79
-
Qaqaş, anam bizim oynumuzu yarımçıq saxladı.
Əgər oynumuz yarımçıq qalmasaydı, mən səni
udardım, heyif. Eybi yoxdu sonra udaram, ancaq
Sərvan, atam gələndə bunu deyək. Qoy anamıza de-
sin. O bizim oyunumuzu bir də pozmasın. Sərvan
bacısına təəccüblə baxdı:
-
Sən nə danışırsan, Sərvanə? Deyirsən atamıza
şikayət eləyək?
Qız yenə yavaşca dilləndi:
-
Hə Sərvan, qoy ana qorxub bir də bizi bu otağa
salmasın.
Sərvanın bacısına bərk acığı tutdu:
-
Mən heç vaxt anamdan şikayət etmərəm. Qoy o
məni hər gün döysün, danlasın. Mənim anam hamıdan
yaxşıdı. Sən heç utanmırsan, belə söz danışırsan?
Sərvanə inadından dönmədi:
-
Qaqaş, mən də bilirəm, ana yaxşıdı. Neynim ey, o
bizim oynumuzu pozdu. Sənə də qışqırdı də... Təkcə
mənə qışqırmadı ki...Yox, mən atama deyəcəm. Qoy o
da ona qışqırsın. Uşaqlar bir tərəfdə oturub gözlədilər.
Bu vax
t ata otağa girdi. Uşaqların üz-gözündən öpdü.
Sərvanə dil boğaza qoymadı:
-
Ata, bilirsən nə olub? Sənin o gözəlin mənə də,
qaqaşa da qışqırdı. Özümüzü də oynamağa qoymadı.
Qızın dodaqları büzüldü, ağladı, üzünü atasının üzünə
söyk
ədi. Sərvan gülümsədi. Atasına göz vurdu:
-
Mənə yox, ata, təkcə Sərvanəyə qışqırdı anam.
Sərvanə atasını inandırmağa çalışdı:
80
-
Yalan deyir ata, ikimizə də çığırdı. Özümüzü də
oynamağa qoymadı. Ona de, ata, Sərvan, sənə qış-
qırmadı? Niyə düzünü demirsən? Qorxursan anadan?
Sədnik müəllim guya hirsləndi. O da oğluna göz
vurub uşaqları sakitləşdirdi:
-
Yaxşı, qızım, qoy anan gəlsin, gör onu necə
danlayacağam. Onun mənim belə ağıllı, qəşəng
balalarıma qışqırmağını göstərərəm. Hələ bir az
dayanın, qoy bir gəlsin? Qoy bir gəlsin? Sən ağlama,
qadan alım, kiri...
Qız sakitləşdi, sevindi. Səbirsizliklə analarının
gəlişini gözlədilər.
Küçə qapısı açıldı. Səfurə xanım dikdaban ayaq-
qabılarını taqqıldada-taqqıldada əzəmətlə evə sarı
gəlirdi. O pilləkənləri sürətlə qalxırdı. Uşaqlar yerlə-
rindən tərpənmirdi. Sədnik müəllim qadınının bu
yerişini çox xoşlayırdı. O evə yaxınlaşanda Sərvanə
pəncərənin önünə gəldi ki, atasının anasını necə
danladığını eşitsin. Bu zaman atası uşaqların yanına
keçdi. Özünü ciddi saxlayıb guya qorxurmuş kimi
yavaşca pıçıldadı:
-
Uşaqlar, ananız bərk gəlir, ondan qorxuram, məni
də aranızda gizlədin.
Bayaqdan b
əri atasının anasını necə danlayacağını
gözləyən Sərvanə bərkdən qəh-qəhə çəkdi. Səfurə
xanım qızı tərəfindən ona qarşı hazırlanan “sui-
qəsdin” nəticəsini bir azdan eşitdi. Əlini əlinə vurub
ləzzətlə güldü:
81
-
Gəlin, çıxın, uşaqlar, sizi bağışladım, rahat
oynayın, dalaşmayın. Sonra yavaşca qızının saçından
çəkdi:
-
Sən Vəzirlə mənim aramı vura bilməzsən. Bundan
arxayın ol, düzdürmü, Vəzir?
Sədnik müəllim qürurla qadınını süzdü:
-
Buyurduğun düzdür, hökmdarım-dedi. Onların
bir-
birlərinə baxıb ləzzətlə gülümsəməsini Sərvanə
görüb elə fərəhləndi, elə sevindi ki, nə yaxşı atası
onun üstündə anasına çığırmadı, danlamadı. Çünki
qızın ata-anasına, oyun vaxtı cığallayıb dalaşdığı
qardaşına məhəbbəti ürəyinin tutduğu boyda idi.
82
Ananın “mühafizəçisi”
Sədnik müəllimin oğul övladlarının ikincisi
Sabutaydı. Anası kimi zəhmətkeş, işgüzar oğlanın
özünəməxsus qəribəlikləri çoxdu. Hələ körpəliyində
atası bir dəfə onu üzütüklü öpmüşdü. Zərif üzünü
atasının cod tükləri dalamışdı. Uşaq: - Ata qocadı
deyə hirslənmişdi. O vaxtdan “Qoca” evin əziz, şirin
kəlməsinə dönmüş, ata sözünün əvəzedicisi olmuşdu.
Ağlı kəsəndən Sabutay ata-anasının qulluğunda
durmağı özünə fərəh bilmişdi. Anasının dilindən çıxan
hər bir kəlmə, söz ondan ötrü qiymətli, hər bir arzusu
müqəddəs idi. Səfurə xanım uzq-yaxın səfərlərə bu
oğlu ilə gedir, bu oğlu ilə gəzmək ürəyinə yatırdı.
Çünki bu oğlu onu qoyub işinin dalınca getmirdi.
Onu axıradək gözləyir, nazıyla oynayır, bircə istəyini
boş buraxmırdı. Sabutayın nəzərində anasından gözəl,
atasından böyük, bacı-qardaşlarından mehriban kimsə
ola bilməzdi.
Ail
ənin qayda-qanununu daim yüksək səviyyədə
saxlayan Səfurə xanım Sabutay üçün dost, yoldaş,
qardaş idi. O, hər sirrini, sözünü anasıyla bölüşür,
anasıyla məsləhətləşir, onun xeyir-duasını alırdı.
Sabutay Bakıda institutda oxuyurdu. Atası yanına
gəlmişdi. Gəzdilər, dolandılar, axşam ayrılanda
Sədnik müəllim onun uzaqda olduğunu nəzərə alıb
100 manat pul verdi. Oğlu təəccübləndi:
-
Bu qədər pulu neynirəm, ata?
Atası ondan da bərk təəccübləndi:
Dostları ilə paylaş: |