Microsoft Word 0g10az(seh1-5)k



Yüklə 3,7 Kb.
Pdf görüntüsü
səhifə73/74
tarix14.10.2017
ölçüsü3,7 Kb.
#4924
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
 
199 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
ölkələr  –  Panama  və  Liberiya  başçılıq  edir.  Buna 
səbəb əksər inkişaf etmiş ölkələrin bir az köhnəlmiş 
gəmilərinin  öz  ölkələrində  yüksək  vergi  ödəmək 
istəmədikləri  üçün  Panama  və  Liberiya,  həmçinin 
digər  kasıb  ölkələrin  bayrağı  altında  (“ucuz    bay-
raq”) üzməsidir. Bu yolla daşınan yüklər üçün alı-
nan haqq  fraxt adlanır.  
Dəniz nəqliyyatında limanların rolu böyükdür. 
Dünyada 2,2 mindən çox dəniz limanı vardır. On-
ların  arasında  yük  qabiliyyəti  ildə  50  milyon 
tondan çox olan 50 ən böyük liman fərqlənir. Son 
illərin göstəricilərinə əsasən, yük dövriyyəsinə gö-
rə, dünyanın ən böyük limanları, xüsusilə Asiyada 
–  xüsusilə  Çində  (Şanxay,  Quançjou,  Sindao, 
Tyanszin) yerləşən limanları Sinqapur və Avropa (Rotterdam – Niderland) və Şimali 
Amerika (Yeni Orlean  – ABŞ) limanlarını geridə qoymuşdur.  
 
 
Xəritə-sxemə əsasən iri dəniz limanlarını müəyyən edin və onları qitələr və ölkələr üzrə qrup-
laşdırın. 
 
Müzakirə edin: 
– Limanların çox hissəsi hansı qrup ölkələrin ərazisində yerləşir?  
– İnkişaf etməkdə olan ölkələrdə iri limanların yerləşməsinin səbəbi nədir? 
F Ə A L İ Y Y Ə T
 
3
Dəniz ticarət limanları (yük dövriyyəsi 50 mln. ton/il və artıq)  
Əsas gəmiçilik marşrutları 
 
London 
Amsterdam 
Rotterdam 
Hamburq 
Antverpen 
Havr 
Marsel 
Genuya 
Tokio 
Tiba 
Kavasaki 
İokaqama 
Naqoya 
Kobe 
Osaka 
Kure
Tyanszin 
Sindao 
Şanxay 
Syanqan 
Quançjou 
Ulsan 
Pusan 
Port-Hedlend 
Dampir 
Riçards-Bey 
Nyu-York 
Filadelfiya 
Yeni Orlean 
Tampa 
Hyuston 
Vankuver 
Sietl 
San-Fransisko 
Los-Anceles 
İsgəndəriyyə 
Mena- əl Əhmədi
Ras-Tannura
Santus 
Tubaran 
Sinqapur 
Cakarta 
Novorossiysk 
Nyukasl
Valdiz 
Supertanker
 
Konteyner gəmisi 
  LAYİHƏ


 
 
200 
 
Dəniz yük daşımalarında əsas yeri Atlantik okeanı tutur: yüklərin yarısı bu okea-
nla daşınır. Yaponiya, Çin, ABŞ-ın qərb rayonları və Avstraliyada yükdaşımaların 
artması ilə bağlı Sakit okeanın rolu getdikcə artır.  
Dəniz nəqliyyatında kanalların da rolu böyükdür. Onlardan ən mühümləri Sü-
veyş, Panama, Kil kanallarıdır. La-Manş, Cəbəlüttariq, Hörmüz, Malakka boğazları 
dəniz nəqliyyatında ən çox istifadə edilən boğazlardır.  
Daxilində böyük çaylar və göllər olan inkişaf etmiş ölkələrdə daxili su nəqliyyatı 
inkişaf etmişdir. Avropada Reyn–Dunay çay sistemi, Rusiyada Volqa–Baltik dənizi 
yolu,  ABŞ-da  Missisipi  və  Böyük  göllər  su  sistemləri  iri  daxili  su  nəqliyyatı  şə-
bəkələrini əmələ gətirir.   
Hava nəqliyyatı ən gənc  və  dinamik nəqliyyat  növüdür. Hava nəqliyyatında yük-
daşımalara  görə  daha  çox  Şimali  Amerika  və  Qərbi  Avropa,  ölkələr  üzrə  isə  ABŞ, 
Almaniya, Yaponiya, Böyük Britaniya, Çin və Fransa seçilir. Hava nəqliyyatının coğra-
fiyası  hava  limanlarının  şəbəkəsi  ilə  müəyyən  olunur.  Dünyanın  ən  böyük  hava 
limanları:  ABŞ-da  (Atlantada  Hartsfild–Cekson;  Çikaqoda  O-Hara),  Çində  (Pekində 
Şoudu), Avropada (London – Hitrou, Frankfurt – Reyn-Mayn, Paris – Şarl de Qoll) və 
Yaponiyada (Tokio – Haneda) yerləşir. Qitələrarası sərnişin daşımalarında hava nəq-
liyyatı birincidir. Hava xətlərinin ən böyük hissəsi Atlantik okeanı üzərindən keçir.  
 
 
 
 
 
1. Dünyanın siyasi xəritəsində Londondan  Sinqapura gedən dəniz yollarının hansı su obyekt-
lərindən keçdiyini müəyyənləşdirin və bu yolları müqayisə edin:  
a) 
Süveyş kanalından keçməklə; 
b) 
Afrikanı dolanmaqla. 
Hansı yol iqtisadi cəhətdən daha sərfəlidir? Fikrinizi əsaslandırın. 
 
2. Cədvəli tamamlayın. 
İxrac edən ölkə və ya 
region 
Daşınan  
yüklər 
İdxal edən ölkə və ya 
region  
Hansı nəqliyyat növləri 
ilə daşınır? 
İran körfəzi  
 
 
 
Avstraliya 
 
 
 
Yamayka 
 
 
 
Almaniya 
 
 
 
 
3. Veilən magistralları qruplaşdırın. 
a)
 Meridional istiqamətində yerləşənlər 
 
1. 
Minsk  –  Varşava  – 
Berlin – Paris 
 
3.
  Vyana  –  Budapeşt  –  Kiyev  – 
Moskva 
 
b)
 Paralel istiqamətində yerləşənlər
 
2. 
London – Paris – Bern 
– Milan
 
4. 
Roma – Milan – Vyana – Paris – 
Amsterdam
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
NƏQLİYYATIN 
NÖVÜ 
XÜSUSİYYƏTLƏRİ
ETİ-nin təsiri 
Zəif inkişaf etdiyi ölkələr  
1... 
Yüksək inkişaf etdiyi ölkələr  
1...
Nümunəyə əsasən nəqliyyat növləri üçün sxemlər tərtib edin.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN 
  LAYİHƏ


 
 
201 
 
•   IX  •  
Dünya təsərrüfatı   

IX 
 
Q
LOBAL EKOLOJİ PROBLEMLƏR 
 
 
 
Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında həlli çətin olan problemlər yaratmışdır. 
Onların  içərisində  əsas  yeri  insan  və  ətraf  mühit  arasında  münasibətlər  tutur.  XX 
əsrdə əhalinin 4 dəfə, istehsalın həcminin isə 18 dəfə artması Yerin təbiətində ciddi 
problemlər yaratmışdır. Ətraf mühitə antropogen təsirlər dünyanın bütün ölkələrini 
əhatə etdiyi üçün buqlobal ekoloji problem adlandırılmağa başlanmışdır.   
 
Ətraf mühitin çirklənməsinin səbəbi istehsal və istehlak zamanı yaranan tullan-
tıların təbiətə qaytarılmasıdır. Hazırda bu tullantıların miqdarı ildə 300 mlrd. tonu 
keçmişdir.  
 
 
 
Müxtəlif iqtisadiyyat sahələrini ətraf mühiti çirkləndirməsinə görə qruplaşdırın. 
Havanı çirkləndirən 
təsərrüfat sahələri  
Torpağı  çirkləndirən təsərrüfat 
sahələri  
Su hövzələrini çirkləndirən 
təsərrüfat sahələri  
 
 
 
Müzakirə edin: 
– Hansı təsərrüfat sahələri tərəfindən ətraf mühitə daha çox  tullantılar atılır?  
– Onlar bəşəriyyət üçün hansı fəsadları yaradır?  
 
Su hövzələri sənaye, kənd təsərrüfatı və məişət sularının daxil olması nəticəsində 
çirklənir.  Hər il  su  hövzələrinə planetimizin  su həcminin  20%-i qədər  çirkli sular 
axıdılır.  Bu  sularda  olan  çirkləndiricilərin  təsirini  azaltmaq  üçün  onlara  öz  həc-
mindən 10 dəfə artıq təmiz su qarışdırılmalıdır. Bu mümkün olmadığı üçün Yerdə 
içməli su problemi getdikcə kəskinləşir. Nəticədə bəzi çay və göllərin çirklənməsi 
fəlakət  həddinə  çatmışdır.  Sitarum  (İndoneziya),  Yamuna  (Hindistan),  Qanq, 
Yantszı, Nil çayları dünyanın ən çirkli çaylarına çevrilmişdir.  
Dünya okeanı da sürətlə çirklənməkdədir. Aralıq, Şimal, Azov, Qara və s. dənizlər, 
Meksika,  İran,  Biskay  körfəzləri  Dünya  okeanının  ən  çirkli  su  hövzələri  sırasına 
daxildir. Okeanın mərkəzi hissələrində, dərin çökəkliklərində radioaktiv maddələrin 
(AES-lərin tullantıları) miqdarı getdikcə artır. Okeanın çirklənmə-
sində neft və neft məhsullarının payı daha çoxdur. İldə 3 milyondan 
10 milyon tona qədər  neft okeana axıdılır. Tankerlərin qəzası za-
manı okeana qısa vaxt ərzində min tonlarla neft axır.   
 
56 
İnsanların təsərrüfat fəaliyyəti coğrafi mühitə 
Yerin daxilində baş verən geoloji proseslərdən 
az təsir etmir. Hazırda cəmiyyət və təbiət ara-
sında “maddələr mübadiləsi” dəfələrlə artmış və 
qlobal miqyas almışdır. İnsanlar ətraf aləmi 
mənimsədikcə onun təbii əsaslarını sarsıdırlar.  
 
– İqtisadiyyatın inkişafından 
bəşəriyyətin qazandıqları və 
itirdiklərini müqaysə etsək, 
bunlardan hansı “ağır gələr”?  
QLOBAL EKOLOJİ PROBLEMLƏR 
Torpaqların çirklənməsi
Su hövzələrinin çirklənməsi   
Çanlıların azalması və məhv olması
Hava təbəqəsinin çirklənməsi
İqlim dəyişmələri
Ozon təbəqəsinin seyrəlməsi 
F Ə A L İ Y Y Ə T
 
1
Açar sözlər 
 
 tibbi coğrafiya 
 ekoloji audit 
 ekoloji norma  
  LAYİHƏ


Yüklə 3,7 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə