Microsoft Word 0g10az(seh1-5)k


    Rütubətlilik əmsalının qiyməti nə qədər kiçik olarsa (R.ə



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

 
 
78 
 
Rütubətlilik əmsalının qiyməti nə qədər kiçik olarsa (R.ə.<1), iqlim bir o qədər quraq olar. 
Belə iqlim arid iqlim (lat. “aridus” – quraq) adlanır. Əgər rütubətlilik əmsalı vahidə yaxın 
və  ondan  yuxarı  olursa  (R.ə.>1),  ərazinin  iqlimi  rütubətli  olur.  Belə  iqlimə  humid iqlim 
(lat.“humidus”– rütubətli) deyilir. 
Rütubətlilik əmsalının qiyməti  müxtəlif enliklər və ərazilər üzrə dəyişir. Rütubətlilik əm-
salı  ərazinin  çay  şəbəkəsi,  torpaq-bitki  örtüyü,  məskunlaşma  səviyyəsi  barədə  müəyyən 
təsəvvür yaradır.  
Müxtəlif təbii zonalarda rütubətlilik əmsalının qiyməti 
Təbii zonalar 
Rütubətlilik əmsalının 
qiyməti 
Rütubətlənmə dərəcəsi 
Ekvatorial meşələr, tayqa, 
tundra 
R
Ə
 ≥ 1 
İfrat  rütubətlənmə 
Savannalar, meşə-çöllər 
R
Ə 
= 0,8-dən 1,0-ə qədər 
Normal  rütubətlənmə 
Çöllər 
R
Ə  
=
  
0,3-dən 0,6 –ya qədər 
Rütubət  çatışmazlığı 
Yarımsəhralar 
R
Ə 
=
  
0,3-dən 0,1-ə qədər 
Rütubət çatışmazlığı 
Səhralar 
R
Ə 
≤ 0,1 
Rütubət çatışmazlığı 
 
 
Orta illik yağıntıların miqdarı 2300 mm, buxarlanma qabiliyyəti 1800 mm olarsa, rü-
tubətlilik əmsalının qiymətini hesablayın.  
 
 
Rütubətlilik əmsalı 0,2, mümkün buxarlanma 1000 mm  olarsa, orta illik yağıntıların 
miqdarını hesablayın. 
 
 
Cədvəli tamamlayın. 
Rütubətlilik  
əmsalı 
İqlim şəraiti 
Çay şəbəkəsinin 
sıxlığı  (az/çox) 
Təbii  
kompleks 
Əhalinin məskunlaşma 
səviyyəsi (az/çox) 
arid 
humid 
Rə =
 
 
 
 
 
 
 =
 
 
 
 
 
 
 =
 
 
 
 
 
 
 =
 
 
 
 
 
 
 =
 
 
 
 
 
 
 
 
 
T A P Ş I R I Q
 
6
T A P Ş I R I Q
 
7
T A P Ş I R I Q
 
8
  LAYİHƏ


 
 
79 
 
•   IV •  
İqlim ehtiyatları 

IV 
 
A
ZƏRBAYCANDA RÜTUBƏTİN PAYLANMASI 
 
 
 
Azərbaycan ərazisində hava şəraitinin formalaşmasında hava kütlələri, relyef və 
Xəzər  dənizinin  rolu  böyükdür.  Yağıntıların  və  buxarlanmanın  miqdarına  Arktik, 
mülayim, tropik hava kütlələri, cənub siklonları və Orta Asiya maksimumu (antisik-
lonu) təsir edir.  
 
 
Xəritə-sxemə əsasən 
suallara cavab verin:
 
 
1. Ölkəmizə daxil olan hər 
bir hava kütləsinin iqlim 
şəraitinə təsirini təhlil 
edin.  
Müzakirə edin: 
– Hansı hava kütlələri 
buxarlanmaya, hansılar 
isə mümkün buxarlan-
maya daha çox təsir 
edir? 
 
Ölkə ərazisində buxarlanma yağıntıların miqdarından və havanın temperaturun-
dan asılı olaraq paylanmışdır. Yağıntıların çox düşdüyü dağlıq və dağətəyi ərazilər-
də, Lənkəran ovalığı və Qanıx-Əyriçayda buxarlanma çoxdur. Quraq iqlimə malik 
olan düzənlik və bəzi dağətəyi zonalar isə (Acınohur-Ceyrançöl, Qobustan) buxar-
lanmanın az olması ilə fərqlənir. 
Azərbaycan ərazisində illik mümkün buxarlanma göstəricisi 300–1400 mm ara-
sında  dəyişir.  Gəncə-Qazax  zonasında,  Abşeronda,  Kür-Araz  ovalığında  mümkün 
22 
Yağıntıların paylanması 
xəritə-sxeminə əsasən 
müəyyən edin: 
1. Ölkəmizin ərazisində 
yağıntıların paylanma-
sında hansı qanu-
nauyğunluq nəzərə çar-
pır? 
2. Xəritə-sxemə əsasən 
buxarlanmanın paylan-
ması haqqında hansı 
nəticəni çıxarmaq olar?  
F Ə A L İ Y Y Ə T
 
1
Kontinental və dəniz 
arktik hava kütlələri 
 
Mülayim enliklərin 
dəniz və kontinental 
hava kütlələri 
 
Tropik hava kütlələri 
 
Cənub siklonları 
 
Orta Asiyadan gələn 
hava kütlələri 
 
  LAYİHƏ


 
 
80 
 
buxarlanmanın illik miqdarı 1000–1200 mm, Naxçıvanın Arazboyu düzənliklərində 
isə 1400 mm təşkil edir. Alçaq və orta dağlıq ərazilərdə  mümkün buxarlanmanın 
kəmiyyəti 600 – 800 mm-ə, yüksək dağlıqda 300 – 400 mm-ə çatır. 
 
 
Ərazilər üzrə buxarlanma və mümkün buxarlanma göstəriciləri arasındakı fərqin az və ya çox 
olduğunu müəyyənləşdirin.  
Ərazilər 
Buxarlanma və mümkün buxarlanma arasında fərq  (az/çox) 
Acınohur–Ceyrançöl 
 
Abşeron  
 
Talış dağları 
 
Dərələyəz dağları 
 
Şərur-Ordubad 
düzənliyi 
 
Müzakirə edin:  
– Buxarlanma və mümkün buxarlanma (buxarlanma qabiliyyəti) arasında fərqin  dəyişməsində 
relyefin və iqlimin rolu nədən ibarətdir?  
 
Yağıntı və mümkün buxarlanmadan asılı olaraq rütubətlilik əmsalı da ərazi üzrə 
qeyri-bərabər paylanmışdır. Rütubətin yüksək, mümkün buxarlanmanın nisbətən az 
olduğu yüksək, orta və bəzi alçaq dağlıq ərazilərdə rütubətlilik əmsalı vahiddən bö-
yük  olur.  Dağətəyi  rayonlarda  rütubətlilik  əmsalı  əsasən  vahidə  yaxındır.  Bu  əra-
zilərdə  dəmyə  əkinçiliyi,  otlaq  heyvandarlığı,  turizm  inkişaf  etmişdir.  Quraq  ra-
yonlarda isə mümkün buxarlanma düşən yağıntınin miqdarından çox olduğu üçün 
rütubətlilik  əmsalı  vahiddən  kiçikdir.  Bu,  əsasən  düzənlik  əraziləri  əhatə  edir  və 
burada suvarma əkinçiliyi, qış otlaqları üstünlük təşkil edir. 
 
 
Azərbaycanda yağıntıların paylanması xəritə-sxemindən  və mətndən istifadə edərək, rütu-
bətlilik əmsalının qiymətini hesablayın və cədvəli tamamlayın.
 
Ərazilər 
Yağıntıların 
miqdarı 
Mümkün 
buxarlanma 
Rütubətlilk əmsalı 
Muğan düzü 
 
 
 
Baş Qafqazın yüksək dağlığı 
 
 
 
Gəncə-Qazax düzü 
 
 
 
Qarabağ dağları 
 
 
 
Şərur-Ordubad düzü 
 
 
 
Müzakirə edin:  
– Rütubətlilik əmsalının paylanmasında hansı qanunauyğunluğu müşahidə etdiniz? 
 
Arid iqlimə malik olan ərazilərdə yarımsəhra və quru çöllər, dağətəyi ərazilərdə 
çöl, meşə-çöl və arid meşələr (Acınohur-Ceyrançöl, Qusar maili düzənliyi, Ləngə-
biz)  yayılmışdır.  Humid  iqlimi  ilə  seçilən  orta  və  yüksək  dağlıq  ərazilərdə  meşə, 
subalp və alp çəmənlikləri, nival-buzlaq landşaftları üstündür.  
 
 
Şəkillərdə  verilən  landşaftların  yayıldığı  ərazilərə  misallar  gətirin.  Bu  ərazilərdə  buxarlanma, 
buxarlanma  qabiliyyəti  və  rütubətlilik  əmsalının  paylanması  haqqında  məlumat  verin,  hansı 
F Ə A L İ Y Y Ə T
 
2
F Ə A L İ Y Y Ə T
 
3
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə