Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə24/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/49
5.7.7 Platformanın quraşdırılması, nizamlanması  və istismara verilməsi – 
emissiyalar, atqılar və tullantılar 
 
5.7.7.1 Atmosferə buraxılan emissiyalar haqqında xülasə 
 
Cədvəl 5.20-də platformanın quraşdırılması, nizamlanması  və istismara verilməsi  ərzində 
aşağıdakılardan ibarət  əsas mənbələrdən  əmələ  gəlməsi proqnozlaşdırılan müntəzəm  İXQ 
(yəni CO
2
 və CH
4
) və qeyri-İXQ emissiyalarının xülasəsi verilir, o cümlədən: 
 
 Dayaq 
blokunun 
quraşdırılması zamanı istifadə olunan gəmilərin mühərrikləri və 
generatorları; 
 Üst 
tikililərin quraşdırılması zamanı istifadə olunan gəmilərin mühərrikləri və 
generatorları;  
 Quraşdırma və istismaravermə zamanı köməkçi gəmilərin mühərrikləri; və 
 
İstismaravermə zamanı müvəqqəti generatorlar; 
 
Cədvəl 5.20 ŞD2 Layihəsi platformasının quraşdırma, birləşdirmə və istismaravermə 
işləri ilə əlaqədar hesablanmış İXQ və qeyri-İXQ emissiyaları 
 
 
Dayaq bloklarının 
quraşdırılması 
Üst tikililərin və 
körpünün 
quraşdırılması 
Birləşdirmə və 
istismaravermə işləri 
zamanı istifadə edilən 
Köməkçi gəmilər 
İstismara vermə 
Cəmi 
CO
2
 (kton) 
11.0 5.3 
2.1  40.3 
58.7 
CO (ton) 
27.5 13.3 
5.3  11.6 
57.7 
NO
x
 
(ton) 
202.5 98.2 
38.9  170.1 
509.8 
SO
x
 
(ton) 
27.5 13.3 
5.3  50.4 
96.5 
CH
4
 
(ton) 
0.9 0.4 
0.2  0.4 
2.0 
QMUÜK (ton) 
8.2 4.0 
1.6  3.7 
17.5 
İXQ (kton) 
11.0 5.3 
2.1  40.3 
58.8 
Emissiyaların təxmini hesablamalarına dair müfəssəl məlumat üçün Əlavə 5A-ya, gəmilərin sayı və istifadə müddəti üçün isə Əlavə 
5F-yə istinad edin. 
 
5.7.7.2 Dənizə axıdılan atqıların xülasəsi 
 
Platformanın quraşdırılması, birləşdirilməsi və istismara verilməsi zamanı  dənizə müntəzəm 
atqılar aşağıdakılardan ibarətdir: 
 
 Dayaq 
blokunun 
quraşdırılması zamanı istifadə olunan ballast suyu (Bölmə 5.7.2-yə 
istinad edin); 
 
Dayaq blokunun sementlənməsi zamanı cüzi miqdarda sement itkiləri (Bölmə 5.7.2-yə 
istinad edin); 
 Üst 
tikililərin domkratla qaldırılması  işlərindən meydana çıxan qum (Bölmə 5.7.3-ə 
istinad edin); 
 Suçiləmə və köpük sisteminin sınaqdan keçirilməsindən meydana çıxan dəniz suyu və 
AFFF (Bölmə 5.7.4-ə istinad edin);və 
 
Cədvəl 5.19-da təsvir olunmuş qaydada quraşdırma işlərindən və köməkçi gəmilərdən 
atqılar.  
 
5.7.7.3 Təhlükəli və təhlükəsiz tullantılar barədə xülasə 
 
ŞD2 platformasının quraşdırılması, birləşdirilməsi və istismara verilməsi zamanı  əmələ 
gələcək təhlükəsiz və  təhlükəli tullantıların təxmini hesablanmış miqdarları  Cədvəl 5.21-də 
təqdim olunmuşdur. Həmin miqdarlar əvvəlki AÇG fazaları  ərzində  əldə olunmuş 
göstəricilərdən istifadə etməklə hesablanmışdır. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/50
 
Platformanın quraşdırılması, birləşdirilməsi və istismara verilməsi zamanı  əmələ  gələn 
tullantılar mövcud AGT idarəetmə planlarına və prosedurlarına uyğun olaraq idarə ediləcək.  
 
Cədvəl 5.21 Dəniz obyektlərinin quraşdırılması, nizamlanması və istismar ilə əlaqədar 
tullantıların proqnozu 
 
Klassifikasi
yası 
Fiziki forması 
Tullantı axınının adı 
Hesablanmış miqdarı (ton) 
Təhlükəsiz 
tullantılar 
 
Bərk tullantılar 
Məişət/ofis tullantıları 1,839 
Şırnaqlı dənəvər  təmizləmə materialı  
133 
Metallar – yonqar  
1,290 
Tullantı elektrik və elektron kabellər 5 
Kağız və karton 
69 
Plastik maddələr - təkrar emal edilməyən 31 
Taxta 169 
Maye tullantılar Yağ - mətbəx yağı 

Cəmi (təhlükəsiz) 3,535 
Təhlükəli 
tullantılar 
Bərk tullantılar: 
Akkumulyatorlar quru bölməli 
/Batareyalar - sulu bölmələr 

Tibbi tullantılar 1 
Çirklənmiş materiallar 
104 
 Lampalar 

Yağlı əskilər 12 
Toner və printer kartrici 

Maye tullantılar: 
Yağlar – sürtgü yağı 5 
Rənglər və örtüklər 27 
Həlledicilər, yağ təmizləyici vasitələr və 
durulducular 

Çən dibində şlamlar 30 
Su - hidravlik sınaq 3,841 
Su - yağlı 2,365 
Suya qatılan kimyəvi maddələr 1 
Ümumi(Təhlükəlilər) 6,392 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/51
5.8 Platformanın dənizdə quraşdırılması, birləşdirilməsi və istismara 
verilməsi 
 
5.8.1 Giriş 
 
ŞDB platformasından Səngəçal Terminalına qaz və kondensatın ixrac edilməsi üçün 
aşağıdakı sualtı boru kəmərləri quraşdırılmalıdır: 
 
 
İki 32” diametrli qaz ixrac boru kəməri; və 
 
Bir 16" diametrli kondensat ixrac boru kəməri. 
 
Əlavə olaraq, ŞDB platforma kompleksinə qurudan monoetilen qlikol (MEQ) idxal etmək üçün 
6" diametrli MEQ boru kəməri quraşdırılacaq. Dörd boru kəmərinin hamısının uzunluğu 
təxminən 90.3 km olacaq və onlar eyni boru kəməri dəhlizinə düzüləcəklər. Münasib dəstək 
təmin etmək üçün MEQ boru kəməri kondensat boru kəmərinin dənizdəki hissəsi ilə 
birləşdiriləcək (buna “daxil etmə” deyilir). Şəkil 5.16-da ŞDB platforma kompleksindən 
Səngəçal Terminalına ŞD2 sualtı boru kəməri dəhlizinin marşrutu göstərilir.  
 
5.8.2  ŞD2 sualtı boru kəmərinin texniki bütövlüyü və dizaynı 
 
ŞD2 sualtı boru kəmərləri karbon poladdan inşa ediləcək və elə dizayn olunacaq ki, ətraf 
mühit  şərtlərinə, o cümlədən dəniz suyunun xüsusiyyətlərinə  və geoloji təhlükələrə müvafiq 
olsun.  
 
Bütün boru kəmərləri protektor anodundan istifadə edən katodlu mühafizə sistemi ilə birgə 
örtük ilə qorunacaq. Bundan əlavə, boru kəmərinin daxili korroziyasını minimuma endirmək 
üçün karbohidrogen məhsuluna boru kəməri ilə  nəql olunmazdan əvvəl korroziya əleyhinə 
kimyəvi maddələr əlavə ediləcək.  
 
Boru kəmərləri 30 il istismar müddətinə layihələndirilir. Borunun ağırlaşdırılması üçün tələb 
olunan  əks üzmə müqaviməti səviyyəsini təmin etmək üçün qaz və kondensat boru 
kəmərlərinin əksər hissəsi boyu qalınlığı 40mm və 100mm arasında olan dəmir-beton örtük ilə 
təmin olunacaq. Tətbiq olunan hallarda dəmir-beton örtük həmçinin dənizin dibinə düşən 
əşyaların  mexaniki təsirindən də mühafizə olunmağa imkan yaradır. 
 
Sualtı qaz, kondensat və MEQ boru kəmərlərinin quruda yerləşən ümumi bir dəhlizlə 
çəkilməsi planlaşdırılır, bu da lövbər salan gəmilərin mümkün müdaxiləsini və düşən əşyaların 
ziyan vurması riskini minimallaşdırır. Yataqdaxili boru kəmərinin mövcud boru kəmər(lər)i ilə 
kəsişdiyi yerdə boru kəmərləri arasında daimi təcridi təmin etmək üçün kəsişmə 
konstruksiyalarının inşa edilməsi planlaşdırılır.  
 
Yuxarıda təsvir olunmuş  ŞD2 boru kəmərlərinin layihələndirilməsinə daxil edilmiş SQK 
mühafizə  tədbirlərinə  əlavə olaraq, boru kəmərinin texniki bütövlük sistemlərinə  həmçinin 
aşağıdakı tədbirlər daxil olacaq:  
 
 Monitorinq 
(təzyiq, axın və flüid çirkləndirici konsentrasiyalar); 
 Korroziyadan 
mühafizə; 
 
İnspeksiya (təftiş); 
 Fövqəladə hallara qarşı cavab tədbirləri; 
 
Dəyişikliklərin idarə olunması (məsələn, boru kəməri sisteminin modifikasiyaları); və 
 
Təminat.  
 
Bu, mövcud Dəniz Əməliyyatları üzrə Boru Kəmərinin Texniki Bütövlüyünün İdarə Olunması 
Sisteminin (BKTSİOS) (Fəsil 14-ə istinad edin) bir hissəsini formalaşdırır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə