Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/16 


Yekun variant

 

Quyu sahələrinin yaxınlığında fəaliyyətlərin səbəb olduğu kumulyativ təsirlərin hər bir səs-küy 



mənbəyinin nisbətən kiçik akustik əhatə dairəsinə malik olması  səbəbindən meydana 

çıxacağı güman edilmir. 

 

Cədvəl 9.8-də Orta Vəziyyət Miqyasını əks etdirən 8 qiymətinin təyin olunması əsaslandırılır. 



 

Cədvəl 9.8  Hadisənin miqyası 

 

Parametr 



İzahı 

Qiymətləndirmə 

Dərəcə/miqyas 

Sualtı  səs emissiyalarının səs-küy mənbəyinin 13m xaricində yerləşən 

balıqların/suitilərin böyük uzaqlaşma reaksiyası ilə  nəticələnəcəyi güman 

edilmir.  



Tezlik 

Sualtı səs emissiyaları qazma proqramı ərzində davamlı olaraq baş verəcək. 



Davametmə 

müddəti 

Sualtı  səs emissiyaları bir həftədən artıq davam edəcək (hər quyu üzrə 

müəyyən edilmiş orta 265 günlük qazma proqramı ). 



İntensivlik 

Sualtı mühitdə  səsin konsentrasiyası, akkumulyasiyası  və dayanıqlığını 

nəzərə alaraq hesab olunur ki, bu, az intensivliyə malik hadisədir. 



Cəmi 

 

 



9.4.1.2   Reseptorun həssaslığı 

 

Sualtı səs-küyə münasibətdə müvafiq bioloji reseptorlar yalnız suitilər və balıqlardır



6

. Ən son 

məlumatlar göstərir ki, nəsli kəsilmək təhlükəsi altında olan Xəzər suitiləri  ŞD Müqavilə 

Sahəsindən keçərək miqrasiya edir (Fəsil 6 Bölmə 6.7.2.5 və  Əlavə 6D-yə istinad edin).  

Onların sayı il ərzində dəyişir və yay ayları ərzində Müqavilə Sahəsindən keçərək miqrasiya 

edən suitilərin sayı maksimuma çataraq 4000-dək fərd təşkil edir və  qış ayları  ərzində 

suitilərin sayı əhəmiyyətli dərəcədə azalır.  

 

Nəsli kəsilmək təhlükəsi altında olan digər bir növ hesab edilən nərə balığının mart/aprel 



aylarında və sentyabr ayından noyabr ayınadək ŞD Müqavilə Sahəsindən keçərək miqrasiya 

etdiyi məlumdur, lakin bu geniş yayılmış hal deyil və onlar müstəsna olaraq sözügedən 

sahədən istifadə etmir (6-cı  Fəslin 6.7.2.4-ci Bölməsi və  Əlavə 6C-yə istinad edin). Payız 

mövsümündə siyənək də Müqavilə sahəsindən keçərək miqrasiya edir. İl boyunca Mərkəzi və 

Cənubi Xəzər hövzəsində, o cümlədən Müqavilə sahəsində xulbalığı növləri mövcud olur

lakin qış ayları  ərzində birbaşa Müqavilə sahəsində kilkə  və kefal kimi yarım-köçəri balıq 

növləri də mövcud olur. Heç bir balıq növü Müqavilə sahəsi daxilində müstəsna  şəkildə 

mövcud deyil. 

 

Cədvəl 9.9-da Aşağı Reseptor Həssaslığını  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 

                                                      

6

 Plankton əmələ  gələn az tezlikli səsi hiss edə bilmir, çünki dalğanın uzunluğu orqanizmdən uzundur və bentik 



onurğasızlar xüsusi səs hiss etmə aparatına malik deyillər. 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/17 


Yekun variant

 

Cədvəl 9.9  Reseptorların həssaslığı (suitilər və balıqlar) 

 

Parametr 

İzahı 

Qiymətləndirmə 

Davamlılıq 

Növlərin qazma işlərindən və  gəmilərdən yaranan sualtı  səs-küyün təsirinə 

müvəqqəti məruz qalması mümkündür, lakin həmin təsir qısamüddətli və 

məhduddur və ekoloji funksionallıq qorunub saxlanılacaq. 

Mövcudluq 



Həm balıqların, həm də suitilərin  ŞD Müqavilə Sahəsində  məhdud dövrlərdə 

mövcud olacağı ehtimal edilir. Lakin ŞD Müqavilə Sahəsi bu növlər tərəfindən 

müstəsna şəkildə istifadə edilmir.  



Cəmi 



 

 



9.4.1.3 Təsirin əhəmiyyəti 

 

Cədvəl 9.10-də qazma işləri və  gəmilərin hərəkəti ilə  əlaqədar suitilərə  və balıqlara olan 



təsirlərin xülasəsi verilir. 

 

Cədvəl 9.10  Təsirin əhəmiyyəti 

 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun 

həssaslığı 

Təsirin əhəmiyyəti 

 

Qazma işləri və gəmilərin hərəkəti 



 

Orta 


(Suitilər və 

balıqlar) Aşağı



 

Cüzi mənfi 

 

Yuxarıdakı qiymətləndirmə göstərir ki, qazma işləri və gəmilərin hərəkəti nəticəsində suitilərə 

və balıqlara cüzi mənfi təsir proqnozlaşdırılır. Bu, konservativ qiymətləndirmə kimi nəzərdə 

tutulur, çünki modelləşdirmə göstərir ki, sualtı  səs-küy emissiyaları  çətin ki, mənbədən 98m 

məsafədə olan balıqların/suitilərin yayınma reaksiyası ilə nəticələnsin.  

 

Hesab olunur ki, təsirlər praktiki baxımdan mümkün və zəruri olduğu qədər minimuma endirilir  



və heç bir əlavə təsirazaldıcı tədbir tələb olunmur.  

 

9.4.2 Qazma 



işləri ilə bağlı atqılar 

 

Su  əsaslı qazma məhlulu (SƏQM) və  şlamların atqılarının  ŞD və AÇG-nin mövcud qazma 



təcrübələri ilə uyğun olması planlaşdırılır. Fəsil 5 Bölmə 5.4.1-də qeyd edildiyi kimi, 

quyulardan 12-si aşağıdakı cinahlar daxilində yerləşəcək: 

 

 WS 


cinahı – təxminən 390-470 m dərinlikdə dörd quyu

 ES 


cinahı - təxminən 490-530 m dərinlikdə dörd quyu; və 

 EN 


cinahı - təxminən 395-480 m dərinlikdə dörd quyu.  

 

Son dörd quyunun yerləri hələ təsdiq edilməmişdir və bu cinahlar daxilində və ya NF və ya 



WF cinahları daxilində olacaq. Şəkil 9.1-də nəzərdə tutulan qazma proqramı göstərilmişdir. 

9.4.2.1 Təsirlərin azaldılması 

 

Qazma işləri üzrə atqılar ilə əlaqədar mövcud nəzarət tədbirlərinə aşağıdakılar daxildir:  



 

 HPBS-nin 

tətbiq olunan tələblərinə uyğun olaraq, SƏQM “İstiqlal” və “Heydər  Əliyev” 

adına qazma qurğularından dəniz səviyyəsindən aşağıda atılacaq. Alternativ olaraq, 

SDQQ-dan SƏQM SDQQ-nun şlam novuna təchiz edilmiş şlanqdan istifadə edilməklə 

birbaşa dəniz dibinə axıdıla bilər;  

 ATMNƏQM və alçaq çalanın qazılması üçün istifadə olunan əlaqədar şlamlar SDQQ-yə 

qaytarılacaq və ayrılacaq. Ayrılmış ATMNƏQM lazım gəldikdə təkrar istifadə olunacaq 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə