Filologiya
məsələləri, №4, 2017
85
iki eynihüquqlu vahidin iştirakı ilə baş verən söz yaradıcılığı prosesi;
konversiya hadisəsi – sözlərin bir nitq hissəsindən digərinə keçməsi və ya
transpozisiyası; abreviasiya hadisəsi – qısaldılmış sözlərin iştirakı və s.
Köksöz yuvalarının inkişafı təkcə morfoloji səviyyənin deyil, dilin
bütün səviyyələrinin təkamülünə səbəb olur. Köksöz paradiqmləri dil və
şüurun qarşılıqlı əlaqəsi məsələsini də özündə ehtiva edir. Sözlərin köksöz
yuvalarında birləşməsi dillərin həm nəzəri, həm də praktik öyrənilməsi
cəhətdən diqqəti cəlb edir. Nəzəri baxımdan qrammatik və semantik uyğun-
luğun tədqiqi böyük maraq doğurur. Bu mənada söz yaradıcılığı haqqında
fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri qeyd etmişik: 1. Söz
yaradıcılığı dildə uyğun materialdan müxtəlif struktur və semantik formula
və nümunələrdə yeni söz yaratma prosesidir; 2. Söz yaradıcılığı sözlərin
düzəltmə quruluşunu və yeni söz yaratmanın müxtəlif nümunələrini öyrənir.
Başqa linqvistik fenomenlər kimi sinxronik və diaxronik aspektlər
öyrənilə bilər. Söz yaradıcılığı türk dillərinin xüsusi sistemini təşkil edir. Bu
sistem türk dillərinin leksika və morfologiyası ilə olan əlaqələri ilə
səciyyələnir. Türk dillərinin kök söz yuvaları sistemi müxtəlif strukturlu
mürəkkəb dil vahidlərinin qarşılaşdırılması və müqayisəsi ilə səciyyələnən
çoxpilləli sistemdir. İsmin halları, felin təsriflənmə formaları, müxtəlif səviy-
yəli düzəltmə sözlər, bir kök əsasında yaranmış fərqli qrammatik səciyyəli
leksik vahidlər kök söz yuvalarını yaradır. Bu zaman derivativ semantikanın
problemləri araşdırılır, köksöz yuvasında yeni yaranmış sözlərin müxtəlif
struktur formaları təhlil olunur, birləşmələrin komponentləri arasındakı
münasibətlər səciyyələnir, köksöz yuvalarının funksionalist istiqamətləri
izah olunur. Derivativ semantikanın problemləri köksöz yuvalarının kompo-
nentlərinin struktur formaları, yuvadaxili sözləri birləşdirən münasibətlərin
səciyyəvi növləri, köksöz yuvalarında leksemlərin funksional istiqa-
mətlərinin xüsusiyyətlərini əks etdirir.
Köksöz yuvalarının struktur–semantik tədqiqi nüvə köklərin seman-
tikasının yuvanın ümumi struktur təşkilinə qarşılıqlı ilə əlaqədardır. Qədim
türk dillərində sifətlərin köksöz yuvalarının tarixi göstərir ki, mənanın forma
və evolyusiya əvəzlənməsi bir neçə ümumi qaydalara tabe olur. Müxtəlif
sistemli dillərdə pilləli tipologiyanın hədəf nöqtələrindən biri olan köksöz
yuvaları aktual sayılır. Söz yaradıcılığı qaydaları derivasiya prosesində
düzəltmə sözlərin modelləşməsi xüsusiyyətlərini təsvir edir, bu prosesi dai-
milik: qeyri daimilik, produktiv, qeyri produktivlik baxımından xarakterizə
edir, morfemlərin uyuşmasını və onların morfoloji dəyişmələrini göstərir, fo-
netik, morfoloji, semantik və praqmatik məhdudiyyətləri ifadə edir.
Söz yaradıcılığı nəzəriyyəsinin əsas anlayışları bunlardır:
Filologiya məsələləri, №4, 2017
86
1. Motivasiya anlayışı. Bu anlayış düzəltmə və mürəkkəb sözlərin
mənalarının onları yaradan sözlərlə sıx semantik əlaqəsini bildirir. Söz
yaradıcılığı aktında bir qisim vahidlər motivasiya mənbəyi kimi çıxış edir,
digər vahidlər isə nəticəyə yönəldilmiş olur.
2. Düzəltmə sözlərin yaradılması anlayışı. Bu anlayışların söz
yaradıcılığında istifadə edilməsi düzəltmə sözlərə xüsusi struktura malik
vahid kimi yanaşmağa xidmət edir. Bu vahidin daxili strukturu onun
məzmununu tam ifadə edir. Bu zaman düzəltmə sözün əsasında duran söz
motivasiya edilmiş sözlərə birbaşa işarə edəcəkdir.
3. Söz yaradıcılığı qaydası anlayışı. Bu söz yaradıcılığı nəzəriyyəsinin
ən əsas anlayışı sayıla bilər. Bu anlayış istər rus dilçi-alimləri (Kubryakova,
Uluxanov və başqaları), istərsə də xarici dilçilər (M.Aronov, F.Plank,
V.Dresler, S.Skalize və başqaları) tərəfindən öyrənilmişdir. Bu anlayış
düzəltmə sözlərin morfoloji strukturunun yaradılması zamanı və onların yeni
məna ifadə etməsi zamanı meydana çıxan qanunauyğunluqları ifadə edir.
Morfololi paradiqmlər kimi kök söz yuvalarının da daimi üzvləri
(yaradıcı əsas) və dəyişən üzvləri (derivasion affikslər) mövcuddur. Söz
yaradıcılığı nəzəriyyəsinin formalaşması prosesi bir neçə mərhələdən
keçmişdir. Bu mərhələlərin hər biri bu və ya digər yanaşmaların ön plana
çəkilməsi ilə xarakterizə olunur. Birinci yanaşma morfoloji yanaşmadır.
Morfoloji yanaşma zamanı sözün yaranmasında minimal yaranma vahidi
morfem götürülür. Bu mərhələdə söz yaradıcılığı ancaq morfologiyanın bir
istiqaməti kimi araşdırıldı. Bu baxımdan aşağıdakı misallar maraq doğurur:
1) "аl", "аllıq", "аllаnmаq", "аllаndı""; 2) "кöк" - "кöкəз" - "; "кökçin"-
"кökla"; кökşin" кöküsckan" - "göyərçin”; 3) "qаrа", "qаrаqu", "qаrаnqu",
"qаrаnquluq", "qаrаq"; "qаrаnqi" , "qаrаr" , "qаrаriq"; "qаrаrt" və s.. (ağımt-
raq) - аğ"- (acımtraq) - "аcı", (sarımtraq) - "sarı"; "qırmızımtıraq” "qırmızı”
kimi sözlər də Azərbaycan dilində uğurla işlənirlər.
Göründüyü kimi, dilin daxili quruluşunu, dil səviyyələrini, dildə
ümumi əlaqələrin tiplərini və digər dilçilik səpgili məsələləri araşdırmaq
ücün dilçilik elmində differensasiya prosesi sürətlənmiş və bu proseslə
paralel olaraq müxtəlif dilçilik elmləri arasında olan inteqrasiya əlaqələri də
güclənmişdir. Eyni zamanda bu proses həmişə digər elm sahələri ilə də sıx
əlaqədə olaraq fəlsəfə, tarix, etnoqrafiya, məntiq, psixologiya və sair kimi
elmlərlə inteqrativ əlaqələri sıxlaşdırmışdır. Fikrimizcə, elə bu səbəblərə
görə də bu gün dilçilik elminin inkişaf etməsi geterogen tipli mürəkkəb
sistemin fəaliyyətinin bütövlüyünün dərk olunması kimi bir təməl prinsipə
əsaslanmalıdır.
Azərbaycan dilində təkhecalı sözlər, əsasən, həm də söz kökləridir.
Belə ki, dilin lüğət tərkibinin vahidi olan sözlər leksik-qrammatik müəy-