Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/23 


Yekun variant

 

aşqarlar) su sütununda durulaşaraq dispersiya olunacaq və heç bir güclü, yaxud 



dayanıqlı təsirə malik olmayacaq; 

 Qazma 


əməliyyatlarının yaxınlığında yerləşən SƏQM ilə çirklənmiş qazma şlamlarının 

atıldığı yerdə aparılan monitorinqin nəticələri göstərir ki, qazma işlərində istifadə olunan 

kimyəvi maddələrin akkumulyasiyası mövcud deyil və yalnız atqının əhatə etdiyi ərazi 

daxilində (qazma sahəsindən 500 metrədək) bentoslara çox kiçik təsir mövcuddur; və 

 Qazma 

məhlulları  hərtərəfli sınaq və qiymətləndirmə prosesindən keçirilmişdir və 

onların mövcud əməliyyatlarda istifadə olunması ETSN tərəfindən təsdiqlənmişdir. 

 

Qazma məhlulunun tərkibi və toksikliyi 

 

ŞD2 Layihəsinin quyularında qazma üçün istifadə edilməsi nəzərdə tutulan SƏQM-nin təxmini 



tərkibi, eləcə  də, hər komponentin ətraf mühitdə transformasiyası  və  ətraf mühitə  təsirləri 

barədə qısa xülasə Cədvəl 9.13-də verilir. 

 

Cədvəl 9.13 SƏQM-nin təxmini tərkibi və ətraf mühitə transformasiyası 

 

Kimyəvi maddə 



Funksiyası 

Təhlükə 

kateqoriyası 

Ətraf mühitə transformasiyası və təsirləri 

Barit 


Ağırlaşdırıcı 

reagent 


Qatı narın toz.  Dəniz dibinə çökəcək. Ətraf mühit üçün 

təhlükəli hesab olunmur. 

Bentonit Qatılaşdırıcı E 

Təsirsiz gil.  Ətraf mühit üçün təhlükəli hesab olunmur. 

Susuzlaşdırılmış soda 

Qələviliyin 

tənzimlənməsi 

Suda həll olunan.  Su sütununda yayılacaq 



(dispersiyaya məruz qalacaq). Zərərli hesab olunmur. 

Polianion sellülozu 

Flüid itkisinə 

nəzarət etmək 

üçün suda həll 

olunan polimer 

Az toksikliyə malik və bioloji dağılmaya məruz qalan. 



Suda həll olunur və sürətlə yayılacaq (dispersiyaya 

məruz qalacaq). 

Ksantan qatranı Qatılaşdırıcı 

Təbii maddə.  Qeyri-toksik və bioloji parçalanan.  Suda 



həll olunur və su sütununda yayılacaq (dispersiyaya 

məruz qalacaq). 

Qoz qabıqları 

Məhlulun 

udulmasına qarşı 

tamponaj material/ 

boru təmizləyici 

Təbii üzvi material, ətraf mühit üçün zərərli hesab 



edilmir. Dəniz dibinə yavaşca çökəcək, geniş ərazi 

boyunca yayılacaq (dispersiyaya məruz qalacaq). 

Duzlar (KCI) 

Lülə stabilləşdirici/ 

gil inhibitləşdirici 

Təbii qeyri-üzvi maddə.  Ətraf mühit üçün zərərli hesab 



edilmir, su sütununda dərhal yayılacaq (dispersiyaya 

məruz qalacaq). 

Poliefiramin/Poliefiram

in Asetat Qarışığı 

Gil inhibitləşdirici QIZIL 

Birləşmiş Krallıq HOCNS QIZIL (GOLD) təsnifatı – az 

toksikliyə malik və az davamlı 

Alifatik üçqat 

sopolimer 

Çökməyə/çoxalma

ya qarşı aşqar 

QIZIL 


Birləşmiş Krallıq HOCNS QIZIL təsnifatı – az toksikliyə 

malik və az davamlı 

Efir/Alken C15-C18 

qarışığı 

Gil kapsullaşdırma 

reagenti 

QIZIL 

Birləşmiş Krallıq HOCNS QIZIL təsnifatı – az toksikliyə 



malik və az davamlı 

Polipropilen tellər 

Quyu lüləsini 

təmizləmə 

maddəsi 

QIZIL 


Birləşmiş Krallıq HOCNS QIZIL təsnifatı – az toksikliyə 

malik və təsirsiz 

 

Nəzərdə tutulan su əsaslı qazma məhlulunun üzərində 2007-ci ildə toksiklik sınaqları Xəzər 



zooplanktonundan, fitoplanktonundan və çöküntülərdə yaşayan orqanizmlərdən istifadə 

olunmaqla aparılmışdır. Su sütununda və çöküntüdə toksiklik səviyyəsi qiymətləndirilmişdir

7



Nəticələr cədvəl 9.14-də xülasə  şəklində  təqdim olunur. Hesablanmış  kəskin toksiklik 



səviyyələri HPBS-dəki xlorid konsentrasiyasına dair tələblərə uyğun olaraq SDQQ-dan 

axıdılmış SƏQM-nin 31 dəfə və 62 dəfə arasında (qazma məhlulunun tərkibindən asılı olaraq) 

durulaşmasını  tələb edir. SƏQM atqısından sonra çox tez bir müddətdə müvafiq durulaşma 

əmsalına nail olunacaq və atqının şleyfi çox kiçik olmaqla sürətlə dispersiya olunacaq. Cədvəl 

9.14-də verilmiş konsentrasiyalar çox güman ki, yalnız hər bir atqının müddəti  ərzində 

dayanıqlı olacaq. 



 

                                                      

7

  Sınaqdan keçirilmiş növlərə  aşağıdakılar daxildir: Zooplankton: 



Calanipeda aquae dulcis

; Fitoplankton



:  

Chaetoceros tenuissimus

 və Çöküntü: 



Pontogammarus maeoticus

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/24 


Yekun variant

 

Cədvəl 9.14 Dəniz suyu ilə qarışıq yüksək özlülüyə malik yuma məhlulunun və su əsaslı 



qazma məhlulunun toksiklik sınaqları (2007) 

 

Məhlulun növü 



Su sütunu 

Çöküntü 

Zooplankton 48 saat 

ÖK

50 



 (mq/l) 

Fitoplankton 72 saat 

EK

50

2

 (mq/l) 

Yanüzənlər 96 saat 

ÖK

50

1

 (mq/l) 

Dəniz suyu ilə qarışıq yüksək 

özlülüyə malik yuma məhlulu  (42” və 

32” seksiyalar) 

>32000 >32000  >32000 

KCİ məhlulu (28” seksiya) 

>10000 

>32000 


>32000 

Ultradril SƏQM (28” seksiya) 

>32000 

15591 


>32000 

Qeydlər 


1. ÖK50 - “Ölümcül Konsentrasiya 50” müəyyənləşdirilmiş müddət ərzində test edilən orqanizmlərin 50 %-nin ölümünə 

səbəb olmaq üçün maddənin hesablanmış konsentrasiyasıdır. 

2. EK50 – “Effektiv Konsentrasiya 50” maddənin elə bir konsentrasiyasıdır ki, o, müddət ərzində test edilən orqanizmlərin 

yarısına müəyyənləşdirilmiş qeyri-ölümcül təsir göstərir. Ölçülən təsirlər çox vaxt hasil olan cavan orqanizmlərin sayı, 

çoxalma müddəti və s.-dir. Fitoplankton halında artım səviyyəsini 50 %-ə qədər azaldığı konsentrasiyadır.. 

 

Cədvəl 9.15-də Orta Vəziyyət Miqyasını əks etdirən 7 qiymətinin təyin olunması əsaslandırılır. 



 

Cədvəl 9.15  Hadisənin miqyası 

 

Parametr 



İzahı 

Qiymətləndirmə 

Dərəcə/Miqyas 

Modelləşdirmə 200 ilə 400 m-lik ərazidə  şlamların çökməsi üçün potensialı 

göstərir (CŞ  ərazisində 6 quyudan). Monitorinq digər AÇG/ŞD quyularının 

qazılması üçün 500 m-dək məsafələrdə qazma şlamının mövcudluq əlamətlərini 

göstərir. 



Tezlik 

SƏQM-nin və  əlaqədar qazma şlamlarının atqısı  hər bir lülə seksiyası üzrə bir 

dəfə baş verəcək. 



Davametmə 

müddəti 

Atqının ümumi müddəti təxminən 800 saat təşkil edir. 



İntensivlik 

Tərkibi ilə bağlı olaraq və quyuların qazılmasından sonra aparılan tədqiqatların 

qazma işlərində istifadə edilmiş  aşqarların akkumulyasiya olunmadığına dair 

nəticələri və  əvvəlki toksiklik sınaqları ilə  əlaqədar qazma atqılarının aşağı 

intensivlikdə olacağı hesab edilir. 



Cəmi 





 

9.4.2.3 Reseptorun 

həssaslığı 

 

Suitilər və balıqlar 

 

Qazma işlərindən meydana çıxan atqılar, yuxarıda qeyd edildiyi kimi, məhdud müddətdə və 



ölçüdə bulanıq  şleyflər yaradacaq. Lakin bu şleyflər su sütununun kimyəvi çirklənməsinə 

səbəb olmayacaq və lokal miqyasdakı su sütununun əhəmiyyətli bir hissəsini  əhatə 

etməyəcək.  Gözlənilir ki, həm balıqlar, həm də suitilər şleyflərdən uzaqlaşacaq. 

 

Cədvəl 9.16-da Aşağı Reseptor Həssaslığını  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə