Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   11   12   13   14   15   16   17   18   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/27 


Yekun variant

 

platformasından meydana çıxan mövcud qazma işləri ilə bağlı atqıların bentik toplumlara çox 



məhdud təsiri müşahidə olunmuşdur.  

 

SDQQ-nun qazma, tamamlama və müdaxilə  fəaliyyətləri  ərzində qazma işləri ilə bağlı 



atqılarla əlaqədar monitorinq və hesabat vermə tələblərinə aşağıdakılar daxildir:  

 

 Qazma 



proqramı  ərzində qazma tələblərinə cavab vermək üçün qazma məhlulunun 

tərkibində  hər hansı  dəyişiklik olarsa, Dəyişikliklərin  İdarə Olunması Prosesinə riayət 

olunacaq (Fəsil 5, Bölmə 5.16). SƏQM-in sistemi dəyişərsə, ən azı “Xəzər dənizinə xas 

ekotoksiklik prosedurları”na uyğun olaraq sınaqlar həyata keçiriləcək və  nəticələr 

ETSN-nə təqdim ediləcək;  

 

SƏQM-də istifadə edilmək üçün təchiz olunan hər bir barit partiyası kadmium və civə 



miqdarını təsdiqləmək üçün təchizatçı tərəfindən sınaqdan keçirilir;  

 SDQQ-dən SƏQM və qazma şlamları axıdıldığı zaman xlorid konsentrasiyaları gündə 

iki dəfə təhlil edilir

 

Hər quyu seksiyasının sonunda axıdılan SƏQM və  şlamların, o cümlədən xlorid 



konsentrasiyalarının həcmi və tərkibi atqı hadisələri zamanı gündəlik qeydə alınacaq;  

 EMP-ə uyğun olaraq dəniz dibinə  və  dəniz dibi toplumlara mümkün təsirlərə  nəzarət 

edilir. EMP çərçivəsindəki monitorinqin nəticələri hər il ETSN-ə təqdim olunur; və 

 

Fəaliyyətlərin tamamlanması/quyunun ləğv edilməsinin ardınca ETSN-ə  təqdim edilən 



Quyunun Tamamlanması üzrə  Ətraf Mühitin Mühafizəsi ilə bağlı Hesabatda qazma 

işləri ilə əlaqədar atmosferə atılan aşağıdakı müvafiq emissiyalar göstəriləcək:  

o

 Atılan qazma şlamlarının və qazma məhlullarının həcmləri və tərkibi; 



o

 Qazma 


üzrə istifadə olunan kimyəvi maddələrin həcmləri

o

 Atılan qazma məhlullarında xlorid konsentrasiyaları; 



o

 Atılan qazma məhlulları ilə əlaqədar məhlulun növü və məhlul sistemi və əlaqədar 

kimyəvi maddələrin adları və OCNS kateqoriyaları. 

 

Bu tələblər hər SDQQ üzrə Ətraf Mühitin İdarə edilməsi Sisteminə (ƏMİES) daxil edilmişdir ki, 



bu da bu ƏMSSTQ sənədinin Fəsli 14 Bölmə 14.5-də göstərilən AGT Regionu üzrə ƏMİES ilə 

uyğunlaşdırılmışdır.   

 

Hesab olunur ki, təsirlər mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki 



baxımdan mümkün və zəruri olduğu qədər  minimuma endirilir və əlavə heç bir təsirazaldıcı 

tədbir tələb olunmur. 



 

9.4.3 Sement 

atqıları 

 

Fəsil 5 Bölmə 5.4.2.6 və 5.4.9.2-də qeyd edildiyi kimi, bütün lülə seksiyalarının 



sementlənməsi və geotexniki quyuların tıxaclanması zamanı dəniz mühitinə sementin atılması 

gözlənilir. Bununla yanaşı, bu fəaliyyətlərin tamamlanmasından sonra SDQQ-dan sement 

artıqlarının axıdılması gözlənilir. 

9.4.3.1 Təsirlərin azaldılması 

Qazma və tamamlama fəaliyyətləri ərzində sementin axıdılması ilə əlaqədar mövcud nəzarət 

tədbirlərinə aşağıdakılar daxildir: 

 

 Sementləmə  işlərində istifadə olunan kimyəvi maddələr az toksikliyə malikdir (BK-nın 



OCNS üzrə Qızıl “Gold” və “E” kateqoriyaları, yaxud buna bərabər toksiklikdə); 

 Sement 

elə layihələndirilir ki, ətrafa geniş şəkildə yayılmadan dəniz mühitində bərkiyə 

bilsin; 


 

Hər bir qoruyucu kəmərin yerində sementlənməsi üçün istifadə olunan sementin həcmi 

fəaliyyətə başlamazdan  əvvəl hesablanır. Qoruyucu kəmərin etibarlı  şəkildə 

sementlənməsini təmin etmək üçün kifayət qədər sementdən istifadə ediləcək və dəniz 

dibinə atılan sement itkilərini minimuma endirməklə yanaşı, texniki təhlükəsizlik və 

hasilat baxımından son dərəcədə mühüm olan bu fəaliyyətin səmərəli tamamlanması 

üçün lazımi konstruksiyalar təcrid ediləcək;  və  



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/28 


Yekun variant

 

 Qazma 



fəaliyyətləri, o cümlədən sementləmə zamanı vaxtaşırı  MİOA tədqiqatları 

həyata keçirilir; Dəniz dibindəki artıq sement həcmi müşahidə edilir və sement atqılarını 

minimuma endirmək tələb olunduqda, düzəldici tədbirlər həyata keçirilir. 

9.4.3.2 Hadisənin miqyası 

 

Təsviri 

 

İki fəaliyyət növünün qazma işləri zamanı sement atqıları baş verəcək: 



 

 Quyuların ardıcıl qoruyucu kəmərlərinin sementlənməsi, geotexniki quyunun 

tıxaclanması  və quyuağzı dayağın sementlənməsi zamanı, lakin quyuağzı dayağın 

sementlənməsi nəticəsində sement atqıları cüzi olacağının gözlənilməsini nəzərə 

almaq lazımdır.  

 

Rayzeri olmayan QMGVS 28" lülə seksiyasının sementlənməsindən sonra istifadə 



ediləcək ki, bu da artıq sementin çox hissəsinin SDQQ-na qaytarılmasına imkan 

yaradacaq. 42” və 32” lülə seksiyalarından sement atqısı birbaşa dəniz dibinə atılacaq. 

Hadisənin müddəti təxminən hər qoruyucu kəmər üzrə bir saat təşkil edəcək; və     

 

 Sement 



atqıları yuyulma fəaliyyətləri zamanı da yaranacaq, burada sement qurğusu və 

əlaqədar  şlanqlarda qalan sement su ilə  məhlul halına salınacaq (təxminən 10:1 

durulaşdırma) və  dəniz səthindən aşağıda yerləşən  şlanq vasitəsilə SDQQ-dan 

axıdılacaq. Məhlul təxminən dəqiqədə 8 barel (1,3 m

3

) sürətlə, hər atqı üzrə bir saatdan 



artıq olmamaq şərtilə axıdılacaq. Bu atqı sürəti təxminən dəqiqədə 250kq sementə 

bərabərdir. 

 

Qiymətləndirmə 

 

Dəniz dibinə sement atqıları 

 

Dəniz dibində atılan sementin dispersiya olunacağı gözlənilmir (dəniz mühitində  bərkimək 



üçün layihələndirilib), ona görə də, sement yerindəcə bərkiyəcəkdir. Kimyəvi baxımdan faktiki 

təsirsiz olan sementdən hər hansı kimyəvi maddə sızmasının baş verəcəyi gözlənilmir. Buna 

görə də, sement atqısının təsiri quyunun bilavasitə ətrafındakı kiçik sahə ilə məhdudlaşacaq.   

 

Hər quyu üçün birbaşa dəniz dibinə atqı ümumilikdə  təxminən 200,78 ton olacaq. Bunun 3 



ayrı halda baş verəcəyinə baxmayaraq, ən böyük potensial təsir sahəsi bu həcmin vahid 

nazik/dayaz qat əmələ  gətirdiyini hesablana bilər. Bu qatın 30sm dərinlikdə olması ehtimal 

edilərsə, bu halda sementin yayılacağı maksimum məsafə  təxminən 9,5m olmalıdır və bu 

səbəbdən, dəniz dibinə atqının təsiri minimal olacaq. Belə ki, bu ərazi 42” və 32” lülə 

seksiyalarından  şlam atqısının bundan əvvəlki təsirinə  məruz qalmış  ərazi daxilində  

yerləşəcək. 

 

Yuyulma nəticəsində sement atqıları 

 

Sementin tərkibi  Əlavə 5B Cədvəl 2-də  təfsilatlı  şəkildə göstərilir; bütün quyular və lülə 



seksiyaları üçün əsas komponent (kütləsinə görə sementin 63-95 %-ni təşkil edən) G 

kateqoriyalı sement olmuşdur ki, bu da ekoloji nöqteyi-nəzərdən təsirsiz bərk maddədir.   

Kütləsinə görə bu sementin digər əsas komponentlər də təsirsizdir – bunlar əsasən silikat və 

gematitdir. Hər quyu və lülə seksiyası üzrə artıq sement atqısının ümumi miqdarı  Fəsil 5 

Cədvəl 5.7-də göstərilir.  

 

Məhlulun 1.3m



3

/dəq sürəti ilə axıdılması ilkin 30-40sm/s sürəti ilə aşağı istiqamətli şleyf əmələ 

gətirəcək. Atqı yalnız su ilə qarışdırılmış G kateqoriyalı sementdən ibarət olacaq. 

 

Atqılar hər hansı sementləmə işindən sonra, o cümlədən 28", 18", 16'', 11 



1

/

4



", 10"x10 

3

/



4

" lülə 


quyruğu və anker, eləcə də 36", 22" and 13 

3

/



8

"x13 


5

/

8



" qoruyucu kəmərin sementlənməsindən 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə