Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə64/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   60   61   62   63   64   65   66   67   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
176
Ülfan Mirzəzadə 
Genderləşmiş metaforalar haqqinda mövcud elmi - nəzəri müddəalar 
 
xülasə 
 
Məqalədə  metaforalardan  bəhs  edilir.Müəllif  metaforaların  rolunu 
açmağa  çalışır.  Dilçilikdə  bu  sahədə  aparılmış  tədqiqatlara  toxunur.İngilis 
dilini  professional  məqsədlərlə  öyrənən  və  Azərbaycanın  аli  və  оrtа 
məktəblərində  ingilis  dilini  tədris  еdən  və  yа  tərcüməçi,  filoloq  kimi 
fəаliyyət göstərən ali ixtisas məktəblərinin məzunlаrı mətnləri, o cümlədən 
formal  və  qeyri-formal  xarakter  daşıyan  mətnləri,  müаsir  və  klаssik 
ədəbiyyаt  nümunələrini  dinləyib  öz  münаsibətlərini,  mövqeyini,  fikir  və 
ideyalarını bildirmək qаbiliyyətinə yiyələnməlidirlər.  
Onu  da  xüsusilə  qeyd  etmək  lazımdır  ki,  klаssik  ədəbiyyаt 
nümunələrində  pеrsоnаjlаrın  istifаdə  еtdiyi  nitq  modelləri,  bu  gün  istifаdə 
еdilən ingilis dilindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də material 
seçiminə diqqət yetirmək lazımdır.  
 
Ульфан Мирзазадe 
Научно- теоретические исследовании о гендерных метафор 
 
Резюмe 
 
В  статье  речь  идёт  о  метафорe  .  Автор  пытается  раскрыть  роль 
метафоры . Она ссылаясь на работы ученых исследовавших эту область 
лингвистики,  а  также  подчеркивает  ее  важность  в  лингвистике.  В 
данной статье рассматриваются вопросы метафоры .  
Обучение должно носить целенаправленный, системный, поэтапный 
характер,  что  будет  содействовать  повышению  еффективности  данного 
процесса.  чтении  является  одним  из  самых  важных  и  необходимых 
умений  которыми  должен  обладать  человек, изучающий  язык  в  тех  или 
иных целях. Одной из основных целей изучения языка является обладение 
умением  эффективно  общаться  на  изучаемом  языке.  Особое  внимание 
должно  быть  уделено  отбору  текстовых  материалов.  Предпочтение 
должно быть отдано материалом. 
 
 
Rəyçi:                  Nuriyyə Əliyeva 
               filologiya elmləri üzrə fəlsəfə doktoru 
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
177
SÜRƏYYA HACIYEVA 
dissertant, Bakı Dövlət Universiteti  
surayyahaciyeva@mail.ru   
    
BƏZİ TABESİZLİK BAĞLAYICILARINDA SİNONİMLİK 
(qarşılaşdırma, bölüşdürmə, aydınlaşdırma bağlayıcıları) 
 
Keywords:  conjunctions,  synonymy,  adversative,  separation,  explanatory, 
coordinative, semantics, function. 
Keywords:  conjunction,  a  synonym,  opposition,  division,  explanation,  the 
composition, semantics, function. 
Ключевые  слова:  союз,  синоним,  противительные,  разделительные, 
пояснительные, сочинение, семантика, функция. 
 
Müasir Azərbaycan dilində zəngin bağlayıcı sistemi vardır. Bağlayıcı-
lar sözləri və cümlələri bir-birinə bağlamağa xidmət edir. Məlum olduğu ki-
mi, bağlayıcıların funksiyası söz və ifadələri bağlamaq olsa da, hər bağlayı-
cını  istənilən  yerdə  işlətmək  olmaz.  Belə  ki,  bağlayıcılar  məna  qruplarına 
bölünür  və  hər  qrupa  daxil  olan  bağlayıcı  müvafiq  yerlərdə  işlənir.  Elə 
bağlayıcılar var ki, onlar semantik xarakterə malik olub, çox yerdə işlənmə 
imkanlarına malikdir. Buraya “ki” bağlayıcısını aid etmək olar. Bu bağlayıcı 
tabeli  mürəkkəb  cümlənin  əksər  budaq  cümlə  növlərində  baş  və  budaq 
cümləni bir-birinə bağlaya bilir və bu zaman konkret məna əlaqəsi nəzərdə 
tutulmur. Lakin bağlayıcıların böyük hissəsi müəyyən məna əlaqəsinə malik 
söz  və  cümlələr  arasında  işlənir.  Bu  baxımdan  bağlayıcılar  da  daxili,  daha 
dəqiqi,  mücərrəd  semantikaya  malik  olur.  Ona  görə  də  bağlayıcılar  da 
müxtəlif  semantik  münasibətlərdə  olur,  yəni  omonimliyə,  sinonimliyə, 
habelə  antonimliyə  malikdir.  Sözsüz  ki,  köməkçi  nitq  hissələrinin 
sinonimliyini əsas nitq hissələrinin sinonimliyi ilə eyniləşdirmək olmaz; belə 
ki,  əsas  nitq  hissələrinin  sinonimliyi  sözlərin  leksik-semantik  mənasına 
əsaslanırsa,  köməkçi  nitq  hissələrinin  sinonimliyi  funksiya  əsasında  olur. 
Məlumdur ki, funksiya, hər şeydən əvvəl semantika ilə əlaqədardır. Ona görə də 
köməkçi  nitq  hissələrinin  sinonimliyinin  də  əsasında  potensial  semantika 
dayanır. Bu baxımdan bağlayıcılar məhz semantik bölgülər əsasında sinonimik 
münasibətdə  olur.  Birləşdirmə  və  iştirak  bağlayıcıların  sinonimliyindən  başqa 
yazıda bəhs etdiyimizdən burada onlardan danışmayacağıq. İnkarlıq bağlayıcısı 
isə yalnız bir dənədir: nə, nə də, nə də ki. İnkarlıq məzmununu formalaşmasında 
başqa  bağlayıcıdan  istifadə  edilmədiyi  üçün  bu  yazıda  ondan  da  bəhs 
etməyəcəyik.  Nəhayət,  bu  yazıda  biz  qarşılaşdırma,  bölüşdürmə  və  aydınlaş-
dırma bağlayıcılarının sinonimliyindən bəhs edəcəyik. 


Filologiya məsələləri, № 7, 2017 
 
178
3.  Qarşılaşdırma  bağlayıcıları.  “Amma,  ancaq,  lakin,  fəqət,  isə, 
halbuki,  yoxsa”  bağlayıcıları  bu  sinonimik  cərgəyə  daxildir.  Bu  sinonim 
cərgənin sonuncudan başqa, bütün üzvləri, demək olar ki, bir-birini əvəz edə 
bilir.  Bunların  ilk  üçü  mütləq  şəkildə  bir-birinin  yerində  işlənə  bilir, 
dördüncüsü  də  onların  yerində  işlənə  bilməsinə  baxmayaraq,  arxaik 
xarakterə  malikdir,  müasir  dilimizdə  az  halda  istifadə  edilir.  Məsələn: 
Bayaqdan  pəncərənin qarşısında durmuşdum,  (amma, ancaq, lakin,  fəqət) 
diqqəti çəkən xüsusi bir hal görmədim(V.Sultanlı).  
Demək lazımdır ki, bu bağlayıcıların əvvəlki üçü daha çox müqayisəli 
qarşılaşdırma  bildirirsə, “fəqət”  bağlayıcısı  nisbətən  ziddiyyətli  qarşılaşdır-
ma məqamında işlədilir. 
Qeyd edək ki, amma bağlayıcısı istər tarixən, istərsə də müasir dilimiz-
də daha çox işləkdir, onun sinonimləri olan ancaq, fəqət, lakin bağlayıcıları 
dilimizin  arxaik  dövründə  az  işlənmişdir.  H.Mirzəzadə  bunu  qədim 
ədəbiyyatımızın  daha  çox şeir  dilində olması  ilə  əlaqələndirmişdir. Müəllif 
yazır: “Ehtimal etmək olar ki, bu bağlayıcılar şeir dili üçün müəyyən qədər 
ağırlıq  gətirdiyindən  şairlər  mümkün  qədər  həmin  bağlayıcılardan  qaçmağa 
səy etmişlər. Məhz buna görə də ancaq, fəqət, lakin bağlayıcılarının ifadə etdiyi 
məna xüsusiyyətləri də əmma vasitəsi ilə öz əksini tapmışdır”(1: 227). 
“Halbuki”  bağlayıcısı  da  qarşılaşdırılan  faktlar  arasında  işlənir  və  bu 
baxımdan funksional cəhətdən əvvəlki bağlayıcılarla sinonim münasibətdə olur. 
Məsələn: Qatar irəlilədikcə içimdə nədənsə, anlaşılmaz bir sakitlik yaranırdı, 
halbuki bu qatar irəlilədikcə məni hər an ölümə yaxınlaşdırırdı(V.Sultanlı). 
Burada bir məsələyə də toxunmaq lazımdır. Məlum olduğu kimi, müasir 
dilimizdə “ancaq” sözü məhdudlaşdırıcı ədat kimi də işlədilir, hətta bəzən elə 
cümlələr olur ki, oradakı sözün ədat, yaxud bağlayıcı  olduğunu  müəyyənləş-
dirmək  çətin  olur.  Təbii  ki,  bu zaman həmin sözlərin  sinonimlərinin  tətbiq 
edilməsi məsələyə aydınlıq gətirə bilir. Məsələn: Heç bir söhbətə qarışmırdı, 
ancaq hərdən üz-gözünü turşudurdu(V.Sultanlı). 
Bu cümlədə “ancaq” sözünü iki cür başa düşmək olar: həm bağlayıcı, 
həm də ədat kimi. Digər tərəfdən, çətinlik onunla bağlıdır ki, bu məqamda 
hər  iki  dil  vahidi  ilə  əvəzləmək  olur.  Heç  bir  söhbətə  qarışmırdı,  amma 
(yalnız) hərdən üz-gözünü turşudurdu.  
Bu cümlədə həmin sözün ədat və ya bağlayıcı olduğunu müəyyənləş-
dirmək yalnız mətn içərisində, daha doğrusu, əvvəlki və sonrakı cümlələrin 
əlaqəsində mümkündür. Elə buna görədir ki, “ancaq” sözü müasir dilimizdə 
daha  çox  ədat  kimi  işlənməyə  meyillidir  və  güman  edirik  ki,  tədricən 
bağlayıcı kimi dilimizdən çıxacaqdır.  
“Amma,  ancaq,  lakin,  halbuki,  fəqət”  bağlayıcıları  aid  olduğu  dil 
vahidlərinin əvvəlində, “isə” bağlayıcısı isə aid olduğu dil vahidindən sonra 
işlənir.  Digər  tərəfdən,  “isə”  bağlayıcısının  işləndiyi  dil  vahidlərinin  özləri 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə