Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/59
çıxarılmış torpaq kənara yığılacaq və saxlanacaq ki, sonra marşrutun bərpa olunması üçün 
istifadə edilsin. 
 
Boruların quraşdırmasından əvvəl müvəqqəti işlərin tələb olunacağı yerlərdə marşrutun tədqiqi 
aparılacaq. Hazırlıq işləri inşaat yüklərinin (materiallar, avadanlıq, nəqliyyat vasitələri) 
daşınması üçün giriş yollarının bərkidilməsi tələb olunduğu yerlərdə aparılacaq. Tikinti 
sahəsinin yaxınlığında yağış sularının axmasına nəzarət üçün boru kəməri sahəsində 
müvəqqəti drenaj tədbirləri görmək tələb oluna bilər. Əməliyyatların və əhalinin təhlükəsizliyini 
təmin etmək məqsədilə KsD boyunca bütün işçi sahələr nişanlanacaq. 
 
Quraşdırıldıqdan sonra qurudakı boru kəmərləri  ərsin tutuculardan aşağıda (MEQ boru 
kəmərindən yuxarıda) qaynaq vasitəsilə terminaldakı ŞD2 obyektlərinə birləşdiriləcək. 
 
5.8.4 Boru 
kəmərlərinin istismara verilməsinə hazırlıq işləri 
 
Boru kəmərlərinin quraşdırılması  dəniz qurğuları quraşdırıldıqdan  əvvəl başa çatdırılacaq. 
Aşağıda təsvir edildiyi kimi, karbohidrogenləri daxil etməzdən  əvvəl boru kəmərlərinin 
istismara verilməsinə hazırlıq işləri (yəni, təmizləmə, hidrosınaq, təftiş  və qurutma) başa 
çatdırılacaq. 
 
Korroziyanın qarşısını almaq və bakteriyaların inkişafına yol verməmək üçün təmizləmə  və 
hidrosınaq işlərində istifadə olunan dəniz suyu kimyəvi maddələrlə təmizlənəcək. Hidrosınaq 
zamanı  sızmanı  aşkar etmək üçün həmin suya boyaq maddəsi də  əlavə olunacaq. Hal-
hazırda  əsas kimi qəbul edilmiş layihə variantı üzrə  aşağıdakı kimyəvi maddələrdən (qeyd 
edilmiş dozalarda) istifadə edilməsi planlaşdırılır: 
 
 1000 
mində hissə HD5000 (antiseptik, korroziyaya qarşı əlavə və oksigen uducu); və  
 100 
mində hissə Tros Seadye (boyaq maddəsi). 
 
Fərqli kimyəvi maddələr tələb olunduğu təqdirdə,  ŞD2 üzrə  Dəyişikliklərin  İdarə Olunması 
Proseduruna (Bölmə 5.16-ya istinad edin) riayət olunacaq. Məqsəd  əsas kimi qəbul edilmiş 
layihə variantında nəzərdə tutulmuş kimyəvi maddələrdən daha toksik olmayan, yaxud daha 
artıq dayanıqlılıq qabiliyyətinə malik olan kimyəvi maddələrdən istifadə etməkdir. 
 
Drenaj edilməyincə, boru kəmərləri təmizlənmiş  dəniz suyu ilə dolu olaraq saxlanacaq. Bu 
müddətdə boru kəmərlərinə  nəzarət ediləcək, sistemlərin korroziyadan qorunması davamlı 
təmin ediləcək. Qoruyucu kimyəvi maddələrin təsiri tükəndiyi halda, təmizlənmiş  dəniz suyu 
dənizə boşaldılacaq və yuxarıda göstərilən dozalarda təmizlənmiş  dəniz suyu ilə  təkrar 
doldurulacaq.  
 
İstismara verilməzdən əvvəl hazırlıq işləri aşağıdakıları əhatə edir: 
 
 
Su vurma, təmizləmə  və ölçmə (FCG): Suvurma əməliyyatı zamanı kimyəvi üsulla 
təmizlənmiş  və filtrlənmiş  dəniz suyu boru kəmərinin seksiyalarına vurulacaq. 
Təmizləmə  əməliyyatı zamanı boru kəmərinin daxili səthləri tikinti tullantılarından 
təmizlənir. Ölçmə  əməliyyatı boru kəmərində deformasiyaların və ya intruziyaların 
olmamasını təsdiqləyir. Təmizləmə və ölçmə ərsinlərini hərəkətə gətirmək üçün istifadə 
edilən təmizlənmiş su ŞDB platformasının müvəqqəti sualtı  ərsin qəbuledicisinin 
yaxınlığında boşaldılacaq; 
 Hidrosınaq işləri: Dəniz boru seksiyalarında hesablanmış təzyiqin 1.25 mislində təzyiq 
təmin ediləcək. Hidrosınaq başa çatdıqdan sonra boru kəmərində  təzyiq təmin etmək 
üçün istifadə edilmiş təmizlənmiş su müvəqqəti sualtı ərsin qəbuledicisinin yaxınlığında 
boşaldılacaq; 
 Hermetiklik 
sınağı: Tamamlanmış boru kəmərləri sistemləri (qurudakı  və  dənizdəki 
seksiyaları) təmizlənmiş su ilə doldurulacaq və hesablanmış  təzyiqin 1.1 mislində 
hidrostatik üsulla hermetiklik sınağı keçiriləcək. Hermetiklik sınağı başa çatdıqdan 
sonra boru kəmərində təzyiq təmin etmək üçün istifadə edilmiş təmizlənmiş su ŞDB-HR 
açıq drenaj kessonu vasitəsilə ətraf mühitə atılacaq; 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/60
 
İlkin borudaxili inspeksiya (İBİ) kalibrləmə: Bİ  ərsininin boru kəməri daxilində keçə 
bilməsini təmin etmək üçün boru kəməri sistemləri tam olaraq Terminaldan ŞDB-HR 
platformasına qədər ərsin buraxma və qəbul kameralarından kalibrlənəcək. Bu hər bir 
boru kəmərindən ŞDB-HR açıq drenaj kessonlarına təmizlənmiş su həcminin atılması 
ilə  nəticələnəcək. 16”kondensat ixracı boru kəməri üçün bu əməliyyat aparıcı qüvvə 
olaraq quru havanın istifadəsi ilə  həyata keçiriləcək və  nəticədə su xətdən birbaşa 
çıxarılacaq; 
 IBİ əməliyyatı: Hər bir boru kəməri İBİ ərsininin istifadəsi ilə ərsinlənəcək, nəticədə hər 
bir boru xəttindən  ŞDB-HR açıq drenaj kessonları vasitəsilə  təmizlənmiş su həcmi 
atqısı yaranacaq. 16”kondensat ixracı boru kəməri üçün bu əməliyyat aparıcı vasitə 
olaraq quru havanın istifadəsi ilə həyata keçiriləcək; və 
 Suyun 
boşaldılması: Bütöv boru kəməri sistemindən su quru havanın istifadəsi ilə 
ərsinlərin buraxılması ilə boşaldılacaq. Ərsin dəstində şirin suyun duzdan təmizlənməsi 
nəticəsində yaranan şlam olacaq. Bir dəst üzrə hər bir boru kəmərindən təmizlənmiş su 
həcmi və  şirin suyun duzdan təmizlənməsi nəticəsində yaranan şlam  ŞDB-HR açıq 
drenaj kessonları vasitəsilə dənizə atılacaq. Bu mərhələdə boru kəmərlərində olan quru 
hava azotla əvəz olunacaq. 
 
Quruda olan bölmələrin FCG-i və hidrosınağı yuxarıda təsvir olunan eyni metodologiyaya 
əməl edəcək. Quruda olan bölmələr üzrə bu işlər üçün istifadə olunan təmizlənmiş suyun 
dəniz boru kəməri bölmələrinə göndərilməsi və sonra dənizə, müvəqqəti sualtı  ərsin 
qəbuledicisinin yaxınlığında atılması nəzərdə tutulub. Tamamlanmış boru kəmərlərinin yekun 
istismar vermə  işləri  ərzində ilkin qazdan öncə boru sistemlərində mövcud olan azot boru 
kəmərlərinin istismar zamanı  nəql edəcəyi karbohidrogenlərlə  çıxarılacaq. Atmosferə atılan 
yeganə maddə azot qazı olacaq
 
5.8.5 Boru 
kəmərinin quraşdırılması ilə bağlı atqıların xülasəsi 
 
Cədvəl 5.22-də  ŞD2 sualtı ixrac və MEQ boru kəmərlərinin kalibrləmə, hidrosınaq, 
birləşdirmə, sınaq və kəmərdən suyun boşaldılması işləri ilə bağlı atqıların yeri və gözlənilən 
həcmi təqdim olunur 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə