Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   35   36   37   38   39   40   41   42   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/85
Quyuya nəzarət sistemi həmçinin hasilat mayelərinin axınını  tənzimləmək üçün mərhələli 
hərəkət etdirilə bilən hidravlik işə salınan  ştuseri birləşdirir. Cari dizayn 24-dək hərəkətə 
gətirən klapan (hasilat ştuseri klapanını daxil etməklə) və  hər bir quyuda əlaqədar DCV-lər 
təmin edir.  
 
5.11.3.3   Kabel birləşmələri 
 
Hər bir quyu dəstəsi üçün kimyəvi maddələr, nəzarət məhlulları  və elektrik siqnalları 
paslanmayan poladla quraşdırılmış kabellərlə təchiz ediləcəkdir. 
 
Şəkil 5.26 Tipik kəsişən elastik kabel bölməsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5.11.3.4 Nəzarət məhlulu 
 
ŞD2 sualtı  nəzarət sistemi daxilində Castrol Transqua HC10 su əsaslı  nəzarət mayesindən 
istifadə edilməsi planlaşdırılır. Bu məhsul qiymətləndirmə prosesində özünün uyğunluğu, ətraf 
mühit göstəricisi və  aşağı toksikliyinə  əsaslanaraq (Fəsil 4-də  təfərrüatı ilə verildiyi kimi) 
istifadə üçün seçilmişdir. 
 
5.11.3.5 Gündəlik Fəaliyyətlər zamanı klapan fəaliyyətləri 
 
ŞD2 Layihəsinin fəaliyyət müddətində sualtı klapanların fəaliyyətinin aşağıdakı hadisələr 
zamanı gözlənilir. 
 
 
Quyunun sınağı – bir ildə 3 səbəbdən hər bir quyunun qismən dayandırılması və ildə 
bir dəfə quyunun axın göstəricilərinin sınaqdan keçirilməsi üçün tamam dayandırılması 
ilə əlaqədardır; 
 
Quyunun ərsinlənməsi – Bölmə 5.10.11.2-də yuxarıda təsvir edildiyi kimi, axın xəttinin 
tam  ərsinlənməsinin, hasilatın dayandırılması  əsasında 3 ildən bir tələb edilməsi 
gözlənilir. Bu uyğun quyunun STK və KMV manifold klapanlarına  əlavə olaraq 
bağlanmasını  tələb edir. HIPPS klapanları  ərsinləmə zamanı açıq qalmaq üçün 
layihələndirilmişdir; 
 
Sahənin dayandırılması – bütövlükdə sahənin dayandırılması hər 4 ildən bir nəzərdə 
tutulur; qismən sahənin dayandırılmasının quyu dəstələrinin və yaxud quyu dəstələrinin 
bir hissəsinin bağlanması ilə əlaqədar 4 ildən bir baş verməsi gözlənilir; və 
 
HIPPS sınağı – HIPPS ilə  əlaqədar hər bir manifoldun illik sınaqdan keçirilməsi 
gözlənilir. Bu müvafiq quyularla əlaqədar klapanların bağlanmasını  tələb edir. Əlavə 
olaraq HDK və MEQ klapanlarının sınaq aparılan zaman təxminən 3 dəfə açılıb-
bağlanılması lazım gələ bilər. 
 
 
Optik telli kabel 
Elektrik kabeli 
Kimyəvi / təzyiqi  
idarəetmə flüidi xətləri 
Bufer 
məhlulu 
Doldurucu 
maddə 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/86
Manifold və quyu ilə  əlaqədar klapanların aşağıdakı vaxtlarda açıq vəziyyətə qayıtması 
layihələndirilmişdir. 
 
 
Quyu – 45 saniyə; və 
 
Manifold – 20 saniyə. 

Klapanlar aşıldıqca nəzarət mayelərinin axması baş verir. Axan həcmlər klapanın silsilə ilə 0.1 
–dən 25 litrə qədər olan nümunə həcminə mütənasibdir. 
 
Hidravlik nəzarət sisteminin dizaynı az davam edən DCV axını üçün imkan yaradır. Təchizatçı 
tərəfindən verilən tipik normalara əsasən bu axıntı  təxminən orta hesabla hər klapan üçün 
dəqiqədə 0.3 sm
3
 olacaq. Sistem bu axıntıların kiçik rezervuara dövr edilməsi üçün 
layihələndirilmişdir. Rezervuardan dənizə ventilyasiya xətləri yoxlama klapan dəstini  ətraf 
mühitdən 5-10 psi yuxarı təzyiqdə açılması üçün işə salır.  
 
5.11.3.6  Gündəlik fəaliyyətlər zamanı nəzarət maye atqılarının xülasəsi 
 
Gözlənilən nəzarət maye atqılarının illik həcmi Cədvəl 5.32-də xülasə edilmişdir. Bu həcmlər 
hər bir quyu və manifoldun fəaliyyətə başlamasının (Şəkil 5.3-ə istinad edin) planlaşdırıldığı 
vaxt və gözlənilən klapan fəaliyyətlərinə, o cümlədən DEHİ DCV atqı normalarına 
əsaslandırılmışdır(yuxarıda Bölmə 5.11.3.5-də təqdim edilən).  
 
Cədvəl 5.32 Klapan fəaliyyətləri ilə əlaqədar nəzarət mayelərinin təxmini hesablanmış 
atqıları və gündəlik DCV atqıları 
 
İl 
Həcm Litr/Gün 
Klapan Fəaliyyətləri 
DCV atqıları 
Cəmi 
2018 1.3 
6.3 
7.6 
2019 2.7 
12.6  15.3 
2020 4.5 
18.9  23.4 
2021 7.0 
22.1  29.1 
2022 4.7 
22.1  26.8 
2023 9.2 
32.7  41.9 
2024 7.3 
34.7  42.0 
2025 11.7 
36.7  48.4 
2026 9.5 
39.8  49.3 
2027 10.6 
39.8  50.4 
2028 8.5 
39.8  48.3 
2029 13.7 
39.8  53.5 
2030 8.5 
39.8  48.3 
2031 10.6 
39.8  50.4 
2032 9.5 
39.8  49.3 
2033 12.7 
39.8  52.5 
2034 8.5 
39.8  48.3 
2035 11.6 
39.8  51.4 
2036 8.5 
39.8  48.3 
 
5.11.4 Sualtı hasilat sistemi müdaxilələri zamanı atqılar 
 
Əməliyyatlar zamanı bir sıra sualtı hasilat sisteminin elementlərinin  əvəz edilməsi lazım 
gələcək.  Ən tez-tez dəyişdirilən elementlər (müdaxilə kimi məlum olan) hasilatın idarəetmə 
cihazlar və manifoldlarla əlaqədar idarə modulları olacaq. Dəyişdirmə zamanı  dəyişdirilən 
modulu izolə etmək üçün müvafiq klapanlar işə salıncaq və nəticədə idarə flüidlərinin sızması 
baş verəcək. Bunların kiçik olması və Cədvəl 5.32-də göstərilmiş idarə flüid həcmlərinə daxil 
edilməsi gözlənilir. Axıntıların həmçinin aşağıdakı  Cədvəl 5.33-də göstərildiyi kimi hər bir 
hasilatın idarəetmə cihazının drosselinin dəyişdirilməsindən baş verməsi də gözlənilir.  
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə