Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə73/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   69   70   71   72   73   74   75   76   ...   160

 

 

 



249 

www.vivo-book.com 

 

–  Süfrənin  necə  dalğalandığını  duydum;  ümumən  bu  gümandır, 



çoxillik təcrübəyə əsaslanır. Axı mən haqlıyam, hə? 

Qızarıram və aĢağı, əllərimə baxıram. Bu Ģəhvət oyununda yalnız o 

bilir və baĢa düĢür qaydaları və bu, mənə mane olur. Mən çox sadəlövh və 

təcrübəsizəm.  Yeganə  məsləhətçim  –  Keytdir,  o,  kiĢilərlə  çənə  döymür. 

Digər  mənbələr  uydurmadır:  Elizabet  Bennet,  yəqin  ki,  hiddətlənərdi,  Cen 

Eyr qorxardı, Тess

1

 isə Ģəhvətə uyardı, lap mənim kimi. 



– Sən balığı yeyib bitirmədin. 

– Soyuq balıq yerinə məni istərdin? 

Kəskin  hərəkətlə  baĢımı  qaldırıram  ki,  Kristiana  baxa  bilim;  onun 

gözləri ərimiĢ gümüĢ kimi ehtirasdan alıĢıb-yanır. 

–  Elə  bilirdim  ki,  boĢqabdakı  yeməyi  sonadək  yeyib  bitirməm 

xoĢuna gəlir. 

– Miss Stil, indi bu, məni narahat eləmir. 

– Kristian, sən qaydaları pozursan. 

– Hə, həmiĢə olduğu kimi. 

Daxili  ilahəm  qaĢ-qabağını tökür. ―BaĢla, sən bacararsan!  – deyə o, 

məni  dilə  tutur.  –  Bu  seks  ilahəsini  onun  oyununda  məğlub  et‖. 

Bacararammı?  YaxĢı,  sınayaq.  Nə  etməli?  Təcrübəsizliyim  ağır  yük  kimi 

boynumdan  asılıb.  Bir  saplaq  qulançar  götürərək  Kristiana  baxır  və 

dodağımı diĢləyirəm. Sonra çox ləng hərəkətlə saplağın ucunu ağzıma qoyur 

və sovurmağa baĢlayıram. 

Kristianın  göz  bəbəkləri  azca  geniĢlənir,  amma  mən  hər  Ģeyi 

görürəm. 

– AnasteyĢa, nə edirsən? 

Tikədən bir diĢləm vururam. 

– Qulançar yeyirəm. 

Kristian stulda qurcalanır. 

                                    

1

 klassik ingilis ədəbiyyatının qadın qəhrəmanları (



tərc.




 

 

 



250 

www.vivo-book.com 

 

– Fikrimcə, mənimlə oynayırsınız, miss Stil. 



Üzümə mələk siması verirəm: 

– Mən, sadəcə Ģam yeməyini tamamlayıram, mister Qrey. 

Ən uyğunsuz anda ofisiant qapını döyür və icazə almadan içəri girir. 

О,  öncə  qaĢ-qabağını  tökmüĢ  Kristiana  nəzər  yetirir,  sonuncu  baĢını  azca 

tərpətməklə  boĢqabların  götürülməsinə  izn  verir.  Ofisiantın  peyda  olması 

sehri  batil  edir  və  aydın  düĢüncəm  yerinə  qayıdır.  Getmək  vaxtıdır. 

GörüĢümüz çox müəmmalı bitəcək – əgər qalsam – bu cür ciddi söhbətdən 

sonrasa  mənə  Ģəxsi  fəza  gərəkdir.  Bədənim  toxunuĢ  təĢnəsindədir,  amma 

zəkam üsyan edir. FikirləĢənə qədər Kristiandan uzaq durmaq gərəkdir. Mən 

hələ qərar verməmiĢəm, onun seksual cazibəsi və təcrübəsi isə yalnız mane 

olur. 

–  Desert  istəyirsən?  –  o  –  əsl  centlmen  soruĢur,  amma  gözlərində 



hələ də Ģölələr oynaĢır. 

– Yox, sağ ol. Məncə, getmək vaxtıdır. – Əllərimə baxıram. 

– Vaxtdır? – О, heyrətini gizlətmək gücündə deyil. 

– Hə. 


Оfisiant tələsik yox olur. 

Düzgün  qərardır.  Onunla  bu  otaqda  təklikdə  qalsam,  məni  o  ki  var 

s..əcək. qərarlı Ģəkildə ayağa qalxır və deyirəm: 

– Sabah hər ikimiz üçün buraxılıĢ mərasimi var. 

Kristian ixtiyarsız qalxır, kök salmıĢ nəzakət qaydaları özünü büruzə 

verir. 


– Sənin getməyini istəmirəm. 

– XahiĢ edirəm… Mən getməliyəm. 

– Niyə? 

– Çünki çox Ģey barədə düĢünüb-daĢınmalıyam … Və bunu səndən 

uzaqda etməm yaxĢı olar. 

– Səni saxlaya bilərəm, – Kristian təhdid edir. 

– Əlbəttə, amma mən bunu istəmirəm. 

О, saçlarını qarıĢdırır və Ģüa saçan baxıĢlarla mənə baxır. 




 

 

 



251 

www.vivo-book.com 

 

–  Bilirsənmi,  müsahibə  üçün  mənim  kabinetimə  girib  yerə 



sərələndiyin vaxt sən elə ehtiram gözləyən və sözə baxan idin ki, düĢündüm 

ki, sən təbiətən kənizsən. Amma, sözün düzü, АnasteyĢa, əmin deyiləm ki, 

sənin füsunkar bədənində kölə damarı var. 

Kristian boğuq səslə danıĢır və asta-asta mənə yaxınlaĢır. 

– Ola bilsin ki, sən haqlısan, – nəfəsimi buraxıram. 

–  Mənə  bunu  yoxlamaq  Ģansı  ver,  –  o  pıçıldayır,  düz  gözlərimin 

içinə baxır, sonra incə tərzdə üzümə baxır, böyük barmağını alt dodağımda 

gəzdirir. – Mən baĢqa cür bacarmıram, АnasteyĢa. Mən olduğum kimiyəm. 

– Bilirəm. 

О, məni öpmək üçün əyilir, amma dodaqlarıma toxunmadan donub-

qalır,  acgözlüklə  baxıĢlarımı  arayır,  sanki  icazə  istəyir.  Onun  dodaqlarına 

doğru  can  atıram,  məni  öpür.  Bilmirəm,  dodaqlarımı  nə  vaxtsa  bir  daha 

öpəcəkmi  və  ona  görə  də  fikirləĢməkdən  vaz  keçirəm,  əllərim  öz-özünə 

onun saçlarına sarı uzanır, onu mənə  yaxınlaĢdırır. Ağzımı açıram, dilimlə 

dilini  tumarlayıram.  Kristianın  ovcunu  boynumda  hiss  edirəm,  о,  öpüĢü 

dərinləĢdirir,  çağırıĢa  hay  verirəm.  Onun  digər  əli  belimdə  sürüĢür  və 

yanlarıma çatdıqda hərəkətini dayandırır, məni öz bədəninə sıxır. 

– Səni qalmağa inandıra bilərəmmi? – deyə öpüĢlərarası pıçıldayır. 

– Yox. 

– Bəs mənimlə gecəni keçirmək necə? 



– Və sənə toxunmamaq? Yox. 

О inləyir. 

– Sən dözülməzsən. – О, kənara çəkilir və mənə baxır. – Niyə mənə 

elə gəlir ki, sən vidalaĢırsan? 

– Çünki indi gedirəm. 

– Mən bunu nəzərdə tutmurdum... özün baĢa düĢürsən. 

–  Kristian,  mən  fikirləĢməliyəm.  Əmin  deyiləm  ki,  məni  sənin 

istədiyin münasibətlər qane edəcək. 




 

 

 



252 

www.vivo-book.com 

 

О, gözlərini qapadır və alnını alnıma dayayır, hər ikimizə nəfəsimizi 



dərmək  imkanı  verir.  Bir  an  sonra  məni  öpür,  dərindən  nəfəsini  buraxır, 

burnunu saçlarının arasında gəzdirir, sonra məni buraxır və geri çəkilir. 

–  Necə  istəyirsiniz,  miss  Stil,  –  deyir  təmkinli  simasıyla.  –  Sizi 

ötürərəm. 

Kristian  əlini  mənə  uzadır.  Mən  çantamı  götürməkçün  əyilir,  sonra 

əlimi  onun  ovucuna  qoyuram.  Lənət  Ģeytana,  hər  Ģey  beləcə  də  olardı. 

Müticəsinə  nəhəng  pilləkənlə  onun  ardınca,  otelin  vestibülünə  gedirəm  və 

hiss  edirəm  ki,  baĢımın  dərisi  sanki  iynəylə  deĢilir,  gicgahlarda  qan  təbil 

kimi döyünür. Ġmtina eləsəm, bu, sonuncu görüĢümüz olacaq. Ürəyim ağrılı 

sıxılır. Qəfil dönüĢ. Həqiqət anı qız baĢına nə oyun gətirə bilərmiĢ. 

– Sənin parklama talonun varmı? 

Onu çantadan çıxarıb Kristiana verirəm, o da talonu qapıçıya ötürür. 

Biz dayanıb gözləyincə ürkək-ürkək Kristiana baxıram. 

– ġam yeməyi üçün sağ ol, – donquldanıram. 

–  Minnətdarlıq  etməyə  dəyməz,  miss  Stil,  –  o,  nəzakətlə,  amma 

yayğın cavab verir, amma düĢüncələrdən ayrılmır. 

Ona  baxır,  gözəl  profilini  yadımda  saxlayıram.  Bir  daha 

görüĢməyəcəyimiz ehtimalı barədə zəhlə tökən fikir ağrılı və xoĢagəlməzdir 

və mən əlacsız Ģəkildə onu qovmağa çalıĢıram. Kristian qəfildən çevrilir və 

diqqətlə mənə baxır. 

– Həftənin sonunda Sietlə köçürsən. Düzgün qərar qəbul etsən, bazar 

günü görüĢürük? – Səsi qətiyyətsiz səslənir. 

– Baxarıq. Ola bilsin, – pıçıldayıram. 

Onun siması anidən iĢıqlanır, amma yenə qaĢ-qabaq tökür: 

– Hava soyudu, jaketi özünlə götürmüsən? 

– Yox. 


Kristian baĢını yelləyir və pencəyini çıxarır. 

– Götür. Soyuqlanmanı istəmirəm. 

O  pencəyi  tutub...  sakitcə  gözlərimi  döyürəm...  əllərimi  arxama 

qoyur və öz ofisində gödəkcəni necə çiynimə keçirdiyini xatırlayıram  – ilk 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə