Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/39
 
İki üst tikili dənizdə polad fermalar və köndələn tirlərdən hazırlanan körpü ilə birləşdiriləcək. 
Körpünün  ŞDB-HR üst tikililəri ilə birgə eyni istehsalat-quraşdırma sahəsində inşası 
planlaşdırılır.  
 
Üst tikililərin  əsas konstruksiyası  və göyərtələri üst tikililərin inşası üçün seçilmiş tikinti 
sahəsində hazırlanacaq. Öncədən hazırlanmış və idxal olunan komponentlər və modullar isə 
ya beynəlxalq istehsalat sahələrindən gətiriləcək, ya da Bakıdakı başqa tikinti-quraşdırma 
sahələrində hazırlanacaq (Bölmə 5.6.1-ə istinad edin). Üst tikililərin eyni zamanda inşa 
ediləcəyi nəzərdə tutulur. 
 
Üst tikililərin elementlərini formalaşdırmaq üçün polad lövhələr kəsiləcək, profillənəcək və 
qaynaq ediləcək. Sonra isə seksiyalar abraziv materialla şırnaqlı  təmizləmədən keçəcək və 
korroziya əleyhinə boya ilə boyanacaq. Öncədən hazırlanmış elementlərindən ibarət köməkçi 
və texnoloji avadanlıq kranlardan istifadə olunmaqla yerinə qaldırılacaq, karkas 
konstruksiyaya quraşdırılacaq, bərkidiləcək, sonra isə  tələb olunduğu qaydada elektrik və 
boru birləşmələri ilə  təchiz ediləcək. Dəniz platforması üçün tək məşəl qolu konstruksiyası 
(polad şəbəkəli karkas konstruksiyası) tikinti sahəsində ŞDB-HR göyərtəsinə əlavə ediləcək. 
Bütün göyərtə konstruksiyasının və komponentlərinin qaynaq tikişləri QDMS metodlarından 
istifadə olunmaqla sınaq ediləcək. Şəkil 5.11-də üst tikilinin ümumi inşası metodu göstərilir.  
 
Şəkil 5.11 Üst tikilinin inşası prosesi (ŞDB-YBTT Üst tikili) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5.6.6 Sınaq və istismar öncəsi hazırlıq işləri 
 
Üst modulun elementləri, o cümlədən texnoloji avadanlıq və texnoloji təchizatlar quruda sınaq 
ediləcək və praktiki cəhətdən mümkün olduqda istismara verilməzdən öncə ilkin istismardan 
keçiriləcək. Sınaq işlərinə boru xətti sisteminin hidrosınağı və/və ya təzyiq altında qaz sınağı 
(azot qazından istifadə olunacaq - 1% aşkarlayıcı helium indikator qazı ilə) daxil olacaq. Üst 
tikilinin quruda sınağı içməli su istifadə etməklə keçiriləcək. Təzyiq altında sınaq başa 
çatdıqdan sonra, mümkün olduğu halda, su təkrar istifadə ediləcək və ya sahədə tozu 
yatırmaq üçün istifadə ediləcək. Su sahədə  təkrar istifadə edilə bilmədiyi halda, 
avtosisternlərlə yığılacaq, maye tullantıları kimi təhvil veriləcək və sahədən kənarlaşdırılacaq
 
 
 
1. Dayaq raması üzərində 
buruq karkası  xətlərinin və 
yerinin hazırlanması 
2. Alt göyərtənin bərkidilməsi və 
avadanlığın quraşdırılmasının 
başlanması 
 
3. Birinci lay və üst göyərtənin 
quraşdırılması 
və borunun 
montajının başlanması 
 
4. Yaşayış blokları  və elektrikin 
quraşdırılması 
5. Avadanlıq, boruların 
salınması 
və kabellərin 
çəkilməsinin tamamlanması 
 
6. Barja yüklənmək üçün hazır 
olan yükləmə  və quraşdırma 
ramasının qaldırılması 
və 
quraşdırılması 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/40
5.6.7 Üst 
tikililərin istismara verilməsi 
 
Mümkün olduğu halda, ŞDB üst tikililəri ilə bağlı sahədə istismara verilmə işləri, o cümlədən 
ŞDB üst tikililərinin texnoloji  təchizat (kommunal xətləri) və platformanın texnoloji 
sistemlərinin qismən istismara verilməsi (sistemin sınağı daxil olmaqla) 10 ay müddətinə 
planlaşdırılır, o cümlədən: 
 
 Yanacaq 
qazı sistemi; 
 Kondensat 
ixracı sistemi; 
 
Məşəl sistemi; 
 
Səmt qazının sıxılması (kompressiya) sistemi; 
 Kimyəvi maddə sistemləri; 
 
Metanol sistemi; və 
 
MEQ sistemi.  
 
Bu sistemlər dənizdə yerində quraşdırıldıqdan sonra tam istismara veriləcək. 
 
5.6.7.1 Dəniz suyu sistemi 
 
Quruda həyata keçirilən istismaravermə işləri zamanı müvəqqəti dəniz suyu vuran sistemdən 
istifadə olunmaqla yanalma körpüsündən üst tikililərə dəniz suyu təchiz ediləcək. Dəniz suyu 
sistemi maksimum altı aylıq müddət  ərzində  təxminən 600m
3
/saat sərfiyyatla işləmək üçün 
layihələndiriləcək və bundan əvvəl AÇG layihələri üçün təsdiqlənmiş analoji sistem ilə eyni 
dizaynda olacaq. Dəniz suyu tikinti sahəsinin yanalma körpüsündən götürüləcək və istifadə 
olunduqdan sonra dənizə geri axıdılacaq. Götürülən və geri axıdılan dəniz suyunun 
temperaturu arasındakı  fərq daimi olacaq və mövsümdən asılı olmayacaq, çünki dəniz 
suyunu soyutma sistemi işləyən zaman onun enerji tələbi daimi olacaq. 
 
Müvəqqəti dəniz suyu soyutma sistemi daxilində bioloji orqanizmlərinin böyüməsinin və 
korroziyanın qarşısını almaq üçün iki təmizləmə sistemindən istifadə ediləcək:  
 
 
Çıxarılmış  dəniz suyunun 50 funt/barel xlorin və 5 funt/barel mislə pulsasiyalı 
işlənməsini nəzərdə tutan xlorin/misin dəniz orqanizmləri ilə örtülməsinə qarşı sistem; 
və 
 
Çıxarılmış  dəniz suyuna 2 mq/l konsentrasiya ilə natrium hipoxloridin vurulmasını 
nəzərdə tutan davamlı dozalama sistemi. Soyuducu suyun axıdılmasından  əvvəl 
neytrallaşdırıcı agent (natrium tiosulfat) əlavə ediləcək. Neytrallaşdırıcı agentin 
dozasına nəzarət ediləcək və neytrallaşmanın səmərəli olmasını və 1 mq/l-dən az olan 
qalıq xlorin tərkibinin qalmasını təmin etmək üçün yoxlanacaq. 

5.6.7.2 Təmiz su sistemi 
 
Ümumi həcmi təxminən 160m

təşkil edən təmiz su təchizatı sisteminin natrium hipoxlorit 
əlavə edilmiş  təmiz su ilə doldurulması planlaşdırılır. Bütün sistemin müvafiq qaydada 
sterilləşdirilməsini təmin etmək üçün ventillər və drenajlar vasitəsilə  təxminən 2-3m
3
  həcm 
sistemdən sıxışdırılıb çıxarılacaq, toplanılacaq və analiz ediləcək. Hipoxlorit 
konsentrasiyasının bütün sistem boyunca planlaşdırılan səviyyəyə çatdığı  təsdiqləndikdən 
sonra sistem hermetikləşdiriləcək. 
 
Sterilizasiyadan sonra xlorun miqdarını 1 mq/l-dən az səviyyəyədək azaltmaq üçün təmiz su 
sisteminin tərkibi neytrallaşdırılacaq və tozu yatırtmaq üçün istifadə ediləcək; Xəzər dənizinə 
axıdılacaq; və ya avtosisternlərlə yığılacaq, maye tullantıları kimi təhvil veriləcək və sahədən 
kənarlaşdırılacaq. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə