Filologiya məsələləri, №4, 2017
89
edilə bilir, lakin onlar müstəqil mənaya malik olmur. Məsələn; ayır-ayıl
qarşılaşdırması ayılmaq mənası ay(maq) fel kökünü fərqləndirməyə əsas
verir. Maraq doğuran odur ki, söz arxaikləşir, lakin ölmür, daha mürəkkəb
şəkildə yaşayır və kök kimi sözün tərkibində qorunur. Məsələn; yaş(maq) və
yaşınmaq sözlərinin müqayisəsi yaşınmaq mənası yaş(maq) feli kökünü
ayırmağa əsas verir. Bəzi tədqiqatçılarda bu tipli hadisələr istisna hadisələr
kimi qiymətləndirilir. Lakin bu belə deyil. Faktik dil materialı göstərir ki, bu
tipli vahidlər Azərbaycan və eləcə də, türk dillərində xüsusi yer tutur.
Türk dillərinin texniki göstəricisi aqqlüsinasiyadır. Lakin bu dillərdə
həm kök dillərə xas olan izolyasiya, həm də flektiv dillərə xas olan fuziya
özünü göstərir. Müstəqilliyini itirən sözlər həmin fuziya prosesi ilə bağlıdır.
Bunun da Azərbaycan dilində müxtəlif şəkillərini fərqləndirmək olar:
1. Təkhecalılıqdan çoxhecalıya inkişaf. Bu zaman söz müstəqilliyini
itirir,lakin daha mürəkkəb forma ilə ifadə olunur. Məs: Müasir Azərbaycan
dilindəki bağlamaq sözü qədim ba"bağlamaq" sözündən törəmişdir (ba+ğ+la).
2. Kök müstəqilliyini itirir, lakin törəmə sözlərin tərkibində görünür.
Məs: Azərbaycan dilindəki uzun, uzan, uzat sözləri qədim uz kökündən
törəyib. Nağıllarımızda işlənən az getdi, üz getdi, dərə, təpə düz getdi
ifadələrindəki üz həmin köklə bağlıdır.
3. Söz morfoloji müəyyənliyə malik olur, onu formal olaraq tərkib
hissələrinə ayıra bilirik. Kök müstəqilliyini itirib - söz sadələşib, lakin başqa
bir derivativlə kökün mənası bərpa olunur. Məs: yaşmaq bugünkü dilimizdə
sadə sözdür. Yaşınmaq sözünə əsasən eyni mənalı yaş(maq) felini ayıra
bilirik.
4. Kök müstəqilliyini itirir, lakin lüğət fondunun sistemliyi əsasında
kökün mənası bərpa olunur. Məs: Müasir Azərbaycan dilində doğan sadə
sözdür. Lakin antoniminə əsasən (əyri) onu bərpa etmək olur.
5. Kök müstəqilliyini itirir, lakin eyni yuvaya daxil edilə bilən
fonomorfoloji variantlar onu bərpa etməyə əsas verir. Məs: devirmək,
çevirmək sözlərinin kökü müstəqilliyini itirib, lakin dönmək, sönmək,
döndərmək sözlərinə əsasən mənası bərpa edilir.
Ədəbiyyat
1. Мирза Казем-бек. Общая грамматика турецко-татарского языка.
Казань.1846, 351с.
2. Боровков А.К. "Бадал ал лугат" - Словарь Тали Имани Гератского, к
сочинениям Алишира Навои, М., 1961
3. Гордлевский В.А. Грамматика турецкого языка. М., 1928.
4. Древнетюркских словарь. Ленинград. "Наука", 1969.
Filologiya məsələləri, №4, 2017
90
Малахат Самедова
Система словообразовательных гнезд тюркских языках
Резюме
Словообразование представляет собой особую систему тюркских
языков. Система словообразовательных гнезд тюркских языках - слож-
ная иерархическая система. Понятие словообразовательное гнездо
молодое в теории словообразования тюркских языков. В течение
анализa большое внимание обращено на факты, полученные из лите-
ратур. Автор высказывает свои мысли о прилагательных в тюркских
языках.В этой статье говорится о проблеме связанной сo словооб-
разовании и разными подходами к этой проблеме. В статье автор
проводит анализ и высказывает свои мысли. Автор пытается раскрыть
факты в этом плане.
Malahat Samadova
Word formation and derivation matters
Summary
Word formation presents special system of the Turkish languages. The
system of word formation roots of the Turkish languages is a compound
system. The notion of word root is younger in the theory of word formation
of the Turkish languages. While analyzing the great attention was given to
the facts tаken from the literature.
This article deals with the problems of word–formation and different
approaches to it. In the article the author analyzes these problems and states
her opinions concerning the matter. The author tries to detect and find out
the facts in this field. Lots of samples are taken from different languages and
compared.The long development way of the root words is carefully
investigated by the author. The adjectives in the Turkish languages are
reseached from the point of the semantical and funtional aspects.
Rəyçi: Nuriyyə Əliyeva
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri, №4, 2017
91
ARZU ABBASOVA
Filologiya üzrə fəlsəfə doktoru
Naxçıvan Dövlət Universiteti
a_nana35@mail.ru
ON YEDDİNCİ ƏSR AZƏRBAYCAN ƏDƏBİ
DİLİNDƏ DÜZƏLTMƏ SİFƏTLƏR
Açar sözlər: Azərbaycan, on yeddinci əsr, ədəbi dil, morfologiya, sifət
Key words: Azerbaijan, XVII century, literary language, morphology,
adjective
Ключевые слова: Aзербайджан, XVII века, литературный язык, мор-
фология, прилагательное
Əşyanın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi kimi sifət
Azərbaycan dilində özünəməxsus inkişaf yolu keçmişdir. Bu baxımdan
morfoloji yolla yaranan, yəni düzəltmə sifətlərin də müvafiq inkişaf xüsu-
siyyətləri olmuşdur.Dilçilik ədəbiyyatlarında düzəltmə sifətləri əsasən iki
qrupa ayırırlar: a) isimdən düzələn sifətlər; b) feildən düzələn sifətlər.
Bunlarla yanaşı, bəzi digər nitq hissələrindən əmələ gələn bir sıra düzəltmə
sifətlər də vardır.
XVII əsr Azərbaycan ədəbi dilində də müxtəlif şəkilçilərin köməyi
ilə yaranan düzəltmə sifətlər geniş yer tutmuşdur. Onların bəzi nümunələrini
nəzərdən keçirək:
-lı/-li/-lu/-lü şəkilçiləri
Bu şəkilçilər düzəltmə sifətlərin əmələ gəlməsində çox məhsuldardır.
Professor Muxtar Hüseynzadə yazırdı: “-lı(-li,-lu,-lü) şəkilçisi ilə keyfiyyət,
dad, yer mənsubiyyəti, ailə məsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət
və s. bildirən sifətlər düzəlir”. “Azərbaycan ədəbi dili tarixi, dörd cilddə, 2-ci
cild (XVII-XVIII əsrlər)” adlı elmi nəşrdə oxuyuruq: “Çox məhsuldar olan –
lı
4
şəkilçisi, demək olar ki, qədim və orta əsr yazılı mənbələrində geniş söz
yaradıcılığı ilə seçilmişdir”.
On yeddinci əsr ədəbi dilimizdə də bu şəkilçinin geniş şəkildə
işləndiyini, morfoloji yolla söz yaradıcılığı prosesində fəal iştirak etdiyini
görürük. Həmin şəkilçi əsasən isimlərə artırılaraq düzəltmə sifətlər əmələ
gətirmişdir. On yeddinci əsrdə yazıb-yaratmış müxtəlif şairlərin əsərlərindən
seçilmiş ümunələrə baxaq:
Saqın, ağuludur, tök bu hərifin şərbətin, getsin.
Qarlı dağlar içrə seylab eyləyən şivən kimi.
Dostları ilə paylaş: |