Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə69/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   65   66   67   68   69   70   71   72   ...   160

 

 

 



235 

www.vivo-book.com 

 

– Hə. 


– Aydındır. 

Görkəmi  qayğılıdır,  hətta  məzlum  və  onun  bu  qədər  heyrətli  hala 

düĢməsinə  görə  özümü  bir  qədər  günahkar  sayıram.  Daxili  ilahəm  də 

narazıdır. О, Pola barmaqlarla ədəbsiz bir iĢarə göstərir. 

Bu  söhbətdən  sonra  Pol  məni  rahat  buraxır  və  düz  saat  beĢdə  mən 

evə tələsirəm. 

Keyt  mənimçün  bir  cüt  ayaqqabı  və  iki  don  seçib:  həm  bugünkü 

görüĢ,  həm  də  sabahkı  mərasim  üçün.  Heyif  ki,  geyim-kecim  həvəskarı 

deyiləm  və  demək  olar  ki,  dəbə  fikir  vermirəm  –  pal-paltar  mənlik  deyil. 

―Bəs  xoĢunuza  gələn  nədir,  АnasteyĢa?‖  –  Kristianın  asta  səsi  qulağımda 

cingildəyir.  BaĢımı  yelləyir,  özümə  hakim  olmağa  çalıĢıram  və  bu  gün  ... 

gavalı  rəngli,  qılafĢəkilli  don  geyinməyə  qərar  verirəm.  О,  təvazökar  və 

iĢgüzar görkəm yaradır – əvvəl-axır axı mən müqaviləni müzakirə edəcəm. 

DuĢ  qəbul  edir,  ayaqlarımı  və  qoltuqlarımın  altını  qırxır,  baĢımı 

yuyur  və  düz  yarım  saat  fenlə  saçlarımı  elə  qurudub-darayıram  ki,  onlar 

yumĢaq dalğalarla sinəmə və kürəyimə axsın. Saç düzümümə Ģana batırıram 

ki,  tellərim  üzümün  ancaq  bir  tərəfini  örtsün.  Kirpiklərimə  tuĢ  çəkir, 

dodaqlarıma bir qədər parıltı verirəm. Kosmetikadan nadir hallarda istifadə 

edirəm – özümü rahat hiss etmədiyimdən. Sevimli ədəbi qəhrəmanlarımdan 

heç  biri  boyadan  istifadə  etməyib,  əks  halda  mən  makiyaj  etməyi 

bacarardım. Ayaqlarımı mismardaban tuflilərə keçirirəm, onlar rənginə görə 

dona tam uyğun gəlir və yeddinin yarısında mən artıq tam hazıram. 

– Hə, necədi? – deyə Keytdən soruĢuram. 

O gülümsəyir. 

–  Ana,  nəhayət  lələklərini  təmizləmisən  ki!  –  О,  razılıqla  baĢını 

tərpədir. – Çox seksual görünürsən. 

– Seksual? Mən istəyirdim ki, çox təvazökar və iĢgüzar görünüm! 

– Bu da öz yerində, amma ilk növbədə seksual. Paltar sənə yaraĢır, 

rəngi də üzünə düĢüb. Həm də bədəni elə qabardır ki...  – Rəfiqəm mənalı-

mənalı gülümsəyir. 




 

 

 



236 

www.vivo-book.com 

 

– Keyt! – hirslənirəm. 



–  Аna,  həqiqətin  gözümə  düz  bax.  Hər  Ģey  əladır,  yaraĢır.  Paltarı 

özünə saxla. Kristian sənə ağzıaçıla baxacaq. 

Dodaqlarımı sıxıram. ―Ah, Keyt, hər Ģey tərsinədir‖. 

– Mənə uğur arzula. 

– Sənə görüĢdə uğur lazımdır? – О, qayğıyla qaĢlarını çatır. 

– Hə, Keyt. 

– Hə, onda uğurlar! 

Məni qucaqlayır və evdən çıxıram. 

MaĢını  ayaqyalın  sürmək  lazım  gəlir.  Vandanı  –  mavi  səma  rəngli 

maĢınımı,  aydındır  ki,  hündürdaban  həvəskarı  olan  qadınlar  üçün 

yaratmayıblar. Düz saat yeddiyə on dəqiqə qalmıĢ ―Hitman‖ oteli qarĢısında 

dayanır  və  maĢının  açarını  parklama  iĢlərinə  baxana  verirəm.  О,  ikrahla 

―Böcəy‖imə baxır, amma bu, vecimə də deyil. Dərindən köks ötürür və otelə 

girirəm. 

Kristian dayanıb – barın dirəyinə ehtiyatsız söykənərək – və ağ Ģərab 

içir. Əynində, adətən olduğu kimi, ağ kətan köynək var, üstəlik, qara pencək 

və  cins  Ģalvar,  qalstuk  da  qaradır.  Saçları  necə  gəldi  qarıĢdırılıb.  Köks 

ötürürəm.  О,  əla  görünür,  buna  azacıq  belə  Ģübhə  yoxdur.  Bir  müddət 

qapıda  dayanır  və  Kristianı  heyranlıqla  seyr  edirəm.  Оnun  ilahi  gözəlliyi 

var! Kristian, mənə elə gəlir ki, giriĢə azca narahat nəzər yönəldir və məni 

görərək donub-qalır. Bir neçə dəfə gözlərini döyür və asta, tənbəl və seksual 

təbəssümüylə gülümsəyir; bundan nitq qabiliyyətimi itirirəm və içimdə hər 

Ģey  əriyir.  Alt  dodağımı  diĢləməməyə  çalıĢaraq,  bara  daxil  oluram.  Bir 

saniyə  belə  unutmuram  ki,  mən,  AnasteyĢa  Stil,  köntöy  qız,  nə  cür  olur-

olsun,  bu  gün  hündürdabanlar  üstündəyəm.  Kristian  ahəstə  yeriĢlə  mənə 

qarĢı gəlir. 

– Sən əla görünürsən, – o pıçıldayır və yavaĢca yanağımdan öpür. – 

Donu nəzərdə tuturam, miss Stil. Dəstəkləyirəm. 

О qoluma girir, özəl kabinəyə aparır və ofisianta əl yelləyir.  

– Nə içəcəksən? 




 

 

 



237 

www.vivo-book.com 

 

Kabinəyə  girdikdə  və  masa  arxasında  oturduqda  dodaqlarımda 



hiyləgər təbəssüm oynaĢır: Kristian nə içəcəyimi soruĢur! 

– Siz içəndən. 

Bax belə! Mən yaxĢı qız ola və özümü necə lazımdır apara bilərəm. 

Heyrətlənərək o, daha bir ağ Ģərab sifariĢ edir və mənimlə üzbəüz oturur. 

– Onların əla Ģərab anbarı var, – Kristian deyir və baĢını yana əyir. 

Biləklərini  masaya  qoyaraq  о,  barmaqlarını  gözəl  ağzına  dayayır, 

boz  gözlərdə  qeyri-müəyyən  hisslər  iĢıldayır.  Və  budur…  içdə,  dərinlikdə 

artıq mənə tanıĢ olan hissi duyuram və məni sanki elektrik cərəyanı vurur. 

Kristianın  baxıĢları  altında  qurcalanıram,  qəlbim  bərkdən  döyünür. 

Sakitliyimi qoruyub saxlamalıyam. 

– Həyəcanlanırsan? – sakitcə soruĢur o. 

– Hə. 


Kristian mənə doğru əyilir. 

– Elə mən də, – məkrli ahənglə pıçıldayır. 

Kəskin  hərəkətlə  baxıĢlarımı  qaldırıram.  О  həyəcanlanır.  Belə  Ģey 

ola  bilməz.  Özümü  itirərək  gözümü  döyürəm,  osa  özünün  ecazkar  əyri 

təbəssümüylə gülümsəyir. Оfisiant Ģərabımı gətirir, qoz-fındıqlı nimçəni və 

daha birini – zeytunlunu. 

– Hə, biz nəyi müzakirə edəcəyik? – soruĢuram. – Ġradlarımı bir-bir 

nəzərdən keçirək? 

– HəmiĢəki kimi səbirsizsiniz, miss Stil. 

– Ġstəyirsiniz ki, bugünkü havayla bağlı rəyinizi soruĢum? 

О  gülümsəyir,  uzun  barmaqları  ilə  zeytun  dənəsini  götürür  və  onu 

ağzına  göndərir.  BaxıĢım  bu  ağızda,  bədənimdə...  hər  yerdə  hiss  etdiyim 

dodaqlarda donub-qalır. Mən alıĢıram. 

– Məncə, hava xüsusən bu gün çox yaxĢıdır, – o, özündənrazı halda 

gülümsəyir. 

– Məni ələ salırsınız, mister Qrey? 

– Hə, miss Stil. 

– Bilirsinizmi, bu müqavilənin hüquqi qüvvəsi yoxdur? 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə