Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə42/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   35   36   37   38   39   40   41   42   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/94
Şəkil 5.29 ŞD2 açıq drenaj sistemi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qeyd: Nöqtələnmiş xətlər təmir, işəsalma kimi qeyri-müntəzəm vəziyyətlərdə marşrutu təmsil edir. 
 
Qapalı drenaj sistemi 
 
Qapalı drenaj sistemi əssən drenaj avadanlığı və boru kəməri sisteminin təmiri zamanı emal 
mayelərini toplamaq üçün təmin ediləcəkdir. Sistem iki qapalı sistern və əlaqədar nasoslardan 
ibarət olacaqdır. Bir ədəd sistern aşağı terras istifadəçiləri və digəri orta və yuxarı terras 
istifadəçiləri üçün xidmət göstərəcək. Sisternlər məşəl qazının bərpa sisteminə buraxılacaq və 
toplanan mayelər ŞD2 emal qurğularına qaytarılacaqdır.  
 
Qapalı drenaj sisternləri hər hansı qrunt sularını  və yaxud quyuda toplanmış yağış suyunu 
vaxtaşırı  kənarlaşdırmaq və açıq drenaj sisteminə göndərmək üçün quyu nasosu ilə  təchiz 
edilmiş xüsusi beton quyularda yerləşdiriləcək. 
 
5.12.4.10 Nəzarət-ölçü cihazları üçün hava və təsirsiz qaz sistemi 
 
Nəzarət-ölçü cihazları üçün hava sistemi proses və texniki xidmət zamanı istifadə olunan 
avadanlıq və nəzarət-ölçü cihazları üçün hava təmin edəcək. Bu Sistem enerji sıradan çıxdığı 
vaxt hava sistemi alətində hava təzyiqini təmin etmək üçün dizel ötürücü hava kompressoru 
ilə təchiz edilmişdir. Hava kompressorunun həftəlik olaraq fəaliyyətlər zamanı 1 saat sınaqdan 
keçiriləcəyi gözlənilir. 
 
Təsirsiz qaz (azot) quru sıxılmış havadan istifadə edilərək membran qurğusunun tələbinə 
görə yaradılacaqdır.  
 
5.12.4.11 Təmiz su 
 
Təmiz su ŞD2 sahil obyektlərinə mövcud ST təmiz su paylayıcı sistem ilə birləşmə vasitəsilə 
təchiz ediləcəkdir.  
 
5.12.4.12 Yanğınsöndürmə sistemləri 
 
ŞD2 yanğınsöndürmə üçün su sisteminə iki xüsusi dizel ötürücü nasos, yanğın suyu saxlayan 
çən (5000m

tutumlu), ehtiyat təchizatı  təmin etmək və istifadədən  əvvəl sistemi 
hermetikləşdirmək üçün mövcud Terminal yanğın su sisteminə birləşmə daxil olacaqdır. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/95
 
Yanğın su nasoslarının həftəlik olaraq fəaliyyətlər zamanı 1 saat sınaqdan keçiriləcəyi və 
sonra açıq drenaj sisteminə göndəriləcəyi gözlənilir.  
 
Köpük sistemi ŞD2 kondensat saxlama çənini və  əhəmiyyətli dərəcədə karbohidrogen riski 
olan digər başqa sahələri mühafizə etmək üçün istifadə ediləcəkdir.  ŞD2  ətraf mühit 
göstəricisi və spesifikasiya baxımından hazırda Terminalda istifadə edilənlərlə eyni olan 
köpük sisteminin kimyəvi maddələrindən istifadə edəcək. 
 
5.12.4.13 İxrac və MEQ boru kəmərinin təmiri 
 
ŞDB platformaları və Terminal arasındakı qaz, kondensat və MEQ kəmərlərinin təmirinə hər 
hansı bir ərpin vaxtaşırı təmizlənməsi üçün ərsinləmə daxil olacaqdır. 
 
Qaz və kondensat kəmərləri dəniz platforma kompleksindən Terminalda xüsusi ərsin 
qəbuledicilərə  qədər, MEQ boru kəməri isə  əks istiqamətdə  ərsinlənəcəkdir. Kondensat 
daxilindəki qaz və qaz kəməri üçün ərsin qəbul edicilər məşəl qaz bərpaedici sistemə 
göndəriləcəkdir.  Ərsin qəbul edicilərdən toplanan maye kondensat emal qurğularına 
göndəriləcəkdir. Kondensat ərsin qəbuledicidə toplanmış parafin əridilmək üçün isidici ilə 
təchiz ediləcəkdir. Qəbuledicilərdə  yığılan bərk maddələr toplanacaq və Tullantıların  İdarə 
olunması Prosesinə (Fəsil 14-ə istinad edin) uyğun utilizasiya ediləcək. Kondensat ixrac boru 
kəmərinin təxminən üç gündən bir ərsinlənməsi nəzərdə tutulub. Qaz ixrac boru kəmərlərinin 
ərsinlənməsi təxminən hər beş gündən bir, axın sürəti gündə 400 milyon standart kub fut 
həcmindən az olduqda həyata keçiriləcək. Axın sürətinin 400 mln.st.kub.fut/gündən artıq 
olması hallarında qeyri-müntəzəm tamlığın yoxlanması istisna olmaqla, ərsinləmə ehtimal 
edilmir. 
 
ŞD2 sahil və dəniz obyektləri arasındakı MEQ idxal boru kəməri də ərsinlə təmizlənəcək və 
nəticədə əmələ gələn mayelər çirklənmiş MEQ üçün metal çənlərə istiqamətləndiriləcək. 
 
5.12.5 Quruda Əməliyyatlar – Emissiyalar, Atqılar və Tullantılar 
 
5.12.5.1 Atmosferə buraxılan emissiyalar haqqında xülasə 
 
Cədvəl 5.34-da HPBS müddəti  ərzində  ŞD2 üzrə quruda hasilat zamanı  əsas mənbələrdən 
əmələ gələcəyi proqnozlaşdırılan İXQ (yəni, CO
2
 və CH
4
) və qeyri-İXQ emissiyaları göstərilir. 
Həmin mənbələrə aşağıdakılar aiddir: 
 
 
Əsas elektrik generatorları və kompressor mühərrikləri; 
 Dizel 
yanacağından istifadə edən mexanizmlər (yəni, sınaq zamanı istifadə edilən 
yanğın su nasosları və dizel hava kompressorları); və 
 
Məşəldə qeyri-müntəzəm yandırma. 
 
Cədvəl 5.34 ŞD2 üzrə quruda müntəzəm və qeyri-müntəzəm əməliyyatlar və hasilat 
işləri ilə əlaqədar proqnozlaşdırılan İXQ və qeyri-İXQ emissiyaları 
 
 
CO
2
 
CO 
NOx 
SO
2
 
CH
4
 
NMVOC 
İXQ 
(kton) 
(ton) 
(ton) 
(ton) 
(ton) 
(ton) 
(kton) 
Cəmi 6062.5 7391.6 
25631.0 29.2 4190.1 297.9 6150.5 
Emissiyaların təxmini ehtimallarına dair müfəssəl məlumat üçün Əlavə 5A-ya istinad edin. 
 
5.12.5.2  Atqıların xülasəsi 
 
ŞD2 qurudakı əməliyyatları nəticəsində nəzərdə tutulan atqılar aşağıdakılardan ibarətdir: 
 
 
Normal olaraq çirklənməmiş sahələrdən yağış suları (Bölmə 5.12.4.9-a istinad edin) və; 
 
Təmizlənmiş açıq drenaj suları (Bölmə 5.12.4.9-a istinad edin). 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə