Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/41
5.6.7.3 Dizel yanacağından istifadə edən sistemlər 
 
Platformanın  əsas elektrik-generator sistemi dörd ədəd 15 MW generatordan ibarətdir. 
Quruda istismara veriləcək dizel ilə  işləyən generatorların aşağıdakı  iş sistemindən ibarət 
olacağı planlaşdırılır: 
 
 
Hər bir generator ayrı-ayrılıqda və həftəlik fasilə ilə, sutkada 8 saat olmaqla işləyəcək – 
təxminən 26% maksimal yüklənmə ilə; və 
 8 
saatlıq müddətdə 3 sinxronizasiya sınağı, 4 generatordan ikisi birlikdə  işləməklə 
təxminən maksimum 26% yüklənmə. 
 
Kompressiya sisteminin və üst tikililərin texnoloji təchizat vasitələrinin istismaravermə  işləri 
ərzində platforma generatorlarının ayrı-ayrılıqda və fasilələrlə  təxminən 6 ay işləməsi 
planlaşdırılır. Ehtiyat generatorunun, yanğın söndürmə nasoslarının və platformanın dayaqlı 
kranlarının da quruda istismara verilməsi planlaşdırılır.  
 
Gözlənilir ki, istismaravermə  işləri müddətinə üst tikililərin inşası üçün seçilmiş tikinti-
quraşdırma sahəsində iki ədəd hava kompressoru hava quruducu qurğusu ilə birgə iki ədəd 
400V15Kva müvəqqəti generatoru istifadə ediləcək. 
 
5.6.8 Barja 
yükləmə və dənizə yolasalma 
 
Tamamlandıqdan sonra dayaq bloku və üst tikililər ŞDB platformasının yerinə aparılmaq üçün 
modernləşdirilmiş STB-01 barjına yüklənəcək. 
 
Dayaq bloku manevr etdirilməklə STB-01 barjının üzərində yerləşdiriləcək və elementlərin 
dayaq blokundan barj göyərtəsinə qaynaq edilməsi vasitəsilə dayaq bloku dənizdə daşınmaq 
üçün bərkidiləcək. Barj ballast olunacaq və  dəniz-yedək vəziyyətinə uyğunlaşdırılacaq. 
Dənizə yola düşən zaman barja 3 köməkçi gəmi tərəfindən dəstək göstəriləcək. Şəkil 5.12-də 
nəqliyyat barjı üzərinə yüklənərək dənizə yola düşməyə hazır olan DərSG-YBQTTP-nın 
dayaq bloku göstərilir. 
 
Şəkil 5.12 Dər SG-YBQTTP-nın dayaq bloku barja yüklənərkən 
 
 
 
Üst tikililər yükləmə  və quraşdırma çərçivəsi ilə birlikdə quraşdırılacaq ki, sonradan bunun 
köməkliyi ilə STB-01 barjına yüklənə bilsin. Sonra isə barja yuxarıda qeyd edilmiş  dənizə 
yolasalma prosesində olduğu kimi, 3 köməkçi gəmi yardım göstərəcək.  Şəkil 5.13-də 
nəqliyyat barjına yüklənmiş Şərqi Azəri (ŞA) platformasının üst tikilisi təsvir olunub. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/42
Şəkil 5.13 STB-01 barjına yüklənmiş ŞA platformasının üst tikilisi 
 
 
 
Körpünün özüyeriyən modulyar mexanizm vasitəsilə STB-01 barjının üzərinə yüklənməsi, 
onun göyərtəsinə  bərkidilməsi və  ŞDB platformasının yerinə  dənizə göndərilməsi 
planlaşdırılır. Dayaq blokunun payaları isə sahəyə köməkçi, yaxud təchizat gəmisinin 
arxasında suyun içərisi ilə yedəklənərək nəql ediləcəkdir.  
 
5.6.9  Quruda tikinti və istismaravermə işləri – emissiyalar, atqılar və tullantılar 
 
5.6.9.1 Atmosferə buraxılan emissiyalar haqqında xülasə 
 
Cədvəl 5.17-də qurudakı tikinti və istismaravermə  işləri zamanı  aşağıdakı  əsas mənbələrin 
yaradacağı proqnozlaşdırılmış  İXQ (yəni CO
2
  və CH
4
) və qeyri-İXQ emissiyaları xülasə 
şəklində təqdim olunur: 
 
 Tikinti 
sahəsindəki mühərriklər və generatorlar (o cümlədən qurğu, kranlar və sahədəki 
avtomobillər); 
 Tikinti 
zamanı istifadə edilən uçucu materiallar (məsələn, boya və həlledicilər); 
 Müvəqqəti generatorlar (istismaravermə zamanı); 
 Platformanın kranı və ehtiyat generatoru (istismaravermə zamanı); və 
 Platformanın əsas generatorları (istismaravermə zamanı). 
 
Cədvəl 5.17 ŞD2 qurudakı müntəzəm və qeyri-müntəzəm tikinti və istismaravermə 
fəaliyyətləri ilə əlaqədar olan İXQ və qeyri-İXQ emissiyalarının təxmini 
həcmləri 
 
  
Dayaq blokunun və körpünün 
inşası 
Üst tikilinin inşası 
Üst tikililərin istismar a 
verilməsi 
Cəmi 
CO
2
 (kton) 
24.5 22.8 
11.6 
58.9 
CO (ton) 
88.2 83.9 
5.5 
177.6 
NO

(ton) 
355.2 336.4 
55.7 
747.3 
SO
2
 (ton) 
30.6 28.6 
14.5 
73.6 
CH

(ton) 
1.1 1.0 
0.1 
2.2 
QMUÜK (ton) 
11.6 11.0 
1.3 
24.0 
İXQ (kton) 
24.5 22.9 
11.6 
58.9 
Emissiyaların təxmini ehtimallarına dair müfəssəl məlumat üçün Əlavə 5A-ya istinad edin. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/43
5.6.9.2 Dənizə axıdılan atqıların xülasəsi 
 
ŞD2 çərçivəsində quruda aparılan tikinti və istismaravermə işləri zamanı planlaşdırılan dənizə 
müntəzəm atqılar soyuducu su sistemi ilə bağlı olacaqdır. Altı aylıq istismaravermə  işləri 
müddətində ümumilikdə dənizə təxminən 600m
3
/saat neytrallaşdırılmış dəniz suyu axıdılacağı 
hesablanıb (Bölmə 5.6.7.1-ə istinad edin). Əlavə olaraq, gəminin yenidən işə salınması 
zamanı yanğınsöndürmə sisteminin sınağından su əsaslı təbəqə əmələ gətirən köpük atqıları 
(AR-AFFF və ya AFFF məhsulları)proqnozlaşdırılır (Bölmə 5.6.2-yə istinad edin).. 
 
Tikinti sahələrində 3 kateqoriyaya aid drenaj suyu olacaq: 
 
 
Fekal (qara) və məişət çirkab (boz) suları – tikinti-quraşdırma sahəsində (sahələrində) 
əmələ  gələn fekal və  məişət çirkab suları sahədəki kanalizasiya xətləri və çuxurları 
vasitəsilə toplanılacaq, sonra isə  təmizlənmək və utilizasiya edilmək üçün ya 
avtosisternlər vasitəsilə, ya da kanalizasiya xətləri ilə  şəhər çirkab suları  təmizləmə 
qurğusuna göndəriləcək.  Əgər tikinti sahəsində  fəaliyyət göstərən çirkab suyun 
təmizləmə qurğusu olarsa, sahənin operatoru atqı standartını ETSN ilə razılaşdırmağa 
və ETSN tərəfindən qoyulmuş atqıya dair icazə  şərtlərini təmin etməyə cavabdeh 
olacaq; 
 
Təhlükəli sahə drenajı – tikinti sahəsindəki (sahələrindəki) təhlükəli materialların 
saxlanıldığı, müntəzəm olaraq istifadə edildiyi sahələrdən drenaj suları saxlanacaq, 
avtosisternlərlə  yığılacaq, maye tullantıları kimi təhvil veriləcək və sahədən 
kənarlaşdırılacaq.  Əgər tikinti-quraşdırma sahəsində  fəaliyyət göstərən çirkab suyun 
təmizləmə qurğusu olarsa, sahənin operatoru atqı standartını ETSN ilə razılaşdırmağa 
və ETSN tərəfindən qoyulmuş atqıya dair icazə  şərtlərini təmin etməyə cavabdeh 
olacaq;
13
 
 Yağış sularının drenaj sistemi – sahədə su daşqınına və su gölməçələrinin 
yaranmasına yol verməmək üçün çirklənməmiş yağış suları birbaşa quru, yaxud dəniz 
mühitinə axıdılacaq. 
 
5.6.9.3 Təhlükəli və təhlükəsiz tullantılar barədə xülasə 
 
Qurudakı tikinti və istismaravermə  işləri  ərzində  əmələ  gələcək təhlükəli və  təhlükəsiz 
tullantıların hesablanmış miqdarı  Cədvəl 5.18-də  təqdim olunur. Bu həcmlər  əvvəlki AÇG 
fazaları  çərçivəsindəki platformaların inşası üzrə qeydə alınmış tullantı göstəricilərinə 
əsaslanaraq və  ŞD2 Layihəsi ilə bağlı qurudakı tikinti işlərinin həcmini nəzərə alaraq 
hesablanmışdır.  
 
Quruda platformanın və sualtı infrastrukturun inşası  və istismara verilməsi zamanı  əmələ 
gələn bütün tullantılar AGT-nin hazırda mövcud olan idarəetmə planlarına və prosedurlarına 
uyğun olaraq idarə olunacaq. 
 
                                                      
13
 Dağılmalara qarşı müzakirələr üçün Fəsil 14-ə müraciət edin.
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə