Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə70/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   66   67   68   69   70   71   72   73   ...   160

 

 

 



238 

www.vivo-book.com 

 

– Əlbəttə, miss Stil. 



– Bunu mənə deyəcəkdiniz? 

О, üzünü turĢudur. 

–  Səncə,  mən  səni  istəmədiyin  Ģeyə  məcbur  edərdim,  sonra  da 

yalandan deyərdim ki, sənə malik olmağa qanuni hüququm var? 

– Ümumiyyətlə… hə. 

– Deyəsən, mənim haqqımda çox da yüksək fikirdə deyilsən. 

– Sualıma cavab vermədin. 

–  АnasteyĢa,  bu  müqavilənin  qanuni  olub-olmaması  qətiyyən 

əhəmiyyətli  deyil.  Bu  müqavilə  səninlə  bağlamaq  istədiyim  razılaĢmanı 

özündə ehtiva edir – mənim səndən istəyəcəyimi və sənin məndən gözləyə 

biləcəyini. XoĢuna gəmirsə, imzalama. Əgər imzalasan, sonra qərara gəlsən 

ki o səni qane etmir, orda yetərincə bəhanə var və sən istədiyin zaman gedə 

bilərsən. Hətta bu müqavilə qanuni olsaydı belə, doğrudanmı düĢünürsən ki, 

mən səni məhkəmələrdə süründürərdim? 

ġərabdan  böyük  bir  qurtum  içirəm.  TəhtəlĢüurum  əlini  çiynimə 

vurur. ―Sağlam zəkanı qoruyub saxlamalısan, – özüm-özümə deyirəm. – çox 

içmə‖. 

– OxĢar münasibətlər düzgünlük və etimad üzərində qurulur, – deyə 



o, davam edir. — Mənə etibar edirsənsə, səninlə davranıĢımda son hədd nə 

ola  bilər.  Əgər  mənimlə  səmimi  ola  bilmirsənsə,  onda  heç  baĢlamasaq 

yaxĢıdır. 

Nəsə yaman tez iĢə giriĢdik. Mənimlə o nə qədər uzağa gedə bilər ki 

münasibətlərdə. Lənət Ģeytana. Bu, nə deməkdir ki? 

–  Odur  ki,  hər  Ģey  sadədir,  АnasteyĢa.  Mənə  etibar  edirsən,  yoxsa 

yox? – Onun gözləri od tutub yanır. 

– Bəs onlarla… hm… on beĢ qızla da bunu müzakirə eləmisən? 

– Yox. 

– Niyə? 



 

 

 



239 

www.vivo-book.com 

 

–  Çünki  onların  hamısı  kəniz  kimi  idilər.  Onlar  bilirdi  ki, 



münasibətlərimdən  nə  gözləyirlər  və  mən  onlardan  nə  istəyirəm.  Bütün 

müzakirələr yolverilənin hədləri və sair xırdalıqlarla bitirdi. 

– Onları hardan tapırsan? Qulların satıldığı xüsusi mağazadan? 

О gülür: 

– Heç də yox. 

– Onda hardan? 

–  Bunu  müzakirə  eləmək  istəyirsən?  Yoxsa  söhbətimizin  məğzinə 

qayıdaq? Daha doğrusu, dediyin kimi, mübahisəli məsələlərə. 

Udqunuram.  Ona  inanırammı?  Doğrudanmı  hər  Ģey  etimaddan 

asılıdır? Və məgər etimad qarĢılıqlı olmamalıdırmı? Xose zəng etdiyi zaman 

Kristianın necə hirsləndiyini xatırlayıram. 

– Ac deyilsən ki? – məni fikirlərdən ayıraraq Kristian soruĢur. 

―Yoox… bircə yemək olmasın!‖ 

– Yox. 


– Bu gün yemək yemisən? 

Ona baxıram. Lənət Ģeytana, cavabım xoĢuna gəlməyib. 

– Yox, – pıçıldayıram. 

О, acıqlı halda gözünü qıyır. 

– Sən yemək yeməlisən, АnasteyĢa. Biz ya burda, ya da mənim otel 

otağımda Ģam etməliyik. Seçimin nədir? 

– Qələbəlik olan, neytral ərazidə qalmaq istərdim. 

Kristian riĢxəndlə gülümsəyir. 

–  Səncə,  belə  asanlıqla  əl  çəkəcəm?  –  o,  sakitcə  soruĢur,  onun 

hissiyyatlı səsi xəbərdaredici səslənir. 

Gözlərimi geniĢ açır və udqunuram. 

– Ümid edirəm. 

–  Gedək,  mıən  özəl  kabinə  hazırlatdırmıĢam.  Odur  ki,  heç  bir 

publika  olmayacaq.  –  О,  müəmmalı  tərzdə  gülümsəyir,  kabinədən  çıxır  və 

əlini mənə uzadır. 

– ġərabını götür, – Kristian xəfifcə deyir. 




 

 

 



240 

www.vivo-book.com 

 

Onun  əlinə  dayaqlanaraq  kabinədən  çıxır  və  yanaĢı  dururam. 



Biləyimi  buraxır,  qoluma  girib  bardan  keçirir,  sonrasa  böyük  pilləkənlə 

mansard  mərtəbəsinə  qalxıram.  Otelin  xüsusi  geyimində  olan  cavan  bir 

oğlan bizə yaxınlaĢır. 

– Mister Qrey, bura zəhmət olmasa. 

Onun  ardınca  zövqlü  istirahət  zonasından  özəl  kabinəyə  yollanırıq. 

Orda  bircə  masa  var.  Otaq  kiçik,  amma  bərbəzəklidir.  Parlaq  büllur  çıraq, 

niĢastalanmıĢ masa dəsti, büllur qədəhlər, gümüĢ çəngəl-bıçaq və ağ qızılgül 

dəstəsi.  Divarlarına  ağacla  sarılmıĢ  kabinəyə  sanki  keçmiĢin  nəfəsi  çöküb. 

Оfisiant  stulu  geri  çəkir  və  mən  otururam.  О,  salfeti  dizlərim  üstə  qoyur. 

Kristian qabaq-qənĢər oturur. Çəkinə-çəkinə ona tərəf baxıram. 

– Dodağını diĢləmə! – o pıçıldayır. 

Üz-gözümü  turĢuduram.  Lənət  Ģeytana!  Heç  özüm  də  bunun  necə 

baĢ verdiyini sezə bilmirəm. 

– Mən artıq yeməyi sifariĢ etmiĢəm. Əminəm, etiraz etmirsən. 

Düzünü  desək,  sevinirəm,  çünki  əmin  deyiləm  ki,  indi  qərar  qəbul 

edə bilərəm. 

– Yox, hər Ģey qaydasındadır. – BaĢımı endirməklə təsdiqləyirəm. 

–Əla, səni hələ islah etmək olar. Hə, nədə qalmıĢdıq? 

– Söhbətimizin məğzində. 

ġərabdan  bir  qədər  də  içirəm.  Çox  ləzizdir.  Kristian  Ģərabdan  baĢ 

çıxarır.  Yataqda  mənə  içirdiyi  son  Ģərab  damlasını  xatırlayır  və  bezdirici 

fikirlərdən allanıram. 

–  Hə,  sənin  mübahisəli  məsələlərin.  –  О,  pencəyinin  içəri  cibini 

eĢələyir və bir vərəq çıxarır,  – məktubun... Ġki bənd. Razıyam.  Bu, ümumi 

maraqlarımıza uyğundur. Ġfadə tərzini dəyiĢirəm. 

Xəcalətlə  gözlərimi  döyürəm.  Lənət  Ģeytana,  bütün  bəndləri  bir-bir 

müzakirə edəcəyik. Kristianla təkbətək qaldıqda tutulur və özümü itirirəm. 

О  elə  ciddidir  ki!  Özüm  özümü  daha  bir  qurtum  Ģərabla  ruhlandırıram. 

Kristian davam edir: 



 

 

 



241 

www.vivo-book.com 

 

–  Mənim  seksual  sağlamlığım.  Deməli,  bütün  əvvəlki  qadın 



tərəfdaĢlarım  qanın  analizini  götürüb,  mənsə  hər  yarım  ildə  xatırlatdığın 

yoluxucu  xəstəliklərə  dair  yoxlamadan  keçirəm.  Son  testlərin  cavabı 

mənfidir.  Heç  vaxt  narkotik  maddələr  qəbul  etməmiĢəm.  Ümumiyyətlə, 

narkotik  əleyhdarıyam.  Öz  Ģirkətimdə  istənilən  narkotik  maddəyə  qarĢı 

dözümsüzlük  siyasəti  yeridir  və  tələb  edirəm  ki,  əməkdaĢlar  qaydasız 

seçimlə narkotestdən keçsinlər. 

Paho…  onun  hər  Ģeyə  nəzarət  eləmək  səyləri  dəlilik  həddinə  çatıb. 

Heyrətlə gözlərimi döyürəm. 

– Mənə heç vaxt qan köçürməyiblər. Cavab təminedicidir? 

Sakitcə baĢımla təsdiqləyirəm. 

–  Növbəti  bəndləri  müzakirə  eləmiĢik.  Sən  münasibətləri  istədiyin 

vaxt qıra bilərsən, АnasteyĢa. QarĢını almayacam. Amma getsən, həmiĢəlik 

gedəcəksən. Sadəcə bunu bilməlisən. 

 



YaxĢı, – sakitcə deyirəm. – Getsəm, həmiĢəlik gedəcəm.  

Bu fikir nədənsə məni ağrıdır. 

Оfisiant  ilk  buludu  gətirir.  Ġndi  necə  yeyəsən?  Ох,  bax  a,  Kristian 

buzlu istridyə

1

 sifariĢ verib. 



– Yəqin ki, istridyə xoĢlayırsan. – Kristianın səsi incədir. 

– Heç dadmamıĢam. 

– Doğrudan? – О, istridyə götürür. – Bu, çox asandır, ilbiz qabığının 

içindəkini sovurur və udursan. Məncə, bunu edə biləcəksən. 

Kristian diqqətlə məni süzür: baĢa düĢürəm o, nəyə eyham vurur və 

qırmızı  rəng alıram.  О  gülümsəyir, istridyəyə limon  suyunu çilədir və onu 

ağzına dürtür. 

– M-m-m, ləzzət. Dəniz dadı. – О gülümsəyir və təklif edir, – hə, bir 

dadına bax görək. 

– Deməli, çeynəmək lazım deyil? 

                                    

1

 yeyilən dəniz ilbizi 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə