Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   35   36   37   38   39   40   41   42   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/87
Cədvəl 5.33 Hasilatın idarəetmə cihazının drosseli müdaxilələri zamanı hesablanmış 
atqılar 
Element 
Miqdar 
Müdaxilə işləri 
Hər 
müdaxilədə 
flüid atqısı 
Hər 
müdaxilədə 
atqı həcmi 
(m
3

Axıtma 
müddəti 
(saat) 
hasilatın idarəetmə 
cihazıdrosseli 
Hər armaturda 1 
Hər armaturda bir 
dəfə 
MEQ 1.3  6 
 
Dənizə axıdılma ilə  nəticələnə biləcək sualtı müdaxilədən  əvvəl (modullar və hasilatın 
idarəetmə cihazının drosselləri istisna olmaqla) riskin qiymətləndirilməsi aparılacaq və  tələb 
olunduğu kimi ETSN-nə hesabat veriləcək. 
 
5.11.5 Sualtı Əməliyyatlar – Emissiyalar, Atqılar və Tullantılar 
 
Dənizdəki bütün əməliyyatlar, o cümlədən sualtı  işlərlə  əlaqədar emissiyalar və tullantılar 
barədə məlumat Bölmə 5.10.13-da təqdim olunur. 
 
Sualtı  əməliyyatlarla  əlaqədar gözlənilən atqılar yuxarıda Cədvəl 5.32 və 5.33-də xülasə 
şəklində verilir. 
 
5.12 Dənizdə əməliyyatlar və hasilat 
 
5.12.1 Qısa xülasə 
 
ŞD2 sahil texnoloji qurğuları və əlaqədar texnoloji təchizatlar ŞD2 Genişləndirmə sahəsində, 
mövcud Səngəçal terminalına yaxınlıqda yerləşəcək və qismən mövcud AÇG və  ŞD 
obyektlərinə inteqrasiya ediləcəkdir. Şəkil 5.27-də ŞD2 quru obyektlərinin təklif edilmiş sxemi 
göstərilir. 
 
Şəkil 5.27 ŞD2 quru obyektlərinin və texnoloji təchizatların sxemi 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/88
 
ŞD2 quru obyektlərinin  əsas məqsədi  ŞD2 qaz və kondensat sualtı ixrac boru kəmərləri 
vasitəsi ilə karbohidrogen axınlarını qəbul etmək və onu ixrac üçün uyğun keyfiyyətdə qaz və 
kondensat  əldə etmək məqsədilə emal etməkdir (uyğun olaraq CQBK və BTC qurğuları 
vasitəsilə)
19
  Şəkil 5.28-də  ŞD2 quru obyektlərindəki proseslərin sadələşdirilmiş diaqramı 
göstərilir. 
 
Şəkil 5.28 ŞD2 qurudakı prosesin ümumi sxemi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞD2 quru obyektləri iki qaz və kondensat emal edən texnoloji xətti işə salır. 
 
Aşağıdakı bölmələr ŞD2 quru obyektləri prosesinin və kommunal sistemlərin xülasəsini verir.  
 
5.12.2 Qazın texnoloji emalı və ixracı obyektləri 
 
ŞD2 quru obyektləri  ŞD2 dəniz obyektlərindən iki 32” qaz kəməri vasitəsi ilə 75 barq 
təzyiqində və 2 və 25
C temperaturu arasında qaz qəbul etmək üçün layihələndirilmişdir. 
 
Qaz  ŞD2 emal obyektlərinə kondensat neftin kondensat tutucu (slugcatcher) vasitəsi ilə 
çatdırılacaqdır. 
 
Kondensat tutucu hasil edilən qaz istilik mübadilə edən, qaz təmizləyən cihaz, boru 
genişləndiricilər, separatorlar və yardımçı avadanlıqdan ibarət 2 X 50% qaz kondisiyalaşdırma 
texnoloji xəttinə istiqamətləndiriləcəkdir. Bu obyektlər kondensat tutucudan alınan qazdan və 
səmt qazı kompressiya sistemindən maye buxarı çıxarmaq üçün layihələndirilmişdir ki, ixrac 
üçün kondensasiya spesifikasiyası əldə edilsin. 
 
Qaz emal edən texnoloji xətlərdən maye axını  təbii qaz mayeləri isidicilərinə (TQM) 
istiqamətləndiriləcəkdir. Qazın bir hissəsi ŞD2 yanacaq qaz sisteminə istiqamətləndiriləcəkdir. 
 
                                                      
19
 Kondensant BTC qurğuları vasitəsilə ixrac olunan neftlə qarışdırılacaq 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/89
TQM isidiciləri kondensat yuyucudan karbohidrogen maye axınını  qəbul edəcəkdir. 
İsidicilərdən TQM axını TQM buxar barabanlarına (hər texnoloji xətt üçün 1 x 100%) və axını 
ayırmaq üçün layihələndirilmiş TQM koaqulyatorlarına göndəriləcəkdir: 
 
 
Əlavə  təmizləmə  və kondisiyalaşdırılma üçün qaz emal edən texnoloji xətlərə 
göndəriləcək qaz axını; 
 Su 
axını ilə  zəngin MEQ əlavə  təmizlənmə üçün MEQ Regenerasiya Aqreqatına və 
yaxud Regenerasiya aqreqatı mümkün olmadıqda, MEQ ilə  zəngin Çənlərə 
istiqamətləndiriləcəkdir; və  
 
Karbohidrogen maye axını kondensat sabitləşdirmə  və TQM buxar barabanları 
koaqulyatorları vasitəsi ilə ixrac obyektlərinə istiqamətləndiriləcəkdir (hər bir emal 
texnoloji xətti üçün). Koaqulyatorlar karbohidrogen maye axınından suyu və  bərk 
maddələri çıxarmaq üçün istifadə ediləcəkdir. Bərk maddələr AGT-nin hazırda mövcud 
olan idarəetmə planlarına və prosedurlarına uyğun idarə olunacaq. 
 
Kondisiyalaşdırılmış qaz sıxlaşdırılacaq və 3x50% texnoloji xətlərində soyudulacaqdır. Qaz 
mövcud CQBK, AT Azəri və YT Azəri boru kəmərlərinə çatdırılmamışdan  əvvəl analiz 
ediləcək və ölçüləcəkdir. 
 
Qaz ixrac kompressiya qurğuları ümumi tutumu 1.777 mlnskfg ilə qaz turbinləri vasitəsi ilə 
3x50% qaz ixrac edən kompressorlar ötürücüsündən ibarət olacaqdır. Çıxan istilik utilizatoru 
(ÇİU) qurğusu isidici sistem üçün turbin odluq qazından istini əldə etmək məqsədilə bu qaz 
turbinləri üzərində quraşdırılacaqdır. 
 
İşəsalma zamanı  ŞD2 quru obyektlərini hermetikləşdirmək və iki 32” sualtı qaz kəməri 
vasitəsilə  ŞD2 dəniz obyektlərini qazla təmin etmək üçün qazın mövcud ŞD1 və CQBK 
obyektlərindən alınması planlaşdırılır. 
 
5.12.3 Kondensatın texnoloji işlənməsi, saxlanması və ixracı 
 
2 texnoloji emal xəttindən ibarət  ŞD2 quru kondensat qurğuları 15 bar təzyiqində  və 5 və 
25
C arasında temperaturda 16” kondensat kəməri vasitəsi ilə kondensatı qəbul etmək üçün 
layihələndirilmişdir. 
 
Dəniz boru kəmərindən kondensat, kondensat temperaturunu 65
C-yə qaldırmaq üçün 
layihələndirilmiş isidicilər vasitəsi ilə  qəbuledicilərə yönəldiləcəkdir. Səmt qazı 1-ci mərhələ 
səmt qazı kompressoru sorucu qaz təmizləyicisinə (skrubber) yönəldiləcəkdir. Kondensat
kondensat koaqulyatorları vasitəsi ilə (hər bir texnoloji emal xətti üçün 1x100%) suyun 
ayrılması üçün sabitləşdirici sistemə göndəriləcəkdir. Təmizlənmiş kondensat bundan sonra 
kondensat sabitləşdirici sistemə göndəriləcəkdir. Bərpa olunmuş su ŞD2 lay suyu təmizləmə 
qurğusuna istiqamətləndiriləcəkdir. 
 
Kondensat sabitləşdirici qurğuların məqsədi kondensatı isitmək və saxlama müddətində əhatə 
edən şəraitlərdə buxarlandırma potensialı olan “yüngül fraksiya” komponentlərini çıxarmaqdır. 
Sabitləşdirici obyektlərdən gələn qaz səmt qazı kompressoruna göndəriləcəkdir. 
Sabitləşdirilmiş kondensat BTC ixrac obyektlərinə göndəriləcəkdir. BTC kəməri üçün hər 
hansı bir məhdudiyyət olarsa, kondensat ŞD2 kondensat saxlayan çənə  və kondensat 
saxlayan çən nasosu vasitəsi ilə BTC kəmərinə geri göndəriləcəkdir. AÇG xam neft çənlərinə 
yaxın olan mövcud torpaq bənd daxilində yerləşdirilmiş çənin 500,000bbls tutumu olacaq və 
üzən dam dizaynında olacaqdır. 
 
Sabitləşdirilmiş qurğulardan olan kondensat əgər BTC ixrac qurğusunun daxili 
spesifikasiyalarına cavab verməzsə, o, kondensat saxlayan çənə göndəriləcək və sonra 
kondensat emal edən qurğulara geri dövr ediləcəkdir. Çən qabarıq dam dizaynında olacaq və 
yanacaq qazı örtükləmə sistemi ilə  təmin ediləcək, 2 texnoloji xətt üçün 12 saat ərzində  ən 
yüksək kondensat hasilat dərəcələrini təmin etmək və xüsusilə, ərsinləmə zamanı kondensat 
kəmərindən keçid axınlarını idarə etmək imkanına malik olacaqdır.  
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə