Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   11   12   13   14   15   16   17   18   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/29 


Yekun variant

 

sonra baş verəcək. Onlar hər biri bir saatdan artıq olmamaqla davam edəcək və ona görə də, 



atqı və dispersiya şleyfləri vaxtında tamamilə ayrılacaq. Bu zaman hər quyu üzrə 2 tıxac və 2 

sement tamponajı nəzərə alınır ki, bu da 12 dəfə sementin təmizləmə atqıları ilə nəticələnir.  

 

Hər hansı  təsir olunmuş  şleyfin bulanıqlıq dərəcəsini müəyyən etmək üçün atqılar 



modelləşdirilmişdir.   Şəkil 9.10a və 9.10b-də atqının başlanmasından 2 saat sonra şleyfin 

yerləşməsi və yüksəlmə görünüşü təsvir edilir. Bu zaman şleyf daxilindəki hissəcik 

konsentrasiyaları 5-50 mq/l aralığındadır və ona görə  də, mənfi bulanıqlıq təsirinə malik 

olmaq üçün çox aşağıdır.  Şleyfin üfüqi və şaquli yayılması təxminən müvafiq olaraq 150 m və 

10 m-dir.  Atqının başlamasından dörd saat sonra modelləşdirmə göstərir ki, şleyf tamamilə 5 

mq/l-dən az olan hissəcik konsentrasiyalarına çevrilmişdir.  

 

Şəkil 9.10a Atqının başlanmasından 2 saat sonra sementin yayılma şleyfinin yerləşmə  

görünüşü 

 

 



 

 

ŞC1-b


ŞC2-a 

ŞC2-b


WC (sanitariya qovşağı) 

tullantıların 

konsentrasiyası (ppm) 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/30 


Yekun variant

 

Şəkil 9.10b Atqının başlanmasından 2 saat sonra sementin yayılma şleyfinin  yüksəlmə 



görünüşü 

 

 



 

Modelləşdirmə  həmçinin göstərir ki, bərk sement maddələrinin 0,1 %-dən azı atqı 

məntəqəsindən 1,5 km məsafə daxilində dəniz dibində yığılacaq və hər hansı sahədə dəniz 

dibində sementin əhəmiyyətli dərəcədə yığılması baş verməyəcək.  

 

Cədvəl 9.20-də Orta Vəziyyət Miqyasını əks etdirən dəniz dibinə sement atqılarına 7, yuyulma 



nəticəsində sement atqılarına 6 qiymətinin təyin olunması əsaslandırılır. 

 

Cədvəl 9.20  Hadisənin miqyası 



 

9.4.3.3   Reseptorun həssaslığı 

 

Dəniz dibinə atılan sement atqılarına gəldikdə, bunlar hər bir quyunun bilavasitə  ətrafındakı 



kiçik dənizdibi  ərazidə  məhdudlaşacaq və heç bir kimyəvi maddə  sızması gözlənilmir. Buna 

görə  də, yeganə bioloji reseptor bentik toplumdur. Sement çöküntülərinin  əhatə dairəsi 

birbaşa sement qalaqlarının  əhatə etdiyi ərazidən kənara çıxmayacaq və ona görə  də, hər 

Hadisənin 

parametri 

Dəniz dibinə sement atqıları 

Yuyulma nəticəsində sement atqıları 

Dərəcə/miqyas 

1 1 


Tezlik 

3 2 


Davametmə 

müddəti 

1 1 


İntensivlik 

2 2 


Hadisənin 

miqyası: 

7 6 

 

 



Dəniz dibinə sement atqıları 

Yuyulma nəticəsində sement atqıları

 

 

Məsafə (km) 

Dərinlik (m) 

WC (sanitariya qovşağı) 

tullantıları konsentrasiyası 

(ppm) 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/31 


Yekun variant

 

hansı  əlavə  təsir yaratmayacaq. Sement atqılarına qarşı bütün dəniz orqanizmləri üzrə 



Reseptorların həssaslığının az olacağı hesab edilir və Cədvəl 9.21-də bununla bağlı 2 qiyməti 

təyin edilib. 



 

Cədvəl 9.21  Reseptorların həssaslığı (bentik onurğasızlar) 

 

Parametr 



İzahı 

Qiymətləndirmə 

Davamlılıq 

Əhəmiyyətli təsir riskinə məruz qalacaq nadir, unikal, yaxud nəsli kəsilmək 

təhlükəsi altında olan növlər mövcud deyil, reseptor quyuya yaxın bentik 

toplumla məhdudlaşır. 

Mövcudluq 



Sement komponentlərinin toksikliyi və dayanıqlığı azdır və sement tez 

bərkiyəcək. Təsirlər kiçik bentos sahəsinin fiziki örtülməsi ilə 

məhdudlaşacaq. 



Cəmi 





 

 

Yuyulma fəaliyyəti ilə  əlaqədar sement atqılarına gəldikdə, atqı 150 m-dən artıq məsafəyə 



yayılmayan, çökmə qabiliyyətinə malik olan bərk maddələr və  həll olma qabiliyyətinə, aşağı 

toksikliyə malik olan kimyəvi maddələrdən ibarət məhdud  şleyf  əmələ  gətirəcək. Bərk 

maddələrin miqdarı  SƏQM atqıları ilə müqayisədə azdır və  dəniz dibində  əhəmiyyətli 

dərəcədə bulanıqlıq və atqının əhəmiyyətli dərəcədə yığılmasına səbəb olmayacaq. Həll olma 

qabiliyyətinə malik olan kimyəvi tərkib hissələri az toksiklik və  zəif dayanıqlığa malikdir və 

balıqlar və planktona minimal təsir etməklə sürətlə həll olacaq.  

 

Cədvəl 9.22-da Aşağı Reseptor Həssaslığını  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 

Cədvəl 9.22  Reseptorların həssaslığı (suitilər və balıqlar/ zooplankton / fitoplankton) 

 

Parametr 

İzahı 

Qiymətləndirmə 

Davamlılıq 

Əhəmiyyətli təsir riskinə məruz qalacaq nadir, unikal yaxud tükənmək 

təhlükəsi altında olan növlər mövcud deyil. 

Mövcudluq 



Sement komponentlərinin toksikliyi və dayanıqlığı azdır və sement dəniz 

dibinə çökəcək (bərk hissəciklər) və ya dərhal yayılacaq (həll olan 

komponentlər).  Reseptorlar yalnız məhdud şleyf daxilində mövcuddur ki, 

bunlar da məhdud dayanıqlığa malikdir.   



Cəmi 



 

9.4.3.4 Təsirin əhəmiyyəti 

 

Cədvəl 9.23-də  dəniz dibinə sement atqıları  və sement qurğusunun yuyulması ilə  əlaqədar 



bentik onurğasızlara, suitilərə  və balıqlara, zooplanktona və fitoplanktona olan təsirlərin 

xülasəsi verilir. 



 

Cədvəl 9.23  Təsirin əhəmiyyəti 

 

Hadisə 



Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin əhəmiyyəti 

Dəniz dibinə sement atqıları Orta 

(Bentik 

onurğasızlar) Aşağı



 

Cüzi mənfi 

Sement qurğusunun yuyulması 

nəticəsində atqılar 

Orta 


(Suitilər və balıqlar / 

zooplankton / fitoplankton) 

Aşağı

 

Cüzi mənfi 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə