Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə54/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   50   51   52   53   54   55   56   57   ...   160

 

 

 



181 

www.vivo-book.com 

 

Mən heç vaxt xaricdə olmamıĢam. Keyt, valideynləri və qardaĢı Ġtan 



iki  həftəliyə  Barbadosa  gedirlər.  Yeni  mənzildə  Keytsiz  səliqə-səhman 

yaratmalı  olacam.  Bu,  çox  qəribədir.  Ġtan  universiteti  keçən  il  bitirib  və 

bütün dünyanı gəzib-dolaĢıb. Maraqlıdır, onlar gedənə qədər onunla görüĢə 

biləcəyəmmi? O, çox yaxĢı oğlandır. 

Telefon zəng çalır – məni düĢüncələrdən ayıraraq. 

– Bu Xosedir. 

Köks ötürürəm. BaĢqa çarə yoxdur, onunla danıĢmaq gərəkdir. 

– Salam. 

– Аna, qayıtmısan! – Хоse açıq-aĢkar sevinir. 

– Əlbəttə, – səsimdən kinayə süzülür, göz qapaqlarımı endirirəm. 

О, bir neçə saniyə susur. 

–  GörüĢə  bilərikmi?  Mən  ötən  cüməyə  görə  üzr  diləmək  istəyirəm. 

Mən sərxoĢ idim… sənsə… Аna, xahiĢ edirəm, bağıĢla məni. 

–  Əlbəttə  ki,  səni  bağıĢlayıram.  Amma  bir  daha  belə  etmə. 

Bilirsənmi, mən sənə dost kimi yanaĢıram. 

О, ağır-ağır, kədərlə ah çəkir. 

–  Bilirəm.  Mən  yalnız  ümid  edirəm  ki,  səni  öpsəm,  hər  Ģey 

dəyiĢəcək. 

–  Хоse,  mən  səni  sevirəm,  sən  mənimçün  çox  məhrəm  adamsan. 

Mənə heç vaxt olmayan qardaĢım kimisən. 

– Ġndi onunlasan? – səsinin ahəngində nifrət duyuram. 

– Mən özüm özümləyəm. 

– Amma gecəni onunla keçirmisən. 

– Nə fərqi var ki? 

– Pula görə? 

– Xose! Nə cəsarətlə! – onun həyasızlığından heyrətlənərək, demək 

olar ki, bağırıram. 

–  Аna…  –  О  sızlayır  və  üzr  istəyir.  Amma  indi  onun  səfeh 

qısqanclığı vecimə də deyil. Bilirəm ki, heyifsilənir, amma səbir kasam artıq 

daĢır. 



 

 

 



182 

www.vivo-book.com 

 

– Gəl sabah bir yerdə qəhvə içək, ya da daha nəsə bir Ģey edək. Sənə 



zəng edəcəm, – deyə barıĢdırıcı tonda deyirəm. 

O  dostumdur,  ona  çox  bağlıyam.  Amma  indi  onunla  danıĢmağa 

taqətim yoxdur. 

– Sabahadək. Zəng edəcəksən? – qəlbindəki ümid məni kövrəldir. 

– Hə… salamat qal, Хоse. 

Cavabı gözləmədən dəstəyi asıram. 

– O niyə bu qədər nigarandır? – Keyt əllərini böyrünə dirəyərək sərt 

Ģəkildə soruĢur. 

YaxĢı olar ki, hər Ģeyi olduğu kimi danıĢım. О, yaman qətiyyətlidir. 

– Ötən cümə günü mənə giriĢirdi. 

–  Хоse?  Sonra  da  Kristian  Qrey?  Аna,  sənin  feromonların  ikiqat 

yüklə iĢləyir!.. Bu axmaq nəyə ümid edirdi ki? 

Rəfiqəm hiddətlə baĢını yelləyir və qutulara qayıdır. 

Qırx beĢ dəqiqə sonra biz mətbəximin ləziz yeməyinə  – lozaniyaya 

görə iĢə ara veririk. Keyt bir ĢüĢə Ģərab açır. Qutular arasında oturub ucuz 

qırmızı  Ģərab  içə-içə  yemək  yeyərək  televizorda  nəyəsə  baxırıq.  Əsl 

sərsəmlik  olan  qırx  səkkiz  saatdan  sonra  arzulanan  istirahət.  Bu  müddətdə 

ilk dəfə mən sakitcə, qısnamasız yeyə bilərəm. Maraqlıdır, onun yeməklə nə 

problemi  var?  Keyt  süfrəni  yığıĢdırır,  mən  qonaq  otağındakı  əĢyaları 

qutulara  yığmağı  bitirirəm.  Yalnız  divan  qalır,  televizor  və  yemək  masası. 

Daha nə lazım ola bilər? Yalnız mətbəx ləvazimatı və yataq dəstini qutuya 

yığmaq gərəkdir, qarĢıda isə bütöv həftə var. Əla nəticədir! 

Telefon  yenə  zəng  çalır.  Eliot.  Keyt  göz  vurur  və  yataq  otağına 

qaçır...  on  dörd  yaĢlı  qız  kimi.  Əslində,  o,  buraxılıĢ  mərasimi  üçün  nitq 

yazmalıdır, amma Eliot deyəsən, daha vacib məsələdir. Qrey ailəsindən olan 

kiĢilərin görən nə özəlliyi var? Niyə onlar bu qədər gözəldir? ġərabdan bir 

qurtum da içirəm. 

Televizor  qarĢısında  oturaraq  bir-bir  kanalları  adlayıram,  amma 

qəlbən çox yaxĢı anlayıram ki, sadəcə vaxtı uzadıram. Müqavilə çantamda 

dəlik açır. Bu gün onu oxumağa taqətim çatacaqmı? 




 

 

 



183 

www.vivo-book.com 

 

Əlimlə  baĢımı  tuturam.  Хоse  və  Kristian  —  hər  ikisi  məndən  nəsə 



istəyir.  Хоsenin  öhdəsindən  asanlıqla  gələrəm.  Amma  Kristian…  Kristian 

tamamilə baĢqa yanaĢma və anlam tələb edir. Odur ki, ―mən‖imin bir hissəsi 

qaçıb  gizlənmək  istəyir.  Necə  edim?  Gözüm  qarĢısında  onun  diqqətli  boz 

baxıĢı  durur,  bu  fikirdən  bütün  bədənim  gərilir.  Dərindən  köks  ötürürəm. 

Kristian  indi  uzaqlardadır,  mənsə  ehtiraslanıram.  Amma  məsələ  təkcə 

seksdə  deyil  axı?  Mən  onun  səhər,  nahar  yeməyi  zamanı  mənimlə  necə 

zarafat  etdiyini,  helikopteri  necə  coĢqu  ilə  idarə  etdiyini,  gecə  necə 

fortepiano  çaldığını,  ürəyi  riqqətə  gətirən,  lakin  kədərli  melodiyanı 

xatırlayıram. 

Onunla  heç  də  asan  deyil.  Və  indi  qismən  baĢa  düĢürəm  niyə. 

Yeniyetməlikdən  məhrum  olmuĢ,  məkrli  missis  Robinsonun  seksual 

zorakılığına  məruz  qalmıĢ  gənc…  Təəccüblü  deyil  ki,  o,  yaĢlı  görünür. 

Qəlbim  yazıqlıq  hissiylə  dolur:  təsəvvür  etdikdə  ki  o  nələrə  dözməyə 

məcbur olub. Mən öz sadəlövhlüyümlə bilirəm ki, məhz nəyə, amma, yəqin 

ki, internetə baxıb biləcəm bunun nə olduğunu. BaĢqa bir məsələ budur ki, 

mən bunu istəyirəmmi? Bu aləmə baĢ vurmalıyammı? 

Kristianla  qarĢılaĢmasaydım,  elə  beləcə  cəhalətdə  qalacaqdım. 

Yenidən dünənki gecəni və bugünkü səhəri… və onunla misilsiz, hissiyyatlı 

seksi xatırlayıram. Mən bütün bunlardan imtina etmək istəyirəmmi? ―Yox!‖ 

– deyə təhtəlĢüurum  bağırır… və daxili  ilahəm  fikirli  halda razılıq əlaməti 

olaraq baĢıyla təsdiqləyir. 

Keyt  qulağının  dibinədək  gülümsəyərək  qonaq  otağına  qayıdır. 

Deyəsən, o, aĢiq  olub… ona heyrətlə baxıram.  О, əvvəllər heç vaxt  özünü 

belə aparmayıb. 

– Аna, mən yatmağa gedirəm. Gözlərim öz-özünə qapanır. 

– Hə, mən də gedirəm. 

O, məni qucaqlayır. 

–  ġadam  ki,  sən  sağ-salamat  qayıtmısan.  Kristianda  nəsə  ürküdücü 

Ģey var, – rəfiqəm üzrxahlıq edirmiĢ kimi əlavə edir. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə