Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/73
Şəkil 5.23 YT və AT məşəl sistemləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5.10.8 Enerji hasilatı 
 
Dənizdə olan istifadəçilər üçün əsas elektrik enerji hərəsinin gücü 11.9MW (35
C-də) olan, 
generatorla işləyən dörd qaz turbini vasitəsilə təmin olunacaq. Generatorlar qoşa yanacaq tipli 
olacaq, adətən yanacaq qazı ilə istismar olunacaq və qaz olmayan vaxtı dizel yanacağı ilə 
işləyəcək. Normal iş şəraitində ehtimal olunur ki, dənizdə enerji tələbatı 13 MW (ilkin hasilat 
səviyyəsinə çatana qədər) olmaqla 19.1MW (HPBS-nin sonuna olan səviyyə) qədər artacaq 
və bu tələbat 2 generatorla ödəniləcək.  Əməliyyatlar zamanı normal iş  şəraitinin ilin adətən 
91% baş verəcəyi gözlənilir. 
 
Maye axını  aşağı olduqda və ya qeyri-normal şəraitdə, hidratların yaranmasının qarşısının 
alınması üçün sualtı axın xətlərində minimal temperatur 26
C saxlanmalıdır. Buna DEH 
sistemlərinin istifadəsi ilə nail olunacaq (DEH sistem əməliyyatının təfərrüatları Bölmə 5.11-də 
göstərilib). Elektrik enerjisinə olan tələbat iki gözlənilən DEH rejimi əsasında 
müəyyənləşdirilib: 
 
 
İsti saxlamaq – axın xətləri hasilat dayanmasının ardınca isti saxlanıldıqda (minimum 
26
C); və  
 Soyuq 
işə salma – axın xətləri minimum dəniz dibi temperaturundan 26
C-yə  qədər 
qızdırıldıqda. 
 
HPBS üzrə  dəniz platformalarında hal-hazırda gözlənilən elektrik yüklərİ  Cədvəl 5.28-də 
təqdim olunub. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/74
Cədvəl 5.28 HPBS üzrə əvvəlcədən nəzərdə tutulmuş Dənizdəki Elektrik Yükləri 
 
*Təxminən 2 ildən bir baş verməsi gözlənilir 
 
Fövqəladə halda enerji mənbəyi  ŞDB-YBTT platformasında yerləşdirilən dizel generatoru 
vasitəsilə təmin olunacaq. 
 
5.10.9 Qumtəmizləmə sistemi 
 
Təmizləmə qurğuları ilkin istismar illəri  ərzində gözlənilən qum həcmlərinin emal etmələri 
nəzərdə tutacaq. Laydan daxil olan lay suyunun həcmi artdıqca, YT və  Sınaq 
separatorlarından qumun interaktiv rejimdə çıxarılmasının tələb oluna bilər.  
 
ŞDB-HR platformasında yerləşdiriləcək qum separator qurğusu və ŞDB-YBTT platformasında 
yerləşdiriləcək yardımçı sistemlər layihəyə daxil edilib 
 
Separator çənlərinin texniki xidmət və  təftiş  işləri üçün açılmasına imkan vermək məqsədilə  
hər hansı  yığılmış qumun çıxarılması  üçün  YT  və  Sınaq separatorlarında ilkin qazdan 
işləyəcək avtonom rejimdə  dəniz suyu ilə yuma sistemi quraşdırılacaq. Oflayn dəniz suyu 
sistemindən maye və  bərk tullantılar konteynerlərə  yığılacaq və mövcud AGT tullantı 
idarəetmə plan və prosedurlarına uyğun utilizasiya olunmaq üçün sahilə göndəriləcək. 
 
5.10.10 Platformadakı texnoloji təchizatlar 
 
5.10.10.1 Dizel  sistemi 
 
Platformada dizel yanacağının əsas istifadə yerləri aşağıdakılardır: 
 
 Yükqaldırma kranları; 
 
Ehtiyat elektrik generatorları; 
 
Əsas elektrik generatorları (yalnız həm ixrac yanacaq qazı, həm də ehtiyat sistemi 
istismar üçün hazır olmadıqda); 
 Yanğınsöndürmə üçün su nasosları; və 
 Xilasetmə qayıqları. 
 
Dizel təchizat gəmilərindən ötürülərək  şlanqla hər bir platformaya boşaldılacaq və orada 
süzgəcdən keçirilərək  ŞDB-HR və  ŞDB-YBTT platformalarında olan kran pyedestallarında 
saxlanılacaq. Biri ŞDB-HR və ikisi ŞDB-YBTT platformalarında və hərəsinin işçi tutumu 123m
3
 
olacaqdır. ŞDB–HR platformasında olan dizel saxlanma çəni və ötürmə nasosu tələb olunan 
zaman ŞDB-YBTT dizel saxlanma çənlərinin əl ilə doldurulması üçün istifadə olunacaq. 
 
Tələb olunduqda, nasosla vurulan dizel ŞDB-YBTT platformasında olan təmizləmə qurğusu 
vasitəsilə dizel istifadəçilərinə ötürüləcək. Quruda olan dizel təmizləmə qurğusundan gəmiyə 
ötürülən zaman, dizelin tərkibində yaranmış su, duzlar və  bərk hissəciklər dizel təmizləmə 
qurğusunda kənarlaşdırılacaq. Dizel təmizləmə sistemindən toplanan su və hissəciklər 
kənarlaşdırma üçün təhlükəsiz açıq drenaj sisteminə ötürüləcək. 
 
Fəaliyyət 
2018 - 2019 MW 
(1-3 axın xətləri) 
2018 - 2019 MW 
(6-10 axın xətləri) 
Davametmə 
Müddəti 
Normal Sabit Vəziyyət 13 
19.1 
91 
İsti saxlama 
14.8 - 15.8 
27.2 - 33.4 
7.5 
Soyuq işə salma(pik səviyyə) 
21.4 - 22.4 
28 - 34.2 

Planlı dayandırma (yalnız nominal 
yük) 
6 6 
0.5* 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/75
5.10.10.2 Dəniz suyu sistemi 
 
Dəniz suyu ŞDB platforma kompleksində bir neçə  məqsəd üçün, o cümlədən aşağıdakılar 
üçün tələb olunacaq: 
 
 
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması (HVAC); 
 Yaşayış bloklarındakı sanitar-məişət otaqları; 
 Sutəmizləmə qurğusu; 
 Yanğın əleyhinə dövrəvi su kəmərinin təzyiq qurğusu; 
 Oflayn 
dəniz suyu ilə yuma sistemi; 
 
Soyuducu sisteminin soyudulması; və 
 Yuma 
qurğuları. 
 
Dəniz suyu sistemi ŞDB-HR platformasına gedən körpü üzərində  xəttin təmin edilməsi ilə 
ŞDB-YBTT platformasında yerləşdiriləcək. Dəniz suyu dəniz səviyyəsindən aşağıda 75m 
dərinlikdə yerləşən dəniz suyu qaldırma nasoslarının iki şaquli kessonun birindən çıxarılacaq. 
Dəniz suyunun çıxarılması üçün maksimum işçi axın sürəti bir nasos üzrə  təxminən saatda 
2173m
3
 olacaq. Dəniz suyunun götürülməsi üçün platformadakı kessonların 
konstruksiyasında 200mm diametrli barmaqlıq şəbəkə nəzərdə tutulacaq. 
 
Götürülən dəniz suyu bioloji örtüklənmə əleyhinə qurğu daxilində elektroxlorlaşdırılacaq, ona 
50ppbv (həcmə görə milyardda bir hissə) xlor və 5ppbv mis əlavə edildikdən sonra diametri 
50 mikrondan çox olan istənilən hissəciyin təmizlənməsi üçün süzgəcdən keçiriləcək. 
İstifadədən sonra dəniz suyunun bir hissəsi (təxminən 2124 m
3
/saat) dəniz suyu üçün atqı 
kessonu (dəniz səviyyəsindən aşağıda -54.5 m dərinlik) vasitəsilə  Xəzər dənizinə 
qaytarılacaq.  
 
Dəniz suyu/soyuducu su sisteminin layihələndirməsi və istismarı yoxlanılmış  və 
təsdiqlənmişdir ki, soyuducu suyun qarışma zonasının kənarında (atqı nöqtəsindən 100m 
məsafədə olması güman edilir) temperatur ətraf suyun temperaturundan 3°C-dən artıq 
olmayacaq. 
 
5.10.10.3 Soyuducu  maddə sistemi 
 
ŞDB-YBTT platforması dolayı yolla soyutma sistemi ilə  təchiz olunacaq. Soyutma maddəsi 
(həcm etibarilə 20% monoetilen qlikol (MEQ)) dəniz suyu ilə soyudularaq qapalı dövrə 
daxilində dövr etdirilərək həm ŞDB-YBTT, həm də ŞDB-HR platformasında olan istifadəçilərə 
ötürüləcək (körpü vasitəsilə) . 
 
Soyutma maddəsinin keyfiyyəti pisləşdikdə  və onun əvəzlənməsi tələb olunduqda, istifadə 
olunmuş maddə sistemdən boşaldılacaq, konteynerlərə yerləşdiriləcək mövcud AGT tullantı 
idarəetmə plan və prosedurlarına uyğun utilizasiya olunmaq üçün sahilə göndəriləcək. Ondan 
sonra sistem təzə soyuducu maddə ilə yenidən doldurulacaq. . 
 
5.10.10.4 Kimyəvi maddələrin vurulması sistemi 
 
Hasilat prosesi çərçivəsində hasilatı asanlaşdırmaq, ayırma prosesinə kömək etmək və 
texnoloji avadanlıqları korroziyadan və avadanlıqları, boru kəmərlərini, o cümlədən sualtı 
hasilat sistemini hidrat formalaşmasından qorumaq məqsədilə müəyyən kimyəvi maddələrin 
əlavə edilməsi tələb olunur. ŞDB-YBTT platformasında həm  ŞDB-YBTT, həm də  ŞDB-HR 
platformalarını  təchiz edəcək üç ayrı kimyəvi sistem yerləşdiriləcək (çarpaz xətli körpü 
vasitəsilə).  
 
 
Əsas kimyəvi maddələrin vurulması sistemi; 
 MQ 
vurulması sistemi; və 
 Metanolun 
vurulması sistemi. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə