87
-
Həkim, çox xahiş edirəm, mənim qanımı anama
vurun. Həkimin xəstəyə qan vurmaq çəkimi fikri
olmasa da Sərvanın ciddi təkidindən keçə bilmədi.
Sərvan eşitmişdi, qan təzyiqi yüksək olanda
xəstənin burnunun qanaması yaxşıdı. O istəyirdi ki,
anasının burnu qanasın, ona nə qədər qan lazımdı
verər. Lakin onun burnunun qanı kəsmişdi. Bu yaxşı
deyildi. Anasının burnunu qanatmaq üçün nə
edəcəyini bilmirdi. Əli gəlmirdi ki, onu vurub qanat-
sın. Bir də qorxurdu anası görər, elə bilər onu qəsdlə
vurur. Bunu özünə bağışlamazdı, ölərdi. Təkcə onun
q
an damarından çəkib anasına vurdular.
Axşam anası ayıldı. Sərvanın gözləri qıp-qırmızı
idi. Səfurə xanım güman elədi ki, oğlu spirtli içki içib.
Yavaşca dedi:
İçmə, qurban olum, içmə, içki bir şey deyil.
Oğlu başını aşağı saldı ki, ağladığını anası
görməsin, dedi:
-
İçmərəm, ana, daha heç vaxt içmərəm.
Anası gözlərini yenidən yumdu.
Onu xəstəxanaya aparmışdılar. Vəziyyəti get-gedə
ağırlaşırdı. Sərvan Bakıya həkim gətirməyə gedirdi.
Yolda əvvəl bir qoyun qurban dedi. Az keçmədi anası
üçün bir qurbanlıq qoyun kiçik gəldi ona. Ürəyindən
keçirdi, təki anam sağalsın, bütün qiymətli əşyalarını
yetim-
yesirə paylayaram. Ürəyi bununla da sakit-
ləşmədi. Elə bilirdi ki, qurbanları daha qiymətli olsa
anasına gələn qada-bala azalar, həmin əşyalara gələr.
88
Axı onun anası qiymətsizdi, əvəzsizdi. O, ailənin
icazəsi olmadan evlərini də qurban dedi. Düşündü:
-
Hamımız çadırda yatarıq, incimərik. Bircə anam
sağalsın.
Bununla da ürəyi aram olmadı. Qurban deməyə
başqa bir şey tapmayanda özünü yadına saldı, üzünü
Allaha tutdu, ya
lvardı:
-
Allah məni anama qurban elə, özümü ona qurban
deyirəm. O, sağalsın, mən ölüm.
Bu fikirlə Bakıya çatdı. Həkimlə geri Gəncəyə
qayıdanda qurbanları qəbul olunmamışdı. Anası işıqlı
dünyaya həmişəlik göz yummuşdu. Bu Sərvanın
həyatında falçı qadının dediyi kimi, “Qiymətsiz itki”
idi.
89
Biz hörmətimizi eləyirik
Ələsgər Əlioğlu ilə mən, yəni kitabın müəllifi bir
gün getmişdik Sədnik müəllimgilə. Sədnik müəllim çay
hazırladı. Mən ortalığa iki stəkan-nəlbəki qoydum.
Sədnik müəllim təəccübləndi:
-
Bəs öünüzə niyə stəkan gətirmədiniz? Mən:
-
Çay içmirəm-dedim.
-
Ələsgər Əlioğlu və Sədnik müəllim təkid elədilər
ki, stəkan-nəlbəki gətirim. Yenə etiraz elədim:
-
Siz narahat olmayın, mən heç ömrümdə çay
içməmişəm və heç içən də deyiləm. Ona görə nəyə
lazımdır, boş-boşuna stəkan-nəlbəki.
Sədnik müəllim çox ciddi təkidlə stəkan-nəlbəkini
gətizdirdi və dedi:
-
Siz stəkan-nəlbəkini gətirin, qoy görsünlər ki, biz
hörmətimizi eləyirik.Mənə də çay süzüldü. Sədnik
müəllimin bu sözü xoşuma gəlsə də, çay soyudu.
Bizi qırırlar
1990-
ci ilin 20 yanvar günü bütün Azərbaycan
xalqının ürəyində çox dərin sağalmayan dərd, kədər
şırımı açdı. Rusların və ermənilərin tanklarla, toplarla
əliyalın, dinc xalqımızın üzərinə vəhşicəsinə hücumu
yüzlərlə insanların fəlakətinə, bədbəxtliyinə bais oldu.
90
Ölüm haqdı, yaranan öləcək, daha belə yox. Bu
ölüm, bu can zülmüydü, i
şgəncə idi, təhqiriydi
bizimçün.
Gəncə Pedogoji İnstitutunun müəllimi Nəzmiyyə
xanımın da kədəri aşıb-daşırdı. Dərdini bölüşdürməyə
adam a
xtarırdı. İş yoldaşı, professor Sədnik Paşayevə
üzünü tutdu, imdad diləyirmiş kimi sual verdi:
-
Niyə belə oldu, Sədnik müəllim, bu işlərin axırı
necə olacaq? Həmişə ağır kədəri belə özünəməxsus
yumorla yüngülləşdirməyə çalışan, çox ölümlərə,
itimlərə adi, təbii baxan, fələyin işi hesab eliyən
görkəmli folklorçu alim cibindən dəsmal çıxarıb
hönkürdü:
-
Bizi qırırlar ay qızım, bizim kökümüzü kəsmək
istəyirlər. Xalqın müsibətinə, faciəsinə professorun
belə ağlamasını təsəvvürə gətirməyən Nəzmiyyə
Axundovanın əli yerdən-göydən üzüldü. Dərdli
ürəyinin dərdi daha da artdı. Göz yaşları yanaqlarını
yandırdı, Sədnik müəllimin beləcə uşaq kimi ağlaması
onu varından yox elədi.
20 may, 1996-
cı il.
91
Anamın xəyalı
Metro qatarında gedirdi Sədnik müəllim. Fikri,
xəyalı özündən çox-çox uzaqda olan Səfurə xanımlı
günlərinə qayıtdı. Yan-yörəsində, başının üstündə
dayanan müxtəlif görkəmli, müxtəlif yaşlı insanların
ona dəxli yox idi. Adamların iki-bir, üç-bir nə
danışdıqlarını da eşitmirdi.
Qəfildən onunla üzbəüz əyləşən qadına nəzər saldı,
bir anlğa dünya-aləm gözündə qaraldı, zənn elədi
yuxu görür. Üzünü-
gözünü dönə-dönə oxaladı, dil-
dodağını ağrıyanadək dişlədi.
Bir neçə ay əvvəl sanki ürəyini çıxarıb torpağa
tapşırmış sevimli Səfurəsindən fələyin əliylə
ayrılmışdı. Gördüyü isə yuxu deyildi. Onun qarşısında
əyləşən, ala gözləri yol çəkən, Sədnik müəllimi
varlığından yox eyləyən, ayrılıq həsrətinə cəhənnəm
əzabına dözürmüş kimi dözdürən Səfurə xanım idi.
Kişi çaşmış özünü itirmişdi. Məlul-məlul dərindən
baxır, nəfəs almağa belə qorxurdu ki, qadın gözünün
qabağından itər.
Düşməyinə yarım dayanacaq qalmışdı, qadın
yerindən tərpənmədi. Sədnik müəllim də sanki
oturacağa yapışmışdı. İndi elə bir qüvvə tapılmazdı ki,
onu o
rdan aralasın. Bir neçə dayanacaq da beləcə
getdilər. Qadın hazırlaşıb düşdü. Qeyri-ixtiyari Sədnik
müəllim də onun arxasınca düşdü. Bu anlarda irəlidə
gedən qadını itirəcəyindən qorxurdu. O, sanki
həyatını, ömrünü, gününü Səfurə xanımla itirmişdi.
92
Bəs orada gördüyü qadın kimiydi? Beynində bir-
birindən ağır suallar dolaşdı:
-
Bəlkə könlünə dəymişəm, küsüb başqa yerə
gedib, indi qarşıma çıxdı?
-
Bəlkə onun ruhudu, mənə söz deməyə gəlib?
-
Bəlkə məni də yanına çağırır?
-
Bəs niyə dillənmir, niyə məni dindirmir? Of,
aman Allah
deyəsən dəli oluram axı?
Sədnik müəllim qadnı danışdırmaq, ona söz
demək, onun hansı soydan, hansı kökdən olduğunu
bilmək marağını boğammırdı. Lakin hansısa qüvvə
onun nitqini, bütün cəsarətini əlindən almışdı. Bircə
kəlmə danışmağa iqtidarı yoxuydu. Eləcə qarabaqara
qadının arxasınca qeyri-ixtiyari irəliləyirdi.
Xəyaldımı, ruhdumu, Səfurə xanımdımı daha
burasını Sədnik müəllim araşdıra bilmirdi. Təkcə onu
bilirdi ki, qadının ardınca dünyanın o başınadək gedə
bilər. Səfurə xanımın da ardınca gedərdi, onun
xanımı onunla axıradək getməyib yolunu yarımçıq
eləmişdi. Sədnik müəllim ölümün haqq olduğunu bilib
təskinlik tapırdı, yəni onun da ölümü gələcək, o
qadınına qovuşacaqdı. Bu qadın isə Sədnik müəllimin
ağlını başından eləmişdi. Bu qadın Səfurə xanımın
özü idi, başqası ola bilməzdi.
Belə fikirlərə məşğul ikən qadın yoxa çıxdı?
Sədnik müəllim burasını görmədi, onu gördü ki
kimsəsiz küçə ilə gedir. Hara gedir, niyə gedir-
soruşsalar uşaqtək gözünü döyər, deməyə söz
tapmazdı.
93
Gəldiyi yolun əksinə, yenidən metro qatarıına
mindi. Öz dayanacağında düşdü. Böyük qızı Bakıda
yaşayırdı. Onun evinə çox pərişan qayıtdı. Qızı təşvişə
düşdü. Atasının halı onu qorxutdu. Lakin o, heç nə
öyrənə bilmədi. Atasının ona deyəsi sözü yox idi.
Hərənin öz qisməti var
Sədnik müəllim ömrünün ahıl çağında Gəncə
Pedoqoji U
niversitetinin həyətində bir iş otağı
kirayələmişdi. İşçilərə əmək haqqını günəmuzd verir-
di. Onların günorta yeməyi üçün ya pulunu ödəyir, ya
yemək sifariş edir, ya da gedib kafedə, restoranda
yeyir
dilər. İş müddətində sular və şirələr əskik ol-
murdu. Mer-
meyvə də həmçinin.
Bir dəfə işçilərdən biri işə gəlməmişdi. İşdə olan
qız dedi:
-
Sədnik müəllim, filankəs işə gəlməyib, bəlkə
günor
tadan sonra gələcək. O biri işçi də sözə qarışdı:-
Yox, daha
gecdi, yəqin gəlməz. Sonra sözünün dalını
gətirdi:
-
Bəlkə də işin axırında gələcək, işləməyib müftəcə
pulunu alıb gedəcək. Professor işçilərini səbr və
hövsələ ilə dinləyib onlara belə cavab verdi:
-
Siz narahat olmayın, a bala, lap işin axırında
gəlmiş olsa belə onu boş qaytarmaram, pulunu verib
yola salacağam, təki işə gəlsin. Hərənin öz qisməti
var. Ona verəcəyim pulun sizə dəxli yoxdu.
94
Müəllif haqqında
Aləmzər Əlizadə
1950-
ci ildə Gəncə şəhərində
anadan olub. 1974-
cü ildə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə
“Pioner” qəzetində dərc olunub. Aşağıdakı kitabların
müəllifidir:
1. “
Sarı eynək”. 1973-cü il. Bakı
2. “
Küsən güllər”.1978-ci il.Bakı
3. “
Şəfəqin sırğaları”. 1983-cü il. Bakı
4. “
Ətirli kəpənək”.1986-cı il.Bakı
5. “
Ülviyyənin kitabı”. 1989-cu il. Bakı
6. “
Göyün işığı”.1993-cü il. Bakı
7. “
Adımdan danışıram”. 1994-cü il. Bakı
8. “
Gözdən çıxan qara tikan”. 1997-ci il. Bakı
9. “
Pyeslər”. 1998-cı il. Bakı
10.“
Fələk və mən”. 2008-ci il. Gəncə.
11.“
Son çiçək”. 2010-cu il
Əsərləri almanaxlarda, toplularda, dərsliklərdə
çap olunub. Aşağıdakıları göstərmək olar:
1
. “
Göyərçinin hədiyyəsi”.1978-ci il. Bakı
2. “
Mənim bağım, baharım”. 1980-ci il. Bakı
3. “
Alleqoriya və təmsillər”. 1988-ci il. Bakı
4. “Aprelskiy dojd”. 1986-
cı il. Moskva
5. “
Nad vışki morom”.1987-ci il. Minsk
6. “
Dost, əlini uzat”.1988-ci il. Özbəkistan
7. “Rodnik bratstva”.1980-ci il. Ukrayna
8. “
Odlar yurdu Azərbaycan”. 1990-cı il. Bakı
9. “
Ulu Qoşqar”. 2000-ci il. Bakı
10. “Ovqat”.2000-
ci il. Bakı
11
. “
Uşaq ədəbiyyatı”.2002-ci il. Bakı.
95
Çap olunduğu jurnalların bəzilərinin adları:
“Göyərçin”, “Azərbaycan qadını”, “Pioner”,
“Azərbaycan”, “Herbo və Flora”, “Ulduz”, “Literaturnıy
Azərbaycan”, “Yol” (İran), “Murzilka” və “Kolobok”
(Moskva)
Çap olunduğu qəzetlərin bəzilərinin adları:
“Ədəbiyyat”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”,
“Azərbaycan müəllimi”, “Azərbaycan pione-ri”, “Gəncənin
səsi”, “Sovet Gürcüstanı” (Gürcüs-tan), “Can kaya” (Türkiyə),
“Qoca Təpə”, Türkiyə”, “Yol” (İran).
1993-
cü il Moskvada çıxan təqvimdə şeirləri dərc
olunub. 1986-
cı ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür.
1987-
ci ildə “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsində
mükafata layiq görülüb, kitabı növbədənkənar buraxılıb.
Hazırda Azərbayca Yazıçılar Birliyinin Gəncəbasar
bölməsində məsləhətci işləyir.
Gəncə Dövlət Kukla teatrında aşağıdakı pyesləri
tamaşaya qoyulub:
1
. “
Günah torbası” 1989-cu il.
2. “
Nəğmə qapısı” 1991-ci il.
3. “
Şeytanın dostu” 2003-cü il.
4. “
Toya gecikən tülkü”. 2011-ci il.
5. Ayının oyanması
“Günah torbası” və “Nəğmə qapısı” pyesləri mərkəzi
televiziya ilə nümayiş etdirilib, birinci tamaşa televiziyanın
“Qızıl fondu”nda saxlanılır.
2009-
cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi
Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən
“Yaxşı bax kitabıma” adlı sənədli film çəkib və nümayiş
olunub.
Yeni kitabları nəşrə hazırlanır.
96
M Ü N D Ə R İ C A T
Müəllifdən.......................................................................3
Tanrının sevdiyi gözəl.............................................6
Seli çiyinlərdə keçənlər................................................10
İştahı pozan uşaq...................................................19
Oğurluq.........................................................................22
Bu mənim oğlumdur...............................................23
Şəffaf hörüklərin rəfiqələri............................................28
Sındırılan oyuncaqlar.............................................31
Düzəlməyən iş...............................................................36
İki ördək..................................................................37
Bir şüşə zəhər.................................................................41
Bir büküm halva.....................................................45
Yevlaxdan bura..............................................................47
Makinaçı.................................................................50
Baldız............................................................................51
Sədnik müəllim tələsir.............................................54
Mən bir ağac.................................................................58
Daşla döyülən qapı..................................................60
Ölü yerində qəhqəhə.....................................................63
Beş dənə qoca..........................................................65
97
Calaq..............................................................................65
Uzaqlardan gələn səs..............................................66
Onun Sədnik kimi dədəsi yoxdur....................................68
Çəngəldən asılan pullar..........................................70
Mən gözəlləşirəm...........................................................74
Məni də aranızda gizlədin.......................................78
Ananın mühavizəçisi......................................................82
Qiymətsiz itki...........................................................85
Biz hör
mətimizi eləyirik.................................................89
Bizi qırırlar.............................................................89
Anamın xəyalı.................................................................91
Hərənin öz qisməti var.............................................93
Müəllif haqqında ..........................................................94
98
A L Ə M Z Ə R Ə L İ Z A D Ə
Ş Ə F F A F H Ö R Ü K L Ə R İ N
R Ə F İ Q Ə L Ə R İ
Yığılmağa verilmişdir: 05.12.2012
Çapa imzalanmışdır: 10.01.2013
Qiyməti müqavilə yolu ilə
Tiraj:100
Dostları ilə paylaş: |