Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/76
Əsas kimyəvi maddələrin vurulması sistemi 
 
Əsas Kimyəvi Maddələrin Vurulması əsasən hasilat və ixrac sistemləri üçün kimyəvi maddələr 
təmin edəcək. Kimyəvi maddələr platformaya xüsusi sahədə saxlama çənlərinin yuxarısında 
yerləşən daşına bilən yük çənlərində təchiz olunacaq. Bu yük çənlərinin yükü hər bir vurulma 
sistemi üçün 1 x 100% saxlanma çənlərinə süzüləcək. Böyük inventarlar üçün (həcmi 
maksimum 30m
3
  çən ölçüsündən artıq olan yük çəni) kimyəvi maddələr təchizat gəmiləri 
vasitəsilə çatdırılacaq və birbaşa müvafiq saxlanma çənlərinə boşaldılacaq. Təchizat 
gəmilərindən kimyəvi maddələrin ötürülməsi xətləri tez işləyən klapanla təchiz olunacaq. 
Saxlanma çənlərinin ölçüsü maksimum norma üzrə 14 günlük kimyəvi maddə ehtiyatını təmin 
edəcək. 
 
Nəzərdə tutulan kimyəvi maddələr tələbdən asılı olaraq texnoloji axınlara vurulacaq və qaz və 
kondensatla qarışıq  ŞD2 qaz və kondensat sualtı ixrac xətləri vasitəsilə  ŞD2 quruda olan 
obyektlərinə nəql ediləcək 
 
Əsas kimyəvi maddələrin vurulması üçün istifadə olunan nasoslar maye yığıcı poddonlarla və 
ya altlıqlarla təmin olunacaq Poddonlarda və ya altlıqlarda yığılan kiçik dağılma həcmləri 
AGT-nin hazırda mövcud olan idarəetmə planlarına və prosedurlarına uyğun utilizasiya üçün 
sahilə göndəriləcək.  
 
MEQ 
 
MEQ vurulma sistemi aşağıdakı hallarda aşağı temperatur şəraitində hidratın 
formalaşmasının qarşısının alınması üçün istifadə olunacaq. 
 
 Normal 
iş şəraitində qaz ixrac xətlərinə daimi vurulma
 Hasilat 
dayandırılan zaman mayenin çıxarılması üçün hasilat axın xətlərinə/sualtı 
hasilat sisteminə, rayzer və SQK sahəsinə aralıq vurulma; və 
 Yüksək təzyiqli quyuların işə salınması/yenidən işə salınması zaman hasilat axın 
xətlərinə/sualtı hasilat sisteminə aralıq vurulma. 
 
MEQ Səngəçal terminalından xüsusi 6” idxal boru kəməri vasitəsilə  ŞDB platforma 
kompleksinə  təchiz olunacaq. ŞDB-YBTT platformasında ümumi işçi tutumu 560 m
3
 olan 
müəyyən MEQ saxlanma təmin olunacaq. Bu hasilatın dayandırılması zamanı sualtı hasilat 
sisteminin beş cinahı üçün rayzerlərin və SPS-in daxilindən çıxarılması  tələb olunan MEQ 
həcmlərinə, üstəgəl qaz ixrac kəmərlərinə 60m
3
 normal vurmaya əsaslanır. 
 
MEQ sistemindən daxil olan kiçik dağılmalar poddonlarda yığılacaq. Poddonların tərkibi əl ilə 
şlanq vasitəsilə  təmizlənəcək və AGT-nin hazırda mövcud olan idarəetmə planlarına və 
prosedurlarına uyğun utilizasiya üçün sahilə göndəriləcək. 
 
Metanol 
 
Metanol sistemlərinin məqsədi axın xətlərinin yenidən işə salınması, axın xətlərinin təzyiqinin 
çıxarılması, kompensasiya qazı ilə  əməliyyatlar, YT və  sınaq separasiyası  və yanacaq qazı 
sisteminin işə salma əməliyyatları, eləcə  də qaz ixrac boru kəmərlərinin təzyiqinin 
çıxarılmasının idarə olunmasıdır. Sistem həmçinin axın xətlərinin hasilat rayzerlərinin və boru 
kəməri sistemlərinin, üst tikili hasilat sistemlərinin və sualtı hasilat sisteminin buz/hidrat 
remediasiyası üçün istifadə olunacaq. 
 
Metanol təchizat gəmiləri ilə çatdırılacaq və birbaşa 250m
3
 metanol saxlanma çəninə 
boşaldılacaq. Erkən hasilat illərində metanol dənizdəki obyektlərə ancaq nəqliyyat çənləri 
vasitəsilə veriləcək. 
 
Metanol sistemi xüsusi səkili  ərazidə saxlanılacaq və metanol nasoslarının altlıqları 
poddonlarla təmin olunacaq. Təhlükəsizlik məqsədləri üçün səkili ərazidən metanol dağılması 
göyərtədən kənara istiqamətləndiriləcək və metanol nasoslarının poddonları (tərkibində sürtgü 
yağı ola bilər) ŞDB-YBTT-da təhlükəli zonanın açıq drenaj sisteminə istiqamətləndiriləcək. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/77
5.10.10.5 Drenaj  sistemi 
 
Açıq drenajlar 
 
ŞDB-HR və ŞDB-YBTT platformaları ayrıca avtonom açıq drenaj sistemləri ilə təmin olunacaq 
(Şəkil 5.24-ə istinad edin) 
 
ŞDB-HR platforması  təhlükəli zonanın açıq drenaj sistemi ilə  təmin olunacaq. Təhlükəli 
zonanın açıq drenajlar sisteminin məqsədi platformanın təhlükəli sahəsindəki bütün göyərtə 
səviyyələrindən gələn yağış suları, yanğınsöndürmə üçün çiləmə suları, dağılan mayelər və 
avadanlığın drenaj suları/sızmaları üçün ŞDB-HR açıq drenaj kessonlarına drenaj təmin 
etməkdir. 
 
ŞDB-YBTT platforması iki ayrı sistemlə  təmin olunacaq; təhlükəli zonanın drenaj sistemi və 
qeyri-təhlükəli zonanın drenaj sistemi. Qazın və ya buxarın platformanın təhlükəli və qeyri-
təhlükəli zonaları arasında miqrasiya etməməsi üçün iki sistem ayrılacaq. Təhlükəli və qeyri-
təhlükəli zonaların açıq drenajlarından çıxan çirkab sular ŞDB-YBTT platformasının açıq 
drenaj kessonlarına istiqamətləndiriləcək. 
 
Normal iş  şəraitində hasilat kimyəvi maddələrindən və ya MEQ-dən yaranan kiçik 
dağılmaların  ŞDB-YBTT platformasının açıq drenaj kessonlarına istiqamətləndirilməsi 
planlaşdırılmır. Lakin hasilat üçün kimyəvi maddə çəni artıq dolduğu və ya mühüm dağılma və 
ya sızma baş verdiyi zaman, hasilat kimyəvi maddələri və/və ya MEQ dağıntıları/ sızmaları 
təhlükəsizlik məqsədləri üçün ŞDB-YBTT platformasının təhlükəsiz drenajlarına göndəriləcək  
 
Həm ŞDB-YBTT, həm də ŞDB-HR platformalarının açıq drenaj kessonları dəniz səthində heç 
bir görünən parıltının olmamasını  təmin etməklə layihələndiriləcək və atqılar dəniz 
səviyyəsindən aşağıda 52m dərinlikdə atılacaq. Açıq drenaj sistemi kessonundakı hər hansı 
neft  ŞDB-HR platformasında olan AT məşəl/qapalı drenaj barabanına yönəldiləcək. 
Göyərtənin drenaj qutularından gələn drenaj suları  təhlükəsizlik məqsədləri üçün birbaşa 
göyərtədən kənara istiqamətlənəcək. 
 
Şəkil 5.24 ŞDB-YBTT və ŞDB-HR platformalarının açıq drenaj sistemləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təhlükəsiz 
drenaj 
toplanma 
kollektoru 
Təhlükəli 
sahədə drenaj 
toplanma 
kollektoru
Qapalı drenaj 
sisteminə vurulan 
karbohidrogen 
- 52m atqı dərinliyi 
ŞDB-YBTT 
Açıq drenaj 
kessonu 
Təhlükəli 
sahədə drenaj 
toplanma 
kollektoru 
Qapalı drenaj 
sisteminə vurulan 
karbohidrogen 
- 52m atqı dərinliyi 
ŞDB-HR 
Açıq drenaj 
kessonu 
Dizel saxlama 
çəninin 
daşması
 
ŞDB-HR platforması 
ŞDB-YBTT platforması


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə