bu ailənin
təməlindən yaranmışdı.
Ona görə də, bütün çətinlikləri, xoşbəxtlikləri
birgə yaşayıb birgə keçirdilər.Səfurə xanımın kiçicik
bir istəyinin dalınca keçilməz sədləri aşmaq
iqtidarında olan Sədnik müəllim duydu ki, qadını təzə
balıq istəyir. Qış olmasına baxmayaraq Gəncədə balıq
tapılmadı.
Sədnik müəllim oğlu Səyyafa tapşırıq verdi ki,
maşını çıxart, gedirik. Kiçik oğlu Sərvan da onlara
qoşuldu. Qadın nə qədər dil tökdüsə, vallah, elə belə
istədim, balıq zad lazım deyil. Getməyin. Nə vaxt
olar, onda da alarsan, Sədnik müəllimin ürəyi durar-
dımı ki, sevgili xanımının arzusu ürəyində qalsın.
Əsla!
Onlar yola düşdülər, Səyyaf maşın sürürdü. Atası
qabaqda onun yanında, Sərvanda arxa oturacaqda
rahatlanmışdılar. Tərslikdən Yevlağa çatdılar, balıq
tapmadılar. Soyuq, şaxtalı hava hökm sürürdü.
Zaqatalanı yolunda Xanabad qəsəbəsində tanış
balıqçılar yaşayırdı. Maşın ora çatıb dayandı.
Sədnik müəllim xanımının ürəyi istədiyi balıq-
lardan alıb yola düzələn məqamda gözünə bir ala-
b
urun ördək sataşdı ördəyi 9-10 yaşlarında oğlan
38
satırdı, ördəyin çox qəribə və qeyri-adi gözləri par-
par parıldayır, sanki, ətrafa işıq saçırdı.
Professor əlini cibinə salıb bir xışma pul çıxarıb
uşağa uzatdı:-Ördəyi mənə ver, dedi. Uşaq pulların
içindən ördəyinin qiyməti qədərini götürmək istə-
yəndə, Sədnik müəllim əlindəkilərin hamısını ona
verib, halal-
xoşun olsun, elədi. Uşaq sevinib
götürüldü.
Atası ördəyi karton qutuya yerləşdirib Sərvanın
börünə qoydu ki, onun başı qarışsın, yolda darıx-
masın. Yolçular deyə-gülə uzaq yolu yaxın eləyib evə
çatdılar.
Ördəyi hinə salıb qapısını bağladılar ki, uçub-
qaçmasın.
Hər bir xörəyi özünəməxsus ləzzətlə bişirib
süfrəyə gətirən Səfurə xanımın balıq qızartması
ailənin sevincinə sevinc qatdı.
Səhər ördəyədən və su verib yeniden hinə salıb
qapısını bağladılar.
Qar yağıb bağ-bağçanı ağartmışdı. Sədnik
müəllim hər səhər olduğu kimi bu gündə saat 6
00
da
yuxudan oyanıb təmiz havaya çıxmışdı. Hinin qapısı
ağzında srağagün alıb gətirdiyi ördəyin ölü kimi qarın
üstünə sərələndiyini görüb cəld onu götürdü. Ördək
ölməmişdi. O, hinin qapısına baxdı. Qapı bağlı idi, tez
Səfurə xanımı səslədi. Qadın yuxulu-yuxulu bayıra
boylanıb ördəyi kişinin əlində tutduğunu anlayıb cəld
xalatını çiyninə saldı. Həyətə düşdü. Maraqla soruşdu:
39
-
Nə olub, qoca (o ərini bəzən də belə əzizləyirdi).
Ördəyi niyə əlində tutmusan?
Kişi işarə ilə hinin qapısını göstərib-Ayka, dedi,
hinin arxası açıq qalan yeri var. Bir bax, yazığ
quşcuğaz çıxıb qarın üstündə az qala soyuqdan donub
öləcəkdi. Yaxşı ki, tez bilib götürdüm.
Səfurə xanım hinin böyür-başını tamamilə bağlı
olduğunu yoxlayıb qapısını açdı. Hindəki ördək təkcə
bayıra cıxdı. İki ördək-eyni rəngdə, eyni boyda idi. İki
quşcığaz yanaşı durub başlarını, dimdiklərini bir-
birinə sürtür, ər-arvadı heyrətdə qoydular. Onların
nitqi kəsilmişdi. Burda onların həyətində Tanrının
möcüzəsi baş vermişdi. Hindəki ördəyi uzaq sərhəd
rayonundan alıb gətirmişdilər. Bəs bu biri ördək bu
ünvanı necə tapmışdı. Bu qarda, çovğun da bura necə
gəlib çıxmışdı. Onu bu həyətə kim salmışdı? Cavabsız
suallar kişiylə qadının beynini yorub onları dərin
düşüncələrə qərq edirdi.
Handan-
hana Səfurə dilləndi:
-
Onları gətirən məhəbbətdir-dedi.
Nə səhər, nə o biri gün ördəyin bura necə
gəldiyini heç kim, heç nə öyrənə bilmədi.
S
ədnik müəllim fikirləşdi ki, bu ördəkləri
kənddəki qohumlarıgilə aparsın. Sonra onları ekspertə
göndərər. Ördək uzaq məsafəni necə uçub gələr? Lap
uçmağı bacarsalar da bəs onun ünvanı hansı instiqlə
tapabilər? Bu çox maraqlı, çox da sirli hadisəni
öyrənmək doğrudan pis olmazdı.
40
Ördəklər kənddə qalırdı. Bir gün ev yiyesigilə
hörmətli qonaqlar gəlibmiş. Onlar ördək yemək
istəyiblər. Ev yiyesi belə düşünübmüş ki, ördəkdi də,
bunları kəsim qonaqlar yesin, başqasını alıb yerinə
qoyaram. Belə də edib.
Sədnik müəllim alimlərlə danışıb, məsləhətləşib
onları ekspert etmək üçün laboratoriyaya gətirmək
qərarına gəlir.
Ördəklərin yerində başqalarını görəndə gözlərinə
inanmır. Soruşur ki, öz ördəklərim hanı?
Ev yiyəsi hadisəni danışır. Ördəkləri kəsib
qonaqlara yedirtdi
yini deyəndə, Sədnik müəllim necə
mütəssir olursa bir kəlmə də dillənə bilmir. Kor-
peşiman geri qayıdanda öz-özünə danışırmış kimi
söylənir:
Ay namərdlər, bu cür ağıllı ördəkləri də kəsib
yeyərdilərmi?
Dostları ilə paylaş: |