MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə28/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

baĢqa, bu dıĢarı Ģeylərin varlığı təsadüfi, keçicidir, görüntüdür, onların hər biri özünə görə öz anlayıĢı və mahiyyətindən 
ayrılmaz mövcudluğa malikdir. 
   
------------------------------------- 
* Burada Dekartdan gətirdiyi sitatı verir (A. T.). Vasitələnmə və sübut kimi səslənən sonrakı qeyd bu ilkin, təməl 
müddəaya heç bir məhdudluq qoymur.  
   Spinozada da biz həmin müddəa ilə qarĢılaĢırıq, o da yazır ki, allahın mahiyyəti, yəni abstrakt təsəvvürdə mövcudluq 
haqqında təsəvvür vardır. Spinozanın birinci tərifi, cauza sui tərifi deyir ki, özü özünün səbəbi olmaq o deməkdir ki, 
"hər Ģeyin mahiyyətində onun mövcudluğu var və ya bir Ģeyin təbiəti onun varlığından kənarda təsəvvür edilə bilməz" 
(bax. Spinoza "Etika". SeçilmiĢ əsərləri, I cild, 1957, s. 361 (rus dilində). AnlayıĢın və varlığın ayrılmazlığı burada əsas 
tərif və əsas müqəddimədir. Amma hansı anlayıĢ varlıqla bu cür qırılmaz bağlılıqdadır? Əlbəttə, sonlu Ģeylərin 
anlayıĢından söz gedə bilməz, çünki sonlu Ģeylər təsadüfi və yaradılmıĢlardır. Spinozada allahın varlığının labüdlüyü 
haqqındakı on birinci teoremin sübutla müĢayiət olunması, eləcə də iyirminci teoremin (allahın mahiyyəti və varlığının 
eyniliyi) sübutla müĢayiət olunması yalnız sübutsuz heç bir faktı irəli sürməmək cəhdindən doğan artıq formalizmdir. 
Allah substansiyadır (hətta tək substansiyadır), substansiya isə causa sui, deməli, allah labüddən mövcuddur – bütün bu 
sübut onu göstərir ki, allah mövcud olduğu üçün onun anlayıĢı və varlığı bir-birindən ayrılmazdır.  
--------------------------------- 
 
 
§ 77 
  Bu iki baxıĢ bir-birindən aĢağıdakı yönləri ilə fərqlənir: 
  1) Kartezian fəlsəfəsi bu sübut olunmamıĢ və sübut olunmaz müqəddimə kimi qəbul edilən ilkin Ģərtdən sonrakı, daha 
inkiĢaf etmiĢ idraka keçmiĢ və bunun sayəsində o, yeni dövr elmlərinin qaynağı olmuĢdur. ÇağdaĢ baxıĢ isə əksinə, 
özlüyündə mühüm olan belə bir sonuca ( 
§ 62) gəlmiĢdir ki, özünün irəliləmə hərəkətində sonlu vasitələrlə ifadəyə söykənən idrak prosesi yalnız sonlunu dərk 
edir və həqiqəti yoxdur; bu baxıĢ bizim allah haqqındakı Ģüurumuzdan tələb edir ki, o, göstərilən, tamamilə abstrakt 
inancdan o yana getməsin*. 
  2) Müasir baxıĢ bu yöndən adi elmi idrakın kartezian metodunda heç nəyi dəyiĢmir, empirik və sonlu olan haqqında bu 
metoddan irəli gələn elmləri həmin metodun yolu ilə aparır, o biri yöndən isə həmin, müasir baxıĢ bu metodu rədd edir 
və baĢqa bir metod bilmədiyindən öz məzmununa görə sonlu olan predmetlərin dərkinin bütün metodlarını rədd etmiĢ 
olur. Odur ki, bu baxıĢ fantaziyanın və inandırmanın vəhĢi zorakılığı, hissin təkəbbürlü öyüd-nəsihəti və iddialılığı, 
yaxud var gücü ilə fəlsəfəyə və filosoflara qarĢı yönəlmiĢ hədsiz Ģıltaqlığı və uzunçuluğu qarĢısında təslim olur; axı 
fəlsəfə nə boĢ inandırmalara və fantaziyalara, nə də fikrin zorakılığına və qətiyyətsizliyinə yol vermir. 
   
-------------------------- 
* Anselm, əksinə, deyir ki, "Ġnandığımızı təsdiq edərək nəyə inandığımızı anlamağa can atmamaq mənim üçün 
inandığımıza laqeydlik kimi görünür" (Traktat. Cur Deus homo). Anselm xristian təlimlərinin konkret məzmununda 
idrak üçün yuxarıda göstərilən müasir inancdan daha mürəkkəb məsələ görür. 
-------------------------- 


 
 
§ 78 
  Biz, hər Ģeydən öncə, məzmunun yaxud biliyin sərbəst bilavasitəliyi və onunla guya bir araya sığmayan və onun qədər 
də sərbəst vasitəliliyi arasında əksliyin olması fikrindən imtina etməliyik, çünki bu əkslik yalnız boĢ müqəddimədir və 
zorakı inandırmadır. Elmə girərkən eyni zamanda təsəvvürdən və ya təfəkkürdən götürülmüĢ bütün digər müqəddimə və 
öncədən yaranmıĢ yanlıĢ fikirlərdən də imtina etməliyik, çünki bütün bu təriflər yalnız elmdə araĢdırılmalıdır, biz yalnız 
elmdə dərk edirik ki, tərif nədir, onların əksliyi nə deməkdir. 
  Qeyd. Ġdrakın bütün formalarında keçmiĢ mənfi elm kimi skeptisizm belə ilkin müddəaların və müqəddimələrin 
əhəmiyyətsizliyinin sübut olunduğu əlveriĢli giriĢ olardı.Amma o təkcə ümidsiz, sevincsiz deyil, həm də artıq bir yol 
olardı, ona görə ki, dialektikanın özü, tez-tez qeyd edəcəyimiz kimi, müsbət elmin mühüm momentidir. Lakin bununla 
belə, skeptisizm də sonlu formaları yalnız empirikcəsinə və qeyri-elmi yolla axtarmalı və onları mövcudluq kimi 
götürməli olardı. Bu cür bütöv skeptisizmin tələbi, hər Ģeyə Ģübhə etmək, yəni müqəddimənin tam yoxluğu elmdən 
öncədir tələbi ilə üst-üstə düĢür. Bu tələb yalnız xalis təfəkkürdən yapıĢmaq məsələsinin həllində tam gerçəkləĢdirilir, 
hər Ģeydən abstraktlaĢdırılan, sərfnəzər edilən azadlıq vasitəsilə həyata keçirilir və özünün xalis abstraksiyasını, 
təfəkkürün sadəliyini dərk edir. 
Məntiqin və onun bölgüsünün 
müyyənləĢdirilməsinin davamı 
   
§ 79 
  Məntiqinin formasına görə üç tərəfi vardır: a) absrakt və ya empirik-əqli; b) dialektik və ya əqli-inkarı; c) spekulyativ 
və ya əqli-təsdiqi. 
  Bu tərəflər məntiqin bir-birindən ayrı tərkib hissələri olmayıb hər bir məntiqi reallığın, yəni hər bir anlayıĢın yaxud, 
ümumiyyətlə, bütün həqiqinin momentləridir. Onların üçünü də idraki momentə daxil etmək olar və bunun sayəsində 
hər birini ayrılıqda saxlamaq olar, ancaq bu halda onları həqiqi gözdən keçirmək olmaz. Məntiqinin tərifinə, eləcə də 
məntiqin bölünməsinə aid burada irəli sürülən göstəriĢlər də yalnız öncədən sezilmə və tarixidir. 
   
§ 80 
  Təfəkkür dərrakə kimi hərəkətsiz müəyyənlikdən və bunun digər müəyyənliklərdən fərqindən irəli getmir; belə 
məhdud abstraksiyanı dərrakə kimi götürən təfəkkür müstəqilliyə malik təfəkkür sayılmır. 
  Əlavə. Söz, ümumiyyətlə, təfəkkürdən və ya daha dəqiq deyilərsə, anlayıĢlarda dərkdən getdikdə çox vaxt yalnız idrak 
fəaliyyəti nəzərdə tutulur. Amma təfəkkür bilavasitə dərk edən təfəkkür olsa da, dərrakə üzərində dayanmır və artıq 
anlayıĢ idrakın tərifi deyildir. Ġdrakın, düĢüncənin fəaliyyəti, ümumiyyətlə məzmuna ümumilik forması verməkdən 
ibarətdir; doğrudur, düĢüncənin nəzərdə tutduğu ümumi xüsusiyə əkslik kimi qeyd olunan və bu səbəbdən özü də xüsusi 
olan abstrakt ümumidir. Empirik-əqli düĢüncə, təfəkkür özünün predmetinə münasibətdə bölücü və abstraksiyalaĢdırıcı 
fəaliyyət göstərdiyindən diqqəti bütünlüklə konkretə yönələn və onun üzərində dayanan bilavasitə seyrə və duyğuya 
əksdir. 
  Adətən, ümumiyyətlə, təfəkkürə qarĢı irəli sürülən və tez-tez təkrar olunan iradlar düĢüncə və duyğular arasında 
əksliyə aiddir. Bu iradlar hər dəfə ondan ibarət olur ki, təfəkkür amansız və birtərəflidir və o, özünün ardıcıllığında 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə