Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/78
Qapalı drenaj sistemi 
 
Qapalı drenaj sisteminin funksiyası texniki xidmət işləri zamanı texnoloji avadanlıqdan və 
nəzarət-ölçü cihazlarından gələn karbohidrogen mayelərini/təhlükəli məhlulları toplamaqdır. 
ŞDB-YBTT və  ŞDB-HR platformalarındakı qapalı drenaj sisteminin həcmi  ŞDSB-HR 
platformasında olan AT məşəl-qapalı drenaj barabanına istiqamətləndiriləcək. Çəlləyə 
toplanmış qaz şəkilli karbohidrogenlər məşələ  və maye faza AT separatorlarına 
istiqamətləndiriləcək 
 
5.10.10.6 Nəzarət-ölçü cihazları üçün hava və təsirsiz qaz sistemi 
 
Nəzarət-ölçü cihazları üçün hava sistemləri və təsirsiz qaz sistemi ŞDB-YBTT platformasında 
yerləşdiriləcək. Hava və  təsirsiz qaz təchizatı üçün ŞDB-HR platformasına körpü vasitəsilə 
xətlər təmin olunacaq  
 
5.10.10.7 Təmiz su 
 
QÇ-YBHQP platformasında duzdan təmizlənmiş su sutəmizləyici qurğuda dəniz suyundan 
əldə olunacaq (dəniz suyu sistemindən götürülür). Suyu duzdan təmizləyici sistemdə  dəniz 
suyunu təmizləmək üçün əks osmos prosesindən istifadə olunacaq. İçmək məqsədi üçün şirin 
su ultrabənövşəyi sterilizasiya qurğusundan əldə olunacaq. Sutəmizləmə qurğusundan çıxan 
duz  şlamı  ŞDB-YBTT atqı kessonu vasitəsilə  Xəzər dənizinə qaytarılacaq (dəniz 
səviyyəsindən 16.2 m aşağıda)  
 
5.10.10.8 Yanğınsöndürmə sistemləri 
 
Platforma ŞDB-YBTT platformasında yerləşən dizellə işləyən iki yanğınsöndürmə su nasosu 
ilə  təchiz olunan yanğınsöndürmə üçün supaylayıcı sistem ilə  təmin olunacaq. 
Yanğınsöndürmə üçün su nasosları hər həftə bir saat ərzində sınaqdan keçiriləcək. Bu zaman 
dəniz suyu yanğınsöndürmə sistemində dövr etdiriləcək və  ŞDB-YBTT platformasında 
yerləşən dəniz suyu üçün atqı kessonu vasitəsilə atılacaq.  
 
Separator modulunu və YT məşəl barabanı sahəsini mühafizə edən suçiləmənin səmərəliliyini 
artırmaq üçün (burada karbohidrogen dağılmaları  nəticəsində yanğın ehtimalı mövcuddur) 
qatılaşdırılmış köpük sistemi təmin olunacaq. İstismara verilmə  işlərindən (Bölmə 5.7.5-ə 
istinad edin) sonra köpük illik sınaq  ərzində axıdılacaq. Mövcud ŞD və AÇG platformasının 
köpük sistemlərində istifadə olunan köpük maddələri ilə eyni spesifikasiyaya və ekoloji 
xarakteristikaya malik köpük sisteminin kimyəvi maddələri fövqəladə hallarda istifadə edilmək 
üçün platformada saxlanılacaq.
18
 
 
5.10.10.9 Fekal  və məişət çirkab suları 
 
Yaşayış blokundan axıdılan fekal sular kanalizasiya sistemi vasitəsilə toplanacaq və ölçüləri 
platformada 240 nəfərədək işçini təmin etmək üçün ŞDB-YBTT platformasında olan müvafiq 
çirkab su təmizləmə qurğusunda təmizlənəcək (istismara verilmə işləri ərzində gözlənilir). 
 
Nəzərdə tutulub ki, çirkab su təmizləmə fontan aerasiyası ilə  təchiz olunmuş membranlı 
bioreaktor formasında olacaq. Təmizlənmiş məişət suları ŞDB-YBTT platformasının çirkab su 
kessonu vasitəsilə  dənizdə atılacaq (dəniz səviyyəsindən 16.2 m aşağıda). Məişət çirkab 
suları təmizləmə qurğusu aşağıdakı məqsədlər üçün nəzərdə tutulacaq: 
 
 HPBS 
sazişinin tələblərinə uyğun olaraq kanalizasiya suları atıla bilər. USCG Tip İİ 
standartlarına cavab verən(100 ml üzrə - ümumu asılı bərk cisimlər 150 mq/l və fekal 
kolitipli bakteriyalar 200 mpn - ən mümkün miqdar) Sahil Mühafizəsi tərəfindən 
sertifikatlaşdırılmış və ya Axıntı su bioloji təmizləmə stansiyasının ekvivalenti; 
                                                      
18
 Layihədə yeni və ya alternativ kimyəvi maddələr tələb olunduqda, ÇNL üzrə  Dəyişikliklərin  İdarə Olunması 
Prosesinə (ÇNL üzrə ƏMSSTQ sənədinin 5.16-cı Bölməsi) əməl olunacaq.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/79
 
Təmizlənmiş çirkab sularının axıdılmasından öncə mövcud olan bioparçalanan 
surfaktantların yüksək proporsiyasının parçalanmasını  təmin etmək üçün (90 %-dən 
çox); və 
 Xüsusi 
yük 
çənlərində toplanacaq və utilizasiya üçün saxlanma yerinə daşınacaq 
şlamın mexaniki yolla təmizlənməsini təmin etmək. 
 
Məişət çirkab suları qüvvədə olan HPBS tələblərinə müvafiq olaraq dəniz səviyyəsindən 16.2 
m aşağıda yerləşən  ŞDB-YBTT çirkab suyu kessonu vasitəsilə (təmizlənmədən) dənizə 
axıdılacaq, yəni üzən bərk maddələr müşahidə olunmadıqda, məişət çirkab suları  və axıntı 
sular atıla bilər. 
 
Çirkab su təmizləmə qurğusunun bufer çəni normal istismar həcmindən artıq olan əlavə 
gündəlik çirkab su həcmini qarşılamaq üçün layihələndiriləcək. Çirkab su təmizləmə 
qurğusundan istifadə mümkün olmadıqda, bütün axıntı sular (yaşayış blokundan və 
camaşırxanadan) fekal su üçün mövcud olan saxlanma həcmini maksimuma çatdırmaq üçün 
birbaşa çirkab su kessonuna istiqamətləndiriləcək. 
 
5.10.10.10 Mətbəx tullantıları 
 
Platformanın mətbəxində  əmələ  gələn üzvi ərzaq qalıqları MARPOL 73/78 Əlavə V: Gəmi 
tullantıları ilə  dənizin çirklənməsinin qarşısının alınması  tələblərinə uyğun olaraq doğrama 
qurğusunda 25 mm-dən az ölçüyədək doğranacaq və  ŞDB-YBTT çirkab su kessonundan 
atılacaq. 
 
5.10.11 Boru 
kəməri və axın xətlərinə texniki xidmət 
 
Qaz və kondensat ixracı  kəmərlərinin, MEQ idxalı  kəmərinin və yataqdaxili axın xətlərinin 
texniki xidmət işlərinə vaxtaşırı aparılan  ərsinləmə  də daxil olacaq. Kondensat boru kəməri 
müntəzəm olaraq parafinin yığılmasını idarə etmək üçün ərsinlənəcək. Bütün ixrac/idxal boru 
kəmərləri və axın xətlərinin tamlığını  təsdiqləmək üçün müntəzəm  ərsinlə yoxlanışı 
aparılacaq. 
 
5.10.11.1 İxrac və MEQ İdxal Sualtı Boru Kəmərləri 
 
Kondensat ixracı boru kəmərinin təxminən üç gündən bir ərsinlənməsi nəzərdə tutulub. Qaz 
ixracı boru kəmərlərinin ərsinlənməsi mütəmadi olmayacaq və axın sürəti gündə 350 milyon 
standart kub fut həcminə düşdükdə, həyata keçiriləcək. 
 
HPBS-yə  əsasən  ərsinləmə axın istiqamətində  həyata keçiriləcək, yəni  ŞDB-HR 
platformasında yerləşən ərsin buraxma kameralarından Terminala doğru.  
 
Hər bir ərsinləmə  əməliyyatı  ŞDB-HR platformasındakı müvafiq kondensat və qaz ixracı 
kəmərinin  ərsin buraxma kamerasının təzyiqinin boşaldılmasını  və  nəticədə qazın məşələ 
göndərilməsini tələb edəcək. 
 
MEQ boru kəməri üçün ərsinləmə (qeyri-müntəzəm aparılması gözlənilir) axın istiqamətində, 
yəni Terminalda yerləşən ərsin buraxıcılardan ŞDB-HR platforması istiqamətində aparılacaq. 
Ərsinləmədən alınmış çirkli MEQ konteynerlərə yığılaraq sahilə daşınacaq, orada ya yenidən 
bərpa ediləcək, yaxud sahədən kənara, mövcud AGT tullantıların idarə edilməsi planlarına və 
prosedurlarına uyğun kənarlaşdırmaq üçün göndəriləcək. 
 
5.10.11.2 Axın xəttinin ərsinlənməsi 
 
10  ədəd axın xəttinin hər biri üçün iki istiqamətli  ərsinlənməni təmin etmək üçün ŞDB-HR 
platformasında cüt şəkildə platformaya bağlanacaq  ərsin buraxma/qəbul kameraları  təmin 
olunacaq. Hər bir axın xəttinin 3 ildən bir ərsinlənməsi gözlənilir. Hər bir ərsinləmə əməliyyatı 
aparıcı qüvvə gündə 50 milyon standart kub fut həcmində qaz olaraq ərsinin 4 dəfə 
buraxılması ilə  həyata keçiriləcək.  Ərsinləmə zamanı axın xətlərindən karbohidrogen axını 
xüsusi ərsin qəbulu kameraları vasitəsilə YT və ya sınaq separatorlarına və qaz axını müvafiq 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə