33
şanın gözləri daha da bərəldi. Səyyaf əl çəkmədi.
Dovşanı beşikdən qoparmağa çalışırdı. Dovşanın da
daha beşikdə yırğalanmaqdan haşı hərlənirdi. O
uşağın qucağına girmək, onunla oynamaq arzusun-
dadaydı. Uşaq uşaq diliylə dovşanı yanına çağırır,
dovşan oyuncaq diliylə, “gələ bilmirəm” deyir, hər
ikisinin səsi evi başına götürdü.
Yemək hazırlayan ana oğlu ilə dovşanın səsinə
boylandı, gördüyünə inanmağı gəlmədi.Oğlu qığıl-
dana-
qığıldana dovşanı özünə tərəf çəkir, ipindən
qoparmaq istəyirdi. Səfurə xanımın varlığı sevincin-
dən titrədi. “İstəyinə qurban olum” deyə-deyə oğlunu
və dovşanı beşikdən açdı, bağrına basdı. Uşaq dovşanı
xırdaca əlləri ilə tutdu. O yan-bu yana çevirdi, sonra
ağzına apardı, anası uğunub getdi.
-
Ay sənə qurban olum, xoşuna gəldi dovşan? Sənin
dovşanına da, özünə də qurban olaram elə.
Anasının nəzərində elə bil oğlu böyük bir möcüzə
göstərmişdi.
O sevin
cini, fərəhini istəkli əriylə bölüşməyə
tələsdi.
Əri isə işdən qayıtmamışdı. Anlar, dəqiqələr,
saatlar sanki yerindən tərpənmirdi.
Oğlu ilə gözü bərələ qalan dovşan xeyli oynadılar.
Gözünü yuma bilməyən dovşan uşağı yuxuya verdi.
Qadını Sədnik müəllimi bu gün daha böyük fərəhlə
qarşıladı. Oğullarının ilk istəyindən danışmaqdan doy-
madı. Uşağın səsi çıxanda hərəsi beşiyin bir tərə-
findən boylandı. Hər ikisi uşağı birinci götürmək
34
istədi. Uşağın dodağını büzüb ağlamağa hazırlaşdığını
görən ata, anaya güzəştə getməyə məcbur oldu.
Anasının qucağında uşaq ağlamağı heç yadına da
salmadı. Atasının əlində tutduğu gözü bərələ dovşanı
gödü. Cuppulu əllərini ona tərəf uzatdı, qığıldadı.
Atasının gözlərində yaş parladı. Bu qadının nəzə-
rindən yayınmadı. Cəld uşağı ərinin qucağına ötürdü.
-
Bıy, sən lap gerçəklədin, ayə..... Heç uşaq
görməmisən? Heç uşaq olmayıbsan?
Sədnik müəllimin gözündə parlayan bir damla yaş
yanağı boyu axdı, əlindəki dovşanın üstünə düşdü. O,
uşağı fərəhdən qabaran köksünə sıxdı, öpüşlərə qərq
elədi, uşaq çığırdı, ağladı. Atası əlində saxladığı gözü
bərələ qalan dovşanı ona verdi. Oğlu ağlaya-ağlaya
dovşanı ağzına apardı. Sədnik müəllim bu dəfə
balasının ağzının –gözünün suyuna bələnmiş
dovşanını öpdü..öpdü.. Qadını yoldaşının gözünün
yaşını sildi. Məni də kövrəltdin ay dəli.. Dedi:
-
Mən də ağlayaram ha...
Sədnik müəllim elə bil yuxudn ayıldı, Səfurə
xanımın bir az əvvəl verdiyi suala indi cavab qaytardı:
-
Hə, əzizim, mən heç vaxt uşaq olmamışam. Sənin
ağlamağına isə ürəyim tablamaz, qadan alım.
Evdə oyuncaqlarının sayı hər gün artırdı. Balaca
Səyyaf bir oyuncaqları bir gün, ya bir saat, ya da lap
az, əlinə alan kimi atır, qırır, dağıdırdı. Atası buna
sevinirdi, ürəklənirdi. Qırılmış, sınmış oyuncaqları
yığır, tullayır daha gözəl, dah qəşənglərini alıb
gətirirdi ki, oğlu oynatsın.
35
Uşaq bəzən bir oyuncaqla çox oynayanda atası
təəccüblə qadınına baxır, nə üçün bu oyuncağı
oğlunun qırmadığını soruşurdu. Səfurə xanım ərinin
xasiyyətini bildiyindən onu yozdurmağa çalışır,
uşağın oyuncaqları qırmağında heç bir yaxşı hal
olmadığını başa salırdı. Amma o da həmin andaca
oğlunu yanında oturar qəşəng bir maşını ona verərdi:
-
Al, dədə, sənə qurban olsun, vur qır.
Uşağın əlləri bir andaca maşını sökür, dağıdır, hər
hissəsini bir yana tullayırdı. Sədnik müəllim qadınının
hirsləndiyini görürdü, özünü o yerə qoymurdu.
Bir dəfə oğlunun çox xoşuna gələn bahalı oyuncaq
telefon aparatı aldı. Səyyaf bunu qırmırdı, maraqla
oynadırdı. Atası neçə gündən sonra dilə gəldi:
-
Bunu qır, gözümün işığı, daha yaxşısını alacam
sənə. Səfurə xanım buna dözmədi, oyuncağı uşağın
əlindən aldı. Ərinə acıqlı bir nəzər saldı:
-
Belə olmaz, Sədnik, qırdıqları bəsdi, hər şeyin
həddi var axı!
Sədnik müəllim arvadının hörüklərini açılmış
ucunu hörə-hörə dilləndi:
-
Səfurəm, heç bilmirəm yetim qalmış uşaqlığımın
heyfini necə çıxım. Elə bilirəm ki, balama nə qədər
çox oyuncaq alsam, nə qədər çox pul xərcləsəm, onun
əziyyətini daha artıq çəksəm, bir o qədər rahat
oluram.
36
Düzəlməyən iş
Səfurə xanımın dayısının Sədnik müəllimə işi
düşür. Bacısı qızı gilə gəlib, onu axşama kimi
gözləyir. Müəllim gəlib çıxmır. Kişi başlayır Sədnik
müəllimi pisləməyə:
-
Bacıqızı, deyir, sənin həyat yoldaşın yaxşı adam
deyil, gecə-gecədən keçib hələ də çöllərdədir.
Evindən-eşiyindən xəbəri yoxdur.
Dayısına böyük hörmət qoyan Səfurə bu sözlərdən
sonra bərk hirslənib onu danlayır:
-
Dayı, başqa adam olsaydın, vallah, saçına-başına
baxmayıb evimdən qovardım. Heç kimin ixtiyarı
yoxdur ki, mənim həyat yoldaşım haqqında artıq-
əskik söz danışsın. Mən Sədniki hamıdan yaxşı
tanıyıram. Onun evə gec, ya tez gəlməyi heç kimi
narahat etməsin. Onun iş yerinə səni “propska”ilədə
buraxmazlar. Dayısı gördü ki, sözləri bacısı qızının
xətrinə möhkəm dəyib, daha oturmadı. Durub getdi.
Yolda Sədnikə rast gəlir. Bacısı qızından ona
şikayətlənir ki, bəs Səfurə məni biabır etdi.
Sədnik müəllim dərhal işin nə yerdə olduğunu
anlayıb deyir:
-
Dayı, sən mənim əleyhimə danışıbsan, yoxsa
Səfurə belə etməzdi.
Kişi cavab verməyib uzaqlaşır.
Sədnik müəllim işin əslini başa düşür, dayının
işini düzəltmir.
Dostları ilə paylaş: |