Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə74/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
202 
 
 
Mətni oxuyun və ekoloji fəlakətin fəsadlarını izah edin. 
2010-cu il aprelin 20-də Meksika körfəzində “BP” şirkətinə məx-
sus neft platformasında baş verən partlayış bəşəriyyət tarixində 
ən  böyük  ekoloji  fəlakətlərdən  sayılır.  Partlayış  nəticəsində 
körfəzə 670 min ton neft axmışdır. Alimlər bu qəzanın Atlantik 
okeanında  cərəyanların  istiqamətində,  su  və  hava  dövranında 
ciddi mənfi dəyişikliklər yaratdığını iddia edirlər.   
Müzakirə edin: – Belə irimiqyaslı qəzalar suyun təbiətdə  dövranına necə təsir edə bilər?  
 
Hazırda  dünyanın  bütün  regionlarında  ekoloji  problemlər  kəskin  xarakter  al-
mışdır. Alimlər ekoloji vəziyyətin ən ağır olduğu 3 mərkəz müəyyən etmişlər:   
1. Avropanın mərkəzi rayonları.  
2. Asiyanın şərq, cənub və cənub-şərq hissələri.  
3. Şimali Amerikanın mərkəzi. 
Bu ərazilərdə təbii ekoloji sistemlərin yalnız 5–10%-i qalmışdır. Ekoloji prob-
lemlərin həllinin 3 əsas yolu müəyyən olunmuşdur. 
Birinci yol müxtəlif təmizləyici qurğuların istehsalı, alternativ enerji mənbələrinə ke-
çid, zibilin emalı və ləğv edilməsi, torpaqların rekultivasiyası və s. tədbirlərdən ibarətdir.  
İkinci yol az tullantılı və tullantısız texnologiyalara keçidi nəzərdə tutur. Bu həll 
yolu böyük miqdarda vəsait tələb etsə də, ən səmərəli hesab olunur. 
Üçüncü yol çirkli təsərrüfat sahələrinin daha optimal yerləşdirilməsini nəzərdə 
tutur.  Belə  sahələrə  kimya  və  neft-kimya,  metallurgiya,  sellüloz-kağız  sənayesi, 
istilik energetikası, tikinti materialları istehsalı aiddir.   
 
 
 
Ekoloji problemlərin insan orqanizmində törətdiyi  xəstəlikləri cədvəldə qeyd edin. 
Xəstəliklərin 
mənbələri 
Havanın çirklənməsi 
nəticəsində  
Suyun çirklənməsi 
nəticəsində  
Torpağın çirklənməsi 
nəticəsində  
Xəstəliklərin adı
 
 
 
Yayılma arealı
 
 
 
Müzakirə edin:  
– Ətraf mühitin çirklənməsi insanların qida rasionuna necə təsir göstərir? 
 
Təbii mühitin insan sağlamlığına təsirini və xəstəliklərin Yer kürəsində yayılma-
sını coğrafiyanın və səhiyyənin qolu olan tibbi coğrafiya elmi öyrənir. Tibbi coğra-
fiyanın  əsas  məqsədi  təbii  şəraitin  yaxşılaşdırılmasına  və    bununla  da  insanların 
sağlamlıq səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Hazırda dünyada ekoloji prob-
lemlərin təsirindən ürək-damar, bədxassəli şişlər, QİÇS, quş qripi, donuz qripi və bir 
sıra xəstəliklər yayılmışdır.  
Dünya ölkələrində ekoloji problemləri həll  etmək məqsədilə ekoloji siyasət həyata 
keçirilir.  Təbiətin  qorunması  üçün  müxtəlif  beynəlxalq təşkilatlar  yaradılmışdır;  bura 
YUNEP (BMT-nin tərkibində), Greenpeace (Qrinpis – müstəqil təşkilat) və s. daxildir.  
Ərazilərin  ekoloji  vəziyyətini  müəyyənləşdirmək  üçün  ekoloji  monitorinq  və 
ekspertizalar aparılır. Dövlətlər  təbiətin qorunması üçün uyğun normalar müəyyən 
edir, mühitin vəziyyətinin dəyişmə dərəcəsini yoxlayır. Bu yoxlamaların nəticələ-
rinin mövcud normalara uyğunluğunun kompleks şəkildə öyrənilməsi ekoloji audit 
F Ə A L İ Y Y Ə T
 
2
F Ə A L İ Y Y Ə T
 
3
  LAYİHƏ


 
 
203 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
adlanır. Ekoloji sistemlərin müəyyən ərazi daxilində müvazinət vəziyyətində olma-
sına ekoloji norma deyilir.   
 
 
Sxemə əsasən tapşırıqları yerinə yetirin:  
1.
 Atmosferin çirklənməsində təbii və antropogen mənbələri müəyyən edin.  
2.
 Çirklənməyə daha çox təsir edən mənbələri göstərin.  
3.
 Atmosferin çirklənməsi nəticəsində yaranan problemləri və onların aradan qaldırılma yollarını 
müəyyənləşdirin.  
 
 
 
1. Təsərrüfat sahələrinin daha çox çirkləndirdiyi təbəqəni müəyyən edib cədvələ yazın. 
Təsərrüfat sahələri  Metallurgiya 
Kimya  Elektroenergetika 
Neft-qaz hasilatı  Turizm 
Təbəqələr 
 
 
 
 
 
 
2.  
a) 
Beynəlxalq təşkilatların ekoloji problemlərin həllində rolu nədən ibarətdir?  
     
b) 
Dövlət  orqanları  təbiətin mühafizəsi istiqamətində necə fəaliyyət göstərməlidir?   
 
3. Verilən ölkələri ekoloji vəziyyətin dərəcəsinə görə qruplaşdırın və cədvəli tamamlayın. 
Ölkə və regionlar 
Ekoloji vəziyyətin dərəcəsi (gərgin/normaya yaxın) 
Mərkəzi Avropa ölkələri 
 
Norveç 
 
İndoneziya 
 
Şərqi Çin  
 
Baltikyanı ölkələr 
 
Monqolustan 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
ATMOSFERİN ÇİRKLƏNMƏSİNDƏ TƏBİİ VƏ ANTROPOGEN MƏNBƏLƏR 
Şəhərlər 
Meşə yanğınları 
Vulkanlar 
İldırım 
Təyyarələr 
Avtomobillər,  
avtobuslar,  
yük maşınları 
Ev heyvanları 
Sənaye, elektrik 
stansiyaları, 
təmizləyici qurğular 
 
Gübrələr 
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
  LAYİHƏ


 
 
204 
 
 
 
A
ZƏRBAYCANIN EKOLOJİ PROBLEMLƏRİ. 
LAYİHƏ 
 
Azərbaycanın ekoloji problemlərinə aid mövzulardan birini seçin, verilən xəritə-sxem-
lərdən istifadə edərək plan üzrə təqdimat hazırlayın. 
 
 
Mövzu - 1
Azərbaycanın su hövzələrinin ekoloji problemləri 
1. 
Azərbaycanın tranzit çayları və böyük gölləri. 
2. 
Böyük çayların, göllərin və yeraltı suların iqtisadi əhəmiyyəti. 
3. 
Su hövzələrini çirkləndirən mənbələr: sənaye sahələri (kimya, metallurgiya, neft 
hasilatı və emalı), kənd təsərrüfatı və turizm.  
4. 
Tranzit çayların çirkləndiyi əsas ölkələr, Azərbaycanın ekoloji cəhətdən gərgin olan 
ərazilərində su hövzələrinin vəziyyəti. 
5. 
Su hövzələrinin çirklənməsinin yaratdığı problemlər.  
57 
Ekoloji
 
cəhə
tdən
 
çox
 gərgin 
ray
onlar 
 
Ekoloji
 
cəhə
tdən
 
gərgin 
ray
onlar 
Ekoloji
 
cəhə
tdən
 
qismən
 
gərgin 
ray
onlar 
 
  LAYİHƏ


 
 
205 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
6. 
Su hövzələrinin çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlər sistemi: 
təmizləyici qurğular, ekoloji siyasət, təbiəti mühafizə təşkilatları. 
 
 
Mövzu - 2. 
Azərbaycanda hava hövzəsinin ekoloji problemləri 
1. 
Azərbaycanda havanı çirkləndirən əsas mənbələr: nəqliyyat, sənaye (istilik-elektrik 
stansiyaları, kimya, neft emalı, metallurgiya, tikinti materialları istehsalı). 
2. 
Havanın daha çox çirkləndiyi regionlar və bunun səbəbləri, Abşeron yarımadasında 
və Bakıda ekoloji cəhətdən gərgin ərazilər. 
3. 
Havanın çirklənməsi ilə bağlı yaranan fəsadlar: çirkli yağışlar, insanlar arasında nəfəs 
yolları və digər  xəstəliklərin artması. 
4. 
Abşeron yarımadasında havanın çirklənmə dərəcəsinə küləklərin təsiri. 
5. 
Havanın çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlər sistemi: ekoloji siyasət, 
təbiətin qorunması üzrə dövlət və ictimai təşkilatlar. 
 
Mövzu - 3. 
Azərbaycanda torpaqların ekoloji vəziyyəti. 
1. 
Azərbaycanda yayılan torpaq tipləri və onların münbitliyinin yüksək və aşağı  olduğu 
ərazilər. 
2. 
Torpaqların ekoloji problemləri: eroziya (dağlarda meşələrin qırılması, heyvanların 
bir yerdə çox otarılması). Ekoloji cəhətdən gərgin rayonlar. 
3. 
Torpaqların  şoranlaşması, onun yayıldığı ərazilər, yaratdığı fəsadlar. 
4. 
Torpaqların müxtəlif mənbələr tərəfindən çirklənməsi: neft, neft-kimya, metallugiya 
(dağ-mədən), kənd təsərrüfatı, turizm,  şəhərlərdə zibilliklər,  
5. 
Torpaqların qorunması: meliorasiya və rekultivasiya tədbirləri. Bu tədbirlərin aparıl-
ması zəruri olan rayonlar.   
 
 
Azərbaycanın ekoloji rayonlaşdırılması 
Qənaətbəxş: ekoloji vəziyyət 
pozulmayıb. 
Münaqişəli: ekoloji vəziyyət zəif 
pozulub. 
Böhranlı: torpaq-bitki örtüyü məhv 
edilib, relyef dəyişdirilib, ekoloji 
vəziyyət qismən pozulub. 
Fəlakətli: landşaftın bütün 
komponentləri dəyişdirilib, ekoloji 
vəziyyət tamamilə pozulub. 
Göl və su hövzələri ilə tutulmuş 
ərazilər 
Yaşayış məntəqələrinin əraziləri 
Abşeron yarımadasının ekoloji 
rayonlaşdırılması
 
  LAYİHƏ


 
 
206 
 
 
 
1. Uyğunluğu müəyyən edin. 
1. Elmi-Texniki Tərəqqi 
a.
 Ölkələrin istehsal və xidmət sahələri üzrə ixtisaslaşması 
2. Biotexnologiya 
b.
 Elmi kəşflərin istehsala tətbiqi nəticəsində bütün      
    sahələrdə əsaslı dəyişikliklərin baş veməsi 
3. Elmi-Texniki İnqilab 
c.
 İri elmtutumlu istehsal mərkəzlərinin cəmləşdiyi ərazi 
4. Beynəlxalq coğrafi əmək bölgüsü 
d.
 İctimai istehsalın tərəqqi yolu ilə tədricən inkişaf etməsi 
5. Texnopolis 
e.
 Canlı orqanizmlərdən istifadə edərək yeni məhsulların    
    istehsal edilməsi 
 
2. Ölkələri cədvəldə verilən  göstəricilərə uyğun olaraq təsərrüfatın sahəvi quruluşu 
üzrə qruplaşdırın.  
Ölkələr 
Sənaye 
(%) 
Kənd təsərrüfatı 
(%) 
Xidmət sferası və 
informasiya (%) 
Təsərrüfatın 
sahəvi strukturu 
İtaliya 
20,8 
2,3 
76,9 
 
Belarus 
47  
13 
40 
 
ABŞ 
17,1 
1,3 
81,6 
 
Liberiya 
10 
60 
30 
 
Çin 
65 
15 
20 
 
Əfqanıstan 
26 
54 
20 
 
 
 
3. Xəritə-sxemdə verilən 
ölkələrə uyğun gələn 
müvafiq faydalı qazıntıları 
müəyyənləşdirin. 
 
 
 
 
4. ETİ dövründə istehsalın 
istiqamətlərini və onlara  
aid  xüsusiyyətləri cədvəldə 
qeyd edin. 
1. 
2. 
3. 
4. 
5. 
6. 
 
 
 
 
 
 
 
5.  Sənaye  sahələrinin  yerləşdirilməsi  zamanı  nəzərə  alınan  amillərin  uyğunluğunu 
müəyyən edin. 
Sənaye  sahələri 
Yerləşmə amilləri 
1. Sellüloz-kağız   
2. Toxuculuq        
3. Alüminium       
a) ucuz enerji mənbələrinə
b) su və enerji mənbələrinə
 
c) xammal və əmək ehtiyatlarına 
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
 


4
5

3


Faydalı 
qazıntılar:  
a.
 Mis   
b.
 Neft  
c.
 Dəmir  
d.
 Boksit  
e.
 Uran  
f. 
Kömür  
g.
 Fosforit  
h.
 Qızıl 
  LAYİHƏ


 
 
207 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
6Xəritə-sxemdəki rəqəmlərə əsasən kənd təsərrüfatında çəltik, şəkər çuğunduru, buğ-
da,  qarğıdalı,  şəkər  qamışı,  qəhvə,  kakao  və  çay  istehsalı    ilə  fərqlənən  ölkələrin 
müvafiq ardıcıllığını müəyyən edin. 
 
 
7. Dünyanın siyasi xəritəsində okeanları birləşdirən paralel istiqamətdə uzanan magis-
tral yolları yerləşdikləri materiklərə uyğun olaraq qruplaşdırın.  
I. Transamazon (Resifi–Lima) 
II. Laqos–Mombasa 
 
III. Sidney–Pert  
1. 
Avstraliya;  
2. 
Avrasiya;  
3. 
Cənubi Amerika;
 
4. 
Afrika;  
5. 
Şimali Amerika 
 
8. Bəşəriyyətin əsas ekoloji problemlərini müəyyən edin. 
1.
 Meşələrin sahələrinin kəskin azalması 
2.
 Şirin su ehtiyatlarının artması, buzlaqların azalması 
3.
 Atmosferdə ozon qatının deşilməsi və karbon qazının çoxalması 
4.
 Məhsuldar torpaqların azalması, səhralaşma və qlobal istiləşmə 
5.
 Əhalinin təbii artımının çoxalması, ərzaq çatışmazlığı 
6.
 Tropik meşələrin çoxalması, turşulu yağışların artması  
A) 2, 5, 6   
B) 1, 2, 4   
C) 2, 3, 6   
D) 3, 4, 5   
E) 1, 3, 4 
 
 
 
1

3
4
5

7

  LAYİHƏ


 
 
208 
 
 
COĞRAFİYA
 – 10 
Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün 
coğrafiya
 fənni üzrə dərslik 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:  
Elbrus Kərim oğlu Əlizadə
 
Yaqub  
Kərim
 oğlu Qəribov 
Oqtay 
Kərim
 oğlu Alxasov  
Şərafət Hüseyn qızı Hüseynli 
Məhbubə 
Kərim
 qızı Babayeva 
 
 
Elmi redaktoru:  
E.Əlizadə
, АМЕА-nın müxbir üzvü, coğrafiya üzrə elmlər 
doktoru, professor 
Dil redaktoru:  
K.Cəfərli 
Nəşriyyat redaktoru   K.Abbasova 
Bədii redaktoru  
T.Məlikov 
Texniki redaktoru  
Z.İsayev 
Dizayneri  
T.Məlikov 
Rəssamları  
M.Hüseynov, E.Məmmədov 
Korrektoru  
A.Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
00.00.2017-ci il tarixli 000 №-li əmri ilə təsdiq olunmuşdur. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2017 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri  
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,  
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
 
 
 
 
Kağız formatı 70
100
1
/
16
. Fiziki çap vərəqi 13. Səhifə sayı 208. 
Tiraj 000 000. Pulsuz. 
 
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur. 
  LAYİHƏ


  LAYİHƏ


Pulsuz
6
Fizika
  LAYİHƏ

Document Outline

  • Пустая страница
  • Пустая страница

Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə