5
arxayın, kimsəsiz, sakit bir yer axtarıram. Yoxdur.
Mənim bacım, onun uşaqları bizdədir, uşaqlar bir
yerdə qərar tutan deyillər. Yanlarında heç nə yazmaq
olmur. Ürəyimdə yazdıqlarım çoxdur.
Şaxtalı, soyuqlu yanvardır. Bu gün işə getmirəm.
Ayrı-ayrı günlərdə Səyyaf, Sahibə, Sabutay, Sədafət,
Sərvanə və nəhayət Sərvanla danışmışam. Hərəsinin
özünəməxsus danışıq tərzləri, dünyaya baxışları, ata-
analarına, insanlara istəyi, münasibətləri müxtəlifdir.
Hər biri ayrılıqda maraqlı mühakimələr yürüdür.
Fikirlər söyləyir, ata-analarını, bacı-qardaşlarını daha
çox sevmələri ilə fəxr edirlər. Onların hər biri analrını
daha çox sevdiyini, onun sözünə daha çox baxdıq-
larını qeyd edirlər (bu məhəbbət, bu istək ataları
Sədnik müəllimə də aiddir). Səyyaf ötkəmliyi, sözü
üzə deməyi və əyilməzliyi ilə tanınır. Sahibə elm
adamıdır, sözü yüz dəfə ölçüb bir dəfə deyəndir.
Sədafət ata-anasına, bacı-qardaşlarına qayğıkeşliyi ilə
seçilir.
Onların danışığında təbiilik, səmimilik xoşuma
gəlir. Sərvanla Sərvanə ata-anaları barədə çox ma-
raqlı danışırlar. Cümlələri elə bil qəsdən təbii şəklə
salıb qarşısındakına söyləyirlər. Sərvanə danışıb
gülən, Sərvan ciddidir. Sabutay işiylə danışığı düz
gələndir. O, ata-ananın oğlu, bacı-qardaşlarının qar-
daşı, uşaqlarının atası və nəhayət, ləyaqətli bir qadının
həyat yoldaşıdır. Sözdən çox əməli ilə cavab verəndir.
6
Tanrının sevdiyi gözəl
Tanrı ən xoşladığı gülün, sevdiyi çiçəyin
gözəlliyindən kəsib Pəmbə xanıma calamışdı. Bu
qızın gözəlliyi özündən başqa kim görsə onu heyrətdə
qoyur, könlünə, gözünə bayram əhvalı doldurur,
dərdini, qəmini ovundururdu.
Bir qoca arvad bulaqda Pəmbəni bağrına basıb
öpməkdən özünü saxlaya bilməmiş, üzünü göylərə
tutub demişdi:
-
Möcüzənə şükür, Allah! Yaratdığına şükür, Allah.
A qızım, görüm, bəxtin də özün kimi gözəl olsun. Lap
nağıllardakı mələklərdənsən maşallah!
Belə sözlər qıza qəribə gəlmədi, çünki belə sözləri
çox eşitmişdi. Suyunu doldurub evlərinə yollandı.
Ona qəribə gələn nişanlısının əmioğlusu
İbrahimxəlilin qorxub çəkinməyən baxışları idi. Yad
oğlanın ona vurğunluğu, heyranlığı baxışlarında dil
aç
ıb danışırdı.
İbrahimxəlilin yeznəsi Fəriş əsgər idi. Bacısı Həcər
evdə tək qorxurdu deyə Pəmbə onunla qalırdı. Oğlan
hərdən bacısını yoxlamağa gəlir, yer-yemək gətirir,
axşama düşəndə gecələyirdi. Bacısının evi tək göz
olduğundan İbrahimxəlil də Pəmbəgillə bir otaqda
yatırdı. Həcər ürəyinə qardaşının onun evində
qalmasından heç bir şübhəli fikir gəlmirdi. Qardaşı
qızın nişanlı olduğunu bilirdi.
Pəmbə özündən asılı olmadan İbrahimxəlilin bütün
varlığını, düşüncəsini əlindən almış, onu əlacsız dərdə
salmışdı. Oğlan bacısıgilə tez-tez, həm də axşama
7
yaxın gəlirdi. Hər dəfə onun gecəsini, gündüzünü
qaranlıq eləyənin barmağında üzüyün parladığını
görəndə qəlbinə kədər dolurdu. Bu kədər ürəyinin
döyüntüsünün arasına girir, orada oynayır, kef eləyir,
nizamlı ahəngin pozulmasından daha da şitənirdi.
Oğlan bacısını çox istəyirdi. Ona görə, Pəmbəni
almağı beyninə sığışdırmırdı. Lakin hiss eləyirdi
beyni gücsüzləyir, zəifləyir, ürəyi onu üstələyirdi.
Ürəyi isə kədərin cənginə keçmişdi, qopara
bilmirdi.
Kədər ürəyini cızdı, sıyırdı, zədələdi, himə bənd
idi ki, çatlatsın.
İbrahimxəlilin buna gücü çatmadı. Düşünüb
daşınmağın nəticəsi olmadığını yəqin edəndən sonra
Pəmbəni qaçırdı. Üzüklü qızın qaçırılmsı yenicə
qohumlaşmış, hələ bir-birilərinin xeyir-şərlərində lazı-
mınca iştirak etməmiş iki nəslin arasında düşmənçilik
körpüsü saldı.
Qohumları Fərişin qabağına ağır şərt qoydular: -Ya
biz, ya arvadın. Bu biabırçılığı, bu beynamussuzluğu
belə yuya bilərik.
Heç bir günahı olmayan cavan ailə dağıldı. Həcər
hamiləydi. Oğlunu ata eində doğdu. Böyük dayısı
Ədbülkərim uşağın adını “Quran”dan götürdü. Sədnik
qoydu. Sədnik farsca yüz sevinc, yüz fərəh deməkdi.
Ərindən əlini üzməyən qadın üç il gözlədi. Gözlədi
ki, bəlkə oğlunun atası sahib durub, onları başsız
qoymaya. Öz əlləri ilə toxuduğu xalçaları qardaşı ilə
Gəncəyə Fərişə göndərdi ki, satsın əlində maya eləsin.
8
Xalçaların pulu Fərişin yeni ailə qurmasına sərf
olundu. Oğlunun atası ilə bir daha qovuşa bilməyə-
cəyini yəqin edən Həcər istəyənlərdən birinə ərə get-
məyə məcbur oldu. Sədnik dəcəl bir uşaq idi. Yerə-
göyə sığmırdı.
Pəmbə Tanrının sevdiyi gözəl idi. O, öz
yaratdığına könlünün xoş vaxtı nəzər salır,
möcüzəsinə heyran olurdu. Pəmbəni bəzi insanlar
sevə bilməzdi. Bu gözəlin özü də kimsəni sevib,
kimsəni xoşbəxt eləməyə qadir deyildi. Ardı-arası
üzülməyən günlərə qoşulub yaşayırdı. Belə
yaşayışdan çox tez bezdi. İllah da ki, gözəlliyindən
gələn qəzanın zərbəsinə düçar olan baldızı və onun
oğlunun dərdini sinirə bilmirdi. Uşağın ata
nəvazişindən məhrum olmasının səbəbini özündə
görən, lakin əlindən heç nə gəlməyən Tanrının sevdiyi
bu gözəl iztirab çəkir, ovuna bilmirdi. Pəmbə
İbrahimxəlildən ayrıldı. Bu baldızı Həcərin həyatında
yaxşılığa doğru heç nəyi həll edə bilməzdi. Bu kiçik
Sədniki atasına qovuşdurmadı. Kiçik dayısı onu
Gəncəyə atasının yanına apardı. Atası qaldı iki yol
ayrıcında. O artıq evlənmiş, oğlu da var idi. O,
Sədnikə oğlu kimi baxa bilmədi, ona yad idi, ögey idi
Sədnik.
Yaranmışlar kimi yaranmışdı Sədnik, lakin
anasının da oğlu ola bilmirdi. Atası oğlum deyib onu
bağrına basanda ailəsi yenidən dağılırdı.
Leyli nənə nənəsiydi, can deyəniydi. Sədnik özü də
dəcəldi, ipə-sapa yatmayandı. Nənəsi bacarmırdı
Dostları ilə paylaş: |