Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   11   12   13   14   15   16   17   18   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/34 


Yekun variant

 

Şəkil 9.11 Təxminən Durğun (0,01m/s) Axın Sürətində Həlqəvi Fəzanın Yuxarı 



Hissəsində Atqı 

 

 



 

 

 



 

206 seconds 

1021 seconds 

1501 seconds 

2011 seconds 

3001 seconds 

4021 seconds 

 

 



Qiymətləndirmə zamanı belə nəticə çıxarılmışdır: 

 

 



Ən böyük atqı üçün maksimum şleyf dayanıqlığı təxminən 77 dəqiqə, maksimum eni və 

uzunluğu müvafiq qaydada 51m və 81m və maksimum yerdəyişmə məsafəsi 98m olub; 

 

Ən kiçik atqılar (0,5 dəqiqə  ərzində 20 litr həcmində) üçün isə 3000 dəfə durulaşma 



üzrə  şleyfin dayanıqlığı  təxminən 3 və 12 dəqiqə arasında dəyişib, maksimum eni və 

uzunluğu müvafiq qaydada 5m və 7m təşkil edib və maksimum yerdəyişmə  məsafəsi 

13m olub; və 

206 İkinci 

1021 İkinci 

2011 İkinci 

1501 İkinci 

3001 İkinci 

4021 İkinci 

Cərəyanlar 

2000-qatlı

15.000 


30.000 (m) 

0

0.01 m/s 



15.000 

15.000 


15.000 

15.000 


15.000 

3000-qatlı

30.000 (m)

30.000 (m) 

30.000 (m) 

30.000 (m)

30.000 (m)

0



0




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/35 


Yekun variant

 

 Aralıq həcm üçün (1,16 dəqiqə  ərzində 70 litr həcmində alt boru sıxacının atqısı), 



şleyfin dayanıqlığı  təxminən 15 dəqiqə, maksimum eni və uzunluğu müvafiq qaydada 

26m və 37m təşkil edib və maksimum yerdəyişmə məsafəsi (hərəkəti) 37m olub. 

 

Bütün hallarda, şleyflər təxminən durğun (0,01m/s) axın sürətindəkinə nisbətən tipik (0,1m/s) 



axın sürətində daha dar, daha uzun və daha qısa olmuşdur. Ayrı-ayrı atqılar üçün, hər bir 

şleyf AƏP-dən ayrılır və  hərəkətdə olan axına düşən kimi dispersiya olur. Əgər atqılar vaxt 

etibarilə bir-birinə yaxın yerləşsə idi, davamlı  şleyf formalaşacaqdı ki, bu da yalnız sonuncu 

əməliyyat başa çatdıqdan sonra ayrılacaqdı. Baxmayaraq ki, şleyfin ölçülərindəki dəyişkənlik 

əməliyyatların baş verdiyi ardıcıllıqdan asılı olacaq, yuxarıda göstərilən maksimum ölçülər 

təsirə məruz qalmayacaq. Ona görə də, praktiki səbəblərdən atqının ani olaraq 3000 dəfədən 

az durulaşacağı maksimum sahənin eni 51m və uzunluğu 98m olacaq. Ümumi dayanıqlıq isə 

atqı əməliyyatlarının ümumi müddətinə və üstəgəl maksimum 1,5 saata bərabər olacaq. 

 

Təzyiqə  nəzarət məhlulunun və propilen qlikolun komponentlərinin hamısı asanlıqla 



parçalanmaya hazırdır və  məhsul ABŞ-ın  ƏMMA standartlarını keçmişdir. BK-nın Dənizdə 

İstifadə Olunan Kimyəvi Maddələr Barədə Bildiriş Sxemində (OCNS) D Kateqoriyasına aid 

edilib (A-E kimi qiymətləndirilib ki, burada da E ekoloji baxımdan  ən zərərsiz bölmədir). Bu 

məhsulun ÖK

50

 göstəricisi 10 və 100ppm arasında olduğuna görə, güman edilə bilər ki, bu 



məhsul öz təbiəti etibarilə bioloji cəhətdən parçalanır (28 gündə 20-60%) və bioakkumulyativ 

deyil. Potensial təsir sahəsi çox konservativ şəkildə qiymətləndirilmiş  və bu zaman 

qiymətləndirmə atqıların müddətinə (hər AƏP üzrə 17 dəqiqəyə  qədər) nisbətən xeyli daha 

uzun müddətdə (2-7 gün) olan toksiklik sınaqlarına dair məlumatlara əsaslanıb. Buna müvafiq 

olaraq və həm potensial təsirin məhdud sahəsini, həm də əməliyyatların çox qısa müddətini 

nəzərə alaraq, AƏP məhlulunun axıdılması az intensivlikdə baş verəcək fəaliyyət hesab edilir. 

 

Cədvəl 9.24-də Orta Vəziyyət Miqyasını əks etdirən 8 qiymətinin təyin olunması əsaslandırılır. 



 

Cədvəl 9.24  Hadisənin miqyası 

 

Parametr 



İzahı 

Qiymətləndirmə 

Dərəcə/miqyas 

Mənbədən 500 m-dən az məsafəlik bir əraziyə təsir göstərir. 1 



Tezlik 

Atqı həftədə bir dəfə baş verir 



Davametmə 

müddəti 

Atqı qazma proqramının müddəti boyunca (9 ay) davam edəcək. 3 



İntensivlik 

Aşağı intensivlik. 



Cəmi 



 

9.4.4.2 Reseptorun 

həssaslığı 

 

Atqılar dəniz dibindən təxminən 8m yuxarıda baş verəcək. İnsan reseptorları mövcud deyil və 



potensial təsir sahəsinin kiçik ölçüdə olması səbəbindən və modelləşdirilmiş durulaşmalarda 

dəri ilə təmasın çox məhdud olması nəticəsində suitilərin təsir riskinə məruz qalacağı hesab 

edilmir.  Ən çox balıqların və zooplanktonların təsirə  məruz qalacağı güman edilir, lakin çox 

qısa atqı müddəti və  şleyf dayanıqlığı  ərzində atqı yerində orqanizm kateqoriyasının 

bolluğunun mövcud olmayacağı güman edilir. Atqı yerində yaşamağa qabil fitoplankton və ya 

iri su yosunları mövcud deyil.  



 

Üfüqi atqılar üçün (istifadə olunan qazma qurğusundan asılı olaraq, atqılar üfüqi və ya şaquli 

olacaq) mümkündür ki, bir, yaxud daha çox şleyflər dəniz dibi ilə ötəri təmasda olsun. Lakin 

təmas müddəti və sahəsi məhlul komponentlərinin çöküntüyə sirayət etməsinə  şərait 

yaratmaq üçün kifayət dərəcədə olmayacaq. Ümumilikdə, bentik orqanizmlərin təsirə  məruz 

qalması balıqların və ya zooplanktonun təsirə məruz qalmasından daha az olacaq. 

 

Cədvəl 9.25-də  Aşağı Reseptor Həssaslığını  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə