Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ALLAHIN ÖZ FƏZLİ (RƏHMİ) İLƏ HESAB APARMASI



Yüklə 1,5 Mb.
səhifə63/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   59   60   61   62   63   64   65   66   ...   91
Mead

ALLAHIN ÖZ FƏZLİ (RƏHMİ) İLƏ HESAB APARMASI


Mümkündür, boynunda xalqın haqqı olan şəxslə Allah-Taala Öz rəhmiylə hesab aparsın. Bu şəxsin xalqın haqqını ödəmə dayanacağında məəttəl durduğu vaxt, Allah Öz rəhmi, kərəmi ilə bir Behişt qəsri göstərər. Nida olunar: “Ey bu bəndənin boynunda haqqı olanlar, əgər bu qəsri istəyirsinizsə, bu şəxsi rahat buraxın və onu halal edin.” Bəli, Allahla bağlı olan insanın hər yerdə çətinliyi həll olar. Allahın islah etmədiyini kim islah edə bilər?!
Bu səbəbdən də dua etməliyik ki, Pərvərdigara, bizimlə Öz rəhmətinlə rəftar et. Həzrət Səccad (əleyhissalam) “Əbu Həmzə Somali” duasında neçə yerdə nalələr çəkib: Xudaya, gözümü fəzl və kərəminə dikmişəm.”
(Amma Allah Öz ədaləti ilə rəftar edərsə, hər əməlin cavabını zərrə-zərrə verməliyik.)

DÖRDÜNCÜ FƏSİL:

BEHİŞT

KÖVSƏR HOVUZU


Qur᾽ani Kərim, “Kövsər” surəsi, ayə 1: “Biz sənə Kövsər əta etdik.” Qur᾽ani Məcidin, rəvayətlərin təsdiq etdiklərindən biri də “Kövsər”dir. Bu hovuzun uzunluğu, əvvəldə qeyd etdiyimiz kimi, Sən”adan Bəsrəyədəkdir. Onun ətrafında hurül-eynlərin doldurub mö᾽minlərə verəcəkləri ulduzlar sayda, bə᾽zisi gümüş, bə᾽zisi büllurdan camlar vardır.

BEHİŞT ŞƏRABI, SÜD VƏ BALDAN KÖVSƏR HOVUZU


Bə᾽zi rəvayətlərə görə bu hovuz üç hissədir-Behişt şərabı, süd və bal. Bə᾽zən də buyurulub ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) hovuzu baldan şirin, qardan sərindir. Şərabı içildikdə susuzluq qalmayan “Kövsər” necə də misilsizdir! (Şərab dedikdə, Allah eləməmiş, bə᾽zilərinin nəzərindən günümüzün bəlası sərxoş edici, murdar şərab keçməsin. Behişt şərabı pakdır və məst etmir.)

İMAM HÜSEYN (ƏLEYHİSSALAM) ƏZADARLARINA “KÖVSƏR” ŞAD OLAR


“Kövsər”ə münasibətdə hüseynilərin (İmam Hüseyn (əleyhissalam) aşiqləri, əzadarlarının) öz xüsusiyyətləri vardır. Həzrət Sadiq (əleyhissalam) buyurur: “Onlar “Kövsər” hovuzuna çatdıqda, şad olarlar.” İmam (əleyhissalam) buyurmuşdur: “Hüseyn (əleyhissalam)-a ağlayanlar hovuza çatdıqları zaman Kövsər şad olar.” (Bu barədə daha çox öyrənmək üçün mərhum Xiyabaninin “Məhərrəm vəqayiül-əyyam” kitabında müraciət edə bilərsiniz.)

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə