Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/71
mayeləri qəbul etmək üçün təmin olunacaq. Hidratın idarə olunması üzrə  əsas variant 
mövcud deyil (aşağıdakı bölmə 5.11.2.2-yə istinad edin). .  
 
Quyu təmizləmə, tamamlama, təmir və müdaxilə  işlərinin,  ŞD2 dəniz qurğularına bərk 
maddələrin və tamamlama, təmir və quyudaxili işlərdən yaranan kimyəvi maddələrin 
ötürülməsini minimuma çatdırmaqla, SDQQ (yuxarıdakı Bölmə 5.4-ə istinad edin) vasitəsilə 
həyata keçirilməsi nəzərdə tutulub. Lakin platformanın separasiya sistemi işəsalma, təmir və 
müdaxilə işləri ərzində hasilat quyularından gözlənilən kiçik həcmdə qalıq bərk maddələrin və 
kimyəvi maddələrin qarşılanmasını nəzərdə tutacaq. 
 
5.10.3 Qaz ixracı 
 
 
YT hasilat separatorlarından, sınaq separatorundan və yanar qaz kompressiya sistemindən 
daxil olan qaz yeni 32” xüsusi qaz ixrac boru kəmərləri vasitəsilə Səngəçal Terminalına ixrac 
olunacaq.  İki ixrac xətti arasında platformanın yanacaq qazı üçün də  əsas mənbəni təchiz 
edən 16” keçid/balans xətti təmin olunacaq. MEQ Terminala ixrac edilməzdən  əvvəl qaza 
vurulur. 
 
Hasilat separatorlarından aşağı  təzyiqli qazın çıxarılması  və qaz ixracı sisteminə ötürülməsi 
üçün üç pilləli yanar qaz kompressiya sistemi davamlı olaraq təmin olunacaq. Yanar qaz 
kompressiya sistemindən istifadə mümkün olmadıqda (təzyiq boşaltma klapanının açılması və 
ya sınağı  nəticəsində), qaz məşələ ötürüləcək. Bu kompressorlar həmçinin axın xəttinin 
təzyiqinin azaldılması zamanı da istifadə edilmişdir (Bölmə 5.10.6-ya istinad edin). 
 
5.10.4 Kondensat ixracı 
 
Kondensat yeni 16” kondensat ixracı  xətti vasitəsilə  Səngəçal terminalına ixrac olunacaq. 
Kondensat AT hasilat separatorlarından kondensat vurucu nasosuna, sonra kondensat ixracı 
nasoslarına və 16” kondensat xəttinə ötürüləcək.  
 
İşə salma zamanı kondensat vurucu və ixracı nasosları, kondensatın AT separatora 
qaytarılması ilə, yenidən emal rejimində istismar olunacaq. Yenidən emal olunan kondensat 
axınının bir hissəsi qarışıq axın temperaturunun 50
C yuxarı artmasının qarşısının alınması 
üçün soyuducu vasitəsilə ötürüləcək. 
 
5.10.5 Yanacaq qazı sistemi; 
 
Yanacaq qazının əsas istehlakçısı ŞDB-YBTT platformasındakı enerji hasilatı sistemi olacaq. 
Bundan əlavə, qaz həmçinin YT və AT məşəl sistemlərinin üfürülməsi və sınaq yandırılma və 
saxlama çəninin boğulması üçün üçün istifadə olunacaq. 
 
Yanacaq qazının normal mənbəyi qaz ixracı manifoldlarından daxil olan hasilat qazı olacaq. 
Alternativ mənbə 32”ixrac boru kəmərlərindən təchiz olunacaq kompensasiya qazıdır. 
Yanacaq qazının normal mənbəyindən istifadə mümkün olmadıqda, məsələn platformanın 
istismarı dayandırıldıqda və ya yenidən istismara buraxıldıqda, üstünlük verilən variant 
kompensasiya qazından istifadə etməkdir. Qazın müəyyən miqdarda YT və  sınaq 
separatorlarında toplanacaq bufer maye həcmlərini daxil etməsi ehtimal olunur. Yanacaq 
qazının istifadəçilərə aramsız təchizatını  təmin etmək üçün ilkin maye çıxarma müddəti 
ərzində separatorlardan daxil olan qaz axını  təxminən gündə 75 milyon standart kub fut 
norma ilə məşələ göndəriləcək. 
 
5.10.6 Təzyiq yaratma sistemi 
 
Təzyiq yaratma sistemi ŞDB-HR platformasında yerləşdiriləcək və platformanın istismarı 
dayandırılan və ya yenidən istismara buraxılan zaman sualtı axın xətlərində  təzyiqin 
artırılması zaman hidratın və buzun yaranmasının qarşısının alınması üçün isidilmiş qazın 
təchizini nəzərdə tutacaq. Təzyiq yaratmanın  əsas mənbəyi yeni 32” qaz ixracı  xətlərindən 
daxil olan kompensasiya qazı olacaq.  
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/72
5.10.7 Məşəl sistemi 
 
ŞDB platformaları qeyri-normal və  qəza  şəraitlərində emal sistemlərindən buraxılan 
karbohidrogen qazlarının atılması üçün nəzərdə tutulan məşəl sistemi ilə  təchiz olunacaq. 
Normal istismar şəraitində platformanın məşəl sistemi yalnız piltə və hava üfürmə (təmizləmə) 
məqsədilə məşəldə qazın yandırma işləri üçün nəzərdə tutulub.  
 
YT məşəl sistemində  işçi təzyiqi 18 barg-dan yüksək olan avadanlığın təzyiq boşaltma
nəzarət və təzyiq salma klapanlarından daxil olan karbohidrogen atqılarının toplanması üçün 
layihələndiriləcək (YT məşəl barabanına ayrılmış kollektor vasitəsilə birbaşa 
istiqamətləndirilən yanar qaz kompressorunun atqı soyuducusunun membranları istisna 
olmaqla). Bundan əlavə iki tərəfli ərsinlə təmizləmə və qazın komnpensasiyası üçün istifadə 
zamanı hər bir separatorda məşələ çıxış xətləri təmin olunacaq (AT/YT/Sınaq). 
 
YT məşəl sisteminin tərkib hissəsi olan texnoloji avadanlıqlar  ŞDB-HR platformasında 
yerləşdiriləcək (YT məşəl barabanı və qızdırıcısı da daxil olmaqla) ŞDB-YBTT platformasının 
kollektoru ŞDB-HR platformasına körpü vasitəsilə YT məşəl barabanına istiqamətləndiriləcək 
ŞDB-HR maye başlığı da YT məşəl barabanına yönələcək.  
 
ŞDB-HR platformasında yerləşən AT məşəl sistemi təzyiq boşaltma, nəzarət klapanları  və 
avadanlıqdan çıxan çən/baraban dəliklərindən 18 barg aşağı  işçi təzyiqlə buraxılan 
karbohidrogen atqılarının toplanmasını nəzərdə tutacaq:  
 
 Birbaşa AT məşəl/qapalı drenaj barabanına istiqamətləndirilən yanar qaz 
kompressorunun atqı soyuducu vurucu membranları; və  
 
ŞDB-YBTT və  ŞDB-HR AT məşəl kollektorları vasitəsilə AT məşəl/qapalı barabana 
istiqamətləndirilən soyuducu maddənin genişləndirici barabanı. 
 
AT məşəli 1x100% YT/AT məşəlinin başlıq dəstini bölüşəcək. Məşəl borusu ŞDB-HR 
platformasının cənub-şərq bucağında platformanın  şimalında 180
  və horizontal şəkildə 60 
mövqedə yerləşdiriləcək. Təxminən 135 metrə uzunluğu olan məşəl 98% yanma 
səmərəliliyinə nail olmaq üçün layihələndiriləcək və “tüstüsüz dizayn”-a malik olacaq. 
Yanacaq qazı normal şəraitdə üfürmə axınının minimuma çatdırılması zamanı hava daxil 
olmasının qarşısının alınması  məqsədilə  məşəl kollektorlarının-subkollektorlarının aramsız 
üfürülməsi üçün istifadə olunacaq.  
 
ŞD2 Əsas layihə variantına görə ehtimal olunur ki, ildə hasil olunan ümumi qaz həcmi 0,2 % - 
0.8% arasında məşəldə yandırılacaq -0.1% - 0.3% arasında dənizdə yandırılacaq və qalan 
həcmi Terminala göndəriləcək.  
 
Şəkil 5.23-də YT və AT məşəl sistemlərinin sadələşdirilmiş texnoloji sxemi göstərilir.  
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə