Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


HEÇ BİR SİTƏMKAR CƏZASIZ BURAXILMAZ



Yüklə 1,5 Mb.
səhifə62/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   58   59   60   61   62   63   64   65   ...   91
Mead

HEÇ BİR SİTƏMKAR CƏZASIZ BURAXILMAZ


Qiyamətdə insanların hesabı, zülmlə mənimsənilmişlərin qaytarılması barədə genş bir hədisin sonunda İmam Səccad (əleyhissalam) buyurmuşdur: Xudavənd buyurur: Mənəm o Allah ki, Məndən başqasının pərəstişə ləyaqəti yoxdur. Zidd, xilaf, sözlər qarşısında hakiməm. Sizin aranızda Öz ədalətimlə mühakimə edirəm. Bu gün kimsəyə zülm olunmaz. Bu gün məzlumun dadına çataram. Məzlumun haqqını borcludan alaram. Boynunda kimsənin haqqı olan zalımlar qarşımdan ötüb keçə bilməz. Ey insanlar, birləşin, kimsənin sizdən zülmlə aldığını dünyada ondan istəyin. Mən o şəxsin əleyhinə sizin şahidinizəm.

MÖ᾽MİNİN KAFİRDƏN, KAFİRİN MÖ᾿MİNDƏN QİSASI


Hədisdə vardır ki, Qüreyşdən olan bir kişi Həzrətə dedi: Ey Peyğəmbər oğlu, Cəhənnəm əhli olan kafirin boynunda mö᾽minin haqqı olarsa, buna görə nə alar? İmam (əleyhissalam) buyurdu: Kafirin boynundakı haqqı qədər mö᾽minin günahı azalar. Kafirsə, küfrünün əzabına əlavə əzab alar. Qüreyşli kişi mö᾽minin müsəlman boynundakı haqqının necə alınacağını soruşdu. İmam (əleyhissalam) buyurdu: Borclu müsəlmanın savablarından götürülüb, haqqı getmiş müsəlmanın savablarına artırılar. Sonra kişi dedi: Əgər onun savabı olmasa, necə? İmam (əleyhissalam) buyurdu: Haqqı getmiş məzlumun günahlarından zalıma verilər.

HAQQINA GÖRƏ ƏZABI YÜNGÜLLƏŞƏR


Amma kafirin haqqı tapdalanarsa, haqqı qədərində əzabı yüngülləşdirilər, çünki müsəlman olmadığından savaba layiq deyil. Bir yəhudiyə 5 qran borclu abidin hekayətini xatırlayaq.

HAQQINI ÖDƏMƏ QORXUSU


Həzrət Səccad (əleyhissalam)-dan rəvayət olunub ki, buyurdu: Qiyamət günü bəndənin əlini qaldırarlar ki, hamı onu görsün. Deyərlər ki, hər kəsin bu bəndənin boynunda haqqı varsa, gəlsin alsın. Məhşər əhli üçün bundan çətin bir hal yoxdur ki, bu vaxt bir şəxsi görüb tanıyanda, ondan nə isə istəyəcəyindən qorxarlar.

QİYAMƏTDƏ ƏN MÜFLİS (YOXSUL) ŞƏXS


Həzrət Peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, səhabələrinə buyurdu: Bilirsinizmi müflis kimdir? Dedilər: Bizim aramızda müflis o şəxsdir ki, pulu, var-dövləti olmasın. Həzrət buyurdu: Mənim ümmətimin müflisi yalnız o şəxsdir ki, Qiyamətdə namazının, orucunun, zəkatının, həccinin savablarını böhtan dediyi, yersiz lə᾿nət söylədiyi, haqqını yediyi, qanını hədər verdiyi adamlara ödəyib, savablarını qurtarsın və yenə də borclu qaldığından, onların günahından götürsün.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə