Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
192
Ədəbi tənqidçilər. Onlar ədəbi prosesi analiz edirlər və iĢlə-
rinin nəticələrini rəy və məqalə Ģəklində dərc etdirirlər.
Ali və orta məktəb müəllimləri, kitabxanaçılar və digər mütə-
xəssislər praktiklər qrupunu təĢkil edirlər. Onlar iĢlərində yalnız
bədii əsərin mətnindən istifadə etmirlər. Bu qrup ədəbi əsəri daha
dərindən baĢa düĢməyə imkan verən kontekstini, bədii obyekt
«ətraf»ındakı informasiyaları qavrayırlar və onu kütləvi oxucuya
çatdırırlar.
S.A.Trubnikov oxucu təsnifatının kateqoriyası kimi 3 əsas
mütaliə mədəniyyətini ayırır:
1. ədəbiyyatı seçmə
mədəniyyəti;
2. əsəri anlama (qavrama) mədəniyyəti;
3. alınmıĢ informasiyanı mənimsəmə.
NəĢrin yaradılması əsər seçimindən baĢlayır. Belə ki, bədii
ədəbiyyat seçiminin özünəməxsus xüsusiyyətləri vardır. Redaktor
əsər seçimi zamanı aĢağıdakı cəhətləri nəzərə almalıdır:
Vətən və xarici ədəbiyyatın yayılması məsələsi;
Oxucu tələbatı, onların daha əvvəl nəĢr olunan ədəbiyyata
marağı;
Cəmiyyətin estetik tələbatının inkiĢaf səviyyəsi;
Müəllif tərəfindən yeni əsərlərin təklifi.
NəĢrin növü və tipi onun oxucu ünvanına və məqsəd təyina-
tına görə müəyyən olunur. Ədəbi əsərin Ģərhi (izahı) üçün redaktor
aĢağıdakı nəĢr növlərindən istifadə edir:
MononəĢr – bir əsərin nəĢri;
Toplu – iki və ya daha çox əsəri əhatə edən nəĢr;
Əsərlər toplusu – bir müəllifin bütün və ya bəzi əsərləri.
Beləliklə, nəĢrin növü əsərə daxil edilmiĢ əsərlərin sayının
formal əlamətləri ilə müəyyən olunur. Bu formal əlamətlər bu və
ya digər Ģəkildə əsərin Ģərhinin xarakterinə təsir göstərir. Məsələn,
topluda yerləĢdirilmiĢ nağıllar bir-birilərindən ayrı deyil, məcmu
kimi qəbul edilir. Redaktor bu cəhəti nəĢrin yaradılması zamanı
nəzərə almalıdır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
194
olunur. Burada bir və ya bir neçə müəllifin, bir və ya bir neçə
janrda olan əsərləri yer ala bilər. Topluların hazırlanmasına ayrı-
ayrı yazıçıların yaradıcılığına bələd olan ədəbiyyatçı alimlər cəlb
olunmalıdır. Bu xarakterli ədəbiyyatda hər hansı müəllifin əsərləri
ilə yanaĢı, onun yaradıcılığına aid olan gündəlik və məktub-
larından parçalar da nəĢr oluna bilər.
Kollektiv topluları nəĢrə hazırlayan zaman eyni janrda və sə-
viyyədə olan əsərlərin seçilməsi vacibdir.
Toplular
həftəlik, aylıq, rüblük, illik olub, elmi məqalə və
məruzələri iĢıqlandırır. Toplular təkrar çap olunmur, bunun yerini
yeni toplular tutur.
Topluların əsas, vacib aspektlərindən biri də onun adının
analizidir. Toplu üçün ad seçilərkən müxtəlif prinsiplərdən istifadə
olunur. Məsələn, sərlövhə olaraq topludakı əsərlərdən birinin adını
seçmək olar. Bu zaman tanınmıĢ və çox sevilən əsərlər nəzərə
alınmalıdır.
Toplular arasında
almanaxlar, antologiya və
müntəxəbatları
fərqləndirirlər. Almanaxlar bir-birinə müəyyən cəhətdən bağlı
olan ədəbi və ədəbi-tənqidi əsərlərdən ibarət olur. Məsələn, 1940-
cı ildə Bakıda Nizami əsərlərinin almanaxı çap olunmuĢdur.
Antologiya müxtəlif müəlliflərin seçilmiĢ əsərlərindən ibarət
Ģeir və ya nəsr məcmuəsidir. Buna misal olaraq, Azərbaycan ədə-
biyyatı antologiyasını göstərmək olar.
Əsərlər toplusu Ģair və yazıçının yaradıcılığı və əsərlərini
əks etdirir. Burada yazıçının
müxtəlif dövrlərdə, müxtəlif
janrlarda
qələmə aldığı əsərlər yer alır. Əsərlər toplusu hazırlayan zaman re-
daktor yalnız əsərə olan oxucu marağını deyil, həm də müəllifin
məĢhurluğunu nəzərə almalıdır. Əsərlər toplusu
çoxcildli (müəlli-
fin bütün əsərlərini əhatə edən) və
bircildli (əsas əsərlərini əhatə
edən) ola bilər.
Əsərlər toplusunda yazıçının yaradıcılığı haqqında ümumi
məlumat verilir. Bundan çıxıĢ edilərək, əsər seçimi qiymətlən-
dirilir.