Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/37
5.6.3 Sualtı qurğular və boru kəmərləri 
 
Ölkə daxilində inşa edilməli sualtı qurğuların elementlərinin emalı üçün lazım olan materiallar 
seçilmiş sualtı komponentlərin istehsalı üzrə müəssisələrdən alınacaq. İstehsal işləri qaz-odla 
kəsmə/plazma kəsməsi, qaynaq, qumlama, rəngləmə  və izolyasiya işlərindən ibarətdir. 
Tamamlandıqdan sonra hər element qeyri-dağıdıcı metodlu sınaqdan (QDMS) və 
hidrosınaqdan istifadə edilməklə  sınaqdan keçiriləcək. Dənizdə quraşdırmadan  əvvəl hər 
element müvafiq qaydada anbarda saxlanılacaq. Elementlərin bəziləri idxal ediləcək və 
seçilmiş sahədə qeyri-dağıdıcı metodlu sınaqdan (QDMS) və hidrosınaqdan istifadə etməklə 
sınaqdan keçirilə bilər. Sualtı avadanlıqların hazırlanması  və hidrosınaq sahələrindən bütün 
hidrosınaq mayeləri avtosisternlərlə  yığılacaq, maye tullantıları kimi təhvil veriləcək və 
sahədən kənarlaşdırılacaq.  
 
5.6.4 Dayaq 
blokları və payalar 
 
Üst tikililər  ŞD2-nin 8 ayaqlı, karkaslı polad konstruksiyadan ibarət dayaq bloku üzərində 
quraşdırılacaq. Dayaq blokunun konstruksiyası təxminən 110m hündürlüyündə olmaqla dəniz 
səthindən təxminən 15 metr hündürə qalxır. Üst tikililər göyərtəsinin gəmidən birbaşa dayaq 
bloku üzərinə oturdulması metodu ilə quraşdırılmasına imkan yaratmaq üçün dayaq blokunun 
üst hissəsinin konfiqurasiyası “qoşa qülləli” olacaq. Özülün konstruksiyasına dayaq blokunun 
4 küncünün hər birində 3 paya yuvaları daxil ediləcək və bu yuvalardan dəniz dibinə 
ümumilikdə 12 ədəd özül payası vurulacaq.
12
 
 
Dayaq blokunun inşa edilməsi üçün tikinti-quraşdırma sahəsindən qəbul edilmiş polad 
lövhələr kəsilərək tələb olunan formaya salınacaq, sonra isə müxtəlif seksiya hissələrini 
yığmaq üçün həmin lövhələr birlikdə ölkə xaricində hazırlanmış quraşdırma elementlərinə 
qaynaq ediləcək. Seksiya və qaynaq birləşmələri boyaya hazırlıq üçün aparılan dənəvər 
(abraziv) materiallarla şırnaqlı  təmizləmə  işindən  əvvəl qeyri-dağıdıcı metodlu sınaqdan 
(QDMS) istifadə etməklə bütövlük sınağından keçiriləcək.  
 
Dayaq bloku və paya komponentlərinin  əksər dənəvər (abraziv) materiallarla şırnaqlı 
təmizləmə  işləri və korroziya əleyhinə boyama işləri buxar/qaz sorucu havalandırma sistemi 
və  işlənmiş  dənəvər (abraziv) materialların bərpası sistemi ilə  təchiz edilmiş boya sexində 
həyata keçiriləcək. Boya sexində yerləşdirilmək üçün həddindən artıq böyük olan seksiyaların 
dənəvər (abraziv) materiallarla şırnaqlı  təmizləmə  işləri və korroziya əleyhinə boyama işləri 
müvəqqəti qapalı sahədə həyata keçiriləcək. Tullantı abraziv materiallar və boya toplanılacaq 
və Tullantıların İdarə olunması Proseduruna (Fəsil 14-ə istinad edin) uyğun olaraq utilizasiya 
ediləcək. Katodlu mühafizə sink-alüminium protektor anodları vasitəsilə təmin ediləcək. Sonra 
dayaq blokunun seksiyaları montaj işləri aparılan stapel üzərinə yerləşdiriləcək, burada isə 
onlar kran ilə öz mövqeyinə qaldırılacaq və digər dayaq bloku seksiyalarına qaynaq edilməklə 
bütöv bir konstruksiya formalaşdıracaq. 
 
Dayaq blokunun hər tərəfinə bir ədəd olmaqla ümumilikdə iki ponton yerləşdiriləcək. Cari 
planda  ŞDB-YBTT dayaq bloku üçün AÇG Faza 2 çənlərinin (azacıq dəyişdirilmiş) təkrar 
istifadəsi,  ŞDB-HR dayaq bloku üçün isə yeni pontonların tikintisi nəzərdə tutulur. Çənlərin 
hər iki dəsti təmizlənəcək, çənlərin bütövlüyü və  çənlərin divarlarındakı takelaj nöqtələrində 
ultrasəslə yoxlanılacaq.  Şəkil 5.10-də dayaq blokunun hazırlanmasının müxtəlif mərhələləri 
göstərilir.  
 
ŞDB-HR dayaq blokunun quraşdırılması zamanı onun stabilliyini təmin etmək üçün, dayaq 
blokunu dənizə yola salmazdan əvvəl pontonların bir neçə elementini sualtı boru kəmərlərində 
və axın xətlərində istifadə edilən eyni hidravlik sınaq kimyəvi maddələr vurulmuş və pontonları 
korroziyadan mühafizə etməyə yardım edəcək təxminən 750m
3
  dəniz suyundan istifadə 
etməklə konservasiya flüidləri ilə doldurmaq lazım olacaq (təklif olunmuş kimyəvi maddələr və 
konsentrasiyalar haqqında məlumat əldə etmək üçün 5.8.4 və 5.9.4 nömrəli hissələrə istinad 
edin). Dayaq bloku quraşdırıldıqdan sonra pontonlar təkrar istifadə və ya kənarlaşdırma üçün 
yenidən sahildə daşınacaq. Pontonların sahilə daşınması zamanı onların stabilliyini təmin 
etmək üçün pontonun suyu dayaq blokunun yanından dənizə axıdılacaq. 
                                                      
12
ŞDB platformasının seysmik dizayn təfərrüatları üçün Qoşma 5D-yə baxın.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/38
 
12 özül payası (hər biri 96” diametr və təxminən 130 metr uzunluğunda) və dörd ştiftli paya 
dayaq bloku kimi tikinti-quraşdırma sahəsində  yığılacaq, yoxlanılacaq və  sınaqdan 
keçiriləcək.  
 
Şəkil 5.10 Dayaq blokunun inşası prosesi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5.6.5 Üst 
tikililər 
 
ŞDB--nın üst tikililəri polad tirlərdən, polad dirəklərdən, fermalardan və köndələn tirlərdən inşa 
edilmiş polad konstruksiya olmaqla göyərtələri və modulları  əhatə edir. Üst (tikililərin) 
modulların içərisində  həm elektrik avadanlıqları, həm də mexaniki avadanlıqlar 
quraşdırılacaq. Üst tikililər bir sıra göyərtələrdən, o cümlədən üst göyərtədən, açıq 
göyərtədən, aralıq göyərtədən, aşağı göyərtədən və alt göyərtədən ibarət olacaq. İki üst 
tikilinin əsas komponentləri: 
 
ŞDB-YBTT: 
ŞDB-HR: 
 Yaşayış blokları; 
 
Elektrik enerjisi hasilatı və paylaşdırıcı 
sistem; 
 Birbaşa elektrik isitmə sistemi 
 MEQ 
anbarı (560m
3
) və paylaşdırıcı 
sistem; 
 Sualtı hidroenerji sistemi; 
 Sualtı idarəetmə sistemi; 
 Kimyəvi maddələrin vurulması sistemi, 
o cümlədən metan 
 Texnoloji 
Təchizat (kommunal xətlər), 
platformanın köməkçi sistemləri və 
infrastruktur. 
 Axın xəttinin qəbuledici qurğusu, o 
cümlədən,  ərsinburaxma və  qəbuledici 
qurğular; 
 
İstismar və sınaq manifoldları; 
 YT, 
Sınaq və AT ayırıcı sistemi; 
 Sahədən kənar dəniz suyu ilə yuma 
qurğusu; 
 
Buxarlanan qaz kompressoru; 
 
Kondensat ixrac nasosları; 
 
Məşəl sistemi və məşəl dirəyi; 
 Yanacaq 
qazı və dəniz boru kəmərlərinin 
qaz kompensasiya sistemləri; və 
 Kondensat 
və qaz ixrac sistemləri; 
 
MEQ idxal sistemi. 
 
1. Sol ramaların qurulması  və 
qaldırılması 
2. Sağ ramaların qurulması  və 
qaldırılması Ramaların bir-birinə 
qaynaq edilməsi 
3. Konstruksiyanın dayaq ramasının 
üzərinə keçirilməsi və digər dayaq bloku 
hissəsinin ramaya qaynaq edilməsi 
4. Bir üzmə sisterninin birləşdirilməsi və 
digər dayaq bloku hissələrinin ramaya 
qaynaq edilməsi 
5.  İkinci üzmə sisterninin birləşdirilməsi 
və STB-01 nəqliyyat barjına yüklənməsi 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə