Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/83
 
Sualtı hasilat sisteminin klapanları açıq dövrəli sualtı idarəetmə sistemi vasitəsilə ŞDB-YBTT 
platformasından idarə olunacaq Axının təmin edilməsi üçün tələb olunan kimyəvi maddələr və 
elastik enerji kabelləri vasitəsilə  ŞDB-YBTT platformasından təchiz ediləcək (yəni parafinin, 
duz ərpinin, korroziyanın və hidratın idarə edilməsi).  
 
5.11.2 Axının təmin edilməsi 
 
Normal iş şəraitində parafin, duz ərpinin minimuma çatdırılması və korroziyanın idarə edilməsi 
üçün sualtı hasilat sistemi daxilində bir sıra kimyəvi maddələr tələb olunacaq. Quyunun işə 
salınması, sınaqdan keçirilməsi, texniki xidməti və istismarının dayandırılması da daxil 
olmaqla, qeyri-normal iş  şəraitində sualtı istismar sistemi daxilində hidratların potensial 
formalaşmasının minimuma çatdırılması zəruri olacaq. Buna DEH və MEQ kombinasiyasının 
istifadəsi ilə nail olunacaq.Sualtı avadanlıqları formalaşa biləcək hidratların həll edilməsi üçün 
həmçinin metanoldan istifadə olunacaq.  
 
5.11.2.1 Sualtı axının təmin edilməsi üçün kimyəvi maddələr 
 
Sualtı axının təmin edilməsi üçün kimyəvi maddələrin xülasəsi Cədvəl 5.31-də təqdim olunub. 
Bütün kimyəvi maddələr SQB-YBTT platformasından elastik kabellər vasitəsi ilə  təmin 
olunacaq. Sualtı əməliyyatlar ərzində nə müntəzəm, nə də qeyri-müntəzəm şəraitlərdə axının 
təmin edilməsi üçün tələb olunan kimyəvi maddələrin dənizə atılması planlaşdırılmır. 
 
Cədvəl 5.31 Sualtı axının təmin edilməsi üçün tələb olunan kimyəvi maddələrə dair 
tələblər 
 
Kimyəvi maddələr 
Tələb olunur 
Korroziya əleyhinə inhibitor 
Korroziyanın idarə edilməsi 
Parafin əleyhinə inhibitor 
Parafinin idarə edilməsi 
Ərp əleyhinə inhibitor 
Ərpin idarə edilməsi 
MEQ Hidratın idarə edilməsi 
Metanol Hidratın remediasiyası 
 
5.11.2.2 DEH əməliyyatı 
 
DEH sistemləri maye axını aşağı və ya statik olan zaman hidratların yaranmasının qarşısını 
almaq və axın xəttinin tərkibinin ətrafdakı dəniz dibi tempereturundan 26
C-ə qədər artırmaq 
üçün  dayanma şəraitində sualtı axın xətləri daxilində olan hasilat mayelərinin temperaturunun 
26
C-dən yuxarı saxlanmasını nəzərdə tutacaq. Bütün DEH kabelləri izolə edilmişdir. . 
 
Sistem xüsusi sualtı paylayıcı qutular vasitəsi ilə  ŞDB-YBTT platformasından hər bir axın 
xəttinə gedən kabellərdən ibarətdir. Onlar Cərəyan Ötürmə Zonalarının (CÖZ) ucunda kabel 
ucluqlarına (PBC) və axın xətlərinə bağlanır..  Bir naqilli PBC axın xətti boyunca gedir və 
CÖZ-n  ən son ucunda axın xəttinə bağlanmış  zənciri tamamlayan sistem-daxili düşən 
cisimlərdən mühafizə sisteminə malikdir. CÖZ axın xəttinə bağlanmış anodlar dəstindən 
ibarətdir və onlar sistemi torpaqlayaraq cərəyanın sudan ötürülməsinə imkan verir. 
 
Ehtimal edildiyinə görə PBC kabel səthi temperaturu DEH sisteminin istismarı zamanı 10°C-
dən artıq olmayacaq. Hasilat axın xətlərinin xarici səthinin həm normal iş şəraitlərində, həm 
də DEH-n istifadə edən zaman orta dəniz suyu temperaturundan 0.2°C-dən artıq olacağı 
gözlənilmir. 
 
İşə salındıqda dəyişkən cərəyan kabel boyu hərəkət edərək yaranan elektrik müqaviməti 
hesabına axın xəttini qızdırır.  
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/84
DEH sistemi üçün tələb olunan elektrik enerjisi ŞDB generator sistemindən təmin olunacaq. 
DEH üzrə elektrik enerji tələbləri müvafiq DEH ssenarisi və qızdırılacaq axın xətlərinin sayı ilə 
müəyyənləşdiriləcək (Cədvəl 5.10.8-ə istinad edin). İki  əsas DEH ssenarisi aşağıdakı kimi 
təsvir edilə bilər: 
 
 
Soyuq işəsalma – axın xətləri daxilindəki hasilat mayeləri yenidən işə başlamazdan 
əvvəl mühit temperaturu ilə 26
C dərəcəyə  qədər isinir. Bu cür ssenarilərin HPBS 
müddətində vaxtın 1 %-i ərzində baş verəcəyi nəzərdə tutulur; və 
 
İsti saxlamaq – hasilat dayandırıldıqdan sonra sistem axın xətləri daxilindəki hasilat 
mayelərini 26 
Cdərəcədə saxlamaq üçün istifadə olunur. Bu cür vəziyyətlərin HPBS 
zamanı vaxtın 7.5 %-i müddətində baş verəcəyi nəzərdə tutulur. 
 
DEH  əməliyyatı zamanı platformaya axın xətləri  ətrafında təxminən 10 axın xətti  ətrafında 
0.18v/m-ə çatan elektrik sahəsi yaranacaq ki, bu onların platformaya paralel şəkildə və CKZ-a 
lap yaxın, təxminən 5v/m yanaşdığı üçün baş verir. Hər iki halda sahə  gərginliyi axın 
xətərindən sürətlə azalacaqdır. Platformaya yaxınlaşan axın xətlərinin 10 m daxilində və CKZ-
nin 2m daxilində sahə gərginliyinin yarıya bölünməsi /azalması gözlənilir. 
 
5.11.3 Sualtı İdarəetmə Sistemi 
 
Quyu ağzındakı və manifoldlarda rezervuarlardan hasilat mayesinin axmasına nəzarət etmək 
üçün sualtı hidravlik idarəetmə sistemi istifadə ediləcəkdir. Hidravlik klapan hərəkətə başlayan 
kimi nəzarət olunan maye, aşağıda təsvir edildiyi kimi, dənizə axıdılacaqdır. Sistem ardıcıl 
olaraq sualtı quraşdırılmış kabel birləşmələri vasitəsi ilə nəzarət mayesi ilə təmin ediləcəkdir.  
 
5.11.3.1 Manifold 
 
Manifoldların məqsədi birləşdirmək və bundan sonra hasilat mayelərini hasilat axın xətləri 
vasitəsi ilə  ŞDB platformasına istiqamətləndirməkdir. Hər bir manifold HIPPS-lə  təchiz 
ediləcəkdir. HIPPS-nin funksiyası  əlaqədar quyuların birində artıq təzyiq yarandığı  və ya 
platforma kompleksində STİK-in bağlanması baş verdiyi halda, manifoldu dərhal axın 
xətlərindən təcrid edərək, axın xətlərinin və platforma obyektlərinin qorunmasını  təmin 
etməkdir.  
 
 Hidravlik klapanların funksiyasının manifold ilə əlaqəsinə daxildir:  
 
 
Kimyəvi maddələrin vurulması klapanları (KMV) – tələb olunan zaman hasilat 
mayesinə parafin inhibitoru, korroziya inhibitoru, MEQ və metanolun daxil edilməsinə 
imkan yaradır; 
 
Həddi təcrid edən klapan (STK) - manifold daxilində quyu hissələrinin təcrid 
edilməsinə imkan yaradır; 
 
HIPPS hədd klapanı (HHK) - manifolddan hasilat mayesinin axmasını dayandırır; və 
 
HIPPS dövrələmə klapanı (HDK) - Həddi təcrid edən klapanlar boyunca fərqli təzyiqin 
bərabərləşməsinə və HIPPS hədd klapanının (HHK)-nın sınaqdan keçirilməsinə imkan 
yaradır.  
 
Hazırkı dizayn hidravlik hərəkətə  gətirilən sayı 25-dək olan klapanı  və  hər bir manifolddakı 
əlaqədar DCV-lər təqdim edir.  
 
5.11.3.2 Quyuağzı  
 
Hər bir quyuağzı ilə əlaqədar hidravlik klapanların funksiyaları aşağıdakılardır: 
 
 Rezervuardan 
təcrid olunmanı təmin etmək; 
 
Quyudan hasilat mayelərinin axınını idarə etmək; və 
 
Tələb olunduğu yerdə quyuya kimyəvi maddələrin (MEQ, metanol və  ərp inhibitoru) 
vurulmasını imkan yaradır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə