Filologiya məsələləri, №4, 2017
82
edilir: electricity, telephone, telegraph, television, photography, grammop-
hone və s.Son üç əsr ərzində ingilis dilinin leksikasına daxil olmuş yunan
sözlərinin çoxu birbaşa deyil, başqa dillər vasitəsilə alınmışdır. Lakin
bununla bərabər ayrı-ayrı sözlər birbaşa alınmışdır. Bir çox yunan ingilis
dilinə latın yazılış şəklində daxil olmuşdur: abyss, asylum, cynic və s. Yunan
mənşəli alınmaların bir çoxu yunan söz kökləri əsasında, lakiin fransız
deyiliş tərzində fransız dilindən daxil olmuşdur. Alınma sözlər
arasındabeynəlxalq sözlərlə qədimyunan məmşəli sözlərin birləşmələri də
vardır. Belə sözlər xüsusilə elmi terminologiyanın dilində rast gəlinir. Bir
sıra latın prefiksləri müxtəlif mənşəli sözlərə birləşərək xeyli düzəltmə
sözlərin formlaşmasında iştirak etmişdir: transcoctinental, transformer,
transmarginal, transliterate, post-classical, postgraduate, preschool,
prenatal, counter-attack, subirrigate, subtitle, deflate, defrast və s.
Yunan mənşəli alınma sözlərdə çoxmənalılıq geniş yayılmışdır.
Klassik alınma sözlərin böyük əksəriyyəti əlavə mənalar da əldə etmişdir.
Misal üçün record yalnız “rekord” mənasında deyil, indi “patefon
plastinkası” mənasını da daşıyır; radiator əvvəllər istilik, işıq verən hər
hansı bir obyekt mənasında işlənmişdir, indi isə həmin sözün avtopmobil və
başqa sahələrdə də işləndiyi məlumdur.
Ədəbiyyat
1. S.Robertson The Development of Modern English London, 1936
2. O.Emerson The History of the English Language London, 1915
3. J.W.Clark A Study of Old Middle English London, 1957
4. W.Skeat Principles of English Etimology London, 1977
5. О.Б.Шахрай Греческие элементы в лексике английского языка
Ленинград, 1963
6. Н.Н.Амасова Этимологические основы словарного состава
современного английского языка Москва, 1953
7. Б.А.Ильиш История англиского языка Москва, 1977
8. https://en.wikipedia.org/wiki/English_words_of_Greek_origin
9. https://en.wikipedia.org/wiki/Oxford_English_Dictionary
10. http://www.enhancemyvocabulary.com/word-roots_greek.html
Filologiya məsələləri, №4, 2017
83
Saida Orujova
Englis Words Borrowed from the Greek Language
Summary
The article deals with the borrowing words that play great role in
English lexicology. The author gives detailed information about the words
borrowed from the Greek language. The Greek language has contributed to
the English vocabulary in different ways. Some Greek words were borrowed
into Latin and its descendants, the Romance languages. English often
received these words from French. The author also mentions that the largest
Greek contribution to English vocabulary is the huge number of scientific,
medical, and technical neologisms. with the growth of tourism, some words
reflecting modern Greek culture have been borrowed into English. The
ancient Greeks provided the foundation for many important ways of looking
at the world and for living in society that are still important today; that is one
reason their language has remained so influential. It is still used today,
Саида Оруджова
Английские слова, заимствованные из греческого языка
Резюме
В статье рассматриваются заимствованные слова, которые играют
большую роль в английской лексикологии. Автор дает подробную
информацию о словах, взятых из греческого языка. Греческий язык по-
разному способствовал английской лексике. Некоторые греческие
слова были заимствованы на латынь и ее потомки, на романские языки.
Английский часто получал эти слова от французского. Автор также
отмечает, что крупнейшим вкладом Греции в словарь английского язы-
ка является огромное количество научных, медицинских и технических
неологизмов. С ростом туризма некоторые слова, отражающие совре-
менную греческую культуру, были заимствованы на английском языке.
Древние греки обеспечили основу для многих важных способов
взглянуть на мир и жить в обществе, которые все еще важны сегодня;
Это одна из причин, по которой их язык оставался таким влиятельным.
Он по-прежнему используется сегодня,
Rəyçi: Gülmar İsrafilova
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri, №4, 2017
84
MƏLAHƏT SƏMƏDOVA
ADPU
malahat.samadova@yahoo.com
SÖZ YARADICILIĞI VƏ DERİVASİYA MƏSƏLƏLƏRİ
Açar sözlər: kök söz yuvası, kök söz paradıqmi, semantik qrup, ifadə
vasitələri
Ключевые слова: словообразовательное гнездо, словообразовательная
парадигма, семантическая группа, средства выражения.
Key words: word root, word root paradigm, semantic group, means of expressions.
Söz yaradıcılığı anlayışı ilə dilçilikdə iki linqvistik hadisəni izah
edirlər. Birincisi dildə olan hazır modellər və nümunələr əsasında affiksiya
və digər formal vasitələrlə eyniköklü sözlərdən düzəltmə və mürəkkəb
sözlərin yaradılması söz yaradıcılığı hesab edilir. Söz yaradıcılığının digər
mənası daha geniş əhatə dairəsinə malikdir. Belə ki, söz yaradıcılığı
dilçilikdə düzəltmə və mürəkkəb sözlərin yaranmasının, quruluşunun və
təsnifatının bütün aspektlərini öyrənən müstəqil bir sahədir. Bir çox dilçilər
söz yaradıcılığının əsas yolları kimi şəkilçiləşmə, mürəkkəb sözlərin
yaranması yolları kimi səs əvəzlənməsini, fərqləndirici vurğunu, səs
təqlidini, ixtisarları və s. qeyd edir. Formal vasitələrin köməyi ilə yeni
sözlərin yaradılması prosesi çox zaman derivasiya da adlandırılır. Derivasiya
prosesində yaradılan düzəltmə və mürəkkəb sözlər isə bu halda ümumi
termin olan “derivatlar” termini ilə işarələnir.
Dünya dilçiliyində çox zaman söz yaradıcılığı və derivativ
morforlogiya arasında bərabərlik işarəsi qoyulur. Dildə söz yaradıcılığı
sisteminin mürəkkəbliyi bir neçə amillə şərtlənir. Onları bu şəkildə qruplaş-
dırmaq olar: 1. Dilin digər səciyyələri ilə - fonologiya, morfonologiya,
morfologiya, sintaksis və ümumiyyətlə qrammatika ilə sıx əlaqələrlə; 2. Sis-
temin inanılmaz hərəkətliliyi ilə: məhz bu səbəbdən onun potensiyaları və
faktiki reallaşma səviyyəsi arasında, habelə söz yaradıcılığı və söz
dəyişmələri arasında kəskin və qəti sərhədi müəyyənləşdirmək mümkün
olmur; 3. Sinxroniyanın və diaxroniyanın differensiasiya çətinliyi ilə; 4. Bu
prosesdə iştirak edən vahidlərin çoxluğu və rəngarəngliyi ilə: bu vahidlərə ən
kiçik söz yaradan morfem affiksdən tutmuş söz yaradan kateqoriyalara qədər
çoxsaylı vahidləri daxil edilir. Sistemin təsvirini verməyi mümkün edən bir
çox nəzəri anlayışlar (söz yaradıcılığının paradiqmaları, söz yaradıcılığı
növləri və s.) da həmçinin buraya daxildir. Söz yaradıcılığı aktında iştirak
edən formal vasitələrə görə söz yaradıcılığının bir neçə növü fərqləndirilir:
affiksasiya, suffiksasiya və prefiksasiya ilə baş verən söz yaradıcılığı prosesi;
Dostları ilə paylaş: |