Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   2   3   4   5   6   7   8   9   ...   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/4 


Yekun variant

 

 



9.2  Əhatə dairəsinin müəyyənləşdirilməsinin qiymətləndirilməsi 

 

Nəzərəçarpan ekoloji təsirlərlə  nəticələnmək potensialının məhdud olması  səbəbindən  ŞD2 



Layihəsinin Qazma və Tamamlama işlərinin  əhatə dairəsindən çıxarılmış  fəaliyyətləri və 

əlaqədar hadisələr Cədvəl 9.2-də  təqdim olunur (ŞD2 Layihəsinin Qazma və Tamamlama 

fəaliyyətləri, hadisələr və qarşılıqlı  təsirlər üçün 9A əlavəsinə istinad edin). Əhatə dairəsinin 

müəyyənləşdirilməsi prosesində  çıxarılan nəticə  bənzər fəaliyyətlər və hadisələrlə bağlı 

əvvəlki təcrübəyə (xüsusən də  əvvəlki  ŞD və ya Azəri-Çıraq-Günəşli (AÇG) işlənmələri ilə 

bağlı olan təcrübəyə)  əsaslanır. Bəzi hallarda qərarı  əsaslandırmaq üçün əhatə dairəsinin 

müəyyənləşdirilməsi səviyyəsi üzrə  kəmiyyət/ədədi təhlildən istifadə edilmişdir. Bu hallarda 

müvafiq kəmiyyət göstəriciləri, təhlil, tədqiqat və/və ya monitorinq hesabatlarına istinad edilir.  



 

Cədvəl 9.2 ŞD2 Layihəsi üzrə “əhatə dairəsinə daxil edilməmiş” qazma və tamamlama 

fəaliyyətləri 

 

İD 



Fəaliyyət 

/ hadisə 

Fəsil 5 Layihənin 

Təsvirinə istinad  

“Əhatə dairəsinə daxil edilməmənin” əsaslandırılması 

Dri-R16 

Növbədə 


çalışan 

heyətin 


dəyişdirilməsi 

əməliyyatları 



M/O 

 Növbədə çalışan işçi heyətinin dəyişdirilməsi müntəzəm olaraq heyəti 

dəyişmə gəmilərindən istifadə etməklə həyata keçiriləcək (həftəyə təqribən 

3 səfər nəzərdə tutulur).  

 Az 

həcmdə atılan emissiyalar bütöv gəmi marşrutu boyunca və daha geniş 



ərazidə dispersiya olunacaq. Çirkləndirici konsentrasiyalardakı artımlar cüzi 

olacaq və mövcud fon konsentrasiyalarından fərqlənməyəcək. 

 Helikopterlərdən nadir hallarda istifadə ediləcək, məsələn, pis hava 

şəraitinə görə və ya fövqəladə hallar zamanı heyətin daşınması üçün gəmi 

ilə daşınma mümkün olmadıqda. Helikopter uçuşları Zabrat helikopter 

limanından həyata keçiriləcək. Uçuş marşrutunun bir hissəsi qəsəbə 

reseptorlarının üzərindən, lakin hündürdən (>500m) keçəcək. Səs-küy 

narahatlığı müvəqqəti, qısamüddətli və aşağı intensivlikdə olacaq.  

 Heyətin dəyişdirilməsi  əməliyyatlarından meydana çıxan emissiyaların və 

səs-küyün insan reseptorları üçün nəzərəçarpan təsirlə  nəticələnməyəcəyi 

gözlənilir. 

Yekun rəy: Heyətin dəyişdirilməsi  əməliyyatlarından meydana çıxan 

emissiyaların və  səs-küyün insan reseptorları üçün nəzərəçarpan təsirlə 

nəticələnməyəcəyi gözlənilir. 

Dri-R17 

Tullantıların 

idarə 

olunması 



5.4.9.3 

 

 



ŞD2 qazma və tamamlama fəaliyyətləri  ərzində  əmələ  gələn tullantılar 

SDQQ-nun  əvvəlki qazma işləri zamanı müntəzəm olaraq formalaşmış 

tullantıların növlərinə və miqdarına müvafiq olacaq. 

 SDQQ-dakı tullantılar mənbədə çeşidlənəcək, təyinatına uyğun 

konteynerlərdə saxlanılacaq və daşınacaq. 

 BDÖZ 


daxilində yerləşən təchizat bazasındakı MTTS-də qazma fazasından 

meydana çıxan bərk tullantıların  əsas qəbulu və toplanılması  məntəqəsi 

kimi istifadə olunacaq. 

 

ŞD2 qazma və tamamlama fəaliyyəti  ərzində formalaşan bütün tullantılar 



BP AGT Regionunun hazırda mövcud olan idarəetmə planlarına və 

prosedurlarına uyğun olaraq idarə olunacaq. BP 10 il ərzində SDQQ-nun 

qazma  əməliyyatlarından yaranan bənzər tullantıların idarə edilməsi üzrə 

böyük iş təcrübəsi qazanmışdır.  

  Mövcud BP AGT Regionun idarəolunması planları ilə uyğunlaşdırılmış 

SDQQ üçün tullantıların idarə olunması planları müəyyənləşdirilmişdir, 

bütün tullantı daşımaları nəzarət altında saxlanılacaq və sənədləşdiriləcək. 

Yekun rəy:  ŞD2 Layihəsi  ərzində formalaşan bütün tullantılar BP AGT 

Regionunun hazırda mövcud olan idarəetmə planlarına və prosedurlarına uyğun 

olaraq idarə olunacaq. Quru, yaxud dəniz mühitinə heç bir nəzərəçarpan təsir 

gözlənilmir. 



Dri-R18 

Qeyri-


mütəşəkkil 

emissiyalar. 



M/O 

 

Gəmidən SDQQ-nun bunkerlərinə quru yükün (əsasən sement və barit) 



köçürülməsi zamanı ventilyasiya xətləri vasitəsilə quru yükdən atmosferə 

bəzi atqılar baş verə bilər (istismar tələblərinin bir hissəsi kimi ventilyasiya 

xətləri açıq olmalıdır). 

 Köçürülmə müddəti təxminən 3-4 saat olacaq. 

  Quru yükün köçürülməsi zamanı ortaya çıxan qeyri-mütəşəkkil 

emissiyaların minimal olacağı  və  dəniz mühitinə  hər hansı  nəzərəçarpan 

təsirlə nəticələnməyəcəyi gözlənilir. 

Yekun rəy: Quru yükün köçürülməsi zamanı ortaya çıxan qeyri-mütəşəkkil 

emissiyaların minimal olacağı və dəniz mühitinə hər hansı nəzərəçarpan təsirlə 

nəticələnməyəcəyi gözlənilir. 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/5 


Yekun variant

 

İD 



Fəaliyyət 

/ hadisə 

Fəsil 5 Layihənin 

Təsvirinə istinad  

“Əhatə dairəsinə daxil edilməmənin” əsaslandırılması 

Dri-R19 

Dəniz dibinin 

bütövlüyünün 

pozulması 



5.4.1.1 

5.4.2.3 

5.4.4.2 

 SDQQ-nun 

lövbərinin salınması lövbərlərin və lövbər zəncirlərinin 

yerləşdirilməsinə görə ümumilikdə 190280m

2

 sahədə bütövlüyün pozulması 



ilə nəticələnəcək. 

 Geotexniki 

quyularla 

əlaqədar olan çərçivələr (4-ü planlaşdırılır) salınacaq 

və dəniz dibində qalacaq.  

 

AƏP və hasilatın idarəetmə cihazının quraşdırılması zamanı quyuağzını 



dəstəkləmək üçün hər quyu sahəsində quyuağzı dayaq quraşdırılacaq.  

Çərçivə quyuağzının yaxınlığında kiçik sahəni tutacaq.  

 Çöküntülərin yerdəyişməsi bentik orqanizmlərdə ölüm faizinin 

nəzərəçarpacaq səviyyələrə çatmasına səbəb olmayacaq.  Canlıların kiçik 

bir hissəsi çöküntünün səthinə yaxın bir yerə  çıxa bilməyəcək dərəcədə 

dərində basdırılmış ola bilər, lakin orqanizmlərin  əksəriyyəti lövbərlər və 

zəncirlər yığışdırıldıqdan, çərçivə  və dayaq yerləşdirildikdən sonra özlərini 

bərpa etmək iqtidarında olacaq. 



Yekun rəy: Hesab edilir ki, təsirlər mümkün qədər və lazımi dərəcədə minimuma 

endirilir və dəniz dibinin bütövlüyünün pozulmasına görə dəniz mühitinə heç bir 

nəzərəçarpacaq təsir yoxdur. 

 

Təsirin tam qiymətləndirilməsi prosesinə uyğun olaraq qiymətləndirilmiş  ŞD2 Layihəsi üzrə 



müntəzəm və qeyri-müntəzəm qazma və tamamlama fəaliyyətləri, onlarla əlaqədar hadisələr 

Cədvəl 9.3-də təqdim olunur. 



 

Cədvəl 9.3 ŞD2 Layihəsinin “qiymətləndirilmiş” qazma və tamamlama fəaliyyətləri 

 

ID 



Fəaliyyət / hadisə 

Fəsil 5 Layihənin 

Təsvirinə istinad 

Hadisə 

Reseptor 

Dri-R1 

Səyyar dəniz qazma qurğusunun 

(SDQQ) yedəklənməsi və lazım 

olan məntəqədə yerləşdirilməsi 



5.4.1.1 

Dənizə digər atqılar 

Dəniz 

mühiti 


Sualtı səs-küy və 

vibrasiya 

Atmosferə atılan 

emissiyalar (qeyri-İXQ) 

Atmosfer 

Dri-R2 

Gəmi təchizatı, o cümlədən SDQQ 

üçün təchizat və sahilə boşaldılma 

5.4.1.2 

Cədvəl 5.1 

Dənizə digər atqılar 

Dəniz 

mühiti 


Sualtı səs-küy və 

vibrasiya 

Atmosferə atılan 

emissiyalar (qeyri-İXQ) 

Atmosfer 

Dri-R3 

Dəniz suyu/PHB ilə qarışıq yüksək 

özlülüyə malik yuma məhlulları  və 

ya su əsaslı qazma məhlulları 

(SƏQM) ilə qazma (42”, 32” və 28” 

lülə seksiyaları və geotexniki 

quyular) 

5.4.2.4

 

 

Sualtı səs-küy və 

vibrasiya 

Dəniz 


mühiti 

Dənizə qazma işləri ilə 

bağlı atqılar 

Dri-R4 

Qalıq SƏQM-nin atqısı (28” lülə 

seksiyaları və geotexniki quyunun 

qazılmasından sonra) 



5.4.2.4 

Dənizə qazma işləri ilə 

bağlı atqılar 

Dəniz 


mühiti 

Dri-R5 

QMGVS-nin sıradan çıxmasına 

görə 28” lülə seksiyasından atqı 

5.4.2.4

 

Dənizə qazma işləri ilə 

bağlı atqılar 

Dəniz 


mühiti 

Dri-R6 

Qeyri-SƏQM ilə qazma (lülənin 

aşağı seksiyasının qazılması) 

5.4.2.4 

Sualtı səs-küy və 

vibrasiya 

Dəniz 


mühiti 

Dri-R7 

Dəniz dibinə sementləmə fəaliyyəti 

nəticəsində atqılar (qoruyucu 

kəmərlərin sementləməsi və 

quyuağzı dayağın quraşdırılması 

nəticəsində) və dəniz dibinə artıq 

sementin axıdılması (qoruyucu 

kəmərlərin sementləməsindən 

sonra) 

5.4.2.6 və 5.4.4.2

 

Dənizə sement atqıları 

Dəniz 

mühiti 


Dri-R8 

Məşəl atqılarının təmizlənməsi 



5.4.6

Atmosferə atılan 

emissiyalar (qeyri-İXQ) 

Atmosfer 



Dri-R9 

Quyunun sınağı ilə bağlı məşəldə 

yandırılma 

5.4.7

 

Dri-

R10 

SDQQ-nun enerji generatorları 



5.4.1.2 

Cədvəl 5.1

 

Atmosferə atılan 

emissiyalar (qeyri-İXQ) 

Atmosfer 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə