Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə72/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   68   69   70   71   72   73   74   75   ...   160

 

 

 



245 

www.vivo-book.com 

 

ağrının  necə  xoĢ  ola  biləcəyini  göstərə  bilərəm.  Ġndi  mənə  inanmırsan, 



amma mən etibardan danıĢarkən, məhz bunu nəzərdə tuturam. Ağrılı olacaq, 

amma  sən  buna  tam  dözə  bilərsən.  Və  yenə  də  deyirəm,  əsas  məsələ 

etibardır. Mənə etibar edirsən, Аna? 

―Ana!‖ 


– Hə, – düĢünmədən deyirəm. Və bu həqiqətdir – doğrudan da, ona 

etibar edirəm. 

– Hə, elə isə, – açıq-aĢkar rahatlanaraq deyir o, – yerdə qalan xırda 

təfərrüatlardır. 

– Mühüm xırdalıqlar. 

– YaxĢı, gəl onları müzakirə edək. 

BaĢım  hərlənir.  Eh,  gərək  Keytdən  diktofonu  götürəydim,  sonrasa 

sakitcə  qulaq  asmaq.  DüĢüncə  üçün  o  qədər  informasiya  yığılıb!  Оfisiant 

əsas yeməyi gətirir: qara treska, qulançar

1

 və holland souslu külləmə kartof. 



Hiss edirəm ki, tikə boğazımdan aĢağı düĢmür. 

– Əminəm ki, balıq xoĢlayırsan, – Kristian asta səslə deyir. 

Yeməyi çəngəllə qurcalayır və sudan böyük bir qurtum içirəm. Heyif 

ki bu, Ģərab deyil! 

–  Gəl  qaydaları  müzakirə  edək.  Deməli,  sən  yeməklə  bağlı  bəndin 

tam əleyhinəsən? 

– Hə. 

–  Əgər  o  bənddə  yalnız  sənin  gündə  ən  azı  üç  dəfə  yemək  yemən 



deyiləcəksə? 

– Fərq etmir. 

Dünyasında  güzəĢtə  getmərəm.  Heç  kim  mənə  nə  yeyib-

yeməyəcəyimi əmr edə bilməz. Necə s..iĢmək – hə, amma yemək… heç bir 

halda. 

О, dodaqlarını kip sıxır. 



                                    

1

 yaxud “quşqonmaz”, “mərəçüyüd” adlanan bitki (



tərc.




 

 

 



246 

www.vivo-book.com 

 

– Sənin ac olmadığını bilməliyəm. 



Üzümü turĢuduram. Bu nəyə görə? 

– Bəs etibar məsələsi? 

Hansısa müddət Kristian məni baxıĢları ilə deĢir, sonra yumĢalır. 

–  Haqlısınız,  miss  Stil,  –  sakitcə  deyir  o.  –  Yemək  və  yuxu 

məsələsində sizinlə razılaĢıram. 

– Niyə gözlərinin içinə baxmaq olmaz? 

–  Dominantlar  və  sabmissivlər  arasında  belə  qəbul  olunub. 

AlıĢarsan. 

AlıĢarammı? 

– Niyə sənə toxunmaq mənə qadağan edilib? 

– Ona görə. 

Onun dodaqları inadkar xətdə birləĢir. 

– Bu, missis Robinsona görədir? 

Kristian sual dolu baxıĢlarla mənə baxır. 

–  Bu  hardan  ağlına  gəldi?  –  o  soruĢur  və  dərhal  ağlına  batır.  – 

fikirləĢirsən ki, məni zədələyib? 

BaĢımla təsdiqləyirəm. 

– Yox, АnasteyĢa, iĢ o qadında deyil. Bundan savayı, o, Ģıltaqlıqlara 

dözmürdü. 

Hə, amma mən tam əksinə … ĠncimiĢ kimi dodaqlarımı ĢiĢirirəm. 

– Deməli, onun bu məsələyə dəxli yoxdur? 

– Hə. Mən istəmirəm ki, sən özünə də toxunasan. 

Nə? Hə, özünə həzz vermə bəndi. 

– Sadəcə maraq xətrinə soruĢuram, niyə? 

– Ġstəyirəm ki, sən həzzi ancaq məndən alasan. 

Ох…  Bilmirəm  ona  nə  deyim.  Bir  tərəfdən,  bu  elə  ―Mən  o  dodağı 

diĢləmək  istəyirəm‖  kimi  bir  Ģeydir,  digər  tərəfdən,    xudpəsəndlik! 

QaĢqabağımı  tökürəm  bir  tikə  balığı  ağzıma  ötürür,  fikrən  öz  uğurlarımı 

hesablayıram.  Yemək,  yuxu,  onun  gözlərinə  baxa  bilərəm.  О,  tələsmədən 



 

 

 



247 

www.vivo-book.com 

 

hərəkət edəcək və biz yolverilən hədləri nəzərdən keçirirdik. Əmin deyiləm 



ki, onları yemək vaxtı müzakirə edə bilərəm. 

– düĢünmək üçün informasiya çoxdur, hə? 

– Hə. 

– Ġstəyirsənsə, yolverilən hədlərdən danıĢaq. 



– Amma Ģam yeməyində yox. 

О gülümsəyir. 

– Ürəyinə yatmır? 

– Buna oxĢar bir Ģey. 

– Demək olar ki, heç nə yeməmisən. 

– Bəsimdir. 

–  Üç  istridyə,  dörd  tikə  balıq  və  bir  saplaq  qulançar.  Nə  kartof,  nə 

qoz, nə zeytun və bütün günü ac-yalavac. Və hesab edirsən ki, sənə etibar 

etmək olar. 

Lənət Ģeytana! О nədi, nə qədər yediyimi hesablayır? 

–  Kristian,  zəhmət  olmasa...  mən  bu  sayaq  mövzuları  müzakirə 

etməyə alıĢmamıĢam. 

– АnasteyĢa, sən mənə sağlam və möhkəm lazımsan. 

– Bilirəm. 

– Və mən elə bu an əynindəki paltarı cırıb çıxarmaq istəyirəm. 

Udqunuram;  Keytin  əynimdəki  paltarını  cırmaq...  Ġçimin 

dərinliklərində tanıĢ ağırlığı duyuram. Varlığını bildiyim əzələlər Kristianın 

sözlərindən yığılır. Amma yumĢalmaq olmaz. О, yenə də mənə qarĢı özünün 

ən  qüdrətli  silahından  istifadə  edir  –  seks.  Seksdə  onun  əvəzsiz  olması  isə 

hətta mənə də aydındır. 

–  Heç  də  yaxĢı  fikir  deyil,  –  asta  səslə  deyirəm.  –  Bəs  desert  necə 

olsun? 


– Desert istəyirsən? – Kristian fınxırır. 

– Hə. 


– Sən özün desert ola bilərsən, – o təklif edir. 

– Qorxuram o qədər də Ģirin olmayım. 




 

 

 



248 

www.vivo-book.com 

 

– АnasteyĢa, sən çoox Ģirinsən, bunu məndən yaxĢı bilən yoxdur. 



– Kristian, sən seksdən silah kimi istifadə edirsən. Bu düzgün deyil, 

– pıçıldayır və baxıĢlarımı əllərimə endirirəm, sonrasa düz gözlərinin içinə 

baxıram. 

О,  təəccüblə  qaĢlarını  qaldırır,  görürəm  ki,  sözlərim  onu 

qayğılandırıb. DüĢüncəli halda çənəsini sığallayır. 

–  Doğrudan  da,  seksdən  silah  kimi  istifadə  edirəm.  Bildiyini 

təcrübədə  sınaqdan  keçirə  bilərsən,  АnasteyĢa.  Amma  yenə  də  olsun,  səni 

istəyirəm. Ġndi və bu dəqiqə. 

Görəsən, yalnız səsiylə o, məni necə yoldan çıxara bilir? Artıq ağır-

ağır nəfəs alıram: coĢmuĢ qan damarlarımla axır, əsəblərim son həddədir. 

– Mən bəzi Ģeyləri dadmaq istərdim, – Kristian nəfəsini buraxır. 

Üzümü  turĢuduram.  Əvvəlcə  məndə  ehtiras  oyadır,  indi  də  öz 

istədiyini qabаğa verir. 

–  Əgər  mənim  kənizim  olsaydın,  bu  haqda  düĢünməzdin.  Hər  Ģey 

çox sadə olardı. – О, asta və ehtiraslı danıĢır. – Sən ancaq qərar qəbul etməli 

olmayacaqdın, heç bir sual da qalmazdı: düzmü hərəkət edirəm, ya yox; bu, 

burada baĢ verəcəkmi; bu, indi olacaqmı? Sən heç nədən narahat olmazdın, 

hər Ģey mən həll edərdim, sənin sahibin. Əminəm, АnasteyĢa, sən də məni 

istəyirsən. 

Üzümü daha çox turĢuduram. О hardan bilir? 

– Bilirəm, çünki … 

Hə, iĢə düĢdük, o özü ağlımdan keçirdiyim suala cavab verir. Bəlkə 

o, fikirləri oxuya bilir? 

–  Bədənin  səni  ələ  verir.  Ombalarını  sıxdın,  qızardın  və  tənəffüsün 

dəyiĢdi. 

Ah, yetər, bəsdi! 

– Оmbaları hardan bildin? 

Səsim  quyunun  dibindən  çıxır  və  onda  inamsızlıq  duyulur. 

Müqəddəslərə and olsun ki, ombalarım masanın altındadır! 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə