Filologiya məsələləri, №4, 2017
98
Bu şəkilçilər, professor Buludxan Xəlilovun yazdığı kimi: “Fellərdən
müxtəlif mənalı atributiv isimlər və sifətlər əmələ gətirən şəkilçidir”. Yəni
onlar Azərbaycan dilində həm düzəltmə isimlərin, həm də düzəltmə sifətlərin
əmələ gəlməsində iştirak edir. Məsələn, yanğın, basqın kimi sözlər feil kök-
lərindən bu şəkilçilərin köməyi ilə əmələ gələn düzəltmə isimlərdir. Coşqun,
süzgün və s. kimi sözlər isə feil köklərindən yenə həmin şəkilçilərin
qoşulması ilə düzələn sifətlərdir.On yeddinci əsr ədəbi dilimizdə də belə dü-
zəltmə sifətlər vardır. Məsələn:
Qılıcdan itiraq bir xuyi küsgün qanlu yarum var.
(Məlik bəy Avci)
Müasir dilimizdən fərqli olaraq bu nümunədə kar samitlə bitən feil
kökünə -kün yox, -gün şəkilçisi qoşulmuşdur.
Hazırda daha çox isim kimi sabitləşmiş daşqın sözünün on yeddinci
əsr ədəbi dilimizdə sifət kimi işləndiyini də müşahidə edirik. Bu hala Qövsi
Təbrizinin şeirlərində rast gəldik. Həm də həmin söz o dövrün dil
xüsusiyyətlərinə uyğun olaraq iki variantda işlənmişdir: daşqın/daşqun.
Məsələn:
Böylə daşqun seyldən təmir umar, viranə bax.
Nümunələrdə daşqın seyl (sel) ifadəsi işlənmişdir ki, burada da
daşqın sözü məhz düzəltmə sifətdir. XVII əsr ədəbi dilimizdə həmçinin isim-
dən -gin şəkilçisinin köməyi ilə düzələn, indi də dilimizdə işlənən qəmgin
sifəti də nəzərə çarpır:
Yaşlı gözün, qəmgin üzin, aşüftə sözlərün.
(Təsir Təbrizi)
-aq/-ək şəkilçisi
Bu şəkilçi morfoloji yolla söz yaradıcılığında o qədər də fəal deyil.
azsaylı düzəltmə sifətlərin yaranmasında iştirak edir. On yeddinci əsr
Azərbaycan ədiblərinin əsərlərində də həmin şəkilçi ilə düzələn sifətlər az-az
işlənmişdir. Bir nümunə:
Ölür qorxaq kişi yuxusunda ilan görgəc.
(Mürtəzaqulu xan Zəfər)
Misradakı qorxaq sifəti qorx- feilindən əmələ gəlmişdir.
On yeddinci yüzil ədəbi dilimizdə sifət düzəldən digər şəkilçilər də
vardır ki, onlara da az rast gəlinir.
-ar, /-ər şəkilçisi
Filologiya məsələləri, №4, 2017
99
Bu şəkilçi feil köklərindən bəzi isimlər yaradır. Göstərilən şəkilçi
müasir dilimizdə də az işlənir. Yanar ürək, doğar qoyun və s. birləşmələrdəki
sifətlər bu qəbildəndir. On yeddinci əsr şairimiz Vəhid Qəzvininin bir
beytində işlənmiş uçar quş ifadəsindəki uçar sifəti də buna misaldır. Həmin
sifət uç- feil kökündən –ar şəkilçisinin köməyi ilə əmələ gəlmişdir: Uçar
quşdur, könüldə qanadi.
-ri şəkilçisi
Müasir dilimizdə qeyri-məhsuldar olan bu şəkilçi də düzəltmə sifət
əmələ gətirir. Aşağıdakı misralarda gördüyümüz əgri (əyri) sifəti də həmin
şəkilçinin vasitəsi ilə əy- feilindən düzəlmişdir:
Acıxlı üzi, baxışı əgri, sözü acı.
(Təsir Təbrizi)
Çapqınçı əgri baxışı müjgan yarağıdır.
(Vaiz Qəzvini)
-ma/-mə şəkilçisi
Müasir Azərbaycan dilində bəzi sifətlərin əmələ gəlməsində bu
şəkilçi iştirak edir. Məsələn, süzmə qatıq, seçmə oyun və s. ifadələrdəki
sifətlər buna misal ola bilər.
On yeddinci əsr şairlərinin əsərlərində oxşa- feil kökünə –ma şəkilçisinin
qoşulması yolu ilə yaranmış oxşama düzəltmə sifətinə təsadüf edirik.
Maraqlıdır ki, bu sifət əsasən sabit bir ifadə tərkibində işlənmişdir: oxşama
qardaş.
Məcnunə yetirsən, söylə, ey badi-səba,
Qövsi dedi: - Ey oxşama qardaşım, gəl.
(Qövsi Təbrizi)
Məşuqnəfəs, oxşama qardaşı imiş.
(Vəhid Qəzvini)
Görünür ki, oxşama qardaş ifadəsindəki feil o dövrün ədəbi dilində
ilk növbədə dərd ortağı, həmdərd, eyni dərdli sayıla bilən, məhz bu cəhətdən
oxşayan, bənzəyən qardaş anlamında işlənmişdir. Bu sifət dil tarixi faktı
kimi əhəmiyyətlidir.
Ədəbiyyat:
1. Azərbaycan ədəbi dili tarixi, dörd cilddə, 2-ci cild (XVII-XVIII əsrlər).
Bakı: Şərq-Qərb, 2007
2. Cəfərov S. A. Azərbaycan dilində söz yaradıcılığı. Bakı: ADU nəşriyyatı,
1960
3. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi, I hissə. Bakı: Maarif, 1979
Filologiya məsələləri, №4, 2017
100
4. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi, I hissə. Bakı: Elm, 2012
5. Hüseynzadə M. H. Müasir Azərbaycan dili (morfologiya). Bakı: Maarif,
1983
6. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Nurlan, 2010
7. Qiyasbəyli M. Azərbaycan dilində morfoloji söz yaradıcılığı. Bakı:
Maarif, 1987
8. Məhərrəmova R. Azərbaycan ədəbi dili tarixi. XVII-XVIII əsrlər. Bakı:
Şərq-Qərb, 2007
9. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı:
Azərtədrisnəşr, 1962
10. Tanrıverdi Ə.V. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Elm və
təhsil, 2014
11. XVII əsr Azərbaycan lirikası (antologiya), (tərtibçilər və ön sözün
müəllifləri P. Kərimov, M.Hüseyni). Bakı: Nurlan, 2008
12. Qəzvini V. Divan (nəşrə hazırlayanlar P.Kərimov, A.Ramazanov). Bakı:
Nurlan, 2009
13. Məsihi. Vərqa və Gülşa (tərtib edəni, ön söz və şərhlərin müəllifi
Ə.Səfərli).Bakı: Şərq-Qərb, 2005
14. Şamlu M. Divan (tərtibçi və ön sözün müəllifi P.Kərimov). Bakı: Nurlan,
2006
15. Təbrizi Q. Seçilmiş əsərləri (tərtib edəni və ön sözün müəllifi
P.Kərimov). Bakı: Lider nəşriyyat, 2005
16. Təbrizi T. Türkcə şeirlər (nəşrə hazırlayan P.Kərimov) Bakı: Nurlan,
2011
17. Təbrizi S. Seçilmiş əsərləri (tərtibçi, ön söz və şərhlərin müəllifi
B.Azəroğlu).Bakı: Öndər nəşriyyat, 2004
Арзу Аббасова
Прилагательные в азербайджанском литературном языке xvii века
Резюме
В 17-ом веке словесное творчество с морфологическим путем
азербайджанского литературного языка носил свойственный ему осо-
бый характер, где наряду с исторически устоявшимися традиционными
словами литераторы совершили достойные внимания дела в сфере соз-
дания новых слов, используя возможности родного языка. Этот процесс
открыто показал себя в лице созданных имя прилагательных.
В статье об исследовании вопросов словесного творчества в
произведениях таких известных мастеров, как Саиб Тебризи, Гёвси
Тебризи, Рукнаддин Месихи, Вахид Газвини, Муртазагулу хан Зафар,
Dostları ilə paylaş: |