Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə22/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/44
Cədvəl 5.18 Dəniz obyektlərinin tikinti və istismara verilməsi ilə bağlı tullantıların 
proqnozu 
 
Klassifikasiya 
 
Fiziki forması 
Tullantı axınının adı 
Hesablanmış miqdarı (ton) 
Təhlükəsiz 
tullantılar 
Bərk tullantılar 
Məişət/ofis tullantıları 10,234 
Şırnaqlı dənəvər  təmizləmə materialı  
1,989 
Metallar – yonqar 
7,813 
Kağız və karton 
81 
Plastik maddələr  
30 
Taxta 890 
Maye tullantılar Yağ - Mətbəx yağı 
49 
Cəmi (təhlükəsiz) 21,085 
Təhlükəli 
tullantılar 
Bərk tullantılar 
Akkumulyatorlar - sulu bölmələr 7 
Tibbi tullantılar 5 
Çirklənmiş materiallar 
82 
Çirklənmiş torpaq 

 Süzgəc korpusu 
0.2 
Lampalar 16.8 
Yağlı əskilər 2 
 Təzyiq altında olan qablar 

Toner və ya printer kartriclər 5 
Maye tullantılar 
Yağlar – yanacaq 
23 
Yağlar - sürtgəc yağı 64 
Rənglər və örtüklər 420 
Çirkab suları - təmizlənməmiş 1,484 
Çirkab şlamı 4,523 
Həlledicilər, yağ təmizləyici vasitələr və 
durulducular 
169 
Su - hidravlik sınaq suyu 
22 
Su - yağlı 1,140 
Ümumi (Təhlükəlilər) 7,972 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/45
 
5.7 Platformanın dənizdə quraşdırılması, nizamlanması  və istismara 
verilməsi 
 
5.7.1 Quraşdırmadan əvvəl keçirilən tədqiqat və dəniz dibində aparılan işlər 
 
Hər hansı quraşdırma işlərinə başlamazdan  əvvəl, köməkçi gəmidən nəzarət edilən, 
məsafədən idarəolunan aparatdan (MİA) istifadə etməklə  dəniz dibinin tədqiqatı  həyata 
keçiriləcək. Tədqiqat çox-şüalı sonardan və video təsvirlərdən istifadə edəcək. Bununla, 
platformanın yerləşdiyi zonada maneələrin olmadığı  təsdiqlənəcək. Gözlənilməsə  də, hər 
hansı maneə mövcud olarsa, həmin maneələr dalğıc gəmisindən istifadə etməklə aradan 
qaldırılacaq. Həmçinin dayaq blokunun tutucu domkratları və dayaq payaları qoyulan sahəni 
hazırlamaq üçün lokallaşdırılmış qazma işləri tələb olunacaq. 
 
5.7.2 Dayaq 
bloku 
 
Qrafik üzrə  təqribən 49 gün davam edəcəyi nəzərdə tutulan ŞDB dayaq bloklarının 
quraşdırılması  əvvəlki AÇG layihələri üçün istifadə olunmuş oxşar metodlara uyğun  şəkildə 
həyata keçiriləcək.  İki dayaq bloku eyni zamanda eyni metodla quraşdırılacaq. Dayaq 
blokunun suya endirilməsi və öz mövqeyinə yerləşdirilməsi prosesi Şəkil 5.14-də 
göstərilmişdir. Ballastlama və dayaq bloku pontonlarından istifadə dayaq blokunun dəqiq 
yerləşdirilməsinə imkan yaradacaq. 
 
Şəkil 5.14 Dayaq blokunun quraşdırılması 
 
 
 
Öz mövqeyinə yerləşdirildikdən sonra dayaq bloku lövbərdə dayanan “Azərbaycan” gəmisinin 
kranına birləşdirilərək  əvvəlcədən quraşdırılmış boru payalar üzərinə qoyulacaq.
14
 Daimi 
payaların vurulması başa çatanadək dayaq blokunu hidravlik tutucu domkratlar bərkidəcək. 
 
Boru payalar əsas payalar quraşdırılıb bərkidilənə  qədər hər bir dayaq borusu üçün 
müvəqqəti özül kimi qoyulacaq. Hər paya 140m uzunluqdadır və yedəklə sahəyə daşınaraq 
DBA barjının köməyi ilə quraşdırılacaq. Payalar öz ağırlığı altında torpağa daxil olmasa, DBA 
hər payanın başını müvəqqəti olaraq gəminin yan hissəsindən saxlayacaq və vibro-çəkic 
payaları  nəzarət edilən qaydada möhkəm qum laylarından keçirəcək. Paya lazımi dərinliyə 
daxil olduqdan sonra DBA payadan ayrılacaq və sonra hidravlik çəkicdən istifadə edərək paya 
nəzərdə tutulmuş  təxminən 100m dərinliyə yeridiləcək. Sonra hər payanın qalıq ~37m 
uzunluğu dəniz dibində kəsiləcək və çıxarılacaq.  
 
                                                      
14
Azərbaycan kran gəmisinin yedək sistemi 8 yedəkdən ibarətdir və  hər bir yedək elektriklə çalışan hidravlik 
yedəkləmə bucurqadlarına birləşdirilib. Dayaq blokunun və üst tikilinin quraşdırılması zamanı Azərbaycan kran 
gəmisinin yedəklənməsi üçün 3-ə qədər gəminin cəlb edilməsi planlaşdırılır.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/46
Nəzərdən keçirilən alternativ üsul daha böyük çəkicdən istifadə edərək payanı ~138m 
dərinliyə yeritməkdir ki, bu, sualtında kəsmənin qarşısını alacaq. Bütün boru payalar 
quraşdırıldıqdan sonra hər bir tikilməkdə olan dayaq bloku daxilində boru payaların düzgün 
yerləşdiyini təmin etmək üçün tam ölçülü tədqiqat aparılmalıdır. 
 
Pontonlar dəniz suyu ilə ballastlama və “Azərbaycan” gəmisinin kranı ilə daldırılma vasitəsilə 
kənarlaşdırılacaq, boşaldılacaq və  təkrar istifadə üçün yenidən sahildəki tikinti-quraşdırma 
sahəsinə  gətiriləcək.  ŞDB-HR pontonlarının təmizlənmiş suyu təxminən 8 saat müddətində 
dənizə boşaldılacaq.  
 
Dayaq bloklarının hər biri 12 əsas özül payası ilə  bərkidiləcək. Payalar sualtı hidravlik 
çəkicdən istifadə etməklə vurulacaq və dayaq blokundakı paya yuvalarına sementlənəcək. 
Sement məhlulu “Azərbaycan” kran gəmisindən elastik şlanqlar vasitəsilə dayaq blokunun 
kənarında yerləşən sement məhlulu üçün manifold panelinə təchiz olunacaq və nasosla paya 
ilə paya yuvası arasındakı  fəzaya vurulacaq. PaSQK mexaniki kipkəc sement məhlulunun 
paya yuvasının həlqəvi fəzası daxilində qalmasını  təmin edəcək. Sementləmə  əməliyyatı 
üçün yüksək möhkəmliyə malik sementdən istifadə olunacaq. Artıq qalan sement atqısı 
mümkün olduğu qədər minimuma endiriləcək. Bununla belə, hər bir dayaq bloku üçün 
sementləmə əməliyyatı yerinə yetirilərkən təxminən 50m
3
 artıq sement atqısı baş verə bilər.  
 
5.7.3 Üst 
tikililər 
 
Üst tikililərin konstruksiyası əvvəlki AÇG Fazaları üçün istifadə olunmuş gəmidən dayaq bloku 
üzərinə oturdulma metodu ilə quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Hər bir üst tikili üçün 
STB-01 nəqliyyat barjı dayaq blokunun iki qülləsi arasında elə manevr edir ki, üst tikililər Şəkil 
5.15-də  təsvir olunmuş qaydada dayaq blokunun üstündə  nəzərdə tutulmuş quraşdırma 
mövqeyi üzərində yerləşdirilmiş olsun. Üst tikililərin dayaq bloku üzərinə oturdulması(yəni üst 
tikilinin dayaq blokuna birləşdirilməsi)  əməliyyatı barjın ballastlaşdırlması ilə  həyata keçirilir. 
Bu, elə yerinə yetirilir ki, üst tikililər dayaq blokunun ayaqlarındakı amortizatorlara keçirilir və 
yük ötürülür. Bundan sonra polad səthlər qovuşanadək və qaynaq üçün hazır olanadək üst 
tikililərin endirilməsi üçün qum domkratlarından istifadə olunur. Ehtimal olunur ki, sözügedən 
proses  ərzində  həmin 8 qum domkratından təxminən 35m

qum dağılacaq və  dənizə 
töküləcək. ŞDB-YBTT platforması üçün üst tikililərin quraşdırılması (körpünün quraşdırılması 
daxil olmaqla) 15 günə, ŞDB-HR platforması üçün isə 20 günə planlaşdırılır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə