Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/47
Şəkil 5.15 Üst tikililərin gəmidən dayaq blokuna oturdulmasının quraşdırma metodu 
 
 
 
5.7.4 Körpü 
 
Körpü də STB-01 nəqliyyat barjına yüklənəcək və ŞDB platformasının dənizdə quraşdırılacağı 
yerə yedəklənəcək. Bu barj “Azərbaycan” kran gəmisinin yanında lövbər salacaq, bu gəmi 
körpünü qaldıracaq və takelaj və istiqamətləndirici vasitələrin köməyi ilə  ŞDB-HR və  ŞDB-
YBTT platformaları arasındakı mövqeyinə köröünü yerləşdirəcək. Körpü öz mövqeyinə 
qoyulduqdan sonra takelaj vasitələri söküləcək və müvəqqəti quraşdırma vasitələri 
çıxarılacaq. Körpü bir tərəfdən platformaya bağlanacaq, digər tərəfdən istismar zamanı təbii 
hərəkəti təmin etmək üçün bərkidiləcək.  
 
5.7.5 Üst 
tikililərin birləşdirilməsi və istismara verilməsi 
 
Üst tikililər və körpü quraşdırıldıqdan sonra və  işə salınmazdan  əvvəl dənizdə üst tikililər 
üzərində bir sıra birləşdirmə işləri yerinə yetirilməlidir. Həmin işlərə aşağıdakılar aiddir: 
 
 
ŞDB-YBTT yanğınsöndürmə suyu və  dəniz suyu çəkilməsi üçün nasosların və 
kessonların quraşdırılması; 
 
Təhlükəli zonanın açıq drenaj sistemində kesson nasosunun quraşdırılması; 
 Bütün 
rayzerlərə birləşmələr; və 
 
Bütün elastik kabellərin (o cümlədən, sualtı kabellərin) birləşdirilməsi.  
 
İstismaravermə yaşayış blokundan və köməkçi sistemlərdən, o cümlədən  əsas elektrik 
generatorlarından başlayacaq. Sistemlər daha sonra işə salınacaq, bu da texnoloji qurğuların 
istismara verilməsi və işə salınması zamanı işçilərin platformada yaşamasına imkan verəcək. 
 
Əsas kimi qəbul edilmiş hazırkı layihə variantına görə nəzərdə tutulur ki, istismaravermə işləri 
zamanı, iki ŞD2 32” sualtı qaz kəməri vasitəsilə qurudakı CQBK obyektindən yanacaq qazı 
alınmayınca, elektrik enerjisini dizel yanacağı istifadə edilməklə əsas platforma generatorları 
təmin edəcək. Platformanın əsas generatorları işə salınmazdan əvvəl həyat fəaliyyətini təmin 
etmək üçün 1MW gücündə müvəqqəti dizel generatorunun istifadə edilməsi planlaşdırılır. 
Müvəqqəti generatorun 6 ay müddətində istismar ediləcəyi, platformanın  əsas 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/48
generatorlarının isə 6-8 ay müddətində istismara vermə zamanı fasilələrlə işləyəcəyi nəzərdə 
tutulur. 
 
Proqnozlara görə, suçiləmə  və köpük sistemlərinin istismara verilməsi nəticəsində  təxminən 
200 litr dəniz suyu və  təxminən 20 litr təbəqə  əmələ  gətirən sulu köpük (AFFF) (140m
3
 
həcmində dəniz suyu ilə qarışdırılmış) dəniz səviyyəsindən 52m aşağıda ŞDB-HR açıq drenaj 
sistemi kessonu vasitəsilə dənizə axıdılacaq. 
 
5.7.6 Quraşdırma, birləşdirmə  və istismar sınağı  ərzində istifadə olunan 
gəmilər 
 
ŞDB platformasının quraşdırılması, nizamlanması  və istismara verilməsi işlərində bir neçə 
gəmi, o cümlədən, “Azərbaycan” kran gəmisi, lövbər dayanacağında möhkəmləndirmə  işləri 
üçün iki gəmi, STB1 quraşdırma barjı və köməkedici gəmilər istifadə ediləcək. Cədvəl 5.19-da 
gəmilərdəki texnoloji təchizatların xülasəsi verilir. 
 
Cədvəl 5.19 Quraşdırma, birləşdirmə və istismar sınağı ərzində istifadə olunan 
gəmilərdəki texnoloji təchizatlar 
 
Texniki Texnoloji təchizat 
Təsviri 
Enerji hasilatı 
 
Əsas elektrik enerjisi 4080 kilovat gücündə 6 ədəd dizel generatorları vasitəsilə 
təmin olunur. 
Sanitar qovşaqlardan gələn 
məişət çirkab suyu 
 Üzən sülb maddələr, yaxud parıltılı təbəqə müşahidə olunmadığı təqdirdə məişət 
çirkab (boz) suları (təmizlənmədən) dənizə axıdılır  
 Sistemin 
mövcudluğundan asılı olaraq fekal sular aşağıda sadalanan yollarla 
idarə olunacaqlar: 
o
 Sahilə daşınmaq üçün gəminin göyərtəsində çənlərə yığılacaq. 
o
  Quruda çirkli sular AGT-nin mövcud idarəetmə planlarına və prosedurlarına 
uyğun idarə olunacaq. 
Və yaxud 
o
  Fekal sular MARPOL 73/78 Əlavə IV (Gəmilərin çirkab suları ilə  dənizi 
çirkləndirməsinin qarşısının alınması) üzrə standartlarına uyğun 
təmizlənəcək: Gəmi tullantıları ilə  dənizin çirklənməsinin qarşısının 
alınması: beş günlük OBT – 50 mq/l-dən az, asılı bərk hissəciklər 50 mq/l-
dən az (laboratoriyada) və ya 100mq/l (göyərtədə) və koliform bakteriyaları 
hər 100ml üzrə 250 ƏÇEG (ən çox ehtimal olunan göstərici). Qalıq xlorin 
praktiki olaraq mümkün qədər aşağı olmalıdır. 
 Çirkab 
su 
şlamları AGT-nin mövcud idarəetmə planlarına və prosedurlarına 
uyğun idarə olunacaq. 
Mətbəx tullantıları Sistemin 
mövcudluğundan asılı olaraq mətbəxdəki ərzaq tullantıları  
 
Yığılacaq və sahilə göndəriləcək, utilizasiya olunacaq; və ya  
 
Ərzaq qırıntıları MARPOL 73/78 Əlavə V standartlarına uyğun olaraq işlənmə 
üçün nəzərdə tutulmuş gəmidəki doğrama qurğusuna göndəriləcək: Gəmilərdən 
atılan tullantılarla çirklənmənin qarşısını almaq üçün dənizə atılmazdan  əvvəl 
tullantıları məqbul standarta uyğun olaraq parçalaması nəzərdə tutulmuşdur. 
Drenaj/Su 
 Göyərtədəki drenaj və yuyuntu sularında parıltılı təbəqə müşahidə edilmədikdə 
onlar dənizə axıdıla bilər 
 Tryum 
suları çəninin yağla çirklənmiş şlamları, təmizlənməmiş yağlı/neftli su və 
işlənmiş yağlar gəmilərə yüklənib AGT-nin mövcud idarəetmə planlarına və 
prosedurlarına uyğun utilizasiya olunmaq üçün sahilə daşınır. 
 
Plana görə, ŞD2 fazası çərçivəsində quraşdırma, birləşdirmə və istismara vermə işləri ərzində 
heyətin dəyişdirilməsi gəmi vasitəsilə  həyata keçiriləcək. Helikopterlər yalnız fövqəladə 
hallarda istifadə ediləcək. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə