Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   35   36   37   38   39   40   41   42   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/90
Dənizdə  işəsalma və tamamlama flüidləri ilə quyuların yenidən işə salınması zamanı, duzlu 
MEQ və metanol sahilə istiqamətləndiriləcəkdir. Bu ya texniki kondisiyalaşdırılmamış 
kondensat çəninə istiqamətləndiriləcək, sonra uyğun sahədən kənarda təmizləmə  və 
utilizasiya üçün sisternə göndəriləcəkdir.  Əgər qəbul edilən tərkibin təmizlənmə üçün uyğun 
olduğu nümayiş etdirilərsə,  ŞD2 quru obyektləri vasitəsi ilə  aşağıdakı  ərazilərdən birinə 
göndəriləcəkdir: 
 
 
Lay suyu saxlama çənləri və təmizləmə qurğusu
 
ŞD1 MEQ ilə zəngin çən (MEQ bərpası üçün); və ya 
 
ŞD2 MEQ ilə zəngin çən (MEQ bərpası üçün). 
 
ŞD2 quru obyektlərinin işə salınması zamanı  ŞD1 obyektlərindən sabitləşdirilmiş kondensat 
ŞD2 kondisiyalaşdırılmamış kondensat çəni vasitəsi ilə  ŞD2 kondensat qəbuledicilərinə 
istiqamətləndirilməsi planlaºdırılır. 
 
5.12.4  ŞD2 quru texnoloji təchizatları 
 
5.12.4.1 MEQ regenerasiyası və saxlama 
 
MEQ quruda və dənizdəki ŞD2 obyektlərində, avadanlıqda və aşağı temperatur və aşağı axın 
şəraitlərində axın xətlərində hidrat formalaşmasının qarşısını almaq üçün istifadə ediləcəkdir.  
 
MEQ regenerasiya sisteminin məqsədi MEQ ilə  zəngin həcmdən su və digər aşqarları 
ayırmaq, yenidən istifadə etmək üçün az MEQ tərkibli məhsul istehsal etməkdir.Sistemə MEQ 
ilə  zəngin ehtiyat çəni (karbohidrogen köpüyü yığan qurğu təmin edilmiş), buxar barabanı, 
regenerator, ağac kömürü filtrləri, nasos və istilik mübadilə edicilər daxildir. Ayrılmış su 
həcmləri  ŞD2 lay suyu təmizləmə qurğusuna göndəriləcək. Az MEQ tərkibli həcmaz MEQ 
tərkibli saxlama çəninə göndəriləcək. Tələb olunduğu zaman, buradan nasosla sahildəki 
istifadəçilərə vurulacaq və 6” boru kəməri vasitəsi ilə  dəniz MEQ ehtiyat çəninə  təchiz 
ediləcəkdir. 
 
Qurudakı az MEQ tərkibli və MEQ ilə zəngin ehtiyat çənləri qabarıq dam dizaynında olacaq 
və karbohidrogen qaz örtükləri ilə  təchiz edilərək, AT məşələ istiqamətləndiriləcəkdir. MEQ 
sistemini yüksəltmək üçün Terminala yük avtomobili ilə çatdırılmış ISO çənlərindən, tələb 
edildiyi kimi, yeni MEQ təchiz ediləcək. 
 
5.12.4.2   Lay suyu 
 
ŞD2 Layihəsi aşağıdakı lay suyundan istifadə iyerarxiyasını qəbul etmişdir: 
 
1. Birinci variant: Mümkün olan hallarda AÇG lay suyunun təmizlənməsi və 
kənarlaşdırılması üsullarından istifadə etmək. ŞD2 qurudakı baza layihə ssenarisinə bu 
variantı dəstəkləyəcək aşağıdakı obyektlər daxildir: 
 
 
a.  AÇG lay suyunu təmizləmə obyektlərinin spesifikasiyalarına cavab verəcək  ŞD2 
suyunu əldə etmək üçün layihələşdirilmiş lay suyunu təmizləmə dəsti 
b. Günbəz  şəkilli dama malik, karbohidrogeni yığma qurğuları ilə  təchiz olunmuş lay 
sularını saxlama çəni 
 
Təmizləmə dəstindən və lay sularını saxlama çənindən yığılmış karbohidrogen ŞD2 
qapalı drenaj sistemi vasitəsilə  ŞD2 emal qurğularına yönəldiləcək. Tələb olunan 
spesifikasiyalara cavab verən təmizlənmiş emal suyu AÇG lay sularını  təmizləmə 
qurğusuna ötürüləcək və orada AÇG lay suyu ilə qarışdırılaraq müvafiq 
spesifikasiyaya uyğun təmizlənəcək və  dənizə, Kompressor və  Mərkəzi Azəridə 
(MA) Su vurma Platformasının (KSP) təkrar laya vurma qurğularına göndəriləcək. 
 
ŞD2 lay sularını  təmizləmə  dəstindən alınmış tullantılar mövcud AGT tullantıların 
idarə edilməsi planlarına və prosedurlarına uyğun idarə olunacaq. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/91
2.  İkinci variant: ŞD lay suyu sahədən kənara üçüncü tərəfin lay sularını  təmizləmə 
podratçısının sahəsinə göndəriləcək. Təmizləmə sınaqları potensial 3-cü tərəf təmizləmə 
podratçıları  tərəfindən onların obyektlərində aparılacaq. LS-nı sahədən kənarda 
təmizləmək üçün tankerlərə doldurulmasında ya mövcud tanker doldurma qurğusundan, 
ya da yeni yükləmə qurğusundan istifadə ediləcək. 
 
3.  Üçüncü variant: Fövqəladə hallarda, 1 və 2-ci variantlar mövcud olmadıqda və 
Səngəçalda lay suyunu saxlamaq üçün çəndə yer olmadıqda ŞD lay suları yeni saxlama 
gölməçəsinə daşınacaq.  
 
Gölməçənin dizaynına drenaj üçün maili döşəmə, lay suları üçün uyğun olan mürəkkəb içlik, 
qazın toplanması  və içliyin şişməsinin qarşısını almaq üçün qaz ventilyasiya sistemi və 
mexaniki ehtiyat vasitəsilə ilə avtomatik sızmanı aşkarlama sistemi daxil olacaq. Sağlamlıq və 
narahatlıq (məs. qoxu) problemləri ilə  əlaqədar riskin idarə edilməsini və dizayna müvafiq 
təsiri azaltma tədbirlərinin daxil edildiyini təmin etmək üçün suyun gölməçədə 
saxlanmasından  əvvəl lay sularını ilkin təmizləmə  dəstində  təmizləmə  zərurətini və 
spesifikasiyasını  təsdiq edən riskin qiymətləndirilməsi aparılacaq. BP gölməçənin 
hazırlanmasından  əvvəl nəzərdən keçirmə  və  təsdiq üçün ETSN-nə  aşağıdakıları  təqdim 
edəcək:  
 
a. Fövqəladə hallarda yaranmış lay suyunu saxlamaq üçün gölməçənin dizaynı 
 
b. Lay sularını saxlama gölməçəsindən mümkün axmaları  aşkar etmək üçün hərtərəfli 
monitorinq sistemi; və 
 
c. Tullantıların xarakterizə metodologiyalarını  və lay sularının ilkin təmizlənməsi və 
gölməçədə saxlanması ilə  əlaqədar yaranan hər hansı tullantı  məhsullarının 
təmizlənməsi və  kənarlaşdırılması üsullarını  təsvir edəcək tullantıların idarə edilməsi 
planı.  
 
5.12.4.3   Yanacaq qazı sistemi; 
 
Yanacaq qazı sistemi aşağıdakı məqsədlərlə AT və YT yanacaq qazlarını təmin etmək üçün 
layihələndiriləcəkdir: 
 
 
Qaz turbini ilə işləyən elektrik generatoru; 
 
İxrac kompressor mühərrikləri; 
 Kondensat 
boru 
kəməri flüidləri üçün örtükləmə qazı, zəngin MEQ, az MEQ tərkibli,lay 
suyu ehtiyatı və kondensasiyalaşdırılmamış kondensat ehtiyatı çənləri; 
 
Səmt qazı kompressorları üçün kipgəcləmə qazı; 
 YT 
və AT məşəl sistemləri daxilində pilot qaz. 
 
Qaz emal edən texnoloji xətlərindən götürülən məhsul skrubber, yüksək isitmə cihazları, və 
filtrləri əhatə edən sistemi təchiz edəcək. Normal şərtlərdə orta gündəlik yanacaq qaz tələbatı 
13.6 MMskfg həcmində hesablanmışdır.  İşə salma zamanı sistemi mövcud CQBK 
obyektlərindən yanacaq qazI ilə təchiz etmək planlaşdırılır. 
 
5.12.4.4   Enerji hasilatı 
 
ŞD2 quru obyektləri üçün elektrik təchizatı  ŞD2 Genişləndirmə Sahəsində yerləşən yeni 
110kv-lıq sistemdən təmin ediləcəkdir. Enerji müntəzəm olaraq Terminalda olan generator 
sistemindən veriləcək və ŞD2 Genişləndirmə sahəsində yerləşən, 11/110kvlıq transformator 
vasitəsi ilə yeni 110 kv-lıq sistemə birləşdirilmiş  23 MVt gücündə  tək açıq dövriyyəli qaz 
turbini ilə işləyən elektrik generatoru ehtiyat rolunu oynayacaq.  Ehtiyat enerji həmçinin “Azəri” 
dövlət şəbəkəsindən əldə olunacaq. İşə salma zamanı elektrik generatoru üçün yanacaq qazı 
mövcud ŞD2 qaz kəmərindən əldə ediləcək. 
 
  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə