Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/52 
Şəkil 5.16 Nəzərdə tutulmuş ŞD2 ixrac boru kəmərinin və MEQ idxal boru kəmərinin marşrutu 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/53
5.8.3 Boru 
kəmərinin quraşdırılması 
 
5.8.3.1 Dənizdə 
 
Dənizdə sualtı boru kəmərinin quraşdırılması  işləri üçün “İsrafil Hüseynov” borudüzmə 
barjından istifadə edilməsi planlaşdırılır. Quraşdırma işlərinin metodologiyası  əvvəlki AÇG 
layihələrinə müvafiq olacaq. Boru seksiyaları borulara örtük çəkmə sahələrindən boru daşıyan 
gəmilərlə borudüzən barja çatdırılacaq. Səngəçal buxtasının sahilyanı sahəsindən (8m 
dərinlikdə)  ŞDB platforma kompleksinə doğru sualtı boru kəmərlərinin quraşdırılması üçün 
borudüzən barj istifadə ediləcək. 
 
Borudüzmə barjında hər bir boru seksiyası özündən  əvvəlki seksiyaya qaynaq ediləcək
qaynaq tikişləri vizual şəkildə yoxlanılacaq və QDMS metodlarından istifadə etməklə bütövlük 
sınağından keçiriləcək. Sonra isə qaynaq sahəsi korroziya əleyhinə material ilə mühafizə 
olunmaq üçün yerindəcə örtüklənəcək. Boru kəməri “stinger” (barjın arxa hissəsindən kənara 
uzanan dayaq qolu) vasitəsilə borudüzmə barjının arxa hissəsindən tədricən suya 
salınacaqdır. Borudüzən barj boruları S şəklində düzür. Bu o deməkdir ki, boru kəməri dənizin 
dibində üfüqü vəziyyətdə düzülür, sonra su səviyyəsindən yuxarı qalxır və geri gəmiyə doğru 
burularaq elə üfüqü vəziyyətə düşür ki, boru kəmərinə üfüqü istiqamətdə boru birləşmələri 
əlavə edilir. Borudüzən barjın dartma sistemi borudüzmənin tənzimlənməsini və sabit sürətini 
təmin edir, eyni zamanda, boru kəmərinin konstruksiyası üçün təhlükəli olan əyilmə 
gərginliyini azaldır (Şəkil 5.17-yə istinad edin). 
 
Şəkil 5.17 S-şəkilli borudüzmə konfiqurasiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16" kondensat xətti və 6" MEQ xətti eyni zamanda quraşdırılacaq. 6" boru kəməri ayrıca 
qaynaq ediləcək, tamamlanmış seksiyalar isə gəminin arxa tərəfindən hərəkət etdiyinə görə, 
mexaniki üsulla bəndlə 16" boru kəmərinə birləşdiriləcək. 
 
Boru seksiyaları göyərtədə qaynaq edilib, yoxlanılıb, örtüklənib, sonra dəniz dibinə 
endirildikcə, barj tədricən irəliyə hərəkət edərək borudüzmə əməliyyatlarını davam etdirəcək. 
Barj öz mövqeyində 10 lövbər vasitəsilə saxlanılacaq, onlardan hər biri dəniz dibində 
təxminən 20m
2
və 2m dərinlikdə çuxur yaradacaq. Çuxurlar təbii şəkildə vaxt keçdikcə yenidən 
torpaqla dolacaq. Borudüzmə işləri davam etdikcə barjı irəliyə hərəkət etdirmək üçün lövbərlər 
vaxtaşırı olaraq 2 lövbər daşıyıcı köməkçi gəmi (daha bir gəmi isə ehtiyatda dayanacaq) 
vasitəsilə  hərəkət etdiriləcək. Bunun məsafəsi müxtəlif olsa da, adətən, hər bir borunun 
uzunluğu qədər yəni, 500 – 600m olur. Borudüzmə barjının yana doğru lövbərsalma məsafəsi 
tipik olaraq boru kəmərinin hər iki tərəfində 600 – 700m arasında olacaq. Dənizdə quraşdırma 
əməliyyatları boru kəməri dəhlizinin hər iki tərəfindəki 500 m-lik qadağan edilmiş zonada 
aparılacaq. Quraşdırma zamanı qadağan edilmiş zonanın siqnal üzgəcləri borudüzən barjın 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/54
ətrafında yerləşdiriləcək və qadağan edilmiş zonanı göstərəcək, başqa gəmilərin iş sahəsinə 
daxil olmamasını təmin edəcək. Borudüzmə işləri davam etdirildikcə, siqnal üzgəcləri marşrut 
boyu irəli çəkiləcək. 
 
Boru kəmərlərinin dəniz seksiyaları, ümumilikdə, birbaşa dəniz dibinə düzüləcək və sahilə 
yaxın sahədən başqa heç bir yerdə  xəndək işləri aparılmayacaq. Birbaşa dəniz dibinə 
düzülən hissələrin stabilliyi kəmər uzunluğunun  əksər hissəsində beton örtüklərlə  təmin 
ediləcək
15
. Aralıqlar/boşluqlar sement məhlulu ilə doldurulacaq və  əlavə  dəstəyin və ya 
əhatənin təmin olunması tələb olunduqda daşların atılması da istifadə olunacaq. 
 
Şəkil 5.16-da göstərildiyi kimi, Səngəçaldan təxminən 38km aralıda  ŞD2 boru kəmərlərinin 
mövcud AÇG və  ŞD1 ixrac boru kəmərləri və  əlaqədar təchizatlar (məsələn, kabellər) ilə 
kəsişməsi planlaşdırılır. Bunlara aşağıdakılar daxildir: 
 
 
ŞD1 12" Kondensat ixrac boru kəməri (ŞDA-dan Səngəçala), və 4" MEQ boru kəməri
 
ŞD1 26” qaz boru kəməri (ŞDA-dan Səngəçala); 
 
ŞD1 Fibro-optik kabel (Səngəçaldan SDA-ya); 
 ABƏŞ 14" lay suyu boru kəməri (AÇG-dən Səngəçala); 
 ABƏŞ 24" neft ixrac boru kəməri (AÇG-dən Səngəçala); 
 ABƏŞ Fibro-optik kabel (Səngəçaldan AÇG-yə); 
 ABƏŞ 28" Faza 1, Qaz ixrac boru kəməri (AÇG-dən Səngəçala); 
 ABƏŞ 30" Faza 1, Neft ixrac boru kəməri (AÇG-dən Səngəçala); və 
 ABƏŞ 30" Faza 2, Neft ixrac boru kəməri (AÇG-dən Səngəçala). 
 
Bu yerlərdə ŞD2 boru kəmərləri və mövcud boru kəmərləri kabellər arasında minimal ayırıcı 
məsafə təmin etmək üçün mövcud boru kəmərlərinin və xidmətlərin hər iki tərəfindən (dalğıc 
gəmisindən və ya borudüzən barjdan quraşdırılan) beton boru dirəkləri quraşdırılacaq. 
Kəsişmə  məsafəsini və dirəklərin ölçüsünü minimallaşdırmaq məqsədilə  kəsişmə bucaqları 
optimallaşdırılacaq və (mümkün qədər) 90
0
-yə çatdırılacaq. Nəzərdə tutulur ki, bu yolla 
mövcud xidmət sistemi örtüksüz və bənzər şəkildə olan təsirlərdən qorunur, əks halda bunu 
etməklə mövcud xidmət sisteminə potensial zərər dəyə bilər. 
 
5.8.3.2 Sahilyanı zona 
 
Sahilyanı zonada işə başlamazdan əvvəl boru kəməri sahilə çıxdığı yerdə təhlükəsiz düşərgə 
yaratmaq lazımdır və təklif edilən sahilyanı marşrut boyu dənizdə geotexniki tədqiqat işlərini 
aparmaq tələb oluna bilər. Dənizdə geotexniki tədqiqat işlərinə kerna-götürücü alətdən və ya 
nümunələrin götürülməsini asanlaşdırmaq üçün lazım olan hallarda bentonit qazma 
məhlulundan istifadə edən və  dənizə axıdan gəmidə quraşdırılmış qazma qurğusundan 
istifadə edərək dəniz dibindən nümunələr götürmək daxil olacaq. Düşərgə üçün sahənin 
təmizlənməsi və hamarlanması  İİİ  iş  həcminə daxildir. Düşərgədə  aşağıdakı müvəqqəti 
obyektlərin yaradılacağı  və sahilyanı boru kəmərinin quraşdırma fəaliyyətləri müddətində 
istifadə ediləcəyi nəzərdə tutulur: 
 
 Müvəqqəti ofislər və sosial-məişət obyektləri; 
 Qurğu və avadanlıqlar üçün təhlükəsiz sahə və yanacaq doldurulması; və 
 Tankerlər üçün yanalma dambaları sahələrindən qazılmış qruntun müvəqqəti 
saxlanması üçün sahə (bərpadan əvvəl və çimərlik və hidrosınaq işləri başa çatdıqdan 
sonra). 
 
Buna əlavə olaraq, magistral yoldan düşərgəyə yük maşınlarının və ekskavatorların istifadəsi 
üçün yararlı, çınqıl daşı ilə örtülmüş müvəqqəti yol inşa ediləcək.  
 
Sahilyanı zonada əvvəlki AÇG və  ŞD layihələrindəki ilə eyni sahil boru kəməri quraşdırma 
metodologiyası  təklif olunur. Sahilyanı zona üçün təklif olunan xəndək qazma metodu Şəkil 
5.18-də verilir.  
                                                      
15
 
MEQ boru kəməri antikorroziya örtüyü ilə  təmin olunacaq, lakin kondensat boru kəmərinə birləşdirildiyindən 
ballastın təmin edilməsi üçün beton örtüyünü tələb etməyəcək
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə