Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/18 


Yekun variant

 

və qalıqları isə kənarlaşdırılmaq üçün sahilə qaytarılacaq. ATMNƏQM ilə əlaqədar olan 



qazma şlamları qazma qurğusunun göyərtəsində şlamlar üçün xüsusi ayrılmış qablara 

yığılacaq və sonra təmizlənmək və utilizasiya edilmək məqsədi ilə sahilə göndəriləcək. 

Hər hansı ATMNƏQM və ya onlarla əlaqədar  şlamların dəniz mühitinə atılması 

planlaşdırılmır. Ayrılmış ATMNƏQM mümkün olan hallarda yenidən istifadə ediləcək və 

onun qalan hissəsi utilizasiya edilmək üçün sahilə qaytarılacaq; 

 

SDQQ-nun qazma işləri zamanı  SƏQM praktiki cəhətdən mümkün olduğu qədər 



qazma şlamlarından ayrılacaq və təkrar istifadə ediləcək; 

 

SDQQ-nun  qazma işləri zamanı istifadə olunan SƏQM əlavələri az toksikliyə malikdir 



(BK-nın OCNS üzrə “Gold” və “E” kateqoriyaları, buna bərabər toksiklikdə); 

 

SƏQM formullarında istifadə edilmək üçün təchiz olunan barit partiyaları ağır metalların 



konsentrasiyaları üzrə  tətbiq olunan  standartlara cavab verir, yəni Civə <1 mq/kq və 

kadmium <3 mq/kq quru çəki (ümumi); 

 

Tərkibindəki xlor konsentrasiyası  qəbul edən suyun fon konsentrasiyasından dörd (4) 



dəfə artıq olan SƏQM və ya SDQQ-dən  əlaqədar qazma şlamlarının atqısı 

planlaşdırılmır; HPBS üzrə standart; və 

 

İstiqamətləndirici və geotexniki quyular, və quyuların yuxarı hissələri üçün bundan 



əvvəlki  ŞD quyularında istifadə edilmiş  məhlullarla eyni parametrlərə  və ekoloji 

göstəricilərə malik olan PHB məhlullarından və  SƏQM-dən istifadə etmək nəzərdə 

tutulur. Təmizləyici/qazma məhlulunun tərkibini dəyişmək və ya hər hansı kommersiya, 

yaxud texniki səbəblərdən fərqli qazma məhlulu seçmək lazım gələrsə, Dəyişikliklərin 

İdarə edilməsi Prosesinə (Bölmə 5.16-ya istinad edin) əməl ediləcək. 

9.4.2.2 Hadisənin miqyası 

 

Təsviri 

 

Dənizə atqılarla nəticələnməsi gözlənilən qazma fəaliyyətləri Fəsil 5 Bölmə 5.4.2, 5.4.2.4 və 



5.4.2.5-də müzakirə edilir. Dəniz suyu və PHB məhlulları, hər lülə üzrə atılmış  SƏQM və 

şlamların hesablanmış miqdarı  Cədvəl 9.11-də tonla göstərilir.  İki növ atqı hadisəsi baş 

verəcək: 

 

 



Geotexniki quyunun müntəzəm qazılması zamanı (dörd yerdə planlaşdırılır) 42" və 32" 

lülə seksiyasında və 28” lülələrin qazılması  və Qazma Məhlulunu Gerivurma 

Sistemlərinin sıradan çıxması zamanı dəniz dibinə atqılar; və 

 28” 


lülələrin müntəzəm qazılma fəaliyyətləri zamanı  və qalıq  şlamın atqısı üçün şlam 

kessonundan SDQQ-nun atqıları. 

 

Cədvəl 9.11 Hər lülə üzrə qazma zamanı atqı növlərinin xülasəsi 

 

Atqı yeri 



Lülənin 

ölçüsü 

Təsviri 

Qazma flüidi 

/ məhlulu 

sistemi 

Flüidlərin 

hesablanmış 

həcmi (ton) 

Şlamların 

hesablanmış 

həcmi (ton) 

Şərh 

Dəniz dibi 

12

1

/



4

” 

İstiqamətləndirici 



quyu 

SƏQM 


1,015 50 

2 sahədə 

planlaşdırı

lır 


9” Geotexniki 

quyu 


1,930 

75 


42” 

İstiqamətləndirici 

kəmər və səth 

lülələri 

Dəniz suyu 

və PHB 


məhlulu 

1,339 443 

16 quyu 

planlaşdırı

lır 

32” 1,339 



442 

SDQQ-nun 

şlam 

kessonu 


28” Səth lüləsi SƏQM 522  729 

Qalıq 


Qazma 

Məhlulu 


Geotexniki 

quyunun 


qazılmasının 

sonunda 


SƏQM 

495 0 


28” lülənin 

qazılmasının 

sonunda 

943 0 


 

Atılan flüidlərin gözlənilən tərkibi və funksiyası haqqında məlumatlar aşağıda Cədvəl 9.13-də 

göstərilir. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/19 


Yekun variant

 

Yığılmış qazma şlamları və sementi kənarlaşdırmaq üçün mexaniki qazma və ya dəniz suyu 



ilə  təmizləmə vasitəsilə qazma sahəsində  dəniz dibinin hamarlaşdırılması  tələb oluna bilər. 

Bərpa işlərinin potensial təsirlərinin Bölmə 9.4.2 və 9.4.3-də təsvir edilən təsirlərlə eyni və ya 

onlardan daha az olacağı nəzərdə tutulur və bu təsirlər növbəti hissələrdə müzakirə edilmir.  

 

Qiymətləndirmə 

 

Bir sıra  əvvəlki  Şahdəniz quyuları üçün SƏQM ilə qarışıq qazma atqılarının dispersiyası  və 



çökməsi ətraflı şəkildə modelləşdirilmişdir. Modelləşdirmə ŞD2 Layihəsi çərçivəsindəki bütün 

quyu yerləri üçün müvafiq olan qazma şərtlərini və suyun dərinlik diapazonlarını əhatə edir və 

modelləşdirməyə bu hissə daxilində  şlamların çökməsinin qiymətləndirilməsi haqqında 

məlumat daxil edilib. 

 

Dəniz dibinə atqılar 

 

Birbaşa olaraq dəniz dibinə atılan qazma şlamları suyun dərinliyinin və  cərəyanın məhdud 

təsirlərinə  məruz qalacaq. Əvvəlki modelləşdirmə göstərdi ki, qazma şlamlarının 90%-i 

quyuağzı zonanın 15-30m daxilində birbaşa qalaq şəklində  yığılacaq və 10 sm-dən artıq 

qalınlıqda formalaşan çöküntü quyuağzı zonadan 40 m-dən az radiusla məhdudlaşacaq.  

 

Eyni həcmli atqılar üçün aparılmış əvvəlki modelləşdirməyə əsasənşlam qalaqları 10,6-11,7 m 

arasında dəyişən maksimum çökmə qalınlığı ilə  nəticələnəcəyi, birbaşa qalaqlanma 15m 

daxilində formalaşması  və 1 mm-lik konturun maksimum əhatə dairəsi təxminən 95m təşkil 

edəcəyi gözlənilir.  

 

Hər bir quyu yerində quyular bir-birindən və manifoldun yerləşdiyi yerdən 25m məsafədə 



yerləşəcək. Buna görə  də, hər bir quyudan dəniz dibinə flüid və  şlam atqıları  nəticəsində 

yaranan çöküntülər müəyyən qədər üst-üstə  yığılacaq, lakin bu üst-üstə  yığılma yerlərində  

çöküntünün qalınlığı cəmi bir neçə millimetr təşkil edəcək. 

 

Geotexniki quyuların qazılması zamanı atılacaq  şlamların həcmi konduktor hissələri ilə 



əlaqədar atqılarla müqayisə edildikdə az olacaq və şlamlar çox kiçik ərazi səthinə çökəcək.  

Bu qazma məhlulu atqılarının həcmi 42" və 32"-lik seksiyaların qazılması zamanı yaranmış 

atqılarından həcmd nöqtəyi nəzərdən daha artıq lakin miqyasına görə eynidir; SƏQM-nin 

birbaşa dəniz dibinə atılmasının potensial təsirləri aşağıda daha təfərrüatlı müzakirə edilir.   

 

QMGVS sistemi sıradan çıxdıqda, qalıq məhlulun dəniz dibinə atılmasının HPBS üzrə 



duzluluqla bağlı  tələblərə uyğun olması üçün ikiqat və xloridin fon konsentrasiyalarına nail 

olmaq üçün 8 qat durulaşdırılması tələb olunacaq.   

 

Şlam kessonundan SDQQ-nun atqıları 

 

Şlam və qazma məhlulu atqılarının baş verəcəyi su dərinlikləri NF sahəsində 66-88 m, ES 

sahəsində isə 530-557 m arasında dəyişəcək.  Şlamlar və  məhlulun yığılacağı  ərazini 

qiymətləndirmək üçün hər iki su dərinliklərində atqılar modelləşdirilmişdir. Hər bir halda, 

buraya tək quyudan şlamların yığılması  və  hər dəstə üzrə maksimum 6 quyudan şlamların 

kumulyativ yığılması daxil edilmişdir. Lakin qeyd edilməlidir ki, hər hansı quyu dəstəsində 

bütün quyularda ardıcıl qazma işlərinin aparılması planlaşdırılmır. Növbəti quyular 

qazılmaqdan əvvəl quyulardan bəziləri tamamlanacaq, birləşdiriləcək və hasilata başlayacaq. 

Eyni zamanda, sualtı infrastrukturun quraşdırılmasına imkan yaratmaq üçün, zəruri olarsa, 

əvvəlki quyulardan yığılmış şlamlar eyni səviyyəyə gətiriləcək.  

 

Modelləşdirmə 28” lülənin qazılması zamanı şlam kessonundan gözlənilən atqılara (729 ton 



qazma  şlamı ilə 522 ton qazma məhlulu) və 28" lülə seksiyasının sonunda 943 tona qədər 

qazma məhluluna  əsaslanmışdır. 1 quyu və 6 quyunun atqı ssenariləri üçün NF və ES 

sahələrinin modelləşdirilməsinin nəticələri Cədvəl 9.6-dan 9.9-a qədər göstərilmişdir.  

Nəticələr Cədvəl 9.12-də xülasə şəklində təqdim olunur. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə