Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   11   12   13   14   15   16   17   18   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/32 


Yekun variant

 

Qiymətləndirmə göstərdi ki, dəniz dibinə sement atqılarının və sement qurğusunun yuyulması 



nəticəsində atqıların bentik onurğasızlara az mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.  

Sementin tərkibindəki kimyəvi maddələr elə layihələndirilib ki, onlar az toksikliyə malikdir, 

kimyəvi baxımdan təsirsizdir və  dəniz mühitində  bərkiyəcək. Ona görə  də, dənizin dibində 

quyuların bilavasitə ətrafındakı ərazi təsirə məruz qalacaq.  

 

Sement qurğusunun yuyulma atqılarına gəldikdə, atqı daxilində olan bərk maddələr geniş 



ərazidə  dəniz dibinə çökəcək, lakin bu atqıların miqdarı qazma məhlulu atqıları ilə 

müqayisədə azdır və mövcud dəniz dibi təsirlərdə heç bir nəzərə çarpan fərq yaratmayacaq.  

Su sütununda təsirlər cüzi olacaq və atqı  məntəqəsindən qısa məsafə (150 m-dən az) ilə 

məhdudlaşacaq. Həm bərk maddələr, həm də kimyəvi dispersiya şleyfləri atqı 

dayandırıldıqdan sonra sürətlə dispersiya olunacaq və ona görə də: 

 

 



Heç bir tək atqı hadisəsi nəzərəçarpan təsir yaratmayacaq; və  

 

Hər hansı quyuda ardıcıl atqı hadisələri üst-üstə düşməyəcək və kumulyativ təsirə 



malik olmayacaq.  

 

SDQQ-nun qazma, tamamlama və müdaxilə fəaliyyətləri zamanı sement atqıları ilə əlaqədar 



məcburi monitorinq və hesabat vermə tələblərinə aşağıdakılar daxildir:  

 

 EMP-ə uyğun olaraq dəniz dibinə  və  dəniz dibi toplumlara mümkün təsirlərə  nəzarət 



edilir. EMP çərçivəsindəki monitorinqin nəticələri hər il ETSN-ə təqdim olunur; və 

 

İstifadə edilmiş və atılmış sement kimyəvi maddələrinin həcmi  gündəlik qeydə alınacaq 



və quyuların qazılması  və sementlənməsi fəaliyyətlərinin ardınca ETSN-ə  təqdim 

ediləcək Quyunun tamamlanması üzrə  Ətraf Mühitin Mühafizəsi Hesabatına daxil 

ediləcək. 

 

Bu tələblər hər SDQQ üçün Ətraf Mühitin İdarə edilməsi Sisteminə (ƏMİES) daxil edilmişdir 



ki, bu da bu ƏMSSTQ sənədinin Fəsil 14 Bölmə 14.5-də göstərilən AGT Regionu üzrə ƏMİES 

ilə uyğunlaşdırılmışdır.  

 

Hesab olunur ki, təsirlər mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki 



baxımdan mümkün və zəruri olduğu qədər  minimuma endirilir və əlavə heç bir təsirazaldıcı 

tədbir tələb olunmur. 



 

9.4.4 AƏP-nin sınağı  

9.4.4.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Fəsil 5 Bölmə 5.4.4-də qeyd edildiyi kimi, quyunun hasilat qurğularını quraşdırmazdan əvvəl 



quyudakı  təzyiqə  nəzarət etmək üçün bütün quyularda atqı  əleyhinə preventorlar (AƏP) 

quraşdırılacaq. Təhlükəsizlik nöqteyi-nəzərindən AƏP hər həftə sınaqdan keçiriləcək və bu da 

yoxlama məhlullarının dənizə axıdılması ilə  nəticələnəcək. Gözlənilən atqılar və  hər atqı 

hadisəsinin müddəti Cədvəl 5.10-da təfsilatlı  şəkildə göstərilir. 2 AƏP-un sınağı  nəticəsində 

13,8 dəqiqə  ərzində ümumi 2052 litr AƏP məhlulunun atıldığı hesablanmışdır. Tək AƏP 

sınağı 1026 litr atqı ilə  nəticələnir. Tək və 2 AƏP sınağı qazma və tamamlanma proqramı 

ərzində ardıcıl həftələrdə həyata keçirilmişdir.   

 

AƏP məhlulu xüsusi təzyiqə nəzarət məhlulundan (Stack Magic ECO Fv2), propilen qlikoldan 



və sudan ibarətdir. Stack Magic ECO Fv2 məhlulunun aktiv komponentləri və bu məhsulun 

tipik proporsiyaları, AƏP məhlulundakı propilen qlikol və su bütövlükdə Cədvəl 5.9-da xülasə 

şəklində sadalanır. Komponentlərin proporsiyaları  fərqli ola biləcəyinə görə, təsirin 

qiymətləndirilməsi onların hər birinin ən yüksək proporsiyalarına  əsaslanıb (Cədvəl 5.9-da 

qalın hərflərlə göstərilib). 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/33 


Yekun variant

 

Qiymətləndirmə 



 

Atqının ekotoksikoloji risk qiymətləndirməsi aparılmışdır. Bu, məhsulun və ümumi AƏP 

məhlulunun komponentlərinin su mühiti üçün toksikliyi barədə mövcud məlumatlara əsaslanır.  

Məhsulun və ya bütövlükdə AƏP məhlulunun kəskin toksikliyinə dair heç bir göstərici mövcud 

deyil. Buna müvafiq olaraq, iki məlumat mənbəyindən istifadə edilmişdir:   

 

 ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (ƏMMA) Meksika Körfəzinin Qərb Sahillər 



üçün təyin etdiyi tələblərə uyğun olaraq məhsul üzərində aparılmış xroniki testlərin 

nəticələri; və 

 Ayrı-ayrı kimyəvi komponentlərin kəskin toksikliyinə dair ədəbiyyatdakı göstəricilər. 

 

ABŞ-ın  ƏMMA-nın sınaq nəticələri (mizida krevetləri və balıqlar üzərində inkişafın 



ləngiməsinə dair test) bütün 200 mq/l məhsul konsentrasiyasında heç bir təsirin olmadığını 

göstərib. Bu nəticələr propilen qlikolun AƏP məhlulunun ümumi toksikliyindəki rolunu nəzərə 

almır.   

 

AƏP məhlulunun ümumi toksikliyini hesablamaq məqsədilə güman edilmişdir ki, məhsulun 



ÖK

50

 göstəricisi xroniki təsirsiz qiymətin on mislini təşkil edir. Bu, kəskin toksiklik 



məlumatlarına 10 təhlükəsizlik əmsalının tətbiq edilməsi ilə bağlı risk qiymətləndirməsi şərtinə 

əsaslanır (qısamüddətli atqılar üçün). Ədəbiyyatdan götürülmüş göstəricilər geniş çeşiddə 

metodologiyaları  və test orqanizmlərini  əhatə edirdi və  nəticədə istifadə edilən məlumatlar 

yalnız düzgün kəmiyyət sırasını  əks etdirmək üçün nəzərə alına bilər. Ayrı-ayrı komponent 

qiymətlərindən qarışığın toksikliyinin hesablanması prosesi də proqnozu məhdudlaşdırırdı, 

çünki toksikliyin sadə cəmlənməsini nəzərə almaq lazımdır. 

 

Baxmayaraq ki, propilen qlikol çox az toksikliyə (ÖK



50

s >10000 mq/l) malikdir, o, AƏP 

məhlulunun  əhəmiyyətli hissəsini təşkil edə bilər (25 %-ə  qədər, Cədvəl 5.9-a baxın) və bu 

səbəbdən hesablanıb ki, onun toksiklikdə payı Stack Magic ECO Fv2 məhlulunun payına 

oxşar olacaq.   

 

AƏP məhlulunun hesablanmış toksikliyi (ÖK



50

) təxminən 18000 mq/l-dən (ABŞ-ın ƏMMA və 

propilen qlikol göstəricilərinə əsasən) təxminən 15000 mq/l-dək (komponent və propilen qlikol 

göstəricilərinə əsasən) dəyişirdi. 

 

Qısamüddətli atqılar üçün, risk qiymətləndirməsi metodu kəskin toksiklik göstəricilərinə 10 



təhlükəsizlik əmsalının tətbiq olunmasından ibarətdir; buna müvafiq olaraq, AƏP məhlulunun 

təsirsiz konsentrasiyasının 1500mq/l və 1800mq/l arasında olacağı hesablanıb. Bu 

konsentrasiyalara çatmaq üçün atqı 550 və 650 dəfə arasında durulaşma tələb edəcək. Lakin 

toksikliyin hesablanmasında qeyri-müəyyənliyi nəzərə almaq üçün (konservativ hesablama 

kimi) tələb olunan təsirsiz durulaşma 2000 və 3000 dəfə arasında götürülmüşdür. 

 

Dispersiya  şleyflərinin ölçülərinin və dayanıqlığının kəmiyyətlə müəyyənləşdirilməsinə  və 



vizual  şəkildə göstərilməsinə imkan yaratmaq üçün Cədvəl 5.10-da atqıların dispersiyası 

modelləşdirilib. Vizualizasiya məqsədilə, şleyflər ayrı-ayrılıqda modelləşdirilib və təsvir olunub.  

Həcmlərin və atqı sürətlərinin diapazonunu əks etdirən dörd ssenarinin hər biri iki axın sürəti 

(0,01 m/s və 0,1 m/s) üzrə modelləşdirilib. Faktiki olaraq, şleyflərin müstəqilliyinin dərəcəsi hər 

bir ayrıca  əməliyyat arasındakı intervaldan asılı olacaq; əgər bu interval bundan əvvəlki 

əməliyyatdan irəli gələn  şleyfin dayanıqlıq müddətindən azdırsa, o zaman şleyflər bir-birinə 

yaxın olacaq. Şleyflərin bir-birinə yaxınlığı maksimum həcmə  təsir göstərəcək, lakin şleyfin 

eninə və ya AƏP-dən maksimum sıxışdırılıb çıxarılmasına təsir göstərməyəcək. Şəkil 9.11-də 

ən böyük atqı üçün şleyfin artımı  və yayılması qrafik şəkildə  təsvir olunub, yəni 3 dəqiqə 

ərzində 654 litr həcmində həlqəvi fəza atqısı. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə